Məhkəmə qərarları › İş №2(102)-304/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-304/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-304/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1399/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarix li qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" İKB ilə (bundan sonra – iddiaçı və ya bank) Cavabdeh1 arasında bağlanmış 26 may 2015-ci il tarixli 6-Gİ-1-0-554-15 saylı Bank hesab, kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 25 faiz olmaqla 11000 ABŞ dolları məbləğində kredit verilmişdir. 26 may 2015-ci il tarixli 6-Gİ-1-0-554-15 saylı ipoteka müqaviləsi ilə borcun təminatı olaraq Əhmədov Əbülfəz İbrahim oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində yerləşən 3 otaqlı 71,4 kvadrat metr ümumi, 45,5 kvadrat metr yaşayış, 25,9 kvadrat metr yardımçı sahədən ibarət olan 160 a nömrəli evin 38 nömrəli mənzili (bundan sonra – mənzil və ya ipoteka predmeti) ipoteka ilə yüklü edilmidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 20 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 9656,33 ABŞ dolları əsas borcu, 6213,43 ABŞ dolları faiz borcu, 1016,94 ABŞ dolları cərimə borcu olmaqla ümumillikdə cəmi 16886,9 ABŞ dolları yaranmış borcun, eləcə də, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqında tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və borcun mənzilin açıq hərracdan satışdan əldə ol unan vəsait hesabına banka ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 02 iyul 2018-ci il tarixə 9656,33 ABŞ dolları əsas borcu, 6213,43 ABŞ dolları faiz borcu, 1016,94 ABŞ dolları cərimə borcu olmaqla, ümumillikdə 16886,9 ABŞ dolları borcu yaranmışdır Məhkəmə iclasında iddiaçının nümay əndəsi iddia tələbini müdafiə edib, ona uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, həmçinin bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 borcu 159,94 ABŞ dolları azaldılmş və hal-hazırda onun banka 9496,59 ABŞ dolları əsas borcu, 8821,45 ABŞ dolları faiz borcu, 359,83 ABŞ dolları cərimə borcu, 26 iyun 2016-cı il tarixdən 22 avqust 2019-cu il tarixədək 5 faizlə hesablanmış 557,25 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumillikdə 19235,12 ABŞ dolları borcu qalmışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC-nin mənzil qiymətləndirilməsinə dair 19 noyabr 2018-ci il tarixli, 0910/18/NB saylı rəyinə əsasən, ipoteka predmetinin qiyməti 95000 manat təşkil edir. Təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2019-cu il tarixli, 5334 nömrəli rəyinə əsasən Cavabdeh1 Əbüıfəz oğlunun banka 26 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 02.07.2018-ci il tarixə 9653,97 ABŞ dolları əsas borcu, 6221,91 ABŞ dolları faiz borcu və cəmi 15875,88 ABŞ dolları, eləcə də, onun 29 dekabr 2016-cı il tarixə 9653,97 ABŞ dolları əsas borcu, 7576,15 ABŞ dolları faiz borcunun qalması müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Həqiqət Əhmədova) 05 dekabr 2019-cu il tarixli 2(007)-183/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 26 may 2015-ci il tarixli 6-Gİ-1-0-554-15 saylı Ban k hesab, kredit müqaviləsi üzrə 9496,59 ABŞ dolları əsas borc, 6221,91 ABŞ dolları faiz borcu, 359,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumillikdə cəmi 16078,33 ABŞ dolları qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının bankın xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000,00 manat müəyyən edilməklə açıq hərracdan satılması və cəmi 16078,33 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manatla məzənnəsi nəzərə alınmaqla, manatla və cəmi 40 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bild irişin qeydə alınmasına görə tutulmuş 20 manat xidmət haqqının ipoteka predmetinə açıq hərracdan satışından əldə olunan vəsait hesabına banka ödənilməsi, qalan məbləğin Cavabdeh2 qaytarılması, Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 yaşadıqları ipoteka predmetini boşaltmaları və banka təhvil vermələri, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o kredit və ipoteka müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödənişlər etməməklə, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borca münasibətdə iddiaçının son maliyyə arayışında əks olunmuş məblə ğ 9496,59 ABŞ dolları, faiz borcuna münasibətdə iş üzrə təyin olunmuş ekspertiza üzrə verilmiş ekspert rəyində müəyyən olunmuş 6221,91 ABŞ dolları, cərimə məbləğinə münasibətdə isə həmin məbləğin əsas borc məbləğinə münasibətdə mütənasibliyi nəzərə alınmaqla 359,83 ABŞ dolları cərimə məbləği müəyyən olunmaqla ümumilikdə 16078,33 ABŞ dolları hissədə təmin olunmalı, qalan hissədə isə əsassız olduğundan rədd edilməlidir. Bu qənaətə gələrkən məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə qərardadı əsasında aparılmış ekspertiza rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissədə də tələbi təmin etmiş, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiymətini məhkəməyə təqdim edilmiş rəyə istinad edərək 95000 manat müəyyən etmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin tutmanın ipoteka predmetinə yönəldilməsi, faiz və cərimə hissələrində ləğv edilməsini, qətnaməni əsas borcun tutulması hissəsində dəyişərək, 9496,59 ABŞ dollarını müqavilənin bağlandığı günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla (1 ABŞ dolları 1,05 manat) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanılarkən orada zəruri şərtlərdən olan faiz məbləği göstərilməmişdir. 26 may 2015-ci il tarixli 6-G1-1-0-554-15 saylı kredit müqaviləsi bağlanarkən həmin müqaviləni n şərtləri ilə Cavabdeh2 tanış edilməmişdir. Belə olan halda, tələbin ipoteka predmetinə yönəldilməsi hissədə qətnamə qanunsuz və əsasızdır. Qətnamə 6221,91 ABŞ dolları faiz borcu hissəsində də qanunsuzdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən həmin müqavilə üzrə ödənilməli faiz məbləği 4744,87 ABŞ dolları müəyyən edilmişdir. Müqavilədə faizin digər formada hesablanması və ya faizə əlavə ilə bağlı hər hansı müddəa yoxdur. Məhkəmə müqavilə müddəti qurtarmasından sonra faiz borcu hesablamışdır. Qətnamə 359,83 ABŞ dolları cərimə borcu hissəsində əsassızdır. Cavabdeh qeyd olunan məbləği səhhətində olan problemlərə görə götürmüş və sonradan baş verən bir sıra hallar onun kredit ödənişini davam etdirməyə imkan verməmişdir. Belə olan halda məhkəmə cərimə borcunu tam silməli idi. Qətnamə əsas borcun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, cavabdeh kredit götürdükdən sonra manatın qiymətdən düşməsi nəticəsində şərait əhəmiyyətli dərəcədə dəyişmişdir ki, bu da müqavilənin dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 04 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində əsas borcun dəyişdirilməsi, faiz borcun azaldılması və cərimə borcunun tam silinməsini tələb etsə də, buna əsas olan sübutları təqdim etməmişdir. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tutmanın ipoteka predmetinə yönəldilməsi, faiz və cərimə hissələrində ləğv edilməsi, qətnaməni əsas borcun tutulması hissəsində dəyişərək Cavabdeh1 26 may 2015-ci il tarixli 6-Gİ-10-554-15 saylı Bank hesab, kredit müqaviləsi üzrə 9496,59 ABŞ dollarını müqavilənin bağlandığı günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla (1 ABŞ dolları 1,05 manat) tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tutmanın ip oteka predmeti olan mənzilə yönəldilməsi hissədə əsassızdır. Belə ki, tərəflər arasında 26 may 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanılarkən orada zəruri şərtlərdən olan kreditin faiz məbləği göstərilməmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanarkən həmin müqavilənin şərtləri ilə Cavabdeh2 tanış edilməmişdir. Qətnamə 6221,91 ABŞ dolları faiz borcu hissəsində qanunsuzdur. Belə ki, tərəflər arasında bağlanılmış 26 may 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən həmin müqavilə üzrə ödənilməli faiz məbləği 4744,87 ABŞ dolları müəyyən edilmişdir. Müqavilədə faizin digər formada hesablanması və ya faizə əlavə ilə bağlı hər hansı müddəa yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən 6221,91 ABŞ dolları faiz borcu tutulması qət edilmişdir. “Azərba ycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.14-cu il tarixli Qərarında qeyd olunur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Göründüyü kimi məhkəmə qənaməsi 6221,91 ABŞ dolları faiz borcu tutulması hissəsində də əsassızdır. Qətnamə 359,83 ABŞ dolları cərimə borcu hissəsində əsassızdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasü bsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı qeyd olunan məbləği səhətində olan problemlərə görə götürmüş və sonradan baş verən bir sıra hallar onun kredit ödənişini davam etdirməyə imkan verməmişdir. Belə olan halda məhkəmə cərimə borcunu tam silməli idi. Qətnamə əsas borcun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, Mülki Məcəllədə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları qeyd olunub. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin xüsusi hallarından biri də, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Belə ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. ABŞ Dolları ilə bağlanmış kredit müqavilələri üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilə üzrə öhdəliyin icra olunması üçün lazım olan şərtlərin məcmusu əhəmiyyətli dərəcədə dəyişməlidir. Müqavilə bağlanan zaman rəsmi məzənnəsi 1,05 manat olan dollar kreditinin hazırda 1,70 manat məzənnə ilə qaytarılması r əsmi pul vahidi manat olan və həmin valyuta ilə əməkhaqqı və digər gəlir əldə edən vətəndaş üçün birmənalı olaraq müqavilə üzrə öhdəliyin icrası üçün lazım olan şərtlərin əhəmiyyətli dəyişməsidir. Belə olan halda Cavabdeh1 26 may 2015-ci il tarixli 6-Gİ-1-0-554-15 saylı Bank hesab, kredit müqaviləsi üzrə 9496,59 ABŞ dollarını müqavilənin bağlandığı günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla (1 ABŞ dolları 1,05 manat) tutulmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qayda da məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduq da, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borc luya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassa siya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsas, fai z və cərimə borcunun tutulması hissələrində ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdmədən saxlamış, lakin qətnamədən apellyasiya şikayəti verən cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verməyərək qətnaməsini əsaslandırmamış, nəticədə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətn amənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 22.01.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qər arlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmam asına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hissədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh1 bu hissə ilə bağlı etirazının və kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, 26 may 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanılarkən orada zəruri şərtlərdən olan faiz məbləği göstərilməmişdi r. Məhkəmə kollegiyasın kassasiya şikayətinin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdehin istinad etdiyi bu tələb, yəni ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddətinin göstərilməsi ilə bağlı tələblər 28 dekabr 2018-ci il tarixli 1438-VQD nömrəli qanunla Mülki Məcəllənin 307ci maddəsinə edilmiş dəyişiklikdə öz əksini tapmışdır. Tərəflər arasında ipoteka müqaviləsi 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanılarkən isə qanunvericiliyin belə tələbi olmamışdır. Qeyd edilən hal iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissədə rədd edilməsi üçün əsas deyidir. MPM-nin 217.1-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Qe yd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin qeyd edilən hissəsində dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti həmin hissədə təmin eidlməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 əsas, faiz və cərimə borcunun tutulması hissədə düzgün nəticəyə gəlməmiş, apellyasiya instansiyası məhkəməsi də məhkəmənin gəldiyi səhvi təkrarlamışdır. Belə ki, tərəflər arasında bağlanılmış 26 may 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən həmin müqavilə üzrə ödənilməli faiz məbləği 4744,87 ABŞ dolları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən 6221,91 ABŞ dolları faiz borcu tutulması qət edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.14-cu il tarixli Qərarında qeyd olunur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Lakin iddiaçı 6221,91 ABŞ dolları faiz məbləğinin hansı qaydada hesablanmasını əsaslandırmamış, məhkəmə bu hala əhəmiyyət verməmişdir. Tərəflər arasında müqavilə illik 25 faiz hesablanmaqla bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.14-cü bəndinə görə, gecikdirilmiş borc yaranan halda tətbiq olunan – sanksiyalar hər gecikdirilən gün üçün gedikdirilmiş məbləğin illlik 36 faizlə hesablanır. İşə baxan məhkəmələr tələb edilən 6221,91 ABŞ dolları faiz məbləğinin, müqavilə müddəti ərzində, müqavilə şərtləri ilə nəzərdə tutulmuş illik 25 faizlə hesablandığını, yaxud gecikdirilən gün üçün gedikdirilmiş məbləğin illik 36 faiz ilə hesablanmış sanksiya olmasını müəyyən etməmiş, bank tərəfindən ikiqat faiz borcunun hesablanıb-hesablanmaması araşdırılmamış, gedikdirilmiş məbləğin illik 36 faiz ilə hesablanmış sanksiya olması müəyyən edilərsə bunun faiz borcu deyil, cərimə borcu kimi hesablanmalı olmasını diqqətdən qaçırmışdır. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2019cu il tarixli, 5334 nömrəli rəyinə əsasən cavabdehin banka olan f aiz borcunun müqavilə müddətinə, yəni 26.05.2015-ci il tarixdən 26.05.2018-ci il tarixə kimi olan dövr üçün deyil, 02.07.2018-ci il tarixə kimi hesablanmasını, bunun Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına zidd olmasını da nəzəpə almamışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qətnamə əsas borcun tutulması hissədə də ləğv edilməlidir. Belə ki, faiz borcu ilə bağlı yuxarıda qeyd edilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılarkən öz təsdiqini tapdığı və faiz borcunun artıq hesablanması müəyyən edildiyi halda, cavabdeh tərəfindən edilmiş ödənişlərin əsas borca yönəldilməməsinin əsassız olmasının müəyyən olunmasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xər cləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Bank tərəfindən faiz borcunun artıq hesablanmasının müəyyən ediləcəyi təqdirdə qeyd edilən normanın tələbləri baxımından ödənilmiş məbləğlərin əsas borcdan silinmiş və ya silinməli olan hisəssinə də təsir edəcəkdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi zərurət yaranarsa bu halları müəyyən etmək məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməlidir. Məhkəmə kollegiyası əsas borcun dəyidirilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsin in şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 sentyabr 2018-ci il tarixli qərarına görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz” Cavabdeh kassasiya şikayətində Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarı ilə razılaşmadılğını göstərmişdir. Lakin nəzərə almamışdır ki, MPM-nin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunl arının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsas və faiz borcunun tutulması hissədə ləğv edilərək yeni baxışa göndərildiyindən, cərimə borcu hissədə ləğv edilməli, apellyasiya instansiyası məhkəməsinin araşdırılmaları nəticəsində əsas və faiz borcunun məbləği dəyişəcəyi təqdirdə, cərimə məbləği də əsas borca münasibətdə qiymət verilməlidir. Ona görə qətnamə cərimə borcunun tutulması hissədə də ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutla ra lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə əsas, faiz və cərimə borcunun tutulması hissələrdə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissələrdə ləğv edilməli və iş ləğv edilən hissələrdə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1399/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 əsas, faiz və cərimə borcunun tutulması hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə, yəni ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində yerləşən 3 otaqlı 71,4 kvadrat metr ümumi, 45,5 kvadrat metr yaşayış, 25.9 kvadrat metr yardımçı sahədən ibarət olan 160 a nömrəli evin 38 nömrəli mənzilə tutmanın yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000,00 manat müəyyən edilməklə açıq hərracdan satılması, Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 yaşadıqları ipoteka predmetini boşaltmaları və banka təhvil vermələri hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar