Məhkəmə qərarları › İş №2(001)-1457/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1457/2022

13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1457/2022 13.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər qismində Bakı şəhəri 26 saylı Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə) hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportun X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportda atası X2 adı “X33 Əli" kimi səhv yazılmışdır. Atası X8 11 sentyabr 1992-ci il tarixdə vəfat etmişdir. O, müvafiq sənədləri toplayaraq ünvan 1 ünvanında yerləşən miras əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 26 saylı Notariat ofisinə müraciət etmişdir. Notariat ofisi tərəfindən 18 oktyabr 2021-ci il tarixdə ona cavab verilmişdir. Cavabda ünvan 1 ünvanda yerləşən yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportda atasının adının ölüm haqqında şəhadətnamə ilə uyğun gəlmədiyi səbəbindən faktın təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. Qeyd olunmalıdır ki, texniki pasportda atasının adı Bayram Əli kimi deyil, Bayram kimi yazılmışdır və bu səbəbdən də ona məxsus sənədlərdə uyğunsuzluq yaranmışdır. Bu səbəbdən də onun miras əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə almağında məhdudiyyətlər yaranmışdır və vərəsəlik hüquqları ilə bağlı hüquqlarının həyata keçirilməsi mümkün olmamışdır. Təqdim edilən sənədlərin surətlərindən görünür ki, mərhum atasının adı Bayram Əli-dir. Bu uyğunsuzluq səbəbindən onun hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranmışdır, sənədin şəxsə aid olması faktının müəyyən edilməsi onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Texniki pasportun mərhum Abbasov X18 məxsus olması faktını təsdiq edəcək sənədi başqa qaydada ala bilmək imkanları yoxdur, ona görə də bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, o, ailə həyatı qurduqdan sonra “Nəsirzadə” soyadını qəbul etmişdir. Maraqlı şəxs Bakı şəhəri 26 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq iş çoxluğunun nəzərə alınmasını və məhkəmə iclasının onun nümayəndənin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşının həyat yoldaşıdır. Mərhum X8 onun qaynatasıdır. O, ərizəçinin qardaşı ilə 1987-ci ildə ailə qurmuşdur. Qaynatası 1992-ci ildə vəfat etmişdir. Hazırda ünvan 1 ünvanında o və oğlu yaşayır. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, mərhum qaynatasının adı Bayram Əli, atasının adı isə İmaməli olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. O, 1982-ci ildən ünvan 2 ünvanında yaşayır. Əvvəllər küçənin adı Parkovaya olmuşdur. Hazırda isə yeni qaydalarla küçənin adı K.Şamilovdur. X28rın yaxın qonşusu və ailəvi dostu olmaqla, bir-birlərinin evinə həmişə gedib-gəlmişlər. Mərhum 1992-ci ildə vəfat etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, mərhumun adı Bayram Əli olmuşdur, qonşuluqda hər kəs də ona Bayram Əli adı ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. O və ailəsi 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşərək, 1989-cu ildə ünvan 3 ünvanında məskunlaşmışlar. Əvvəllər küçənin adı Parkovaya olmuşdur. Hazırda isə yeni qaydalarla küçənin adı K.Şamilovdur. X28rın yaxın qonşusu olmaqla, bir-birlərinin evinə həmişə gediş-gəlişləri olmuşdur. Mərhum 1992-ci ildə vəfat etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, mərhumun adı Bayram Əli olmuşdur, mərhumun həyat yoldaşı Səmayə xanım mərhuma həmişə Bayram Əli adı ilə müraciət etmişdir. İş materiallarında olan: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun surətindən görünür ki, Kirov qəsəbəsi, Parkovaya küçəsi, 1 nömrəli evin sahibi X11r. İV-ЖГ seriyalı 404481 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Səmayə Ağaməmməd qızı arasında nikah 27 dekabr 1954cü il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. AZ-İ seriyalı 615798 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23 noyabr 1960-cı il təvəllüdlü X3 atası X10, anası isə X6r. AЗ seriyalı 472725 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 avqust 1963-cü il təvəllüdlü X4 atası X10, anası isə X6r. İV-ЖГ seriyalı 420134 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X1 arasında nikah 28 noyabr 1987-ci il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. AZ-İ seriyalı 914184 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 11 sentyabr 1992-ci il tarixdə xərçəng intoksikasiyası səbəbi ilə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri xüsusi notariusu İ.B.Hüseynovun Ərizəçi ünvanladığı 18 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, sonuncunun müraciətinə cavab olaraq bildirilmişdir ki, 11 sentyabr 1992-ci il tarixdə vəfat etmiş atası X2 adına olan ünvan 5 ünvanında yerləşən yaşayış evinə dair Azərbaycan SSRİ Kommunal Təsərrüfatı Nazirliyi Şəxsi Mülkiyyət Hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda atasının adı ölüm haqqında şəhadətnamə ilə uyğun gəlmədiyi səbəbindən faktın təsdiq edilməsi üçün müvafiq icra hakimiyyətinə və ya məhkəməyə müraciət etməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 28 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, sonuncunun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, K.Şamilov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədlərdə yaranmış uyğunsuzluğun araşdırılması ilə bağlı ********** nömrəli, 18 noyabr 2021-ci il tarixli müraciətinə baxılmış və bildirilmişdir ki, hüquq sahibinin eyni şəxs olması barədə məhkəmə qərarı və ya müvafiq icra hakimiyyətinin arayışı təqdim edilməklə sənədlərin əsli ilə Əmlak Xidmətləri Məkanına (Nizami rayonu, X.R.Ulutürk küçəsi 20) müraciət ediləcəyi təqdirdə müraciətində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 fevral 2021-ci il və 02 mart 2022-ci il tarixli arayışlarından görünür ki, X8 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, K.Şamilov küçəsi, ev 1 ünvanında daimi pasport qeydiyyatında olmuş, 11 sentyabr 1992-ci il tarixdə vəfat etmişdir. Küçənin keçmiş adı Parkovayadır. 22 oktyabr 2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, hazırki ərizənin qaldırılması üçün ərizəçi tərəfindən məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi mərhum X2 qızıdır. X8 11 sentyabr 1992-ci il tarixdə vəfat etmişdir. Mərhumun adı Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportda yanlış olaraq “Bayram” kimi göstərilmişdir. Ərizəçi sənədlərdə olan uyğunsuzluqla bağlı Daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etsə də, idarə hüquq sahibinin eyni şəxs olması barədə məhkəmə qərarının və ya müvafiq icra hakimiyyətinin arayışının təqdim edilməli olduğunu bildirmişdir. Göründüyü kimi, ərizəçinin atasının Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportda göstərilən adı, onun ölüm haqqında şəhadətnamədəki və digər sənədlərdəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə bu uyğunsuzluğun aradan qaldırılması ilə bağlı imtina cavabı verilmişdir. Ona görə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Kirov qəsəbəsi, Parkovaya küçəsi, 1 nömrəli evin X12 məxsus olması barədə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun 11 sentyabr 1992-ci il tarixdə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Kirov qəsəbəsi, Parkovaya küçəsi, 1 nömrəli evin X12 məxsus olması barədə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun 11 sentyabr 1992-ci il tarixdə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar