Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1515/2023 23.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X9 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə iddia tələbini dəqiqləşdirməklə məhkəmədən ünvan 1 ünvanına dair anası X25 ilə Cavabdeh2 arasında 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-1063 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrə ilə qeydə alınmış çıxarışınləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, özü xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Ermənistan Respublikasından qaçqın düşdükləri vaxtdan xx.xx.1989-cu il tarixdən ünvan 1 ünvanını alaraq qeydiyyata düşməklə köçüb orada atası və anası ilə birgə yaşamışlar. Atası- X22 xx.xx.1991-ci il tarixdə rəhmətə getmişdir. Atası rəhmətə getdikdən sonra Bakı şəhərində yaxşı iş tapa bilmədiyindən Rusiya Federasiyasına pul qazanmaq üçün yollanmış, orada işləyərək anasının maddi və mənəvi dəstəyini özü qarşılamışdır. Anası yaşlandığından ona baxıcı lazım olduğu üçün qohum olan Cavabdeh2 anasına baxmasını və vaxtlı-vaxtında maddi cəhətdən tələbatlarını ödəmək üçün pul göndərəcəyini və həmin puldan istədiyi zaman xərcləyə bilməsini söyləmişdir. Şövkətlə razılığa gəlmiş və Şövkət Rusiya Federasiyasından Azərbaycana anasına qulluq etməsi üçün gəlmişdir. Anası yaşlı olduğu üçün artıq yaddaşı getmişdi və demək olar ki, öz hərəkətlərinin tam olaraq mənasını başa düşə bilmirdi. Hətta ara-sıra qonşuların qapısını döyərək öz evi sanırdı. Qonşular isə bu barədə ona məlumat verirdilər. Bu səbəbdən ona qulluq edə biləcək qohumu olan Şövkətlə anama baxması üçün razılaşmışdır. Belə ki, anası- X25 xx.xx.2022-ci il tarixdə qəflətən rəhmətə getdi. Anasının 86 yaşlı ahıl qoca olduğundan yaddaşı gedib gəldiyini bilirdi, lakin hər hansısa ölümünə səbəb olacaq bir xəstəliyi yox idi. Anasının hansı səbəbdən rəhmətə getməsini Cavabdeh2 soruşduqda hər dəfəsində söhbətdən qaçmağa çalışırdı. Belə ki, anasının bütün yas xərcələrini verdikdən sonra məlum oldu ki, guya anası qeydiyyatda olduğu və orada uzun müddət yaşadığı evi Şövkətə satmışıdır. Şövkətlə bu məsələləri aydınlaşdırmaq üçün dəfələrlə söhbət etmək istəsə də, heç vaxt danışığa gəlməmişdir. Hətta son zamanlar anasının ölüm səbəbinin Şövkət tərəfindən edilməsi barədə onda şübhələr yaranmışdır. İndi isə məlum olmuşdur ki, anasının yaşlı olmasından və yaddaş pozğunluğundan sui-istifadə edən Cavabdeh2 qeydiyyatda olduğu evi anasından 15000 manat məbləğinə alqı-satqı yolu ilə mülkiyyətinə keçirmişdir. (5 saylı Bakı “Asan” Xidmət mərkəzinidə Ədliyyə Nazirliyinin notariat ofisində xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-1063 № iş) Qeyd olunanları nəzərə alaraq hesab edir ki, X10 2015-ci ildən yaddaş pozuntularının müşahidə olunması, onun öz hərəkətlərinin mənasını tam başa düşmək iqtidarında olmaması, gözlərinin və qulağının zəifləməsindən istifadə edərək Cavabdeh2 ünvan 3 ünvanına dair Notariat ofisində ölümündən 5 ay əvvəl alqısatqı yolu ilə rəsmiləşmiş 4Ə-1063 reyestr nömrəsi ilə qeydə alınmış müqavilə etibarsız hesab edilməlidir Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəlillərini uyğun izahat vermiş və iddiaçının tələbini müdafiə etmişdir. Bununla yanaşı iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, iddiaçı Rusiya Federasiyasında yaşayır və pandemiya ilə bağlı sərhədlərin bağlanmasından sonra Bakıya gələ bilməmişdir. İddiaçının anası mərhum Aşa Rəşidova xəstəliyi ilə bağlı iddiaçıdan gəlməsini xahiş etmiş, lakin iddiaçı işləri ilə əlaqədar bunun mümkünsüzlüyünü bildirmişdir. Daha sonra iddiaçı cavabdehlə əlaqə saxlayaraq 300 abş dolları müqabilində anasına, yəni cavabdehin bibisinə dayəlik etməsini, ümumiyyətlə anasınına göndərdiyi hər ay 500 dollar puldan istifadə etməklə anasına baxmasını xahiş etmişdir. Hansı ki, iddiaçının kifayət qədər imkanı var idi və cavabdehin oğlu və əri iddiaçının yanında işləyirdi. Lakin cavabdeh iddiaçının anasının xəstəliyindən, yaşlılığından, unutqanlığından istifadə edərək mərhumu notariat ofisinə aparmış və alqı-satqı müqaviləsini rəsmiləşdirmişdir. Hətta ehtimal edirlər ki, cavabdeh mərhumu evə müvəqqəti qeydiyyata düşmə bəhanəsi ilə notariusa aparmışdır. Bununla yanaşı şahidlər mərhumun yaddaş probleminin olduğunu təsdiq etmişlər. Eyni zamanda real dəyəri 65000-70000 olan mənzil üçün 15000 manat ödənilməsi şübhəlidir, üstəlik guya ödənilən 15000 manat vəsaitin də aqibəti bəlli deyil. Bundan başqa mərhumun pula ehtiyacı olmamış, belə ki, iddiaçı mütəmadi olaraq anasına pul göndərmişdir. Hansı ki, bunu şahidlər də təsdiq edirlər. İddiaçının mərhumun övladlığı olması mübahisə doğurmur, çünki mərhum öz bacısı oğlu olan iddiaçını uşağın 40 günündən övladlığa götürmüş və övladı kimi də saxlamışdır.Evin satılmasına heç bir əsas olmadığı həmçinin ondan irəli gəlir ki, şahid ifadələrində göstərildiyi kimi mərhuma dəfələrlə 5-ci mərtəbədə yerləşən mənzilin satılmasını və ayağında olan problemə görə aşağı mərtəbədən ev alınması təklif edilsə də, A.Rəşidova evin ərindən yadigar qaldığını və oğlunun buna razı olmayacağını bildirmişdir. Bundan əlavə iddiaçı həmin mənzildə qeydiyyatda olmuş və onun razılığı alınmamışdır. İddiaçı evin satılmasını mərhumun 3-cü cümə axşamında bilmişdir. Cavabdehin qərəzli mövqeyi buradan da bəlli olur ki, alqı-satqının həyata keçirilməsindən nə iddiaçıya, nə də digər qohumlarına bəhs etməmişdir, hansı ki, əgər mərhum öz iradəsi ilə alqı-satqı etmiş olsaydı ən azından bu barədə öz yaxın qohumlarına məlumat verərdi. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilən video görüntüdə mərhumun köhnə xatirələrdən danışdığı öz əksini tapıb, bu mərhumun öz hərəkətlərinin mənasını başa düşməsi qənaətini yaratmır, belə ki, köhnə xatirələr unudulmasa belə, indiki zamanda yaşlı insanlarda unutqanlıq, kövrəklik baş verə bilər. Üstəlik həmin videonun cavabdeh tərəfindən çəkilməsi isə elə cavabdehin məqsədyönlü şəkildə aparılan hərəkətlərindən və qərəzli mövqeyindən xəbər verir və həmin videonun sübut kimi qiymətləndirilməməsini xahiş edir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, cavabdeh Şövkət onun doğma dayısı qızıdır. Dayısı gənc yaşında vəfat etdiyindən həmişə Şövkətə baxmışlar. Şövkət özü də Rusiya Federasiyası, Krasnoyarsk vilayətində yaşamış, hətta onun oğlu və əri də onun yanında işləmişlər. Anası ona zəng vuraraq xəstələndiyini bildirmiş, Bakı şəhərinə qayıtmasını istəmişdir bildirdi. Lakin işi ilə əlaqədar heç bir halda qayıda bilməmişdir. Rusiya Federasiyasında olan dayısı qızı Cavabdeh2 anasına qulluq etməsini və anaına göndərdiyi puldan da istədiyi zaman götürüb xərcləyə bilməsini, həmçinin nəyə ehtiyacı olsa ona deməsini bildirmişdir. Bundan sonra Şövkət ilə razılığa gəlmiş və Şövkət Rusiya Federasiyasından anasına baxmaq üçün 2022-ci ilin may ayında Bakı şəhərinə gəlmişdir. Hər ay anasına və Şövkətə 500 ABŞ dolları göndərmişdir. xx.xx.2022-ci il tarixdə anası rəhmətə getmiş və anasının yas mərasimi vermək üçün Bakı şəhərində gəlmişdir. Bakıya gəldikdə artıq anası dəfn olunmuşdu. Bakıda ayın 9-na kimi qalmış, anasını üç mərasimini verdikdən sonra vəfat etməsi barədə Qeydiyyatdan şöbəsindən ölüm haqqında şəhadətnamə almağı dedilər. Təxminən xx.xx.2022-ci il tarixdə xalaoğlu X15 ilə qeydiyyat şöbəsinə getdikdə, yolda xalaoğlu Şövkətin onun ata yurdumu öz adına keçirtməsini dedi. Mən evin nə vaxt Şövkətin adına keçirdiyini soruşduqda Fərman təxminən 3-4 ay olar ki, Şövkətin adına keçdiyini bildirdi. Lakin onun 3-4 ay içində ümumiyytlə heç bir şeydən xəbəri olmayıb. Şövkətlə doğma bacı qardaş kimi olduqlarını, bir-birlərinə bacı qardaş dediklərini bildirmiş və belə bir hərəkətin ona qarşı necə edə bildiyini soruşmuşdur. Şövkət isə guya anasının həmin mənzili ona 15000 manata satdığını bildirdi. Şövkətə anası razı olduğu təqdirdə belə ondan soruşmamış necə belə bir hərəkət etdiyini soruşmuşdur. Çünki anasının səhhətində problem var idi. Şövkət isə anamın belə bir qərar verdiyini bildirdi. Lakin mən ona lap anam belə bir qərar versə belə ona bu haqqda xəbər verməli olduğunu bildirmiş, o isə bu sualına başını aşağı salaraq cavab verə bilməmişdir. Şövkətə həmin mənzilin ata yurdu olduğunu, oğlunun atasının adını daşıdığı üçün həmin mənzildə yaşamasını arzu etdiyini bildirmiş, mənzilin əvəzində isə ona 1 otaqlı başqa mənzil almağı təklif etmişdir. Lakin sonra Şövkətlə görüşə bilməmiş, hətta anasının 40 mərasimində də iştirak etməmişdir. Bundan başqa qohumlarından aldığı məlumata əsasən bir müddət əvvəl anam yaxşılaşmış, artıq özü sərbəst şəkildə hərəkət etdiyindən Şövkət evdən çıxıb getmişdir. Lakin vəziyyəti yenidən ağırlaşandan sonra Şövkət Bakıya anasının yanına gəlmiş və anası 1 həftədən sonra vəfat etmişdir. Mənzil 5-ci mərtəbədə yerləşdiyindən anası sağlığında hələ mənzili satıb, 1-ci mərtəbədən ev almağı təklif etmişdir, lakin anasına həmin mənzilin ata yurdu olduğundan satılmamasını bildirmişdir. Bundan başqa həmin mənzildə qeydiyyatda olsa da, onun razılığı alınmamışdır. Şövkətin oğlu da onun yanınnda işləmişdir. Ümumiyyətlə Şövkətin ailəsinə də özü kömək etmişdir. Lakin sonrdan Şövkətin oğlu onu aldatdığı üçün onu işdən kənarlaşdırmışdır. Anasının 40 mərasiminə gələndə cavabdeh onu heç evə buraxmamışdır. O, qohumları gildə qalmışdır Halbuki, ailəsinə və ona məxsus şəxsi əşyalar həmin mənzildədir. Anası çox sağlam olub, lakin son vaxtlar başında probləmlər var idi, yaddaşı gedib gəlirdi, həmçinin qarnına su yığılırdı. Mübahisəli mənzili atası alıb. Lakin asasının adına necə keçdiyini bilmir. Evin təxmini qiyməti barədə məlumatı yoxdur. Onun hər ay anasına göndərdiyi pulla notariat ofisində alqı-satqı müqaviləsi bağlanıb.
5. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclaslarında iddiaya etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Bununla bağlı yazılı etirazını təqdim etmiş və etirazının dəlillərinə uyğun izahat vermişdir. Bununla yanaşı nümayəndə məhkəmə iclaslarında bildirmişdir ki, əmlakın ucuz qiymətə satılması heç də satıcının öz hərəkətlərinin mənasını başa düşməməsi kimi qiymətləndirilə bilməz. Necə ki, iddiaçının dəlilləri şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və aldadılması olmuşdur. Halbuki təqdim edilmiş video görüntüdən də aydın olduğu kimi, mərhum müraciətində Cavabdeh2 ona heç kimin qulluq etmədiyi kimi xidmət etməsindən danışır və evin qiyməti ilə bağlı hər hansı mübahisə yaratmır. İddiaçı tərəfin videonun qərəzli şəkildə çəkilməsi ilə bağlı mövqeyini isə əsassız hesab edir. Belə ki, həmin video sırf mərhumun xahişinə görə çəkilmişdir, çünki mərhum öz qohumlarını yaxşı tanımış və bunu gələcəkdə baş verə biləcək mübahisələrin qarşısını almaq məqsədilə etmişdir. Necə ki, mərhumun bacısı və tərəflərin xalası olan Xanım evdən çıxmaq istəməmiş və mərhumun əmlaına yiyələnmək istəmişdir. Halbuki, mərhumun bacıları ilə yaxşı münasibəti olmamış, xüsusilə Xanımla danışmamışdır. Bundan əlavə cavabdehin dayə kimi iddiaçı tərəfindən tutulması ilə bağlı səsləndirilən ifadələr həqiqəti əks etdirmir, çünki cavabdeh uşaqlıqdan mərhumun qızı kimi olmuş və daim onun qeydinə qalmışdır. İddiaçı isə tufeyli həyat sürmüş və 30 ildir ki Azərbaycanda yaşamır və anasının qayğısını ondan çox cavabdeh çəkmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi, vəkil Nümayəndə3 izahatında bildirmişdir ki, iddia əsassızdır. İddiaçı Cavabdeh2 bibisi oğludur. xx.xx.2022-ci il tarixdə X25 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsi tam qanunidir. Belə ki, X11 yaddaş pozğunluğu olmamış, öz davranışını bilərək alqı-satqı müqaviləsini bağlamaq üçün notariusa getmişdir. X6 vəkil xidmətindən istifadə etmiş, vəkil xidmətindən istifadə etdiyi üçün rüsum da ödəmiş və bütün hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa mərhum X10 yas mərasimlərinin xərcini Cavabdeh2 çəkmiş, eyni zamanda mərhumun baş daşını da cavabdeh öz puluna düzəltdirmişdir. Cavabdeh2 maddi durumu yaxşıdır. Eyni zamanda Şövkətin Aşanı aldatmaq fikri olsa idi Aşagilin binasında ətrafında notarius ofisi var idi, elə ora aparardı. Eyni zamanda iddiaçının mübahisəli mənzildə qeydiyyatı ilə bağlı sənəd saxtadır, çünki iddiaçı 30 ildir ki daimi olaraq Rusiya Federasiyasında yaşayır və onun Azərbaycan pasportu yoxdur. Hansı ki, alqı-satqı müqvailəsi bağlanan zaman da notarius elektron sistemdən bu barədə məlumatı sorğulamış və evdə qeydiyyatda digər şəxsin olmadığı müəyyən edilmişdir.
7. Bundan başqa Cavabdeh2 nümayəndəsi iddia ərizəsinə etirazını təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi halların heç bir hüquqi və faktiki əsası mövcud deyildir. İlk öncə bildirir ki, İddiaçı bibisı X25 tərəfindən övladlığa götürülmüşdür, yəni, onun doğma övladı deyildir. Onlar Ermənistan Respublikasından qaçqın düşdükdən sonra Rəşid ümümiyyətlə anasına baxmamış, həmin vaxtdan isə Rusiya Federasiyasına yollanmışdır. O, Rusiya Federasiyasının vətəndaşıdır, hal-hazırda Moskva şəhərində pasport qeydiyyatında olmaqla yaşamaqdadır. Qeyd edir ki,uşaq olarkən atası və anası ayrılmışdır. Buna görə də, uşaqlıqdan ona həm ana, həm ata qayğısı bibisi Aşa Rəşidova tərəfindən göstərilmişdir. Aşa Rəşidova faktiki olaraq bibisi olsa da, hər zaman ona öz övladı kimi yanaşmışdır. Uşaqlıqdan onun himayəsində böyüdüyündən onu özümə valideyn kimi bilmişdir. Bildirir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya ona pul verib ki, həmin pulun müqabilində bibisinə baxması üçün Rusiya Federasiyasının Uzaq Sibir bölgəsində yerləşən Krasnoyarsk şəhərindən AR-na gəlsin. Qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusat tamamilə absurddur, birbaşa olaraq məhkəməni yanıltmağa yönəlmişdir. Onun maddi vəziyyəti hər zaman yaxşı olduğundan yaşadığı Krasnoyarsk şəhərindən uzun yol gəlib hər hansı bir maddi vəsait hesabına yaşlı bir şəxsə baxacaq qədər acınacaqlı durumda deyil. Yuxarıda da qeyd etdiyi kimi bibisini hər zaman öz valideyni kimi bilmişdir. AR-na gələndə də bibisinin qayğısına qalmış, onun səhhəti ilə maraqlanmış, onun vaxtlı-vaxtında müalicə olunması üçün köməklik etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabeh 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X9 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Belə ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Təqdim edilmiş video görüntüdən şəxsin anlaqsız olmasından daha çox onun anlaqlı olması qənaəti yaranır. Unutqanlıq isə şəxsin öz hərəkətlərini idarə edə bilməməsi hüquqi nəticəsini doğurmur, necə ki, bir çox insanlarda, xüsusilə yaşlı insanlarda adla bağlı yaddaş pozuntularının olması hamıya bəllidir. Üstəlik müqavilə asan xidmətdə notariusda bağlanılıb və notarius şəxsin iradəsini və müqavilənin hüquqi nəticələrini ona izah etmişdir, bunun əksini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı mülkiyyət hüququ məhdudlaşdırıla bilməz və qanunda şəxsin yaşının iradə ifadəsini məhdudlaşdıran amil olduğu təsbit olunmamışdır.
9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilən X12 izahatında bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Rəşid sənədnən onun bacısı oğludur. Lakin Rəşid onun öz oğludur. Bacısı Aşanın övladı olmadığından əri ilə razılaşaraq Rəşidin 40-ı çıxandan sonra bacısı Aşaya övladlığa vermişdir. Rəşid anadan olana qədər 8 uşağı olmuşdur. Bacısı Aşa və onun əri Rəşidi oxutdurdular. Rusiya Federasiyasında əsgərliyini çəkdi və orada işləməyə başladı. Daha sonra Rəşid Rusiyada evləndi, qazancını Aşaya və Abdullaya göndərirdi. Pandemiyaya qədər tez-tez Bakı şəhərinə gəlirdi. Hətta Rəşid öz uşağını da Bakı şəhərinə gətirmiş və qohumları ilə tanış etmişdir. Rusiyada işlədiyi dövrlərdə qohumları və Zirəli dostu vasitəsilə Aşaya pul göndərirdi. Şövkət onun qardaşı Şahbəndiyarın qızıdır. Şahbəndiyar vəfat edənə qədər Şokolad fabrikinin direktoru olmuşdur. Şahbəndiyar təxminən 1975-ci ildə arvadı və övladı Şövkət ilə birlikdə onların kəndinə gəldilər. Qardaşının toyu olandan ailəvi kəndə gəlməmişdir. Qardaşının ailəsi ilə birinci dəfə kəndə gəldiyi üçün qonaqlıq təşkil etmişlər. Şövkətin anası da qonşu kənddən idi. Həmin qonaqlıqdan sonra Şövkətin anası öz ata evinə qaçdı. Qardaşı da arvadının arxasınca getmədi. Qardaşı Bakı işinə geri dönməli olduğundan Şövkəti analarının yanında saxladı. Şövkətə bir müddət anası, sonra özü, daha sonra Aşa baxmışdır. Daha sonra Şövkətin atası vəfat etdi və Şövkətə digər qardaşı Qələndər baxmışdır. Şövkət təxminən 16-17 yaşında Qələndərin yanından öz anasının yanına qaçdı. Onların bütün zəhmətini yerə vurdu. Sonra eşitmişlər ki, anası Şövkəti öz qaynı oğluna ərə verir. Bundan sonra məcbur qalıb Şövkətlə barışmış və Şövkətin toyuna getmişlər. Şövkət ailə qurduqdan sonra əri ilə birlikdə Rusiya Federasiyasına köçmüşdür və onlarla münasibətləri kəsilmişdir. Son vaxtlar bacısı Aşa xəstələndiyindən ona Sona adlı dayə tutmuşlar. Dayənin pulunu da Rəşid verirdi. Şövkət Rəşidin xəbəri olmadan dayəni çıxartmışdır. Ümumiyyətlə Aşanın bütün xərclərini Rəşid qarşılayırdı. O, bacısı uşaqları dəfələrlə Aşaya evini satıb aşağı mərtəbədən ev almasını təklif etmişlər, lakin Aşa onlarla razılaşmamışdır ki, “ev Abdulladan Rəşidə yadigardır, Rəşidin evin sata bilmərəm”. Aşa həmişə deyirdi ki, ev Rəşidindir. Pandemiyaya qədər Rəşid Aşanı dəfələrlə müxtəlif sanatoriyalara- Yesentukiyə, iki dəfə İstisuya göndərmişdir. Bacısı xəstələnən də, tez-tez onun yanına getmişdir. Hətta bir dəfə bacısıgildə olanda, Rəşid bacısına zəng edərək bildirmişdir ki, “Şövkətə pul verəcəm sənə baxsın.” Rəşid həmin evi təmir etdirəndən sonra mənzilə paltaryuytan, qaz peçi, soyuducu və digər əşyalar almışdır. Təmiri də, onun xalası nəvəsi etmişdir. Rəşid Aşaya bahalı şuba da alıb, ümumiyyətlə Rəşidin qazancı Aşa idi. O, özü Rəşidin göndərdiyi 3000 ABŞ dolları Aşaya vermişdir. Aşanın son dövrlər yaddaş pozğunluğu var idi, yaddaşı gedib-gəlirdi, hətta arada onu da tanımırdı. Bacısı evi satmış olsaydı, ona deyə bilərdi. Şövkətin pulu olmayıb, Şövkət hətta onun anasının adına olan evidə satıb pulunu özünə götürmüşdür.
11. Məhkəmə iclasında şahid qismində dindirilən X16 izahatında bildirmişdir ki, Aşa onun xalası, Şövkət dayısıqızı, Rəşid isə xalası oğludur. Şövkət 1975-ci ildə hələ dayısı sağ olanda kəndə gəlmişdir. Həmin ərəfədə Şövkətin anası uşağı kənddə qoyub öz atası evinə getmişdir. Şövkətin atası onu yanına gətirmişdir. Şövkətə bir müddət özü baxmalı olduğunu bildirmişdir. Bir müddət özü baxmışdır. Sonra özü ailəli olduğundan Şövkətə nənəsi baxmışdır. Daha sonra uşağa Aşa baxmışdır. Hətta digər xalası da baxıb. Sonra dayısı Sumqayıtda qaldığından Şövkəti öz yanına gətirmişdir. Şövkətin 18-19 yaşı olanda anasının yanına qaçdı. Anasının qaçandan sonra hamısı, həmçinin Aşa da ondan küsmüşlər. Daha sonra məlum oldu ki, Şövkəti anası öz qohumuna ərə verib. Bundan başqa Qələndər dayısı öz anasının adına olan evi Şövkətin adına keçirtmişdir. Şövkət həmin evidə satıb əri ilə birlikdə Rusiyaya köçmüşdür. Şövkət Rusiyaya köçəndən sonra əlaqələri kəsilmişdir. Daha sonra Aşa xalam bütün qohumlara tapşırdı ki, qardaşının yadigarıdı, Şövkətin oğlunun toyunda iştirak etməlidirlər. Qohumlar hamısı həmin toyda iştirak etmişlər. Aşanın yaddaş xəstəliyi var idi. Aşa xala xəstə olanda demək olar ki, hər gün səhər-axşam onlara getmiş, yeməyi bişirmişdir. Şövkət mart ayında Bakıya gəlmiş, oğlunun toy ərəfəsində, Aşaya demişdir ki, may ayında gəlib ona özü baxacaq. Aşaya 01- 07 iyun 2022-ci il aralığında xalası qızı Nailə də baxıb. Daha sonra X37 yanından götürüb özü baxmışdır. Eşitməmişdir ki, Aşa xala evi satdığını desin. Əkisnə Aşa deyirdi ki, “evi təzə təmir etmişik niyə satım”. Xalasının yanında tez-tez olmuş, bir dəfə də eşitməmişdir ki, xalası desin ki, evi Şövkətə satmışdır. Rəşid həmin evi iki dəfə təmir edib. Aşanı Moskvaya aparıb, orada ona qızıl qolbaq, 7000 ABŞ dollarına şuba alıb.
12. Məhkəmə iclasında şahid qismində dindirilən X26 izahatında bildirmişdir ki, Rəşid onun xalası oğludur, Şövkət isə dayısı qızı. Özü Aşanın ən böyük bacısı Gülsafanın oğludur. Aşagilə hər həftə getmiş, ona baş çəkmişdir. Belə ki, özü Aşanın evinə yaxın ünvanda qalır. Ona Rəşid deyirdi ki, “get anama bax, nə lazımdır mənə de pul göndərim al”. 2016-cı il tarixdə Rəşid ona 600 ABŞ dolları göndərdi və bildirdi ki, evlərinə kondisioner alsın. Özüm Servis müdiridir. Bundan başqa Aşagildə paltaryuyan xarab olmuşdu, xalasına düzəltməyi təklif etsə də, xalası narazıçılığını bildirmişdir. Rəşid Nailəyə pul göndərdikdən sonra, təzə paltaryuyan aldılar. Rəşid ümumiyyətlə Bakıya kim gəlirdisə onunla Aşaya pul göndərirdi. Aşa xala 5-ci mərtəbədə yaşayırdı, xəstə olduğundan dəfələrlə xalasına təklif etmişdir ki, evi sataq birinci mərtəbəyə dəyişək. Lakin xalası etiraz edərək, deyirdi ki, Rəşid icazə vermir evi sataq. Rəşid atasını çox istəyirdi, həmişə deyirdi ev atamın yadigarıdır. Aşa Rəşidin yanında 3 il Moskvada qalıb. Son vaxtlar xalamın ayağı şişmiş, yaddaşı getmişdi. Xalasından eşitməmişdir ki, desin ki, notariusa gedib. Rəşid evi təmir etdirib və təmirə təxminən 10000 manata yaxın pul qoyub. Rəşid Şövkəti anasına qulluq etmək üçün pul müqabilində Bakı göndərib. Aşanın 15000 manata ehtiyacı olmayıb. Hətta Aşa öləndə evdən 7000 manatdan çox pul var idi, pulu götürüb Tofiq adlı qohumlarına vermişdir ki, yasa nə lazımdır alsın.
13. Məhkəmə iclasında şahid qismində dindirilən X26 izahatında bildirmişdir ki, Cavabdeh2 qardaşının arvadıdır.Mən Şövkətin göstərişi həmişə Aşa yaşayan evə gedib gələn adam olmuşam. Evin təmir işlərinə köməklik və nəzarəti özü etmiş, eyni zamanda Aşa xala evə bazarlıq edəndə həmişə o, aparmışdır. Onu da qeyd etmək istəyir ki, mübahisə Xanımla Şövkət arasında ev üstündə olub. Xanım evin bacısı tərəfindən evin Şövkətə satıldığını bilirdi. Özüm usta olduğunda, evdə nəsə qırılanda özü düzəltmiş, Şövkətin tapşırığı ilə evin hamam otağını və sanitar qovşağını özü təmir etmiş, təmirin pulunu isə Aşa verib. Aşanın özünün də, imkanı yaxşı olub. Mənzilin digər təmir xərclərini qardaşı, Şövkət ya da ki, Aşa özü verirdi. Təmir üçün Rəşid ümumiyyətlə pul göndərməyib, Şövkət göndərib. Evin təmiri də, 3 il əvvəl olub. Şövkət isə sonuncu dəfə 2022-ci ildən 2023-cü ilədək Aşagildə qalıb. Aşanın əksər qohumları onunla danışmırdılar. Aşa xəstələnənədək bacısı Xanım, qohumu Tamaşa onunla danışmırdılar. Nailəni isə Aşagilə gəlib gedəndə görmüşdür. Xanım isə Aşa vəfat etməmiş son 10 gündə gəlib-gedirdi. Aşa öz qohumları ilə küsülü olması barədə dəfələrlə onlara danışıb. Lakin Aşanın xəstə olmasını digər qohumlarının bilib-bilməməsi barədə dəqiq məlumatı yoxdur. Şövkətin Aşanın evini aldığını bilirdi. Təxminən iyun-iyul aylarında alıb. Aşadan eşitmişdir ki, evi Şövkətə cehiz kimi vermişdir, hətta bizdə bu barədə videogörüntüdə var. Həmin videonu Şövkət çəkib və evə görə 15000 manat pul verib. Aşanın yas pulu saxlamasından xəbəri yoxdur. Yasın xərci Şövkət və Tolikdə olub. Aşanın şəkəri yüksək olsa da, yaddaş pozğunluğu yox idi. Şövkətin telefonunda səs yazı var ki, Aşa Rəşidə Bakı gəlməsi üçün yalvarır, lakin Rəşid işi ilə əlaqədar Bakıya gələ bilməyəcəyini bildirirdi.
14. Məhkəmə iclasında şahid qismində dindirilən X27 izahatında bildirmişdir ki, Cavabdeh2 onun qardaşı arvadıdır. Özü Aşanı tanımışdır, çünki Aşa ilə qonşuluqda qalır. Aşa onun qızının toyunda da iştirak edib. Şövkət Aşa vəfat edənədək onun yanında qalıb və ona qulluq edib. Rəşidi tanımır, Rəşidi Aşanın yas mərasimində görmüşdür. Aşa Xanım və onun uşaqları ilə danışmırdı, heç gediş-gəlişləri də olmayıb. Aşanın Tamaşa ilə də, münasibəti yaxşı olmayıb, o da Aşanın son günlərində gəlib-gedirdi. Aydın isə tez-tez Aşanın yanına gəlirdi. Rəşidin Aşaya pul göndərməsini görməmiş, eşitməmişdir. Aşa ilə qonşuqlda yaşadığı üçün Şövkətin xahişi ilə Aşanın kommunal xərclərin özü ödəmişdir. Aşa Şövkətə deyirdi ki, “Rəşidi çağırdım gəlmədi, amma sən ailəni Rusiyada qoyub mənə baxmağa gəldin, ona görə də evi sənə verəcəm” Rəşid Aşaya baxmaq üçün Şövkəti çağırmayıb. Şövkət Aşa ölməmişdən 5-6 ay əvvəl təxminən 2022-ci ilin may-iyun ayında Bakıya gəlib. Aşaya bir müddət dayə baxıb, dayənin pulun Şövkət verib.
15. Məhkəmə iclasında şahid qismində dindirilən X32 izahatında bildirmişdir ki, Cavabdeh2 onun əmisioğlunun arvadıdır. Aşanın evinin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olur. Ona görə də, əmisioğlunun tapşırığı ilə Aşanı bir neçə dəfə bazarlığa aparmışdır. Aşa gəzməkdə çətinlik çəkirdi. Aşanı bazara, yas yerlərinə, xəstəxanaya və digər yerlərə aparmışdır. Aşanın evinin yaxınlığından notariat ofisi mövcuddur.
16. Məhkəmə iclasında şahid qismində dindirilən X28 izahatında bildirmişdir ki, Aşa ilə anası uzaq qohumdurlar. Anası vəfat edəndən Aşagilnən tez-tez gediş-gəlişləri olub. Biləcəridə Xəstəxanda işləyir və onun iş yeri Aşanın evinə yaxındır. Aşa vəfat etməmişdən 6-7 ay əvvəl görmüş, hətta ondan niyə gedib-gəlmədiyini soruşmuşdur. Aşa çox gümrah insan idi. Cavabdeh2 qardaşının arvadıdır. Aşanı tanıyır, Aşa ilə qonşuluqda qalır. Aşa onun qızının toyunda da iştirak edib. Şövkət Aşa vəfat edənədək onun yanında qalıb və ona qulluq edib.
17. Məhkəmə iclasında şahid qismində dindirilən X29 izahatında bildirmişdir ki, Aşa qaynanası Gülsəfanın bacısıdır. Şövkət yoldaşının dayısı qızı, Rəşid isə xalasının oğludur. Yoldaşının anası uşaq yaşında öldüyündən, yoldaşını Aşa himayəsində saxlayıb. Arvadı Kifayət ilə 1977-ci ildə evləniblər. Toyları Aşanın evində olub. Aşanı son vaxtlarda ölümündən yarım ay əvvəl görüb. Ölümündən əvvəl baldızı qızına zəng vuraraq demişdir ki, xalasının vəziyyəti yaxşı deyil və Nailə özü ilə baxmaq üçün evinə aparıb. Həmin ərəfədə baxıcısı yox idi. Lakin onun həmişə baxıcısı olub. Çünki Rəşid baxıcılara anasına baxmaq üçün pullar göndərirdi. Rəşid həmin pulu onun vasitəsilə göndərməsə də, Tamaşadan eşidirdi ki, pulu rəşid göndərib. Aşanın evinin ilk təmirini özü edib. Hətta həmin təmirin pulunu da, Rəşid ödəyib. Sonuncu dəfə qapılara görə 800 manat göndərib. Axırıncı dəfə iyul ayında Aşa gilə gedəndə, evdə Şövkət, Tamaşa, Aydın olub. Aşa həmin vaxt yatmışdır. Oyanan kimi salamlaşdıqda onu tanımamışdır. Dedilər ki, “xala gələn Zakirdi” ondan sonra yadına düşmüş, hətta Kifayəti ondan soruşmuşdu. Halbuki, Kifayət ölmüşdü. Bu zaman Tamaşa demişdir ki, fikir verməsin, çünki xalanın yaddaşı pozulur. Aşa Rəşidlə bağlı həmişə söhbət edirdi. Təkcə şikayəti Rəşidin gec gəlməsi ilə bağlı olub. Deyirdi ki, Rəşid 2-3 aydı gəlmir. Aşa özü demişdir ki, Şövkəti Rəşid ona baxması üçün göndərib. Əvvəllər 2014-cü ildən 2022-ci ilə kimi Şövkəti görməyib. Hətta yoldaşının yas mərasimində də, Şövkəti görməyib. Mərhum arvadı ilə nişanlı olan vaxt Şövkət hələ uşaq olmuşdur. Aşanın bacıları ilə arasında olan söz-söhbətdən xəbəri yoxdur. İyul ayının 8-9da evlərində Şövkət, Tamaşa və Xanım xala olub. Aşaya çayı Şövkət gətirir, tualetə aparır, qablarını yuyurdu. Şövkətə münasibəti yaxşı idi. Mübahisəli evlə bağlı bütün qohumları kimi Aşaya məsləhəti o olub ki, evini satsın aşağı mərtəbədən ev alsın. Lakin Aşa demişdir ki, “mən öləndən sonra Rəşid özü bilər, məndən sonra ev Rəşidindir”. Rəşid meyidin dəfninə çatmamış, basdırılandan 1-2 gün sonra gəlmişdir. 7-sində dedilər ki, Rəşid öyrənib ki, anası evi Şövkətə satıb. Rəşid bu məsələnin üstünə Şövkətlə danışığa cəhd edib. Ona deyib ki, ev atasından ona qalan yadigardır. Həmin evin qarşılığında halallığı ilə bağlı nə lazımdırsa, edə bilər ki, evi ona qaytarsın. Şövkətdə qarşılığında ona Aşanın 40 mərasimində danışmağı təklif edib. Lakin 40 mərasimində Şövkət iştirak etmədi. Hətta məclisi həmin evin yanında vermişlər. Həmin vaxt isə evin qapısı bağlı olmuşdur. Yasın xərcini Tolik dedikləri, Tofiq Abdullayev çəkib. Tolik Aşanın səs yazısını dinlətmişdir. Bəlkə də, həmin səs yazısı hələ də qalıb. Həmin səsdə Aşa deyir ki, vəsiyyət olaraq Tolikə 5600 manat pul verərək, yasını təşkil etməsini, heç kimi əziyyətə salmamasını bildirib. Yasın pulunu Şövkət verməyib. Bütün xərci Tolik çəkib. Həmin pulun Rəşidin göndərdiyi pul olması ona məlum deyil. Yəqin ki, həmin pul olar. Yoxsa o qədər pul Aşada ola bilməz. Evin satılmasından, Aşanın belə bir hərəkətindən onun məlumatı olmamışdır. Ev söhbəti ümumiyyətlə onun yanında olmayıb ki, belə bir söhbətə şahid olsun. Evin son təmiri 10-15 il əvvəl olub. Evin pəncərələri o biri bacısı oğlu tərəfindən dəyişdirilib. Ev yerləşin köhnə daş binanın 5-ci mərtəbəsində. Təmiri ortadır. Evin divarları kağızdır. Evdə yaşayış üçün hər cür əşya var. Aşa özü nazlı qadın olub. Rəşid onu çox yaxşı saxlayırdı. Eyni zamanda Növruzova Şövkət ona mesaj yazaraq bildirmişdir ki, qohumlarım məni təkləyiblər və Aşanın huşunun yerində olmadığını sübut etməyə çalışırlar və mənim məhkəmə iclasında Aşanın huşunun yerində olduğunu bildirməyimi xahiş etdi. O isə cavabında neytral olduğunu və hansı hadisələrə şahid olduğunu məhkəmədə bildirəcəyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
18. İİ- СЛ seriyalı, 038078 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx xxx 1967-ci il tarixində Ermənistan Respublikasında doğulmuş, atası X22, anası X17r.
19. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
20. AZ-İİ seriyalı, 311978 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 1385 № ilə qeyd edilmişdir.
21. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilən 4Ə-1063 saylı mənzil alğı-satqısına dair işin materiallarından görünür:
22. X4 və Cavabdeh2 ərizə ilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X18 ərizə ilə müraciət edərək, X19 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilin (1/1 hissə, 28,41 kv.m, 2) 15000 manat qiymətə satılması barədə razılıq əldə etdiklərini bildirmişlər.
23. xx.xx.2022-ci il tarixli AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X25 ünvan 5 ünvanında yerləşən mənzili tam hissə (tam hissə 28,41 kv.m, 2 otaq) alıcı Cavabdeh2 satmağı, sonuncu bunun müqabilində alıcıya 15000 manat ödəməyi öhdəsinə götürür. Müqaviləni 13-cü bəndinə əsən X25 xx.xx.2022-ci il tarixindən qeydiyyatdan çıxmağı, əmin tarixədək əmlakı Cavabdeh2 təhvil verməyi öhdəsinə götürmüşdür.
24. "xxxx" ASC tərəfindən verilən 08.06.22-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 İsbəndiyar qızı tərəfindən banka 15030 manat pul vəsaiti ödənilmişdir.
25. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X25 xx.xx.2002-ci il tarixindən ünvan 5 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan şəxslər qrafasında X3 göstərilmişdir.
26. 020521 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X23 ilə X24 arasında xx.xx.1958-ci il tarixində nikah bağlanmış, nikahdan sonra arvada “ Rəşidova” soyadı verilmişdir.
27. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilən çıxarışdan görünür ki, şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, ev 1B, mənzil 39 ünvanı xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
28. İddiaçı xx.xx.2022-ci ildə vəfat edən 1936-cı il təvəllüdlü X10 övladlığa götürülmüş oğludur. İddiaçının bioloji anası mərhumun bacısı X7r. Cavabdeh2 mərhumun qardaşı qızıdır. ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 28.41 kv/m olan 2 otaqlı mənzil tam mülkiyyət hüququ ilə X19 məxsus olmuş və xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən 15000 manata Cavabdeh2 satılmışdır. İddiaçı 1991-ci ildən Rusiya Federasiyasında daimi olaraq yaşayır. Onun Azərbaycan Respublikası vətəndaşı olması müəyyən edilmir. Tətbiq edilən maddi hüquq normaları:
29. Azərbaycan Respublikası Müllki Məcəlləsinin:
30. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
31. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
32. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
33. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
34. 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
35. 346.3. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər.
36. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Beləliklə, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər.
38. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:1) əqdin subyekt tərkibinə dair şərtlər; 2) əqdin məzmununa dair şərtlər; 3) əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; 4) əqdin formasına dair şərtlər.
39. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).
40. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
41. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
42. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar). Məhkəmənin əsaslandırması:
43. İddiaçı alqı-satqı müqaviləsinin həm aldatma yolu ilə bağlandığını, həm də müqavilə bağlayarkən satıcının öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyini iddia edir və alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edir. Alqı-satqı müqaviləsinin etibarlılığının digər şərtləri mübahisələndirilmir. Belə ki, alqı-satqı müqaviləsi notarial qaydada bağlanmış və əqdin formasına dair şərtlərə əməl edilmişdir.
44. İddiaçı tərəf əqdin etibarsızlığı ilə bağlı dəlillərini şahid ifadələri ilə bağlı əsaslandırmağa çalışır. Hansı ki, hər iki tərəfdən çağırılmış şahidlər bir-birinə əks ifadələr vermişlər. Lakin hər iki tərəfdən dindirilmiş şahidlərin ortaq ifadələri onunla bağlı olmuşdur ki, X25 fiziki cəhətdən sağlam olmuş, yalnız son dövrlərdə ayaqlarında problem olmuşdur və yeriməkdə, sərbəst hərəkət etməkdə çətinlik çəkmişdir. Eyni zamanda cavabdehin son dövrlərdə mərhuma qulluq etməsi mübahisə doğurmur.
45. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillər ondan ibarət olmuşdur ki, o, Cavabdeh2 anasına baxması üçün pul müqabilində dayəlik etməyi tapşırmışdır və sonuncu bu barədə iddiaçı ilə razılaşmışdır. Bundan əlavə 86 yaşlı anası öz hərəkətlərinin mənasını başa düşmürdü və qonşularının qapısını döyərək öz evi sanırdı.
46. İddiaçı birinci dəlili ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hansı ki, bu halı cavabdeh tərəf də qəbul etməmiş, əksinə cavabdeh tərəfindən dindirilən şahidlər mərhum X10 Cavabdeh2 mənəvi qızı kimi və əksinə digərinin mərhuma mənəvi anası kimi yanaşdığını bildirmişlər. Eyni zamanda Cavabdeh2 öz bibisinin qeydinə qalmağı, qayğısını çəkməyi könüllü şəkildə olmuş və bu iddiaçı tərəfin şahidlərinin bildirdiyi kimi yalnız Aşa Rəşidovanın ölümünə yaxın aylarda olmamışdır. Belə ki, Cavabdeh2 mütəmadi şəkildə bibisi ilə maraqlanmış, özü ölkədə olmadığı vaxtlarda isə bibisinin məişət işlərinə yardım etmələrini öz qöhumlarına tapşırmışdır.
47. Bu səbəbdən məhkəmə hər iki tərəfdən dindirilən şahid ifadələri arasında ziddiyyət olduğunu nəzərə alaraq, iddiaçının dəlillərinin təsdiq edilməsinə kifayət etmədiyi qənaətinə gəlir.
48. İddiaçının digər dəlili ilə bağlı isə qeyd edilməlidir ki, bununla bağlı da hər iki tərəfdən dindirilən şahid ifadələri arasında uyğunsuzluq olduğu aşkardır. Bununla belə 86 yaşlı şəxsdə müvəqqəti yaddaş pozğunluğunun olmağı təbii proses olsa da, iddiaçı anasının öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyəti ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəf ərizəsində mərhumun qonşularının qapısını döyərək öz evini tez-tez səhv saldığını göstərsə də, buna şahidlik edən neytral şəxsləri deyil, mübahisənin həllində müəyyən mənada marağı olan yaxın qohumlarını şahid kimi dəvət etmişdir. Hansı ki, cavabdeh tərəf şahidlərdən X5 Aşa Rəşidovanın ölümündən sonra evdən çıxmaq istəmədiyini və mərhumun evinə yiyələnmək istədiyini bildirmişdir. Halbuki ani yaddaş pozğunluğu, şəxsləri ilk baxışda xatırlaya bilməmək 86 yaşlı şəxs üçün təbii prosesdir, öz hərəkətlərinin mənasını başa düşməmək və ya onlara rəhbərlik edə bilməmək qənaəti isə müəyyən vaxt tələb edən hərəkətlərin(hərəkətsizliyin) ifadə edilməsi zamanı formalaşa bilər. Yəni şəxsin ani olaraq hansısa qohumunu ilk baxışdan tanıya bilməməsi(hansı ki, neytral ifadə verən şahid X13 ifadəsində yuxudan oyanan zaman onu tanımadığını bildirmişdir), onun öz hərəkətlərinin mənasını müəyyən dövr üçün idarə edə bilməməsi qənaətini yaratmır. Üstəlik bunu bildirən şahidlər mərhumun hər hansı müvəqqəti psixi pozuntusu ilə bağlı halları göstərməmiş, əksinə mərhumun qısa vaxt sonra şəxsləri xatırladığını bildirmişlər. Nəzərə alsaq ki, alqı-satqı müqaviləsi Asan Xidmətdə yerləşən notariat ofisində bağlanmışdır və bu zaman hər hansı ani yaddaş pozğunluğunun iradə ifadəsinin həqiqiliyini istisna etməsindən söhbət gedə bilməz. Çünki hamıya bəllidir ki, daşınmaz əmlakın notarial qaydada alqı-satqı proseduruna bir neçə saat sərf edilir(növbə, arayışlar, banka ödənilən rüsumlar, pulun köçürülməsi, notariusun hüquqi izahları və.s) və arada ani yaddaş pozuntusu olan şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi barədə dəlillər inandırıcı deyildir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı tərəfdən dindirilən şahidlər də mərhumun qısa müddətli ani yaddaş pozuntusu olduğunu bildirmiş və bu hərəkətlərin uzun müddət kəsiyində davam etdiyini göstərməmişlər.
49. Bundan başqa iddiaçı tərəf hər iki tərəfin qəbul etdiyi və alqı-satqı müqaviləsinin bağlandığı gün mərhumun onun evindən notariusa getmiş olduğu Nailə Şərif qızının şahid qismində məhkəmədə iştirakını təmin edə bilməmişlər. Halbuki, iddiaçı tərəfdən dindirilən şahidlər Nailə Şərif qızının bu barədə kifayət qədər məlumatının olduğunu, cavabdeh tərəf də həmin şəxsin şahid qismində dindirilməsinə etiraz etmədiklərini və əksinə işin obyektiv həlli üçün əhəmiyyət kəsb edəcəklərini bildirmişdir.
50. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilən və məhkəmə iclasında tədqiq edilən videogörüntüdə mərhum X10 öz hərəkətlərinin mənasını başa düşdüyü və ya onlara rəhbərlik edə bildiyi açıq aşkar görünür. Hansı ki, həmin videoda görünən şəxsin mərhum X25 olması mübahisə doğurmur və mərhum həmin videoda X2(videoda görünməsə də ona dediyi məlumdur) üçüncü şəxslərin soruşduğu halda ona bibisinin cehiz verdiyini deməyi tapşırır. Eyni zamanda videoda X1 Şövkət Şahbəndiyar qızına ona yaxşı qulluq etdiyini və sanki həmin cehizin onun haqqı olduğuna işarə edən ifadələr işlədir, bununla yanaşı vəsiyyət tapşırığı məzmunlu tapşırıq verir, arzularını şer kimi ifadə edir.
51. Tədqiq edilən video görüntü həmçinin o qənaətə gəlməyə əsas verir ki, satıcının müqavilə bağlanan zaman iradə ifadəsinin qüsurlu olduğu sübut edilmiş olsaydı belə, əqd sonradan da bəyənilmişdir.(MM 358.2)
52. İddiaçı tərəfin video çəkilişin məqsədli şəkildə aparılmasına əsaslanaraq, əqdin etibarsız hesab edilməsinə dair cəhdlərini məhkəmə uğursuz hesab edir. Belə ki, cavabdehin gələcəkdə baş verə biləcək mübahisələrin qarşısını almaq məqsədilə gördüyü tədbir heç də onun vicdansızlığına və əqdin aldatma yolu bağlanmasına dəlalət etmir. Bundan əlavə iddiaçı tərəfin dəvət etdiyi şahid hətta mərhum X10 gələcəkdəki dəfn xərcləri ilə bağlı da video çəkdiyini bildirmişdir.
53. Bundan əlavə iddiaçı tərəf cavabdehin X21 aldatdığını və evin qiymətinin 15000 manat olmadığını mübahisələndirmişdir. Bununla bağlı isə məhkəmə qeyd edir ki, müqavilənin aldatma yolu bağlanması ilə bağlı hər hansı sübut təqdim edilmədiyi kimi, istinad edilən hallar da öz təsdiqini tapmamışdır. Belə ki, Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.
54. Alqı-satqının qiyməti isə müqavilə azadlığı prinsipi baxımından əqdin etibarlılığını şübhə altına almır. Belə ki, Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).
55. Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi).
56. Tədqiq edilmiş video görüntü və işin digər müəyyən edilən halları baxımından məhkəmə hesab edir ki, iddiaçının evin qiyməti ilə bağlı mübahisəsi və pulun aqibəti ilə bağlı etirazları əqdin etibarsız hesab edilməsindən sui-istifadədir. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Yəni iddiaçı tərəfin evin real qiymətindən xeyli ucuza satılması ilə bağlı etirazının dəlilləri və müqavilənin yalan əqd hesab edilməsi ilə bağlı cəhdləri də uğursuzdur. Yuxarıda qeyd edildiyi kimi mərhum X10 cavabdeh barəsində işlətdikləri ifadələr əmlakın bağışlanma formasında(cehiz kimi) və ya ucuz qiymətə verildiyinə işarə etsə belə, əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsini istisna etmir və nəticədə tərəflərin arzu etdikləri hüquqi nəticəyə təsir etməmişdir. Bunu mübahisələndirmək isə yuxarıda qeyd edildiyi kimi hüquqdan suiistifadədir.
57. Bundan əlavə iddiaçı tərəfin digər dəlili ilə bağlı qeyd edilməlidir ki, qeydiyyatda olan şəxslərin razılığının alınmaması əqdin etibarsızlığı üçün əsas deyildir. Belə ki, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.04-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun.
58. Hazırkı iş üzrə isə məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi, mübahisələndirilən əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəni yaratmaq məqsədi ilə edilən iradə ifadəsi nəticəsində imzalanmışdır. Müqavilə tərəfləri arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununa dair qarşılıqlı razılaşmanın olması onların müqavilə bağlanan zaman və sonrakı davranışları(video çəkiliş və.s) ilə müəyyən olunur. Tətbiq edilən prosessual normalar:
59. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
60. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
61. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
62. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
63. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev