Məhkəmə qərarları › İş №2(001)-1524/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1524/2022

28.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1524/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1rşı qanunsuz hesablanmış 493 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı qanunsuz hesablanmış 493 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydə alınsa da, həmin mənzildə istifadə olunan qaz sayğacı əvvəlki mülkiyyətçinin adında qalmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Azəriqaz İB-nin işçiləri tərəfindən qaz sayğacı dəyişdirilmişdir. Daha sonra X5 tərəfindən iddiaçıya köhnə sayğaca müdaxilə olunduğu üçün itirilmiş qazın dəyərini, yəni 493 manat borcu ödəməli olması bildirilmişdir. Həmin vaxt Azəriqaz İB-nin işçiləri tərəfindən akt tərtib olunmuşdur. Lakin iddiaçının həmin aktdan xəbəri olmamışdır. İddiaçı sayğaca heç bir müdaxilə etməmiş, sayğac Azəriqaz İB-nin işçiləri tərəfindən quraşdırılaraq istifadəyə verilmişdir. Aktda da qeyd olunmuşdur ki, sayğac çıxarılan zaman sayğacın plombu üzərində olmuş, plomba heç bir müdaxilə edilməmişdir. İddiaçı uzun müddət bu ünvanda yaşamamış, müəyyən müddətlərdə həmin ev kirayəyə verilmişdir. 2017-ci ildə həmin evdə bir ailə kirayədə yaşamış və 2000 manat kirayə haqqı borcu ilə mənzildən çıxmışdır. 2021ci ildən etibarən isə həmin evdə bir nəfər kirayəçi yaşayır. Hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 493 manat borc məbləği silinməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi Nümayəndə1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı qaz sayğacına müdaxilə edildiyi üçün ona 493 manat borc hesablandığını iddia edərək həmin borcun silinməsini xahiş etmişdir. Lakin Azəriqaz İB-də **********00000 saylı istehlakçı kodu üzrə bütün sənədləşmələr istehlakçı Aslanov Fəxrəddinin adına rəsmiləşdirilmişdir. 1202AQ**********0 nömrəli sayğac 27.08.2021-ci il tarixdə **********233 saylı mexaniki tipli sayğacla əvəz edilən zaman qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmişdir. Aktın tərtib edilməsi zamanı istehlakçının nümayəndəsi də iştirak etmiş və akta imza etmişdir. Həmin aktdan da göründüyü kimi sayğacın üzərində mexaniki və elekrton hissənin göstəriciləri 18360,80 m3 olmuşdur. Smart sayğac üzrə saldodan görünür ki, istehlakçı əvvəlcədən ödəmə etməklə 16220 m3 qaz üçün ödəniş həyata keçirmişdir. Belə ki, sayğac mənfiyə işləmiş, bu zaman faktiki istifadə olunan 18360 m3 qaz sərfıyyatı ilə haqqı ödənilmiş 16220 m3 qaz sərfıyyatı arasında fərq yaranmışdır. Bu fərq ilk dəfə kart 17.12.2020-ci il tarixdə sayğaca daxil edilərkən sayğacın göstəricilərinin kartın yaddaşında fiksasiyası zamanı avtomatik qeydiyyatdan keçmişdir. Həmin vaxt 10 manat ödəniş edən abonentin sonrakı ödənişi 22.01.2021-ci il tarixdə, daha sonrakı ödənişi yalnız 6 ay sonra 10 manat olmuşdur. Beləliklə 2020-ci ilin dekabr ayından 2021-ci ilin 27 avqust tarixinədək sayğacda mənfiyə işləmə halı qeyd edilmişdir. Saldodan da göründüyü kimi sayğacın istifadədə olduğu dövr ərzində iddiaçının 30 manat ödəniş etməklə almış olduğu qazın həcmi 300 m3 təşkil etmişdir. Əvvəlki illərdə isə bu göstərici müvafiq olaraq 2205 m3, 1970 m3, 2540 m3, 2495 m3 və s. olmuşdur. Sayğacda mənfiyə işləmə halı sayğaca müdaxilə, batareyanın zəifləməsi, sayğacın giriş hissəsinin deformasiyaya uğraması nəticəsində klapanın açıq qalması və s. ola bilər. Amma səbəbindən asılı olmayaraq hesablanmış qaz sərfıyyatı sayğacın mexaniki hissəsi tərəfindən qeydiyyata alınıb və istehlakçı tərəfindən haqqı ödənilmədən istifadə edilmiş sərfiyyatdır. İstifadə edilmiş sərfıyyatın dəyərini ödəmək isə istehlakçının vəzifəsidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan evdə istifadə olunan smart tipli qaz sayğacının mənfiyə işləməsini müəyyən edən Azəriqaz İB-nin əməkdaşları sayğacı yenisi ilə əvəz etmişlər. Smart qaz sayğaclarında elektron hissədə olan batareyanın gücü zəif olmadığı halda 99% mexaniki və elektron göstəricilər bərabər olur. Sayğacın mənfiyə işləməsi sayğacın üzərində dəyəri ödənilməyən qaz həcminin təyin olunması deməkdir. Smart tipli məişət qaz sayğaclarının istismarı zamanı sayğacların mənfiyə işləməsi halları mümkündür. Bu barədə informasiyalar sayğacların texniki pasportlarında da qeyd olunur. Sayğac mənfiyə işlədiyi dövr ərzində faktiki istifadə edilmiş qazın sərfi barədə məlumat istehlakçı kartı sayğaca daxil edildikdə kartın yaddaşına ötürülür. Lakin bu məlumatın sistemə ötürülməsi kart növbəti dəfə ödəniş terminalına daxil edildikdə baş verir. Kartdan sayğaca ödənişin yüklənməsi zamanı mənfiyə işləmə ilə bağlı istifadə olunmuş, lakin dəyəri ödənilməmiş sərfiyyatın qalıq kreditor məbləğ balansın qarşısında - m3 əks olunur, G-4 və G-6 İtron (Vaşinqton) sayğaclarında menyu 10 bölməsində də, əks olunur. Yəni sayğacın üzərində dəyəri ödənilməyən qaz həcminin olmasını istehlakçı sayğacın ekranında görür və bu barədə məlumatlı olur. İddiaçı barəsində Azəriqaz İB tərəfindən hər hansı bir akt tərtib olunmamış, iddiaçıdan ödənilməsi tələb olunan 401 manat onun faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi qazın dəyəridir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyib, cavabdehin nümayəndəsi P.A.Əliyevin izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçıya hesablanan 401 manat borc onun istifadəsində olmuş smart tipli sayğacın mexaniki hissəsinin qeydiyyatını apardığı qaz sərfiyyatının dəyəridir. Hesabat aşağıdakı qaydada aparılmışdır: 2120 m3-230 m3 =1890 m3; 1890 m3 x 0,2 manat=378 manat; 230 m3 x 0,1 manat = 23 manat; 378+23=401 manat. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.07.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 329 nömrəli reyestr kitabının 30738 saylı vərəqində qeydiyyata alınmışdır. Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunan 27.08.2021-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktadan müəyyən olunur ki, S.Hüseynov ev 29 ünvanında istehlakçı Fəxrəddin Aslanovun adına qeydə alınan İtron tipli qaz sayğacı çıxarılmış 1202AQ**********0 nömrəli mexaniki qaz sayğacı quraşdırılmışdır. Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunan 27.08.2021-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktından daha sonra müəyyən olunur ki, S.Hüseynov küçəsi ev 29 ünvanında istehlakçı X7 tipli, markası 6 4 olan 12022AQ**********0 saylı, elektron göstəricisi 18360.1 m3, mexaniki göstəricisi 18360 m3, aşağı təzyiqlə işləyən qaz sayğacı aktda M-1 (-2139) M-2 (16220) qeydləri aparılmaqla əvəz edilmişdir. X2 istehlakçı Fəxrəddin Aslanovun adına tərtib etdiyi abonentin saldosundan müəyyən olunur ki, Bakı şəhəri ünvan 3 ünvanında qaz sayğacı 27.08.2021-ci il tarixdə dəyişdirlmiş, aktlar üzrə abonentin borcu yoxdur. X2 istehlakçı Fəxrəddin Aslanovun adına tərtib etdiyi abonentin saldosundan müəyyən olunur ki, ünvan 4 ünvanında qaz sərfiyyatına görə borc 401 manat təşkil edir. Azəriqaz İB-nin 28.04.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, smart qaz sayğaclarında elektron hissədə olan batareyanın gücü zəif olmadığı halda 99% mexaniki və elektron göstəricilər bərabər olur. Sayğacın mənfiyə işləməsi sayğacın üzərində dəyəri ödənilməyən qaz həcminin təyin olunması deməkdir. Smart tipli məişət qaz sayğaclarının istismarı zamanı sayğacların mənfiyə işləməsi halları mümkündür. Belə ki, G-4 və G-6 İtron (Vaşinqton), G-4 və G-6 Gulf, G-4 yeni nəsil Gallus Pay, G-4 və G-6 Zenner sayğaclarında bu hal müxtəlif səbəblərdən, o cümlədən sayğacda elektron hissədə olan batareya faizi aşağı olduqda, bağlayıcı klapana müdaxilə olunduqda və s. yarana bilər. Bu barədə informasiyalar sayğacların texniki pasportlarında da qeyd olunur. Sayğac mənfiyə işlədiyi dövr ərzində faktiki istifadə edilmiş qazın sərfi barədə məlumat kartı sayğaca daxil edildikdə kartın yaddaşına ötürülür. Lakin bu məlumatın sistemə ötürülməsi kart növbəti dəfə ödəniş terminalına daxil edildikdə baş verir. Kartdan sayğaca ödənişin yüklənməsi zamanı mənfiyə işləmə ilə bağlı istifadə olunmuş, lakin dəyəri ödənilməmiş sərfiyyatın qalıq kreditor məbləğ balansın qarşısında - m3 əks olunur, G-4 və G-6 İtron (Vaşinqton) sayğaclarında menyu 10 bölməsində də, əks olunur. Yəni sayğacın üzərində dəyəri ödənilməyən qaz həcminin olmasını istehlakçı sayğacın ekranında görür və bu barədə məlumatlı olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan evdə istifadə edilən qaz sayğacının mənfiyə işləməsi müəyyən edildikdən sonra cavabdehin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, dəyişdirilən qaz sayğacının mexaniki göstəricisində öz əksini tapan qaz sərfiyyatına əsasən cavabdeh istehlakçıdan 401 manat borc tələb edir. İddiaçı mülkiyyətində olan evdə daimi yaşayışın olmadığını, qaz sərfiyyatına görə ona qanunsuz borc hesablanmasını bildirsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçı mülkiyyətində olan mənzili kirayə verməklə evdə daimi yaşayış olmuş, iddiaçıdan ödənilməsi tələb olunan 401 manat borc isə onun istifadəsində olmuş qaz sayğacı tərəfindən qeydiyyatı aparılan faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi qazın dəyəridir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbində istinad edilən hallar öz təsdiqini tapmadığından, istifadə etdiyi qaz sərfiyyatın dəyərini ödəmək istehlakçının vəzifəsi olduğundan iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı X1rşı qanunsuz hesablanmış 493 manat borcun silinməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar