Məhkəmə qərarları › İş №2(001)-1525/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1525/2024

05.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1525/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: su təchizatı, istehlakçı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1-da yerləşən fərdi yaşayış evinə quraşdırılmış su sayğacı üzrə sərfiyyat Cavabdeh ASC tərəfindən düzgün quraşdırılmamışdır. Belə ki, sayğac göstəricisi 3707 olduğu halda, 3907 göstərilməklə əlavə 200 kub su sərfi hesablanmış, nəticədə 598 manat borc hesablanmışdır. 100 manat ödəniş etmiş və növbəti bildiriş gəldikcə borc məbləği 498 manat göstərilmişdir. xx.xx.2023-cü il tarixdə 100 manat ödəniş etmiş və xx.xx.2023-cü il tarixdə 175 manat borca silinmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə 50 manat ödəniş edilmiş, lakin əsassız olaraq 545 manat borc hesablanmış, əlavə olaraq 260 manat hesablanmışdır. Sayğacda heç bir problem yoxdur, cavabdehin təqsirindən onun istehlakçı hüquqları pozulmuşdur. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə texniki olaraq abonentə su sərfiyyatına əlavə 195 manat borc hesablanmış, abonentin müraciəti əsasında xx.xx.2023-cü il tarixdə xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə istifadə edilmiş su sərfiyyatı üçün 25 kub hesablanmış, sayğac göstəricisi 3907-dən 3737-yə çəkilməklə və 20 manat həmin sərfiyyat üçün çıxılmaqla ümumilikdə 175 manat borcundan silinmişdir. Həmin tarixdən sonra abonentin saldo üzrə olan borcu istifadə etdiyi su sərfiyyatı üçün hesablanmış borcdur. İzahatımda qeyd etdiklərim iş materiallarında olan saldo və ekspertiza rəyi ilə öz təsdiqini tapır. İddiaçı iddia ərizəsində 260 manat borcun əsassız hesablandığını bildirsə də bu barədə müvafiq sübut təqdim etməmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - **********000 abonentə aid olan xx.xx.2023-cü il tarixli hesab fakturadan görünür ki, su dəyəri 136.50, çirkli su dəyəri 58.50 olmaqla dövrü borc 195 manat qalıq borc 498.88 manat, ümumilikdə 693.88 manat borc hesablanmışdır. Sayğac göstəricisi xx.xx.2023xx.xx.2023-cü il tarixli aralıq olmaqlıa 3907 göstərilməklə, abonent tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 100 manat olmuşdur. -abonent kodu **********000 olan iddiaçının abonent kartından görünür ki, abonent tərəfindən xx.xx.2023-cü il tarixdə 100 manat ödəniş edilmiş, xx.xx.2023-cü il tarixdə etirazı əsasında sayğac göstəricisi 3737 olmaqla 25 manat əsas borcdan silinməklə 175 manat silinmiş, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 58 manat, xx.xx.2023-cü il tarixdə 50 manat olmaqla ödəniş edilmiş, yekun borc 492.88 manat hesablanmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekseprtiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2449 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış su sayğacı (abonent kodu-**********000) üzrə istifadə edilmiş su təchizatı 492,88 manat qalıq borc məbləği abonentin saldo cədvəli məlumatlarında öz əksini tapır. Qeyd edilir ki, iş materiallarında abonentin saldo cədvəlindəki məlumatlara əsasən İddiaçı Cavabdeh ASC-yə olan borcu 492,88 manat məblbğində müəyyən olunur. Həmin borc 2015-ci il tarixdən 2023-cü il tarixinədək o an dövr ərzində İddiaçı məxsus Bakı şəhəri Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən evin (abonent kodu- **********000) su sərfiyyatına görə yaranmışdır. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, STTSAS-a (su təchizatı və tullantı sularının axıdılması sistemləri) qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) hüququdur Həmin Qaydaların 2.1.3-cü bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 2.1.9.2-ci bəndinə görə, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi suyun verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, iddiaçı cavabdeh tərəfindən onun yaşadığı ünvanda quraşdırılmış su sayğacına əlavə məbləğin ödənilməsini iddia etdiyi halda, bununla əlaqədar olan halların sübut edilməsi vəzifəsi onun üzərinə düşsə də, o, bu vəzifəni icra etməmiş, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 9/2449 saylı ekspert rəyi ilə isə bunun əksi sübut edilmişdir. İddiaçının təqdim etdiyi hesab faktura və abonent saldosu ilə müəyyən edilir ki, 195 manat xx.xx.2023-cü il tarixdə sayğac göstəricisi 3907 olmaqla borc hesablansa da, abonentin müraciəti əsasında xx.xx.2023-cü il tarixdə xx.xx.2023xx.xx.2023-cü il tarixləri dövr borcu -25 manata hesasblanmaqla 175 manat yazılmış borc silinməklə sayğac göstəricisi 3734-ə çəkilmiş, əsassız hesablanmış borc bununla da aradan qaldırlmışdır. Həmin tarixdən sonar iddiaçının məhkəməyə müraciət etdiyi tarixədək 260manat əlavə borc hesablanması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapmamış, iddiaçı izahatında da borcun xx.xx.2023-cü il tarixli hesab faktua ilə yazıldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-nə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar