Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1525/2025 30.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-cu il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X5 ilə rəsmi nikahlarından xx.xx.1988-ci il təvəllüdlü Vüsalə adlı qızları var. O, anadangəlmə debillik, hərəkət pozğunluğu xəstəliyindən əziyyət çəkir. Onun bu diaqnozu 4837 nömrəli 24 yanvar 1991-ci və 8708 nömrəli 22 yanvar 1993-cü il tarixli tibbi rəylər ilə təsdiq olunur. Həyat yoldaşı X5 xx.xx.1998-ci il tarixdə 36 yaşında nəfəs borusunun iflici xəstəliyindən vəfat etmişdir. 11 nömrəli Uşaq Poliklinikasının 294 nöməli xx.xx.2001-ci il tarixli arayışından görünür ki, X3 həqiqətən Binəqədi rayon 11 saylı uşaq poliklinikasında “ USİ-i Tetraplerdik forma psixifiziki inkişafın ləngiməsi diaqnozu ilə diapanser qeydiyyatda olmuşdur. Birinci qrup, ümimi xəstəlikdən, müddətsiz, əmək qabiliyyətsiz, kənar şəxslərin qulluğuna ehtiyacı olması 4 saylı Zona TSEK-nın 2381 nömrəli xx.xx.2010-cu il tarixli müayinə aktı ilə təsdiq olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 xx.xx.2024-cü il tarixli ,3097 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X3 “Dəqiqləşdirilməmiş ağır dərəcəli demensiya, davranış pozuntuları ilə daima şəxsin qulluq və himayəsinə ehtiyacı var MMSE-10, F03 Z74.3”. “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X14 35 nömrəli Şəhər Poliklinikasının 568 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdən etibarən “Dəqiqləşdirilməmiş ağır dərəcəli demensiya, davranış pozuntuları ilə daima şəxsin qulluq və himayəsinə ehtiyacı var. (MMSE10)”F03 Z74.3” diaqnozu ilə psixiatrik kabinetdə dispanser müşahidəsi qeydiyyatındadır. Göründüyü kimi, qızı Vüsalə Tariverdiyeva ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, eləcə də öz hərəkətlərini idarə edə bilmir. Bu günə kimi ona qulluq edir. Bundan sonra da onun başqa şəxslərin qulluğuna ehtiyacı var. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 Ərizəçi xx.xx.1988-ci il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinin təmin edilib-edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Xİİİ-ЖГ seriyalı 357503 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü qızı X1 atası X6, anası Ərizəçidır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlliliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssissi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 xx.xx.2001-ci il tarixdən hal-hazıra kimi 2 saylı 18 yaşınadək əlliliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssissində “F71.0 orta dərəcəli əqli gerilik, G82 USİ tetrapargiya” diaqnozu ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2025-ci il tarixli 577 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X2 “uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə” müəyyən olunur. X3 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik deyildir. X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 müəyyən edilən uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1988-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1525/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1525/2025
30.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver