Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-153/2023 30.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1rşı xx.xx.2022-ci il tarixli aktının etibarsız hesab edilərək həmin akt əsasında əsassız hesablanmış 2640 manat cərimənin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı xx.xx.2022-ci il tarixli aktının etibarsız hesab edilərək həmin akt əsasında əsassız hesablanmış 2640 manat cərimənin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ailəsi ilə birgə Bakı şəhəri Binəqədi rayonu Xırdalan şosessi Mədən 1 korpus 1 ünvanında yaşayır. Fərdi evinə dair borcları, eləcə də qaz borcunu da iddiaçı vaxtı-vaxtında ödəmiş, bununla bağlı ödəniş qəbzləri də vardır. **********01076 nömrəli abonentin saldosunda ödənişlərin hər ay fərqli olması öz əksini tapmışdır. Qaz idarəsinin işçiləri ümumi istifadədə olan küçədə quraşdırılmış qaz sayğacına nəzarət edərkən qaz sayğacının yenilənməsini qərara almış, lakin bu barədə abonentə məlumat vermədən tez tələsik sayğac dəyişdirilmişdir. Qaz sayğacına baxış keçirdilərkən nə iddiaçının, nə də ailə üzvlərinin xəbəri olmamışdır. İddiaçının iştirakı olmadan akt tərtib edilmiş, iddiaçının aktı imzalamaqdan imtina etməsi aktda qeyd yazılmışdır. Halbuki, həmin akt iddiaçının iştirakı ilə tərtib olunub imzası ilə təsdiq edilməli idi. Yəni iddiaçının iştirakı ilə qaz sayğacı çıxardılmalı və həmin sayğaca kənar qeyriqanuni müdaxilə olunması və təbii qazdan istifadə edilməsi aşkarlanması iddiaçıya göstərilməli idi. Lakin iddiaçının iştirakı təmin edilmədən qaz sayğacı çıxardılmış, yerindəcə akt tərtib olunaraq qaz sayğacına müdaxilə edilməsini bəhanə edərək iddiaçıya 2640 manat dəymiş ziyanla bağlı cərimə hesablanmışdır. Qaz sayğacı çöldə quraşdırılmış, iddiaçı tərəfindən heç bir müdaxilə olunmamışdır. Qaz İdarəsindən iddiaçıya təqdim edilmiş **********01076 nömrəli abonentin saldosundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu DYP-nin üstü ünvanında, evində qaz sərfiyyatına görə hal-hazırkı illərədək aylıq ödənişlərində heç bir dəyişiklik olmamış, yəni sayğaca hər hansı müdaxilə olunsaydı, əvvəlki və bugünkü aylıq ödənişlərdə kəskin fərqlər olardı. Bundan başqa iddiaçı sayğacın laboratoriya rəyini tələb etsə də, həmin rəy ona verilməmişdir. Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlamlamsına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də, Azəriqaz İB-nin xx.xx.2022-ci il tarixli aktının etibarsız hesab edilərək həmin akt əsasında əsassız hesablanmış 2640 manat cərimənin silinməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, X3 əməkdaşları tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən, Binəqədi rayonu DYP-nin üstü ünvanında mənzilə baxış zamanı abonentin sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etdiyi aşkarlanaraq dəymiş ziyanın hesablanması qərara alınmışdır. Həmin akta əsasən iddiaçıya 250,56 manat ziyan hesablanıb. İddiaçı hazırlıq məhkəmə iclasında borunun üzərində qaynaq izlərinin olduğunu etiraf etsə də, ekspert rəyində heç bir qaynaq izinin olmaması qeyd olunduğundan bu hal ekspert rəyinin mötəbərliyini sual altında qoyur. Azəriqaz İB-nın əməkdaşları tərəfindən tərib olunmuş xx.xx.2022-ci il tarixli akt üzrə 250,56 manat dəymiş ziyan məbləği hesablanmışdır. Ona görə də iddia ərizəsinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. X3 əməkdaşları tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktdan müəyyən olunur ki, Akt № MŞK29/1710-02677 saylı rəyinə əsasən 1102AQ**********5 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın yivli birləşmələrinin deformasiyaya və korroziyaya uğraması müəyyən edilmiş, dəymiş ziyanın hesablanması qərara alınmışdır. X3 xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 1,2x6x90=648 m3, 2,6x18x90=4212 m3 olmaqla cəmi 4860 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X3 əməkdaşları tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, Binəqədi rayonu DYP-nin üstü ünvanında yerləşən mənzilə baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanaraq dəymiş ziyanın hesablanması qərara alınmışdır. X3 xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün 0,8x6x90=1728 m3, 1,5x24x90=3240 m3, 1,4x24x90=3024 m3 olmaqla cəmi 7992 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X3 əməkdaşları tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, Binəqədi rayonu DYP-nin üstü ünvanında yerləşən mənzilə baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanaraq dəymiş ziyanın hesablanması qərara alınmışdır. X3 xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün 0,6x24x90=1296 m3, 1,5x24x90=3240 m3, 0,8x24x90=1728 m3 olmaqla cəmi 6264 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X3 əməkdaşları tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, Binəqədi rayonu DYP-nin üstü ünvanında yerləşən mənzilə baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanaraq dəymiş ziyanın hesablanması qərara alınmışdır. X3 xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün 0,6x24x30=432 m3, 1,5x24x30=1080 m3, 0,8x24x30=576 m3 olmaqla cəmi 2088 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X3 əməkdaşları tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, Binəqədi rayonu DYP-nin üstü ünvanında mənzilə baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanaraq dəymiş ziyanın hesablanması qərara alınmışdır. X3 xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün 0,6x24x30=432 m3, 1,5x24x30=1080 m3, 0,8x24x30=576 m3 olmaqla cəmi 2088 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X3 əməkdaşları tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, Binəqədi rayonu DYP-nin üstü ünvanında yerləşən mənzilə baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanaraq dəymiş ziyanın hesablanması qərara alınmışdır. Azəriqaz İB tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, aktlar üzrə İddiaçı borcu 2021-ci il üçün 918,72 manat təşkil edir. Azəriqaz İB tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, aktlar üzrə İddiaçı borcu 2022-ci il üçün 501,12 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3/1785 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən qaz borusunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının qaz xəttinə qanunsuz qoşulması barədə aktlar tərtib edərək bu hərəkətə görə istehlakçıya maddi ziyan hesablasa da, qanunsuz qoşulmanın mövcud olmasını sübuta yetirə bilməmişdir. Belə ki, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə Binəqədi rayonu DYP-nin üstü ünvanında yerləşən evə çəkilmiş bütün sahə üzrə qaz xəttinin üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, cavabdeh özünün tərtib etdiyi xx.xx.2022-ci il tarixli ******* saylı aktda qeyd olunan faktın baş verməsini sübuta yetirə bilmədiyindən, iddiaçı cavabdehin yalnız xx.xx.2022-ci il tarixli ******* saylı aktını mübahisələndirdiyindən, bu akta əsasən cavabdeh iddiaçıya 250,56 manat maddi ziyan hesablayaraq tələb etdiyindən iddia ərizəsi qismən təmin edilərək Azəriqaz İB-nin xx.xx.2022-ci il tarixli ******* saylı aktı etibarsız hesab edilərək cavabdehin iddiaçıdan bu akta görə tələb etdiyi 250,56 manat silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. X3 xx.xx.2022-ci il tarixli ******* saylı aktı etibarsız hesab edilsin. X5 tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən tələb olunan 250,56 manat borc silinsin. X2 dövlət rüsumuna görə 30 manat və ekspertiza tədqiqatının dəyərinə görə 64 manat olmaqla cəmi 94 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-153/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-153/2023
30.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver