Məhkəmə qərarları › İş №2(001)-1574/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1574/2022

17.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1574/2022 17.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1rşı 345,60 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı 345,60 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, özünə məxsus Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən, 8-ci korpusda yerləşən fərdi evdə (abonent kodu: **********00024) yaşayır. O, yaşadığı evdə təbii qazdan istifadəyə görə daimi olaraq ödənişləri vaxtı-vaxtında ödəmiş, qaz sayğacına və ya onun plombuna heç bir müdaxilə etməmişdir. Qaz sayğacı küçədə yerləşdiyindən onun sayğaca nəzarət etməsi mümkün deyildir. Buna baxmayaraq cavabdehin əməkdaşları onun evindəki sayğaca baxış keçirən zaman sayğacın plombunun olmadığını bəhanə edərək ona cərimə yazmışlar. Hesab edir ki, yazılmış borc qanunsuz və əsassızdır. Ona görə də Azəriqaz İB tərəfindən ona əsassız hesablanan 345,60 manat borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, X3 əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirən zaman alyans plombun olmaması aşkar edilmişdir. Bununla bağlı cavabdeh barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.03.2018-ci il tarixli 001199 saylı akt tərtib edilmişdir. X3 30.03.2018-ci il tarixli qərarına əsasən İddiaçı barəsində tərtib olunmuş 29.03.2018-ci il tarixli 001199 saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 8 saat və hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 1728 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X3 tərtib etdiyi 27.01.2022-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı 2018-ci ilin mart ayında 1728 m3 qaz sərfiyyatına görə qalıq və aktlar üzrə 345,60 manat borc hesablanmışdır. İddiaçı vurduğu ziyana görə 345,60 manatı X4 ödəməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X3 əməkdaşları tərəfindən tərtib olunmuş 29.03.2018-ci il tarixli 001199 saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsində sayğaca baxış keçirilmiş və qaz sayğacının alyans plombunun olmadığı aşkar edilərək dəymiş ziyanın hesablanması qərara alınmış, İddiaçı aktı imzalamaqdan imtina etmişdir. X3 30.03.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş 29.03.2018-ci il tarixli 001199 saylı akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta gündəlik iş rejimi 8 saat və hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 1728 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X3 tərtib etdiyi 27.01.2022-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı 2018-ci ilin mart ayında qalıq və aktlar üzrə 1728 m3 qaz sərfiyyatına görə 345,60 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan qaz sayğacının alyans plombunun olmamasını müəyyən edən cavabdeh sayğaca müdaxilə etməsində iddiaçının təqsirini sübuta yetirmədən ona 1728 m3 qaz sərfiyyatına görə 345,60 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq 1728 m3 qaz sərfiyyatına görə 345,60 manat borc hesablamışdır. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X3 İddiaçı 1728 m3 qaz sərfiyyatına görə tələb etdiyi 345,60 manat borc silinsin. X2 dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar