Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1612/2023 01.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MTK-ya və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsız sayılması” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MTK-ya və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsız sayılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli C-/20/18 saylı Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında C bloku 3 otaqlı mənzilə dair müqavilə, xx.xx.2018-ci il tarixli C-121/14 saylı Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında C bloku 14-cü mərtəbədə yerləşən 3 otaqlı C03 mənzilə dair müqavilələrin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, müxtəlif tikinti şirkətlərinə materiallar verir. 2019-cu ilin oktyabrında Cavabdeh1 MMC-nin nümayəndələri ilə görüşmüşdür. Cavabdeh1 MMC-nin rəhbərliyi F10-32 markalı 6,7 ton armatur verməyi təklif etmişdir. Bunun müqabilində ona mənzil verməyi təklif etmişlər. Ona mənzillərin 1 kv.m qiymətini 1500 manata təklif etmişlər. Həmin ərazidə mənzillərin 1 kv.m 1600-1700 manata olduğundan 2 mənzil almağa razılaşmışlar. 07 noyabr 2019-cu ildə müqavilə bağlamışdır. Müqaviləyə görə, 250.000 manatlıq mal verir, 2il ərzində 206.000 AZN hissə -hissə pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC isə “C” blokunda yerləşən ümumi sahəsi 152.43 kv.m , yaşayış sahəsi isə 136.40 kv.m, 3 otaqlı C14-3 saylı mənzil və ümumi sahəsi 152.43 kv.m, yaşayı sahəsi isə 136.40 kv.m 3 otaqlı C18-3 saylı mənzili verməyi öhdəsinə götürmüşdür. Bundan sonra o, üzərinə düşən öhdəliyi 7-8 ay ərzində yerinə yetirmişdir. Bundan sonra ona məlum oldu ki, Cavabdeh2 MTK-nın vəzifəli şəxsləri qeyri-qanuni olaraq Cavabdeh1 MMC-yə məxsus mənzilləri satmış və buna görə də Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi başlanmışdır. Buna görə də həmin mənzillərə görə heç bir ödəniş etməmişdir. Cavabdeh1 MMC-nin rəhbərliyinə bildirmişdir ki, problemi həll etdikdən sonra ödəniş edə bilər, olmasa da verdiyi malın pulunu qaytarsın. 2021-ci ilin avqust ayında Cavabdeh1 MMC-nin rəhbərliyi onu dəvət edərək, məsələnin həll olunduğunu, artıq mənzillərə görə ödəniş edə biləcəyini bildirmişdilər. Bunu təsdiq edəcək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını təqdim etmişlər. Həmin qərara əsasən Cavabdeh2 MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi qaldırılmış, binanın üzərinə qoyulmuş həbs götürülmüş və satış qadağasından azad edilmişdir. xx.xx.2021-ci il tarixində Cavabdeh1 MMC ilə yenidən müqavilə bağlamışlar. 2022-ci ilin sentyabr ayında qalan borclarını ödəyərək, maliyyə arayışı almışdır. Bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh3 xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MTK yuxarıda göstərilən mənzillərə dair müqavilə bağlayıb və xx.xx.2021-ci il tarixdə məhkəmə qətnaməsi ilə həmin mənzillərin ona verilməsi qət olunub. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisəli mənzillərin və həmin mənzillərin açarlarının Cavabdeh2 MTK tərəfindən iddiaçıya verilməsi” tələblərinin 15 dekabr 2018-ci il tarixli C-121/14 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izole olunmuş 3 otaqdan ibarət C03 saylı mənzil və 15 dekabr 2018-ci il tarixli C-120/18 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, C blokunun 18ci mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan 3 otaqdan ibarət izole olunmuş C03 mənzillərinin yerləşdiyi binaya nəzarət edən hüquqi şəxsin dəyişməsindən asılı olmayaraq həmin mənzillərin açarlarının hər bir halda naturada icra edilməklə iddiaçı Cavabdeh3 təhvil verilməsi qərara alınmışdır. Hesab edir ki, Cavabdeh3 Cavabdeh2MTK tərəfindən verilmiş mənzillərə dair müqavilələr etibarsız sayılmalıdır. Belə ki, həmin mənzillərin Cavabdeh2 MTK tərəfindən satılması hüququ olmamışdır. Çünki, həmin mənzillərin mülkiyyət hüququ Cavabdeh1 MMC-yə məxsus olmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-nin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı münasibətlərindən yaranmışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı -xx.xx.2005-ci il tarixdə verilmiş ********** №-li VÖEN əsasında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsdir.Eyni zamanda digər cavabdehlər Cavabdeh2 MTK xx.xx.2018-ci il tarixdə verilmiş ********** №li VÖEN əsasında və Cavabdeh1 MMC isə xx.xx.2010-cu il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyəti göstərən hüquqi şəxsdirlər. Həmçinin iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, hazırki iddia tələbi də iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Cavabdeh1 MMC tərəfindən ona verilmiş mənzillərə dair bağlanmış müqavilələrin etibarsız edilməsi tələbi ilə bağlıdır. Bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından həmin ərizənin verilməsi üçün iddiaçı tərəfindən 23 yanvar 2023-cü il tarixdə, 2194 nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MTK-ya və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsız sayılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən 23 yanvar 2023-cü il tarixdə, 2194 nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1612/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1612/2023
01.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver