Məhkəmə qərarları › İş №2(001)-1628/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1628/2024

21.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1628/2024 21.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun abonent hesabından silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktın etibarsız edilməsi, həmin akt əsasında hesablanmış 1092 manat "borcun" cavabdeh tərəfindən ona məxsus **********00970 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qisəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacına baxış keçirilmişdir. Qaz sayğacına baxış keçirilən zaman ******* saylı, xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda sayğacın mexaniki hissəsinə keçən qazın sərfiyyatını qeyd edir, elektron hissə qeyd etmir göstəricilər arasında fərq var kimi məlumatlar qeyd olunmuşdur. Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-04971-1 saylı, xx.xx.2022-ci il tarixli aktda 1702AZ**********08 №-li sayğacının dövlət yoxlanılmasından keçirilərkən sayğaca baxış keçirilən zaman 20489694 №-li plomb kəsilərək G-4 SM/7875 sayıl qutunun açıldığını, daxilində impuls ötürən dişli çarxın aşkar olunmadığını, sayğacın yaddaş arxivinin oxunduğunu, xx.xx.2022, xx.xx.2022, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində ALARM-1 rejiminin aşkar olunduğu və sayğacın istismara yararsız olması ilə bağlı məlumatlar Azəriqazın səlahiyyətli nümayəndələri tərəfindən qeyd olunmuşdur. Digər bir əsas məqam isə qaz sayğacının fərdi yaşayış evinin daxilində deyil həyətdən kənarda hasara bərkidilmiş şəkildə olmasıdır. xx.xx.2023-cü il tarixli akt onun iştirakı olmadan tərtib edilmiş və ona bu barədə hər hansı rəsmi məlumat (bildiriş, xəbərdarlıq məktubu) ünvanına göndərilməmişdir. Bütün bu göstərilənlər qəbul olunmuş bu aktın qanunsuz, əsasız və qeyri-obyektiv olmasına dəlalət edir. Əvvəla sayğacda hər hansı bir maneə olsaydı bu hal açıq surətdə adi gözlə özünü büruzə verərdi. Bunu isə hər ay sayğaca baxış keçirən Azəriqazın əməkdaşları bilərdilər. Sayğac tam qaydasındadır elektron göstərici ilə mexaniki göstərici arasında fərqliliklər yoxdur, yivli birləşmələr normal vəziyyətdədir ən əsas məqam isə sayğacın giriş plombu yerindədir. Plombun rəngi görünüşlə müəyyən edilən əlamətlərində hər hansı bir dəyişiklik yoxdur, klapanı işləkdir. Qayka plombu üçün nəzərdə tutulmuş qulacıq yerindədir. Tərəflərindən əgər sayğaca hər hansı bir müdaxilə olunardısa bu bir qayda olaraq qaz sayğacını yoxlamağa səlahiyyəti olan Azəriqazın əməkdaşları tərəfindən bilinərdi. Ən əsas da odur ki, sayğaca kənar müdaxilə olunmamışdır. Eyni zamanda qeyri-qanuni şəkildə çəkilən sayğacdan əlavə qaz xətləri aşkar olunmamışdır. Onu da qeyd edir ki, həmin qeyd etdiyi ünvanda daimi yaşayış vardırş Məhkəməyə təqdim etmiş olduğu 2020-2023-cü illəri əhatə edən ödəniş saldosuna diqqətli baxılan zaman qazdan istifadəyə dair ödənişlərin hər ay üzrə vaxtlı-vaxtında ödənildiyini və bu ilin yanvar ayında isə güya tərəflərindən heç bir ödənişin olunmadığı və 1092 manat borcun olduğu qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş və sayğacın mexaniki hissəsi küçən qazın sərfiyyatını qeyd etdiyi, elektron hissənin qeyd etmədiyini, göstəricilər arasında fərq aşkar olunmuşdur. Tələb: Dəymiş ziyan hesablansın. Cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması barədə MSK- 29/1710-04971-1 nömrəli aktın surətindən görünür ki, 1702AZ**********08 nömrəli sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın mexaniki hissəsi keçən qazın sərfiyyatını qeyd edir, lakin elektron hissə qeyd etmir, göstəricilər arasında fərq var. Daxilində elektron hissəyə impuls ötürən dişli çarx aşkar olunmadı. Sayğac istismara yararsızdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, G4 1702AZ**********08 nömrəli sayğacın elektron göstəricisinin qeyd etmədiyi səbəbi ilə həmin sayğac G4 **********7967 nömrəli sayğacla əvəz edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli tələblərindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 8640 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. **********00970 nömrəli abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2023-cü il üçün ümumilikdə 1036,8 manat akt borcu təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, sayğacdan kənar istehlak olunmuş təbii qazın hesablanmasına dair akta əsasən dəymiş ziyan hesablanarkən qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi orta günlük iş rejiminə və hesabat gününə vurulmaqla hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının: 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir; 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə iş materialları araşdıraraq hesab edir ki, iddia tələbi iddiaçının ******* saylı, xx.xx.2023-cü il tarixli aktın etibarsız edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktın etibarsız hesab edilməsi üçün işdə heç bir sübut yoxdur. Yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Məhkəmə iddianın hesablanmış borcun silinməsi hissəsində hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır. Belə ki, göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Həmçinin **********00970 nömrəli abonentin saldosunun surətindən görünür ki, iddiaçının qalıq və aktlar üzrə 2023-cü il üçün ümumilikdə 1036,8 manat akt borcu təşkil edir. Belə olan halda, xx.xx.2023-cü il tarixli ******* saylı akt etibarlı olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) rəhbər tutaraq hesab edir ki, həmin akt əsasında İddiaçı (Abonent kodu: **********00970) hesablanmış 1036,80 manat məbləğində borc Cavabdeh tərəfindən silinməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,37 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyərini təşkil edən 65 manat məbləğində vəsait cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qisəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış (abonent kodu **********00970) 1036,80 (min otuz altı manat, səksən qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30,37 (otuz manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində vəsait Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar