Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1629/2022 29.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 419,62 manat məbləğində borcun silinməsi və elektron imza alınması üçün ödənilmiş 18 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-cu ildən onlar ünvan 1-də yaşayırlar. Həmin mənzildə yaşadıqları müddətdə kommunal xərclərin ödənilməsi əməliyyatlarını vaxtı-vaxtında, düzgün şəkildə yerinə yetirmişlər. 2021-ci ilin may ayından onlar həmin mənzildən çıxmışlar. Onların həmin mənzildə yaşamadıqlarına baxmayaraq barələrində qalıq borc məbləği müəyyən edilmiş və sayğaca hər-hansısa müdaxilə etməkləri ilə bağlı akt qabul olunmuşdur. İddiaçı "xxxx" ASC-nin əməkdaşlarının əməllərini qanunsuz va əsassız hesab edir. Belə ki, 22 iyul 2021ci il tarixində "xxxx" əməkdaşları işıq sisteminə baxiş keçirməyə gəlmiş, həmin tarixdə 224761 saylı "Sayğacların va cərəyan transformatorlarının yoxlanılması" aktını tərtib etmişlər. Həmin aktda göstərilmişdir ki, sayğacın dövlət qurğuşun möhürləri pozularaq sayğacın daxili sxemi dəyişdirilmişdir. Belə ki, proqram əlavəsi oxunan zaman faktiki seriya nömrasi "15045139" olduğu halda "13504153" olduğu aşkar olunub va saygaca müdaxilə edilib. İddiaçı həmçinin qeyd etmişdir ki, göstərilən hallar tamamilə əsassız va qanunsuzdur. Həmin evdə 4 aya yaxın müddətdə yaşayış olmamışdır. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.Məmmədov iddia tələbini müdafiə edərək bildirdi ki, onlar tərəfindən sayğaca heç bir zaman müdaxilə olunmayıb. Belə ki, sayğac mənzildən kənarda, ümumi istifadə olan ərazidə yerləşir. Aylar üzrə yazılmış işıq enerjisindən istifadəyə görə borc vaxtı-vaxtında ödənilib. Həmçinin sayğacın yoxlanılması və dəyişdirilməsi zamanı onlar orada iştirak etməyiblər. Heç bir qonşuya bu barədə məlumat verilməyib və onlar hal şahidi qismində iştirak etməyiblər. Bir neçə ay sonra mənzilə qayıtdıqdan sonra cavabdeh tərəfindən əsassız olaraq onlara borc hesablandığını öyrənmişlər. Məhkəmə iclasında iştirak edən cavabdhein nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik sayğacına bağış keçirilən zaman, sayğacın plombunun düzgün olmadığını görmüş və akt tərtib edərək, sayğacı yoxlanış üçün laborator müayinəyə göndərmişlər. Həmin zaman sayğacın daxili sxemində olan seriya nömrəsinin dəyişdirildiyini aşkar etmişlər. Bu səbəbdən də istifadəçiyə 419,55 manat cərimə hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC tərəfindən verilmiş “Abunə haqqında” məlumatdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında iddiaçı tərəfindən mütamadi olaraq elektrik enerjisinə görə ödənişlər edilmiş və iddiaçıya 12.08.2021 il tarixdə köhnə tariflə 83,72 manat (1196 kvt x 0.07 qəpik), yeni tariflə isə 335,83 manat (3053 kvt x 0.11 qəpik) borc olmaqla, ümumilikdə 419,55 manat borc hesablanmışdır. - 07.07.2021-ci il tarixdə keçirilmiş yoxlama nəticəsində tərtib edilmiş 219179 №-li AKT-a əsasən, yoxlama zamanı məlum olmuşdur ki, sayğacın göstəricisi çıxarılan zaman optik göz sayğacın göstəricisini qeyd etməmiş, həmçinin sayğacın nömrəsinin düzgün olmadığı müəyyən edilmişdir. - 09.07.2021-ci il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında ******* nömrəli protokola əsasən, İddiaçı məxsus ünvan 1 ünvanında 219179 saylı akta əsasən yeni sayğac ilə əvəz olunmuşdur. - 22.07.2021-ci il tarixli 219179 №-li AKT-a əsasən, sayğacın dövlət qurğuşun möhürlərinin pozularaq sayğacın daxili sxemi dəyişdirilmişdir. Belə ki, proqram əlavəsi oxunan zaman faktiki seriya nömrəsi “15045139” olduğu halda “13504153” olduğu aşkar edilmişdir. - 12.08.2021-ci il tarixli icra vərəqinə əsasən, 219179 saylı, 07.07.2021-ci il tarixli akta əsasən, İddiaçı köhnə tariflə 83.72 manat (1196 kvt x 0.07 qəpik),yeni tariflə isə 335.83 manat (3053 kvt x 0.11 qəpik) borc olmaqla, ümumilikdə 419,55 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: - 1.1 maddəsinə əsasən abonent (əsas istehlakçı) - elektrik qurğuları enerji təchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə, yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. -1.4-cü maddəsinə əsasən abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. -6.3-cü maddəsinəəsasən Dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması qaydaları”na, “Elektrik qurğularının texniki istismar qaydaları”na, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. -8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. -7.6-cı maddəsinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.13-cü maddəsinin üçüncü abzasında göstərilir ki, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən elektrik enerjisi sərfiyyatına görə ona ziyan hesablamışdır. Halbuki, mübahisənin əsasını təşkil edən aktın qeyd hissəsində mənzildə 2 aydır yaşayışın olmaması yoxlama aparan və aktı tərtib edən şəxslərin imzaları ilə öz təsdiqini tapmışdır. Bundan başqa aktda elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi qeyd olunsa da, həmin akt yalnız enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən imzalanmışdır. Lakin qanunvericiliklə müəyyən edilmiş Qaydalarda nəzərdə tutulmuş iki nəfər hal şahidinin iştirakının təmin edilməsi və aktın bir nüsxəsinin məişət abonentinə verilməsi barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda, cavabdeh ASC-nin əməkdaşları tərəfindən 2021-ci il 07 və 22 iyul tarixlərində iddiaçıya məxsus sayğacın elektrik enerjisinin uçotu və “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” nəticəsində hesablanmış və ödənilməsi tələb olunan borcun əsassız olduğu sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh tərəfindən elektrik enerjisi sərfinə görə əsassız olaraq hesablanmış 419,55 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin elektron imza alınması üçün ödənilmiş 18 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi hissəsində araşdırarq hesab edir ki, həmin imza iddiaçının şəxsi istifadəsi üçün alındığından, qeyd edilən məbləğ cavabdehdən tutula bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən əsassız hesablanmış 419,55 manat (dörd yüz on doqquz manat əlli beş qəpik) borc (cərimə)silinsin. "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1629/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1629/2022
29.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver