Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1642/2024 22.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi, Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanmış MŞB-18-00245 saylı xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X6 adlı iki övladları olmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlməmişdir. Hal-hazırda boşanmaq fikirləri qətidir. Bu səbəbdən də, hər ikisi qanunun tələblərinə uyğun olaraq razılıqları əsasında mediasiya təşkilatına müraciət etmişlər. Bakı 18 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2022-ci il tarixdə təşkil etdiyi mediasiya prosesində hər ikisi iştirak etmişlər və aralarında MŞB-18-00245 saylı xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, hər ikisi aralarında olan nikahın pozulmasına razılıqlarını bildirmiş, cavabdeh birgə nikahlarından olan xx.xx.2007ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 onun himayəsində verilməsinə heç bir etirazı olmadığını, onun cavabdehə qarşı aliment tələbinin olmaması və gələcəkdə də olmayacağını və uşaqların ataları ilə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı, həmçinin birgə nikah dövrü zamanı əldə edilmiş xx.xx.2012-ci il tarixli A/092 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən cavabdehin qanuni istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-Park” Yaşayış kompleksindəki 10 saylı küçədə yerləşən 5 otaqlı 1 mərtəbəli mansardlı 190 kv.m-dən ibarət 10 saylı fərdi yaşayış evindəki payından cavabdeh imtina etməsi barədə üzərlərinə öhdəliklər götürmüşdürlər. Cavabdehlə aralarında bağlanmış barışıq sazişinə baxmayaraq qanunvericiliyə uyğun olaraq həmin sazişin təsdiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs bildirdi ki, barışıq sazişində qeyd olunan bəndləri qismən qəbul edir. Belə ki, barışıq sazişinin əmlak ilə bağlı olan hissəsini qəbul etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 890357 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüldü X4 atası Cavabdeh, anası Ərizəçidır. AZ-İİ seriyalı 115703 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüldü X3 atası Cavabdeh, anası Ərizəçidır. xx.xx.2022-ci il tarixdə, Bakı 18 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi ilə Cavabdeh arasında bağlanmış barışıq sazişindən görünür ki:
1. Hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən arlarındaki xx.xx.2005-ci il tarixli 1170 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.
2. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüldü X4 və xx.xx.2008ci il təvəllüldü X3 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar.
3. Tərəflər mediasiya prosesində bir-birinə qarşı aliment tələbinin olmaması və gələcəkdə də olmayacağı barədə razılıq əldə etdilər.
4. Ərizəçi xx.xx.2007-ci il təvəllüldü X4 və xx.xx.2008-ci il təvəllüldü X3 atası - Cavabdeh ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür.
5. Tərəflər arasında xx.xx.2007-ci il təvəllüldü X4 və xx.xx.2008-ci il təvəllüldü X3 təhsili və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yoxdur.
6. Mediasiya prosesində Cavabdeh övladlarının mənzillə təmin edilməsi məqsədi ilə xx.xx.2012-ci il tarixli A\092 saylı “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında” müqaviləyə əsasən qanuni istifadəsində olan və birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu Xırdalan şəhəri “AAAF-Park” Yaşayış kompeksindəki 10 saylı küçədə yerləşən 5 otaqlı 1 mərtəbəli mansardlı 190 kv.m-dən ibarət 10 saylı fərdi yaşayış eviindəki payından imtina etməsi barədə öhdəlik götürdü.
7. Mediasiya prosesində Ərizəçi, Cavabdeh qarşı indi və gələcəkdə hər hansı əmlak və ya pul tələbi olmayacağına dair öhdəlik götürdü.
8. Mediasiya prosesində Cavabdeh Ərizəçi qarşı indi və gələcəkdə hər hansı əmlak və ya pul tələbi olmayacağı barədə öhdəlik götürdü. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişini təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, barışıq sazişinin 2-ci və 4-cü bəndləri hissəsində məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən qismən təsdiq edilməlidir. Barışıq sazişinin digər bəndlərinə gəldikdə isə tərəflərin çıxışı zamanı müəyyən olundu ki, sazişdə göstərilən tələblərlə bağlı iş üzrə tərəflər narazıdırlar və həmin bəndlər üzrə gələcəkdə məhkəmədə iddia qaldıracaqlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
Ərizə qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdə, Bakı 18 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi “2. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüldü X4 və xx.xx.2008-ci il təvəllüldü X3 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar.” və “4. Ərizəçi xx.xx.2007-ci il təvəllüldü X4 və xx.xx.2008-ci il təvəllüldü X3 atası - Cavabdeh ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür.” hissələrində məcburi icra üçün qismən təsdiq edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Sədrlik edən Rəşad Qoşqarlı