Məhkəmə qərarları › İş №2(3-10)-498/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-498/2026

18.06.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-498/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Kərimov Əyyub Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, Ərizəçi Ərizəçi və vəkili vəkil3; maraqlı şəxs1 vəkili vəkil1 iştirakları ilə, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən maraqlı şəxs maraqlı şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən e t d i: Ərizəçi Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi maraqlı şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ərizə ilə müraciət edərək, maraqlı şəxs2 MMC ilə Ərizəçi ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayışının 2-ci mərtəbəsində yerləşən. ümumi sahəsi 95 kv.metr olan mənzil kimi istifadə edilən qeyri-yaşayış sahəsinin, 40% payçı Bağırov Xəlaləddin Vəkil oğlu ilə X5 aralarında bağladıqları ## ### 2014-cü il tarixli notariat qaydada təsdiq edilmiş razılaşmanın 2.6-cı bəndində göstərilən 1100 kv.metr qeyri-yaşayış sahəsindən X5 tərəfindən Ərizəçi ##.##.2016-cı il tarixli mənzil tikintisi haqqında müaviləyə əsasən ayrılan və ##.##.2016-cı il tarixli yekun maliyyə arayışı verilən, 95 kv.metr sahənin üzərində Ərizəçi sahiblik və istifadə hüququnun tanınması və onun sahiblyində saxlanması barədə bağlanmış barışıq sazişinin məhkəmə aktı ilə təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim: İ.Hüseynov) ilə, ərizə təmin edilərək ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayışının 2-ci mərtəbəsində yerləşən. ümumi sahəsi 95 kv.metr olan mənzil kimi istifadə edilən qeyri-yaşayış sahəsinin, 40% payçı Bağırov Xəlaləddin Vəkil oğlu ilə X5 aralarında bağladıqları ## ### 2014-cü il tarixli notariat qaydada təsdiq edilmiş razılaşmanın 2.6-cı bəndində göstərilən 1100 kv.metr qeyri-yaşayış sahəsindən X5 tərəfindən Ərizəçi ##.##.2016-cı il tarixli mənzil tikintisi haqqında müaviləyə əsasən ayrılan və ##.##.2016-cı il tarixli yekun maliyyə arayışı verilən, 95 kv.metr sahənin üzərində Ərizəçi sahiblik və istifadə hüququnun tanınması və onun sahiblyində saxlanması barədə maraqlı şəxs2 MMC (maraqlı şəxs2 MMC-nin 40% payçısı Bağışov Xaləddin Vəkil oğlu) ilə Ərizəçi arasında Bakı * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2025-ci il tarixli MŞB\9\****- ***** nömrəli barışıq sazişi təsdiq edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs maraqlı şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, həmin qətnamədən maraqlı şəxs1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs1 vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ərizəçi Ərizəçi və vəkili vəkil3 apellyasiya şikayətlərini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası baxılan iş üzrə qəbul ediləcək qərardadın məhkəməyə müraciət etmə hüququ ilə bağlılığını nəzərə alıb, ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bu hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Kollegiya bildirir ki, bu cür prosessual şərtlərdən bəziləri Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.12-ci maddəsinə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Kollegiya daha sonra qeyd edir ki, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, ərizə təmin edilərək ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayışının 2-ci mərtəbəsində yerləşən. ümumi sahəsi 95 kv.metr olan mənzil kimi istifadə edilən qeyri-yaşayış sahəsinin, 40% payçı Bağırov Xəlaləddin Vəkil oğlu ilə X5 aralarında bağladıqları ## ### 2014-cü il tarixli notariat qaydada təsdiq edilmiş razılaşmanın 2.6-cı bəndində göstərilən 1100 kv.metr qeyriyaşayış sahəsindən X5 tərəfindən Ərizəçi ##.##.2016-cı il tarixli mənzil tikintisi haqqında müaviləyə əsasən ayrılan və ##.##.2016-cı il tarixli yekun maliyyə arayışı verilən, 95 kv.metr sahənin üzərində Ərizəçi sahiblik və istifadə hüququnun tanınması və onun sahiblyində saxlanması barədə maraqlı şəxs2 MMC (maraqlı şəxs2 MMC-nin 40% payçısı Bağışov Xaləddin Vəkil oğlu) ilə Ərizəçi arasında Bakı * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2025-ci il tarixli MŞB\9\****-***** nömrəli barışıq sazişi təsdiq edilməsi qət edilmişdir. Iş materiallarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında Bakı * saylı Mediasiya Təşkilatında ##.##.2025-ci il tarixli, MŞB\9\****-***** nömrəli barışıq sazişi təsdiq edilmişdir. ##.##.2025-ci il tarixli, MŞB\9\****-***** nömrəli barışıq sazişi aşağıdakı bəndlərdən ibarət olmuşdur:

1. Tərəflərdən Ərizəçi “xxxx” MTK-dan (sonradan MMC-yə çevrilib) 06 May 2016-cı ildə 47500 (qırx yeddi min beş yüz) manat ödəməklə binanın 2-ci mərtəbəsində 95 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsini satın alıb. Bununla bağlı “xxxx” MTK-nın X2 maliyyə arayışı vermişdir. maraqlı şəxs2 MTK satdıqları mənzil və qeyri-yaşayış sahələrinin sahiblərini maliyyə arayışları verdikləri halda Ümumi Yığıncağın qərarı ilə kooperativə üzv kimi qəbul etmədən və pay hüququnu tanımadan və onları payçı kimi qəbul etmədən hüquqi formasını dəyişməklə ##.##.2016-cı il tarixində maraqlı şəxs2 MMC-yə çevrilmişdir.

2. AR Vergilər Nazirliyinin Kommersiya qurumlarının Dövlət reyestrindən Çıxarışa görə (********** vöen) MTK-dakı paylarına uyğun olaraq maraqlı şəxs2 MMC-nin təsisçilərindən Bağışov Xaləddin Vəkil oğlunun payı 40%, X5 payı 30% təşkil edir.

3. maraqlı şəxs2 MTK təsis olunanda onun təsisçilərindən Bağışov Xaləddin Vəkil oğlu ilə X6 öz aralarında bağladıqları ## ### 2014-cü il tarixli 'azılaşmanın 2.4.-cü bəndinə görə, Bağışov Xaləddin Vəkil oğlu maraqlı şəxs2 MMC-nin həmsədri qismində çıxış edir. Eyni Razılaşmanın 2.6-cı bəndinə görə, Xətai rayonu, M.Hadi küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasında yerləşən və Bağışov Xaləddin Vəkil oğluna aid 1100 kv.m. qeyri-yaşayış sahəsi daha sonra sərəncam verilmək üzrə X6 veriləcəkdir.

4. X3 maraqlı şəxs2 MTK-nın sədri ikən buraxdığı qanun pozuntularına görə AR CM 178-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir; habelə bir tərəfdən Ərizəçi digər tərəfdən də Bağış ov Xaləddin Vəkil oğluna olan öhdəliklərini ödəməmişdir. X4 Bağışov Xaləddin Vəkil oğluna ## ### 2014-cü il tarixli razılaşmaya əsasən ödəmədiyi 300.000 (üç yüz min) manatlıq borcu mövcuddur.

5. Bu Saziş üzrə tərəflər razılaşır ki, Bağışov Xaləddin Vəkil oğlu ilə X6 öz aralarında bağladıqları ## ### 2014-cü il tarixli razılaşmanın 2.6.-cı bəndində göstərilən 1100 kv.m. qeyri yaşayış sahəsindən Alişov C.H. tərəfindən Ərizəçi ##.##.2016-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ayrılan və ##.##.2016 tarix i yekun maliyyə arayışı verilən 95 kv.m. sahəylə bağlı hər hansı tələbi mövcud deyil, həmin sahənin üzərində Ərizəçi sahiblik və istifadə hüququna tanıyır və ona etiraz etmir. Göründüyü kimi, ##.##.2025-ci il tarixli, MŞB\9\****-***** nömrəli barışıq sazişi beş bənddən ibarət olmuşdur. Ərizəçi Ərizəçi isə ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsini (bir hissəsini deyil) xahiş etsədə, tələbi maraqlı şəxs2 MMC ilə Ərizəçi ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayışının 2-ci mərtəbəsində yerləşən. ümumi sahəsi 95 kv.metr olan mənzil kimi istifadə edilən qeyri-yaşayış sahəsinin, 40% payçı Bağırov Xəlaləddin Vəkil oğlu ilə X5 aralarında bağladıqları ## ### 2014-cü il tarixli notariat qaydada təsdiq edilmiş razılaşmanın 2.6-cı bəndində göstərilən 1100 kv.metr qeyri-yaşayış sahəsindən X5 tərəfindən Ərizəçi ##.##.2016-cı il tarixli mənzil tikintisi haqqında müaviləyə əsasən ayrılan və ##.##.2016-cı il tarixli yekun maliyyə arayışı verilən, 95 kv.metr sahənin üzərində Ərizəçi sahiblik və istifadə hüququnun tanınması və onun sahiblyində saxlanması barədə bağlanmış barışıq sazişinin məhkəmə aktı ilə təsdiq edilməsi olmuşdur. Kollegiya ilkin olaraq qeyd edir ki, ərizədə ümumi qaydada barışıq sazişinin təsdiq edilməsi istənilsədə ərizənin “xahiş etdi” hissəsində təsdiq edilməsi istənilən sazişin müəyyən hissələri qeyd edilmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, mülki prosessual qanunvericilikdə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə görə, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Lakin hazırki ərizədən, ərizəçinin tələbinin dəqiq olaraq nədən ibarət olması müəyyən edilmir. Belə ki, ərizəçi tələbində barışıq sazişinin tam və ya qismən təmin edilməsini göstərməmişdir. Kollegiya xüsusilə qeyd edir ki, ərizənin tələb (“xahiş etdi”) hissəsindən görünür ki, barışıq sazişinin tam deyil müəyyən bəndlərindən sözlər və cümlələr götürülərək yekunda ərizəçinin tələbi (xahişinin nədən ibarət olması) formalaşdırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində göstərilmiş tələblərə uyğun olmalıdır. Hazırkı iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Bundan başqa, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12 –ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Yuxarıda sadalananlar konteksində kollegiya qeyd edir ki, ərizəçi tələbində barışıq sazişinin tam və ya qismən təmin edilməsini bildirməmiş, həmçinin ərizənin xahiş etdi hissəsində təsdiq edilməsi tələb edilən bənd isə barışıq sazişinin ayrıca bəndi olmamaqla sazişin müəyyən bəndlərindən müəyyən hissələr götürülməklə təsdiq edilməsi xahiş edilmişdir. Kollegiya qeyd edir ki, əgər ərizəçi barışıq sazişinin təsdiqini bütövlükdə istəyirsə o, ərizədə sazişin təsdiq edilməsini xahiş etməli, yox əgər sazişin konkret olaraq hansıssa bəndinin təsdiq edilməsini istəyirdisə onda, ərizənin tələb (xahiş etdi) hissəsində həmin bəndin təsdiqlənməsini tələb etməli idi. Məhkəmə kollegiyası xüsusilə bir məqamıda qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi ilə üçüncü tərəfin borcu da müəyyən edilmişdir. Yəni, barışıq sazişi digər şəxslərin də hüquq və mənafelərinə toxunmaqdadır. Belə olan halda da, tələbin konkret olaraq nədən ibarət olması (və ya sazişin tam və ya qismən təsdiq edilməsi) göstərilmədən həmin sazişin təsdiq edilməsi üçüncü şəxslərində manefiyinə uyğun olmamaqdadır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə irəli sürülmüş tələb qeyri-müəyyən olduğundan mübahisəlindirilmiş qətnamənin apellyasiya icraatı qaydasında yoxlanılmasının nəticələrinə dair qətnamə qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdırlar. Eləcə də, istifadə edilən vasitələrlə çatılmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir. Məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), ##.##.2018, No.40160/12, §77- 78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## #### tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa izah edilsin ki, baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 259, 263-264, 384, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı

Qərara a l d ı:

Maraqlı şəxs maraqlı şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin və maraqlı şəxs1 apellyasiya şikayətləri qismən təmin edilsin. Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi Ərizəçi maraqlı şəxs maraqlı şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “barışıq sazişin təsdiq edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Izah edilsin ki, baxılmamış saxlanılmaya səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar