Məhkəmə qərarları › İş №2(3-10)-406/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-406/2026

21.05.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-406/2026 21.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətini maraqlı şəxs qismində cəlb etdiyi barışıq sazişin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin mümkün hesab edilməsi, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayev Aydan Paşa qızının katibliyi ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətini qarşı sazişin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi maraqlı şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ərizə ilə müraciət edərək, maraqlı şəxs2 MMC ilə Ərizəçi ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayışının 2-ci mərtəbəsində yerləşən. ümumi sahəsi 95 kv.metr olan mənzil kimi istifadə edilən qeyri-yaşayış sahəsinin, 40% payçı Bağırov Xəlaləddin Vəkil oğlu ilə X3 aralarında bağladıqları ## ### 2014-cü il tarixli notariat qaydada təsdiq edilmiş razılaşmanın 2.6-cı bəndində göstərilən 1100 kv.metr qeyri-yaşayış sahəsindən X3 tərəfindən Ərizəçi ##.##.2016-cı il tarixli mənzil tikintisi haqqında müaviləyə əsasən ayrılan və ##.##.2016-cı il tarixli yekun maliyyə arayışı verilən, 95 kv.metr sahənin üzərində Ərizəçi sahiblik və istifadə hüququnun tanınması və onun sahiblyində saxlanması barədə bağlanmış barışıq sazişinin məhkəmə aktı ilə təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən ərizə təmin edilmiş, ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayışının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95 kv.metr olan mənzil kimi istifadə edilən qeyri-yaşayış sahəsinin, 40% payçı Bağırov Xəlaləddin Vəkil oğlu ilə X3 aralarında bağladıqları ## ### 2014-cü il tarixli notariat qaydada təsdiq edilmişrazılaşmanın 2.6-cı bəndində göstərilən 1100 kv.metr qeyri-yaşayış sahəsindən X3 tərəfindən Ərizəçi ##.##.2016-cı il tarixli mənzil tikintisi haqqında müaviləyə əsasən ayrılan və ##.##.2016-cı il tarixli yekun maliyyə arayışı verilən, 95 kv.metr sahənin üzərində Ərizəçi sahiblik və istifadə hüququnun tanınması və onun sahiblyində saxlanması barədə maraqlı şəxs2 MMC (maraqlı şəxs2 MMC-nin 40% payçısı Bağışov Xaləddin Vəkil oğlu) ilə Ərizəçi arasında Bakı * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2025-ci il tarixli MŞB\9\****-***** nömrəli barışıq sazişi təsdiq edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən işdə iştirak etməyən şəxs maraqlı şəxs1 tərəfindən apellyasiya şikayəti verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə işdə iştirak etməyən şəxs maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. Ərizəçi Ərizəçi qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ərizəçi Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə işdə iştirak etməyən şəxs maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş, apellyasiya şikayəti üzrə iş apellyasiya baxışına qəbul edilmiş və mahiyyəti üzrə baxılması üçün icraata götürülmüşdür. Həmin qərardad əsassız və qanunsuzdır. Odur ki, məhkəmənin özü tərəfindən ləğv edilməlidir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi üzrə baxılan işdə iştirakçı və tərəf olmayan maraqlı şəxs1 3-cü şəxs qismində baxılan mübahisəyə cəlb edilməsi üçün əsaslar olmamışdır. Çünki, maraqlı şəxs1 maraqlı şəxs2 MMC tərəfindən inşa edilmiş Xətai rayonu, M.Hadi küçəsi çoxmənzilli yaşayış binasında adına rəsmiləşdirilmiş və verilmiş alqı-satqı müqaviləsində göstərilən mənzilləri hazırda istifadəsində və sahibliyində olan, alqı-satqı ilə aldığı binanın qeyriyaşayış 2-ci mərtəbəsində yerləşən mənzil kimi istifadə etdiyi, ümumi sahəsi 95 kv.m. olan qeyri yaşayışa heç bir aidiyyəti yoxdur. Mahiyyəti üzrə tərəflər arasında baxılmış mübahisə üzrə, çıxarılmış bundan əvvəlki məhkəmə qətnamələrində və yekun məhkəmə aktlarında hazırkı şikayətçi maraqlı şəxs1 Abil oğlunun bu mübahisədə maraqlarına aid olmadığı barədə qanuni qüvvəsini almış məhkəmə aktları mövcüddur. Sonuncu dəfə mübahisələrin həlli ilə bağlı qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icrası üzrə icra vərəqində açıqaşkar maraqlı şəxs1 həmin binada mübahisələndirdiyi sahələrin 80 və 120 kv.m. olan binanın 1-ci mərtəbəsində təyin olunduğu bildirilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya şikayəti verən maraqlı şəxs1 həmin iş üzrə məhkəmə baxışında tərəf və ya maraqlı şəxs qismində iştirak etməmişdir. Lakin təqdim olunmuş şikayətdə və iş materiallarında göstərilir ki, mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən eyni yaşayış binasına aiddir, həmin əmlakla bağlı maraqlı şəxs1 əvvəlki məhkəmə aktları ilə tanınmış hüquqları mövcuddur, mübahisələndirilən barışıq sazişi və onun təsdiqi haqqında qətnamə həmin şəxsin sahiblik və istifadə hüquqlarına təsir edə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisə predmeti olan əmlakla bağlı eyni ünvanda yerləşən digər sahələr üzrə maraqlı şəxs1 hüquqları mövcuddur və bu hüquqlar məhkəmə aktları ilə tanınmışdır. Mübahisələndirilən barışıq sazişi və onun təsdiq edilməsi barədə qətnamə eyni daşınmaz əmlak kompleksi daxilində yerləşən sahələrə dair hüquq münasibətlərinə təsir göstərir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mübahisə predmeti eyni daşınmaz əmlak kompleksi ilə bağlıdır. Həmin əmlak üzrə əvvəllər müxtəlif məhkəmə aktları qəbul edilmiş və hüquqların toqquşması ehtimalı mövcuddur. Şikayət verən şəxs prosesdə iştirak etməmiş və məhkəmədə öz mövqeyini bildirmək imkanı olmamışdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilənhallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilmişdir, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar