Məhkəmə qərarları › İş №2(5-146)-280/2026

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-146)-280/2026

06.03.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(5-146)-280/2026 06.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi nümayəndəsi – atası Nümayəndə Maraqlı şəxs Cavabdeh iştirakları ilə Ərizəçi maraqlı şəxs Cavabdeh ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci ildə Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü Mələk, xx.xx.2013-cü il təvəllüdlü Əsnad və xx.xx.2016-cı il təvəllüdlü Saleh adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Onlar xx.xx.2024-cü il tarixdə Mediasiya prosessində iştirak etmiş, aralarında barışıq sazişi bağlanmış və barışıq sazişinin şərtlərinə əsasən birinci tərəf (X5) xx.xx.2013-cü ildə doğulan övladı X1 İkinci tərəfin (Cavabdeh) himayəsində qalmasına razıdır. İkinci tərəf (Cavabdeh) xx.xx.2016- cı ildə doğulan övladı X6 və xx.xx.2012-ci ildə doğulan övladı X2 Birinci tərəfin (X5) himayəsində qalmasına razıdır. İkinci tərəf Birinci tərəfin himayəsində olan övladı X4 o, yetkinlik yaşına çatanadək 2024-cü ilin fevral ayının 10- dan başlayaraq növbəti hər ayın 10-dək 200 manat məbləğində aliment ödəmək öhdəliyini öz üzərinə götürür. Tərəflər uşaqları ilə istənilən vaxt görüşməsi barəsində razılığa gəlmişlər. Lakin Cavabdeh barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və öhdəliyini lazımı qaydada icra etməmişdir. Cavabdeh barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi nümayəndəsi - atası Nümayəndə ərizəyə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclası zamanı izahat verərək bildirmişdir ki, ərizənin təmin olunmasına etiraz etmir. Sübutların tədqiqi: İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-534/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Ərizəçi arasında xx.xx.2012-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış 165 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuş və boşanmadan sonra xx.xx.2012-ci il təvəllüdlü Mələk, xx.xx.2013-cü il təvəllüdlü Əsnad və xx.xx.2016-cı il təvəllüdlü Saleh adlı uşaqların anası X3 yanında qalması müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki: birinci tərəf (X5) xx.xx.2013-cü ildə doğulan övladı X1 İkinci tərəfin (Cavabdeh) himayəsində qalmasına razıdır. İkinci tərəf (Cavabdeh) xx.xx.2016- cı ildə doğulan övladı X6 və xx.xx.2012-ci ildə doğulan övladı X2 Birinci tərəfin (X5) himayəsində qalmasına razıdır. İkinci tərəf Birinci tərəfin himayəsində olan övladı X4 o, yetkinlik yaşına çatanadək 2024cü ilin fevral ayının 10- dan başlayaraq növbəti hər ayın 10-dək 200 manat məbləğində aliment ödəmək öhdəliyini öz üzərinə götürür. Tərəflər uşaqları ilə istənilən vaxt görüşməsi barəsində razılığa gəlmişlər. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ərizəçinin ərizəsini və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olunmuşdur ki, ərizəçi ilə maraqlı şəxs xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü Mələk, xx.xx.2013-cü il təvəllüdlü Əsnad və xx.xx.2016-cı il təvəllüdlü Saleh adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah qeydi məhkəmə qaydasında pozulmuşdur. xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə əsasən tərəflər öz üzərinə aşağıdakı öhdəlikləri götürmüşlər: “Birinci tərəf (X5) xx.xx.2013-cü ildə doğulan övladı X1 İkinci tərəfin (Cavabdeh) himayəsində qalmasına razıdır, İkinci tərəf (Cavabdeh) xx.xx.2016- cı ildə doğulan övladı X6 və xx.xx.2012-ci ildə doğulan övladı X2 Birinci tərəfin (X5) himayəsində qalmasına razıdır, İkinci tərəf Birinci tərəfin himayəsində olan övladı X4 o, yetkinlik yaşına çatanadək 2024-cü ilin fevral ayının 10- dan başlayaraq növbəti hər ayın 10-dək 200 manat məbləğində aliment ödəmək öhdəliyini öz üzərinə götürür, tərəflər uşaqları ilə istənilən vaxt görüşə bilər”. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Cavabdeh tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26.1-maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü Saleh adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəmək öhdəliyini öz üzərinə götürməsinə dair hissəsində barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Digər hissələrdə barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. Bundan əlavə, ərizəçi ərizəsində tələbinin barışıq sazişinin məhz alimentlə bağlı hissəsindən, yəni “xx.xx.2016-cı il təvəllüdlü Saleh adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödənilməsi”ndən ibarət olduğunu, başqa heç bir tələbinin olmadığını göstərmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdeh ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi – Cavabdeh tərəfindən Ərizəçi, sonuncunun himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü Saleh adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin ödənilməsi öhdəliyinə dair hissəsində təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar