Məhkəmə qərarları › İş №2(001)-166/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-166/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-166/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Hüseynov Yurı̇ s Xələf oğlunun Cavabdehlər Yeni Yasamal MTK-ya və Cavabdeh2 qarşı Yeni Yasamal MTK ilə Cavabdeh2 arasında bağlanmış 21.07.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, 23.04.2007-ci il tarixli müqaviləyə əsasən Yeni Yasamal MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilin istismara tam hazır vəziyyətdə ona təhvil vermək vəzifəsinin Yeni Yasamal MTK-ya həvalə edilməsinə dair ilk iddia ərizəsi, İddiaçı Yeni Yasamal MTK-nın Cavabdeh İddiaçı qarşı Yeni Yasamal MTK ilə Hüseynov Yurı̇ s Xələf oğlu arasında Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilə dair bağlanmış 23.04.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Hüseynov Yurı̇ s Xələf oğlu cavabdehlər Yeni Yasamal MTK-ya və Cavabdeh2 qarşı Yeni Yasamal MTK ilə Cavabdeh2 arasında bağlanmış 21.07.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, 23.04.2007-ci il tarixli müqaviləyə əsasən Yeni Yasamal MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilinin istismara tam hazır vəziyyətdə ona təhvil vermək vəzifəsinin Yeni Yasamal MTK-ya həvalə edilməsinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Yeni Yasamal MTK cavabdeh İddiaçı qarşı Yeni Yasamal MTK ilə Hüseynov Yurı̇ s Xələf oğlu arasında Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilə dair bağlanmış 23.04.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Hüseynov Yurı̇ s Xələf oğlunun nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etməyərək izahatında göstərmişdir ki, Y.X.X10 MTK-ya beton satdığı üçün MTK-nın inşa etdiyi binaya gedib gəlmiş və mənzili görüb almaq qərarına gəlmişdir. Bundan sonra Yeni Yasamal MTK ilə Hüseynov Yurı̇ s Xələf oğlu arasında bağlanmış 23.04.2007-ci il tarixli müqaviləyə əsasən Yeni Yasamal MTK Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində Yeni Yasamal MTK tərəfindən inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzili tam hazır vəziyyətdə iddiaçıya təhvil verməli, iddiaçı isə müqavilə məbləği olan 66800 manatı cavabdehə ödəməli idi. İddiaçı həmin müqavilə üzrə öhdəliyini tam icra edərək müqavilə məbləği olan 66800 manatı müqavilə bağlandığı gün, yəni 23.04.2007-ci il tarixdə cavabdehin kassasına nağd olaraq ödəmiş və cavabdeh tərəfindən ona bu barədə maliyyə arayışı verilmişdir. İddiaçı verilməsi nəzərdə tutulan mənzilin yerləşdiyi bina bir neçə il bundan öncə inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. İddiaçı dəfələrlə etdiyi müraciətlərə baxmayaraq cavabdeh ona verilməsi nəzərdə tutulan mənzili bu günədək iddiaçıya təhvil verməmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi bu günədək icra etməmiş və icra etmək niyyətində deyildir. Sonuncu dəfə İddiaçı iki il əvvəl binada olmuşdur. Məhkəməyə müraciət etdikdən sonra iddiaçıya mənzilinin 21.07.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 satılması məlum olmuşdur. Ona görə də Yeni Yasamal MTK ilə Cavabdeh2 arasında bağlanmış 21.07.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, Yeni Yasamal MTK ilə İddiaçı arasında bağlanmış 23.04.2007-ci il tarixli müqaviləyə əsasən Yeni Yasamal MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilin istismara tam hazır vəziyyətdə iddiaçıya təhvil vermək vəzifəsinin cavabdeh Yeni Yasamal MTK-ya həvalə edilməsinə dair qətnamə qəbul edilməsini, qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılır ki, Yeni Yasamal MTK tərəfindən Hüseynov Yurı̇ s Xələf oğluna mübahisəli mənzilə dair müqavilə və maliyyə arayışı verilsə də, əslində Hüseynov Yurı̇ s Xələf oğluna Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzili satılmamış, MTK-nın ona mənzil satmaq barədə iradə ifadəsi olmamışdır. Hüseynov Yurı̇ s Xələf oğlu MTK-ya tikinti işlərinin həyata keçirilməsi üçün beton verən fiziki şəxsdir. Sonuncu MTK-nın podratçısı olan X8 ilə razılaşdırılmışdır ki, binanın tikintisi üçün beton veriləcəkdir. Bu səbəblə formal olaraq, yəni ödənişin təminatı olaraq sonuncuya mübahisəli mənzilə dair qeyd olunan müqavilə və maliyyə arayışı verilmişdir. Lakin buna baxmayaraq cavabdeh MTK-ya nə beton vermiş, nə də ki, mənzilin ödənişini etməmişdir. X8 isə tikintini yarımçıq saxladığı üçün və digər cinayət əməllərinə görə barəsində cinayət işi başlanmışdır. Cavabdeh İddiaçı heç vaxt Yeni Yasamal MTK-ya gəlməmiş, ümumiyyətlə həmin mənzildə olmamış, mənzilə dair heç bir ödəniş etməmiş, ümumiyyətlə həmin mənzildən xəbərsiz olmuş, mənzilin harada yerləşməsindən belə xəbərsizdir. Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzil 21.07.2008-ci il tarixdə Cavabdeh2 satılmış, sonuncu tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmiş, bu barədə ona müqavilə və maliyyə arayışı verilmiş, mənzil alındığı gündən Cavabdeh2 faktiki olaraq istifadəsindədir. Ona görə də Yeni Yasamal MTK ilə Hüseynov Yurı̇ s Xələf oğlu arasında Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilə dair bağlanmış 23.04.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Yeni Yasamal MTK-nın nümayəndəsi və vəkili Vəkil4 ilk iddia ərizəsini qəbul edib, qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş edərək izahatında göstərmişdir ki, o, Yeni Yasamal MTK-nın sədri X2 cinayət işində vəkili olmuş, 10 gün əvvəl C.H.Alışovla görüşmüşdür. Qarşılıqlı iddia ərizəsi verilərkən Yeni Yasamal MTK-nın sədri C.H.Alışovun mövqeyi öyrənilməmişdir. Hüseynov Yurı̇ s Xələf oğlu ilə Yeni Yasamal MTK arasında 23.04.2007-ci il tarixli müqavilə bağlanarkən mənzil MTK tərəfindən girov qoyulmuşdur. Belə ki, İddiaçıla bağlanan müqaviləyə əsasən Y.X. Hüseynov müqavilədə qeyd olunan məbləğdə MTK-ya beton verməli idi. MTK mənzili satdıqdan sonra betonun pulunu verməli idi. İddiaçıla beton alınmasına dair ayrıca müqavilə bağlanmamışdır. 2008-ci ildə MTK təsisçilərindən biri olan X4 202 saylı mənzilə alıcı tapmış və mənzili Cavabdeh2 satmasını bildirmişdir. Bundan sonra C.H.Alışov tərəfindən Cavabdeh2 adına müqavilə və maliyyə arayışı verilmişdir. Lakin Cavabdeh2 və ya Ə.Ə.Şahmarov tərəfindən mənzilin pulu MTKnın kassasına keçirilməmişdir. 202 saylı mənzilin açarının Cavabdeh2 verilməsinin, pul ödənilmədən Cavabdeh2la müqavilə bağlanmasının, maliyyə arayışının verilməsinin səbəbi ona məlum deyildir. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin geri qaytarılaraq baxılmamış saxlanmasını xahiş edir. İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Yeni Yasamal MTKnın sədri X1 Yasamal MTK-nın nümayəndəsi və vəkili Vəkil4 vasitəsi ilə məhkəməyə təqdim etdiyi izahatında göstərmişdir ki, Yasamal rayonu M.Xiyabani 5 ünvanında Yeni Yasamal MTK tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasında 2007-ci ildə bağlanmış müqavilə əsasında İddiaçı həmin binanın 2-ci girişinin 12-ci mərtəbəsində 167 m2 sahəsi olan 202 saylı mənzil satılmış, ona müvafiq müqavilə və maliyyə arayışı verilmişdir. Aralarında olan razılaşmaya görə İddiaçı mənzilin dəyərini MTK-ya beton verməklə ödəməli idi. İddiaçı razılaşmaya uyğun MTK-nı betonla təmin etmiş, beləliklə mənzilin tam dəyərini MTK-ya ödəmişdir. 2008-ci ildə Yeni-Yasamal MTK-nın həm təsisçisi X6 ofisə gələrək 202-saylı mənzilə onun Cavabdeh2 adlı alıcısının olmasını bildirmiş və bu mənzili Cavabdeh2 nağd pula satıb əldə olunmuş pula satıb, əldə olunmuş pulu Yuris Hüseynova MTK-ya verdiyi betonun əvəzinə ödəyib 202 saylı mənzili Cavabdeh2 adına rəsmiləşdirməyi təklif etmişdir. Bu barədə ümumi razılıq əladə olunmuş, Ə.Ə.Şahmarov mənzilin pulunu Cavabdeh2 almasını deyib mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinin mümkün olmasını demişdir. Ə.Ə.Şahmarov MTK-nın həmtəsisçisi olduğundan o, inanıb Cavabdeh2 adına müvafiq müqavilə və maliyyə arayışı yazıb Ə.Ə.Şahmarova vermiş, Cavabdeh2 görməmişdir. Ə.Ə.Şahmarov özü müqaviləni Cavabdeh2 imzalatdırıb mənzilin dəyərini MTK-nın kassasına ödəməli idi. Həmin pulda İddiaçı çatmalı idi. Lakin Ə.Ə.Şahmarov həmin mənzilin dəyərini MTK-ya ödəməmişdir. O, dəfələrlə pulun ödənilməsinin vacibliyini bildirsə də, bu günədək MTK-ya pul ödənilməmişdir. Bununla əlaqədar olaraq həmin mənzil İddiaçı istifadəsindədir, MTK tərəfindən tam əsaslı olaraq ona təhvil verilmişdir, hesab edir ki, 202 saylı mənzilə İddiaçı tam qanuni əsasla sahiblik edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Yeni Yasamal MTK ilə Cavabdeh2 arasında bağlanmış 21.07.2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Yeni Yasamal MTK-nın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 105210 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Yeni Yasamal MTK-nın 21.07.2008-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Yeni Yasamal MTK-ya məxsus binanın 2-ci girişinin 12 mərtəbəsində ümumi sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilin dəyəri olan 105210 manat alıcı Cavabdeh2 tərəfindən MTK-ya ödənilmişdir. Hər iki tərəf öhdəliklərini icra etmiş, belə ki, Cavabdeh2 mənzilin dəyərini tam olaraq MTK-ya ödəmiş, MTK-da mənzili Cavabdeh2 təhvil vermişdir. Həmin mənzilin açarları Cavabdeh2dır, sonuncu həmin mənzildə bəzi təmir işləri də aparmışdır. Bu müddət ərzində İddiaçı heç vaxt həmin mənzilə gəlməmiş, mənzil heç vaxt İddiaçı istifadəsində olmamışdır. Yeni Yasamal MTK-nın təsisçilərinin tərtib etdikləri mənzillərin bölünməsi ilə bağlı sxemdə 202 saylı mənzilin tikinti üçün deyil, satış üçün ayrılması qeyd olunmuşdur. İddiaçıla MTK arasında 23.04.2007-ci il tarixdə bağlanan müqavilə pərdələnmiş əqdir. Əslində tərəflərin niyyəti mənzil alıb satmaq deyil, beton alıb-satmaq olmuşdur. Bu faktı iddiaçı cinayət işi üzrə verdiyi ifadələrində qeyd etmiş, MTK-nın nümayəndələri də izahatlarında qeyd etmişlər. Ona görə də MTK tərəfindən bu mənzil S.N.Nəsirova satılmışdır. İddiaçının bağladığı müqavilə etibarsız olduğundan onun MTK ilə Cavabdeh2 arasında bağlanan müqaviləni mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Bağladığı müqavilə etibarsız olduğundan İddiaçı mənzilin ona təhvil verilməsini tələb edə bilməz. Bununla yanaşı İddiaçı həmin mənzilə dair bağlanmış 21.07.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair tələbi üzrə iddia müddətini də ötürmüşdür. Ona görə də iddiaçı Hüseynov Yurı̇ s Xələf oğlunun cavabdehlər Yeni Yasamal MTK-ya və Cavabdeh2 qarşı Yeni Yasamal MTK ilə Cavabdeh2 arasında bağlanmış 21.07.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, 23.04.2007-ci il tarixli müqaviləyə əsasən Yeni Yasamal MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilin istismara tam hazır vəziyyətdə ona təhvil vermək vəzifəsinin Yeni Yasamal MTK-ya həvalə edilməsinə dair ilk iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə Cavabdeh2 nümayəndəsi Nümayəndə ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun atası Cavabdeh2 ilə Yeni Yasamal MTK arasında bağlanmış 21.07.2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Yeni Yasamal MTK-nın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzil onlara satılmış, mənzilin dəyəri olan 105210 manat MTK-ya ödənilmiş, bu barədə onlara maliyyə arayışı verilmişdir. 2013-cü ildən mənzilin açarları onlara təhvil verilmiş və həmin vaxtdan mənzil onların istifadəsindədir. Həmin vaxtdan 3 nəfər ona yaxınlaşaraq mənzilin onlara da satılmasını bildirmiş, hər dəfə araşdırma zamanı Yeni Yasamal MTKnın sədri X3 mənzilin ona satılmasını bildirmişdir. Hüseynov Yurı̇ s Xələf oğlu isə heç vaxt mənzilə gəlməmiş, mənzilin ona da satılmasını bildirməmişdir. Onlar bu barədə yalnız məhkəməyə müraciət etdikdən sonra bilmişlər. Yeni Yasamal MTK ilə İddiaçı müqaviləsi ilə bağlı araşdırma apararkən MTK əvvəl onları müdafiə etmiş, İddiaçıla betonla bağlı müqavilə bağlanması, betonun MTK-ya verilməməsi ona bildirilmişdir. Hazırda MTK İddiaçı müdafiə etməyə başlamışdır. Ona görə də ilk iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, ilk iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Yeni Yasamal MTK ilə İddiaçı arasında bağlanmış 23.04.2007-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Yeni Yasamal MTK-nın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 68000 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Yeni Yasamal MTK-nın 23.04.2007-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Yeni Yasamal MTK-ya məxsus binanın 2-ci girişinin 12 mərtəbəsində ümumi sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilin pay dəyəri 68000 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir. Yeni Yasamal MTK ilə Cavabdeh2 arasında bağlanmış 21.07.2008-ci il tarixli müqavilədən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Yeni Yasamal MTK-nın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 105210 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Yeni Yasamal MTK-nın 21.07.2008-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Yeni Yasamal MTK-ya məxsus binanın 2-ci girişinin 12 mərtəbəsində ümumi sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilin pay dəyəri 105210 manat alıcı Cavabdeh2 tərəfindən ödənilmişdir. İddiaçı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində ********* saylı cinayət işi üzrə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 2006-cı ildə tikinti işləri ilə məşğul olan şəxs kimi tanıdığı Cahangir Alışov ona və işlədiyi müəssisənin rəhbəri Əliheybət Şirinova müraciət edərək rəhbərlik etdiyi Yeni ünvan 3 ünvanda çoxmərtəbəli binanın tikintisinə başlamasını haqda məlumat vermiş və binanın betonla təmin edilməsində köməklik edilməsini xahiş etmişdir. Onunla şifahi razılığa əsasən tikinti betonla təmin edilməsi nəticəsində materialın dəyərinin 30 faizinin nağd şəkildə, qalan 70 faizi isə barter şəklində, yəni tikilən binadan mənzillərlə ödəniləcəkdir. Aralarında yazılı müqavilə bağlanmamışdır. Dana sonra o, binanın tikintisi ilə məşğul olan podradçı Məsud adlı şəxslə tanış olmuş, əksər hallarda Məsud ona pulu nağd şəkildə vermişdir. Binanın 7-8-ci mərtəbəsi tikilənədək, 2008-ci ilin mart ayınadək o, tikintini betonla təmin etmiş, betonu tanıdıqları müxtəlif özəl şirkətlərdən almış, hər dəfə malı binaya aparanda qaimə tərtib etmiş, qaiməni o, və tikintidə malı qəbul edən şəxs imzalamışdır. Əksər hallarda mal təhvil verilən kimi onlara pul verilməmiş, Cahangir Alışov, yaxud Məsud zəng edərək gəlib pulu götürmələrini bildirmişdir. Hər dəfə o, Məsuddan 10000-15000 manat arasında pul alaraq kitabı imzalamışdır. Ona nağd şəkildə cəmi 250000 manat pul verilmiş, bu pulu o, betonun hazırlanması üçün materialın alınmasına xərcləmiş, materialın hazırlanmasına daha çox xərcləri çıxmışdır. Həmin illərdə Şirinovun yaxınlarının adlarına binadan bir neçə ədəd mənzil sənədləşdirilmiş, həmin mənzillərin içində 3 ədəd bir otaqlı, 1 ədəd üç otaqlı və 1 ədəd dörd otaqlı mənzillər olmuşdur. 2008-ci ilin axırlarından betonun pulunun verilməsi gecikdirilməyə başlanılmışdır. Cahangir maddi sıxıntı keçirmələrini, binada işlərin səngiməsini demişdir. Buna görə də o, həmin binadan aralanmış, bundan sonra onun Cahangir və Məsudla heç bir əlaqəsi olmamışdır. Binadan ona 3 mənzil verilmiş, bu mənzillərin nömrəsini, binaya nə qədər beton verməsini xatırlamır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.09.2020-ci il tarixli 5/429-5/435 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən Yeni Yasamal MTK ilə İddiaçı arasında bağlanmış 23.04.2007-ci il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının üzərlərində olan möhür əksi relyef kilşedən sənədlərin üzərilərinə birbaşa vurulmuşdurlar. Tədqiqata təqdim edilən Yeni Yasamal MTK ilə İddiaçı arasında bağlanmış 23.04.2007-ci il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının üzərilərində olan möhür əksi və Yeni Yasamal MTK ilə Cavabdeh2 arasında bağlanmış 21.07.2008-ci il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının surətlərinin üzərilərində olan möhür əksinin təsvirləri öz aralarında eynilik təşkil edirlər. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 122 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.11.2020-ci il tarixli 4\818 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən 23.04.2007-ci il tarixli müqavilənin Yeni Yasamal MTK-nın yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin aşağı hissəsində “Sədri” qrafasında C.H.Alışov yazılarının qarşısında olan imza, 23.04.2007-ci il tarixli “Maliyyə arayışı”nın aşağı hissəsində “Sədri” qrafasında C.H.Alışov yazılarının qarşısındakı olan imza öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.07.2021-ci il tarixli 10\1172 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzildə aparılmış tikintitəmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2884 manat məbləğində müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında şahid Şahmarov Əli-Heydər Əli oğlu ifadəsində göstərmişdir ki, o, Yeni Yasamal MTK-nın təsisçilərindən biridir və 2010-cu ilə qədər Yeni Yasamal MTKnın inşa etdiyi binada mənzillərin satılmasında iştirak etmişdir. Yeni Yasamal MTK-nın inşa etdiyi binadan satılan mənzillərə dair müqavilələr Yeni Yasamal MTK-nın sədri X3 tərəfindən bağlanmış, mənzillərin pulu C.H.Alışova ödənilmişdir. Cavabdeh2 o, qonşu kəndin sakini kimi tanımışdır. Cavabdeh2 mənzil almaq istəməsini ona demiş, o da bu barədə C.H.Alışova demişdir. Daha sonra layihədə mənzil seçilmişdir. C.H.Alışovun otağında Cavabdeh2 mənzilin pulunun böyük hissəsini onun iştirakı ilə C.H.Alışova vermiş, qalan 10000-11000 manatı isə Cavabdeh2 ona göndərmiş, o da, həmin vəsaiti C.H.Alışova vermişdir. C.H.Alışov Cavabdeh2 adına müqavilə və maliyyə arayışı tərtib edərək vermişdir. MTK-da kassa olsa da, mənzillərin pulu kassaya deyil, C.H.Alışova ödənilirdi, ödənişə görə maliyyə arayışı verilirdi. 202 saylı mənzil ilk dəfə Cavabdeh2 satılmış, həmin mənzil 2009-2010-cu illərdən sonra ikinci dəfə satılmışdır. Cinayət işi üzrə ifadə verərkən C.H.Alışov 202 saylı mənzili Cavabdeh2 satmasını ifadəsində qeyd etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ilk iddia ərizəsi üzrə iddiaçı Hüseynov Yurı̇ s Xələf oğlu ilə cavabdeh Yeni Yasamal MTK arasında bağlanmış 23.04.2007-ci il tarixli müqaviləyə əsasən tərəflərin niyyəti MTK-nın inşa etdiyi binadan mənzilin alınıb-satılması deyil, həmin binanın inşası üçün tələb olunan tikinti materialının, yəni MTK-nın İddiaçı 68000 manat dəyərində betonun alınmasını təsdiq etmək üçün bağlanmış, İddiaçı müqavilə bağladıqdan 12 sonra həmin müqavilədə qeyd olunan mənzilin ona təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan qərarında qeyd etdiyi hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Hüseynov Yurı̇ s Xələf oğlu ilə Yeni Yasamal MTK arasında bağlanmış 23.04.2007-ci il tarixli müqavilənin yalan əqd olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqd olduğundan, etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmadığından, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərdiyindən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etmək olduğundan ilk iddia tələbləri təmin edilə bilməz. Məhkəmə ilk iddia ərizəsi üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələlərinə iddia müddətinin təbiqi ilə bağlı ərizəsinə münasibət bildirib qeyd edir ki, ilk iddiaçı Hüseynov Yurı̇ s Xələf oğlunun iddia ərizəsində qeyd olunan tələblərlə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması öz təsdiqini tapdığından, mövcud olmayan, yaranmayan hüquqa iddia müddətinin təbiqi də mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iş üzrə Yeni Yasamal MTK tərəfindən tərtib olunan müqavilələr üzrə ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından məhkəmə hesab edir ki, iş üzrə ödədiyi dövlət rüsumu ilk İddiaçı, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdeh Yeni Yasamal MTK-ya aid edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.10.2021-ci il tarixli 2(001)-166\2021 saylı qərardadına əsasən, iddiaçı Yeni Yasamal MTK-nın cavabdeh İddiaçı qarşı Yeni Yasamal MTK ilə Hüseynov Yurı̇ s Xələf oğlu arasında Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilə dair bağlanmış 23.04.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanmışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Hüseynov Yurı̇ s Xələf oğlunun Yeni Yasamal MTK-ya və Cavabdeh2 qarşı Yeni Yasamal MTK ilə Cavabdeh2 arasında bağlanmış 21.07.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, 23.04.2007-ci il tarixli müqaviləyə əsasən Yeni Yasamal MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilin istismara tam hazır vəziyyətdə ona təhvil vermək vəzifəsinin Yeni Yasamal MTK-ya həvalə edilməsinə dair ilk iddia ərizəsi təmin edilməsin. Yeni Yasamal MTK-dan ekspertiza tədqiqatının dəyərinə görə 346 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar