Məhkəmə qərarları › İş №2(102)-1538/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1538/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1538/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2nə (X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsi, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı, kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə (X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “icarı haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(103)-14/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evi, 0.08 ha torpaq sahəsi ilə birlikdə tam pay hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2015-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır.

2. İcarəyə verən X7 ilə icarəçi Cavabdeh2 MMC-nin adından Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evini mülkiyyətindəki 0.08 ha torpaq sahəsi ilə birlikdə aylıq icarə haqqı 1165 m anat olmaqla, xx.xx.2025-ci il tarixinədək icarəçinin icarəsinə vermişdir. Müqavilə Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu S.Ələkbərova tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-14 nömrə ilə qeyd edilmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)304/2018 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) İddiaçı cavabdeh X5 qarşı “pul tələbinə dair” iddiası təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 40.000 ABŞ dolları borcun (ödəniş gününə manata məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamənin icrası qaydasında X5 məxsus olan Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və onun adına Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)6610/2018 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia qismən təmin edilmiş, cavabdeh X2 xx.xx.2017-ci il tarixli beh müqaviləsinə əsasən beh kimi verilmiş 60000 manat məbləğində pulun iki misli, yəni 120000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 Zülfiqar oğlu ilə X1 rayonu Novxanı kəndində yerləşən, cavabdehə məxsus 0,08 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi ilə birlikdə və həmin torpaq sahəsinin ətrafında olmaqla bələdiy yəyə məxsus və cavabdeh tərəfindən əldə olunaraq satılmalı olan 0,12 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmüş, iddiaçı cavabdehə 60000 manat beh vermiş, lakin cavabdeh müqavilə şərtləri pozulmaqla, həmin behi qaytarmaqdan yayınmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmasının təmini üsulu kimi, qeyd olunan əmlakın icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1 Zülfuqar oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixdən hesablanmaqla ödənilməmiş 13980 manat icarə haqqının və icarə müqaviləsinə xitam verilənədək müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin cavabdeh qismində cəlb olunması, cavabdehlər Cavabdeh1 Zülfuqar oğlundan və Cavabdeh2 MMC-dən müştərək qaydada xx.xx.2019-cu il tarixindən hesablanmaqla ödənilməmiş 17475 manat icarə haqqının və icarə müqaviləsinə xitam verilənədək müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, cavabdeh icarə müqaviləsi üzrə icra haqqlarını yeni mülkiyyətçiyə, yəni ona ödəməlidir. Lakin cavabdeh bunu bildiyi halda ona münasibətdə vicdan lı davranmamış, xx.xx.2019-cu il tarixdən icarə haqqını iddiaçıya ödəmək əvəzinə bundan yayınmış, bununla da icarə müqaviləsi üzrə 13980 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Hesab edir ki, nə qədər ki, bu hüquqi fakt təkzib olunmayıb, yəni o, əmlakın mülkiyyətçisidir, sözügedən prezumpsiya qüvvədədir və həmin icarə müqaviləsi üzrə icarə haqqı da ona verilməlidir.

7. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etməmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-254/2021 nömrəli, 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd e tmişdir ki, yeni mülkiyyətçi olaraq icarə hüququnun ona məxsus olmasını iddia edirsə, o bu barədə cavabdehə rəsmi xəbərdarlıq etməli, hüququnun həyata keçirilməsində hər hansı maneə olarsa icarə müqaviləsinin müddəalarının (tərəflərlə bağlı) dəyişdirilməsi ilə bağlı məhkəmə müdafiəsindən istifadə hüququnu nəzərə almalıdır ki, bu mülki iş üzrə də belə bir tələb irəli sürülməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.1, 14.2.1, 390.1, 340.2, 460.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olmuşdur. İcarə müqaviləsinin görüntü xarakterli olması və alqısatqının təminatı kimi bağlanmasına dair məhkəmənin mövqeyi əsassız olmuşdur. Alqısatqının təminatı kimi beh müqaviləsi bağlanmışdır ki, həmin müqaviləyə də məhkəmə qərarı əsasında xitam verilmişdir. O, yeni mülkiyyətçidir və yeni icarədar kimi icarə haqlarını tələb etməkdə haqlı olmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Sadıqov sədrlik edən və məruzəçi, Q.Əsgərov və A.İmanov) 2(103)-4708/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təm in edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 254/2021 nömrəli, 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixindən hesablanmaqla ödənilməmiş 17475 manat icarə haqqı və icarə müqaviləsinə xitam verilənədək müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pul tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X5 məxsus olmuş Abşeron rayonu, Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdən İddiaçı keçmişdir. İcarəyə verən X7 ilə Cavabdeh1 şəxsində icarəçi Cavabdeh2 MMC ar asında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi isə hazırda qüvvədədir.

14. Azərbaycan Respublikası Mülki Məcəllənin 718-ci maddəsinə əsasən icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Həmin Məcəllənin 699.1-ci maddəsinə görə kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır.

15. Qanunun mənasından göründü yü kimi icarəyə verilən əşyanın mülkiyyətçisi dəyişərsə, bu hal icarə hüquq münasibətlərinin xitamına səbəb olmur, icarə münasibətləri saxlanılır. Yəni, öhdəlik dəyişmir, öhdəlikdə şəxslər dəyişir ki, bu hal da öhdəliyin mahiyyətinə xələl gətirmir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi icarə haqlarının tutulması hissəsində əsaslı olsa da, iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə əsaslıdır və tələb edilən məbləğ MMC-dən tutulmalıdır, digər Cavabdeh1 aid hissədə isə iddia tələbi rədd edilməlidir, belə ki, icarə müqaviləsi hüquqi şəxs olaraq Cavabdeh2 MMC ilə bağlanmışdır.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 699.1, 718-ci və MPM-in 14.1, 77.1 və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində ki birinci icraat

17. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin olunduğu hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmış ki, iddia tələbinin əsasını təşkil edən xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarış başqa məhkəmə işinin predmetidir. Həmin işdə, qeyd edilən Çıxarış 3 fərqli şəxs tərəfindən mübahisələndirilir. Əslində, apellyasiya məhkəməsi iş üzrə icraatı dayandırmalı, əks halda öz icraatında xx.xx.2019-cu il tarixli çıxarışın qanuni olub-olmamasını araşdırmalı idi. Ən azından ona görə ki, reyestrdəki qeydiyyata münasibətdə “səbəbə bağlılıq” prinsipi hakimdir. Eyni zamanda məhkəmə icarə haqqının əvvəlki vaxtlar üçün şirkətdən tutmaqda haqlı olmamışdır. Əgər məhkəmə hesab etmişdirsə ki, icarə haqqı ödənilməkdə davam etmişdir, onda məhkəmə MM-nin 1091.1 maddəsini tətbiq etməklə X3 əsassız varlanması qənaətinə gəlməklə pulu ondan tutmalı idi.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(102)-5988/2021 nömrəli qərarı ilə (hakimlər - İ.Xəlilov, M.Əhmədova, Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışları zamanı təqdim edilmiş vəsatət və ona əlavə edilən qərardaddan (mülki iş, səh.49; 53) görünür ki, iddiaçının həmin əmlakın mülkiyyətçisi kimi tanınmasına dair məsələlər mübahis ələndirilir və hazırda həmin iş məhkəmə baxışı mərhələsindədir. İşdən görünür ki, həmin əmlak iddiaçıya borcun əvəzi olaraq icra icraatı qaydasında təhvil verilmişdir və cavabdeh şirkət artıq həmin vaxta qədər orada fəaliyyət göstərmiş, həmin torpaq sahəsinin satın alınması ilə bağlı keçmiş mülkiyyətçi ilə mübahisələri olmuşdur.

21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, iddia tələbi iddiaçının mübahisəli əmlaka mülkiyyət hüququna əsasən irəli sürülmüşdü və hazırda həmin hüququn qeydə alınması mübahisələndirilir, onda məhkəmə cavabdeh tərəfin vəsatətini nəzərə alaraq digər işə baxılıb qurtaranadək hazırkı işin icraatının MPM-nin 254.1.4. maddəsinə əsasən dayandırılması məsələsini müzakirə edərək qərar qəbul etməli idi. Əks təqdirdə tərəfin vəsatəti ilə bağlı qərarı n qəbul edilməməsi MPM-nin 9-cu maddəsində nəzərdə tutulan çəkişmə prinspinin tələblərinə uyğun gəlmir.

22. Bundan başqa, məhkəmələr müəyyən etmişlər ki, həm hazırkı işdə olan tərəflər arasında və həm də ayrılıqda İddiaçı ilə X7 arasında, sonuncu ilə Cavabdeh1, Cavabdeh2 MMC arasında çoxsaylı məhkəmə mübahisələri olmuş və qərarlar qəbul edilmişdir. Həmin mübahisələr zamanı Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin başqa şəxslərə satılması, əvəzində beh alınması, behin geri tələb olunması mübahisəsinə baxılmış, hazırkı iddiaçı həmin işdə maraqlı şəxs kimi qoşulmuşdur. Eyni zamanda İddiaçının X5 qarşı pul tələbinə baxılmış və həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı X5 və digərlərinə qarşı evin və torpaq sahə sinin boşaldılması barədə tələbinə baxılmış və məhkəmə qərarları qəbul edilmişdir. İşdən görünmüşdür ki, həmin mübahisələr zamanı eyni zamanda X7 ilə Cavabdeh2 MMC arasında bağlanmış icarə müqaviləsi müzakirə predmeti olmuşdur. Qeyd olunan icarə müqaviləsinin etibarlı müqavilə olub-olmaması, həmin müqavilə əsasında icarəyə verənə həqiqətən icarə haqqı ödənilib-ödinəlməməsi və s. hallar müzakirə olunmuş, hazırkı iş üzrə iddiaçı özü də həmin müqavilənin etibarlılığını şübhə altına almışdır. Lakin hazırkı işə baxılarkən qeyd olunan mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarlarının mövcud mübahisə ilə bağlılığı, sübutu əhəmiyət kəsb edib-etməməsi müzakirə olunmamışdır. Ona görə məhkəməyə lazım gəlirdi ki, mübahisə ilə bağlı yekun qərar qəbul etməmişdən əvvəl hazırkı mübahisəni qanuni qüvvəsi ni almış çoxsaylı məhkəmə qərarlarının müəyyən etdiyi faktlar fonunda müzakirə etsin. Çünki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

23. Kassatorun digər dəlili icarə müqaviləsinin həqiqi olması halında bütün məbləğin ondan tutulmasının əsassız olması ilə bağlı olmuşdur.

24. Kassasiya instansiyası məhkəməsi həmin dəlili də əsaslı hesab etmişdir. Belə ki, tərəflər arasında ləğv olunmamış icarə müqaviləsi var. Həmin müqavilə qarşılıqlı hüquq və vəzifələr yaradır. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə il ə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (MM-nin 700.1. maddəsi). Normanın dispozisiya şərtlərindən göründüyü kimi icarəçinin müqaviləyə uyğun olaraq icarəyə verənə icarə haqqı ödəməsi vəzifəsi var. İcarəyə verənin etirazı daxil olmamışdırsa, icarəçinin müqavilədə nəzərdə tutuldan qaydada icarə haqqı ödəməsi preyudisiyası mövcuddur. Yəni, əgər icarəyə verən icarəçinin icarə haqqı ödəməməsi barədə etirazını bildirməmişdirsə, deməli icarəçi aylıq icarə haqqını qarşı tərəfə ödəməkdə davam edir. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixindən hesablanmaqla icarə haqqı tutmuşdur.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, belə hesablama o vaxt əsaslı h esab oluna bilərdi ki, cavabdeh təşkilat mülkiyyətçinin həmin vaxtdan dəyişməsi barədə məlumatlandırılmış olsun. Əks təqdirdə, cavabdehin kassasiya şikayətində qeyd etdiyi kimi əvvəlki mülkiyyətçiyə ödənilmiş icarə haqqı əsassız varlanmadan irəli gələn maddi hüquq normaları tətbiq edilməklə ondan (əvvəlki mülkiyyətçidən) tutulmadır. Ona görə işə yenidən baxılarkən məhkəmə icarə müqaviləsinin etibarlı müqavilə olub-olmaması ilə bağlı şərh edilən ardıcıllıqla dəyərləndirmə aparmalı, həmin məsələ ilə bağlı müsbət qənaətə gəldiyi təqdirdə, icarə götürənə mülkiyyətçinin dəyişməsinin nə vaxtdan məlum olması ilə bağlı araşdırma aparılmalı, həmin vaxta qədər icarə haqqının əvvəlki mülkiyyətçiyə ödənilibödənilməməsi müəyyən edilməli və bunun nəticəsindən asılı olaraq yekun qərar qəbul edilməlidir.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 699.1, 700.1, 700.2, 700.3, 718, 1091.1, 1091.2, 1092.1-ci, MPM-in 14.2, 77.1, 82.3, 88, 416 və 417.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Apellyasiya baxışı zamanı cavabdehin vəkili və nümayəndəsi Vəkil1 vəsatət göndərərək iş üzrə icraatın dayandırılmasını xahiş etmiş və vəsatətini Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1112/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən və qərardadından kassasiya şikayəti verilməsi və həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı işin icraatının dayandırılmalı olması ilə əsaslandırmışdır

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardad ına əsasən, mülki iş üzrə icraat iddiaçı X4 və üçüncü şəxs Cavabdeh1 cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi və ləğv olunması” tələbinə dair mülki iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 yanvar 2025-ci il tarixli, 2(103)14/2025 nömrəli qərardadı ilə mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(103)-14/2025 nömrəli qətnaməsi ilə (hakimlər A.İsgəndərov, S.Səlimova və M.Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdıqdan, yəni həmin iş üzrə qəbul edilmiş yekun qərar qanuni qüvvəyə mindikdən sonra hazırkı işin icraatı təzələnmiş və müəyyən olunmuşdur ki, iddiaçı X4, Cavabdeh1 və qeyrisinin cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi və ləğv olunması tələbinə dair iddiaları Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-1822/2022 saylı qətnaməsi ilə təmin olunmuş, mübahisəli əmlaka dair İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarış etibarsız sayılmış və həmin əmlaka dair reyestrdəki məlumatların əvvəlki vəziyyətə qaytarılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-10/2024 saylı qərarı ilə İddia çı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünmüşdür ki, mübahisəli əmlak tələbkara borcun əvəzi kimi verilərkən protokolla rəsmiləşdirilməmişdir, əmlakın icra məmurunun məktubu əsasında tələbkara təqdim edilməsi və həmin məktub əsasında tələbkarın adına xüsusi mülkiyyət kimi qeydiyyatın aparılması qanuni olmamışdır.

32. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə öz istifadəsində olan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi. Hazırda iddiaçının mübahisəli əmlaka mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd yoxdur. Onun həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə eibarsız sayılmışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarı ilə iddiaçının tələb irəli sürdüyü əmlaka dair onun adına xüsusi mülkiyyət kimi qeydiyyatın aparılmasının qanuni olmadığı müəyyən edilmişdir. Bu baxımdan, iddiaçı hazırkı tələbi irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. Ona görə də apellyasiya şikayəti qismən (qətnamənin ləğv olunması hissəsində) təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia subyektiv hüququn olmaması əsası ilə rədd olunmalıdır.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın əsassız sayıb rədd etməkdə haqlı olsa da, hazırda iddiaçının subyektiv hüququnun olmadığı müəyyən edildiyindən iddia tələbi də məhz bu əsasla rədd olunmalıdır.

35. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 699.1, 700.1, 700.2, 700.3, 1091.1, 1092.2, 1092.1-ci maddələrinə, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli, MPM-in 4.1, 82.3, 233.3 384.0.2, və 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (vəkil X8) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edi lməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti Mülki Məcəllənin 140, 699, 718-ci, MPM-in 220-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni əsaslandırarkən əqdlərdə bəyənmə, əqdin konversiyası, tərəflərin iradə ifadəsi kimi anlayışları nəzərdən qaçırmışdır. Belə ki, müqavilə 2025-ci ilə qədər qüvvədədir və tərəflər həmin müqaviləni bugünədək hər hansı şəkildə mübahisələndirməmiş, müqavilənin qanunsuzluğunda ifadə olunan müddəalar irəli sürməmiş, tam əksinə, müqavilə üzrə öz öhdəliklərini icra etməklə öz iradə ifadələrini bəyan etmiş, öz rəftarları ilə əqdi bəyənmiş, ona hüquqi qüvvə vermiş, bu günədək müqavilənin icrasına maneə olacaq bütün hərəkətlərdən çəkinmişlər. Çı xarış ləğv edilən ana qədər öz qüvvəsini saxlamış, cavabdeh icarə obyektinin sahibi kimi iddiaçını tanımış, icarə obyekti faktiki olaraq iddiaçının sahibliyində olmuşdur. İcarəyə verilən əşyanın mülkiyyətçisi dəyişərsə, bu hal icarə hüquq münasibətlərinin xitamına səbəb olmur, icarə münasibətləri saxlanılır, yəni öhdəlik dəyişmir, yalnız öhdəlikdə şəxslər dəyişir ki, bu həmin öhdəliyin mahiyyətini pozmur. Bu səbəbdən də cavabdeh icarə müqaviləsi üzrə icarə haqlarını yeni mülkiyyətçiyə, yəni ona ödəməlidir. Lakin cavabdeh bunu bildiyi halda ona münasibətdə vicdanlı davranmamış, xx.xx.2019-cu il tarixdən icarə haqqını iddiaçıya ödəmək əvəzinə bundan yayınmış, hüquqdan sui-istifadə etmişdir. Nəticə etibarı ilə subyektiv hüququn olması tərəflərin qarşılıqlı iradəsi, davranışı, rəftarı, iddiaçı nın əmlaka faktiki sahibliyi ilə aşkar şəkildə müəyyən edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticəsi hissəsində kobud prosessual pozuntuya yol verilmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmasın”. Göründüyü kimi iddia tələbi Cavabdeh1 qarşı hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin ed ilmiş, Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixindən hesablanmaqla ödənilməmiş 17475 manat icarə haqqı və icarə müqaviləsinə xitam verilənədək müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət tedilmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin son qətnaməsi ilə iddia tələbi təmin edilən hissədə, yəni Cavabdeh2 MMC-yə münasibətdə qüvvədə saxlanılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

41. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

42. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.7. Əsassız varlanma.

43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kre ditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

45. Maddə 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur.

46. Maddə. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

47. Maddə. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

48. Maddə. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

49. Maddə.

718. İcarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquq ları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir.

50. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

51. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

52. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-c i il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı

53. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elem entlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarı

54. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarı

55. Məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasland ırır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən a pellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyas ı məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

71. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərinin əsasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarı n nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

72. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin bəzi dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

73. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci h üquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

74. İşin hallarından göründüyü kimi iddia tələbi, Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatına əsaslanıb.

75. Lakin həmin qeydiyyatın əsasları qanunsuz oldu ğuna görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-1822/2022 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixli çıxarış etibarsız sayılmış və əmlaka dair reyestrdəki məlumatların əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir.

76. Göründüyü kimi iddiaçının icarə predmeti olan Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə hüquqları yoxdur və apelyasiya instansiyası məhkəməsinin iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

77. Kassatorun apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsində pozuntulara yol verildiyinə görə qətnamənin ləğv edilməsi barədə dəlilləri, qətnamənin ləğvinə əsas vermir. Belə ki, əvvəla iş üzrə Ali Məhkəmən in Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(102)-5988/2021 nömrəli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2021ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün göndərilmişdir. Buna görə də kassatorun “apellyasiya instansiyası məhkəməsinin son qətnaməsi ilə iddia tələbi təmin edilən hissədə, yəni Cavabdeh2 MMC-yə münasibətdə qüvvədə saxlanılmışdır” dəlili tamamilə əsassızdır.

78. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsi “İddiaçı Cavabdeh1 Zülfuqar oğluna qarşı iddiası təmin edilməsin” məzmunda yazılmışdır.

79. Nəzərə alınmalıdır ki, MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qi smən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

80. Həmin Məcəllənin 226.2-ci maddəsində deyilir ki, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir.

81. MPM-in 229.1.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, iş üzrə qətnamə və ya qərardad çıxarmış h akim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər.

82. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi cavabdehlərdən pulun müştərək tutulması barədə vahid tələbdir və məhkəmə tərəfindən verilmiş tələb üzrə tam araşdırma aparılmaqla qətnamə çıxarılmışdır. Qətnamənin nəticə hissəsində Cavabdeh2 MMC-yə qarşı iddianın rədd edilməsinin qeyd olunmamasını məhkəmə kollegiyası texniki səhv kimi qəbul edir. Çünki, iddiaçının subyektiv hüququnun olmaması barədə işin halı, pulun müştərək tutulması tələb edildiyinə görə, cavabdehlərin sayından asılı olmayaraq bütünlüklə iddia tələbinin əsassızlığını şərtləndirib. Həmçinin apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin 21-ci paraqrafında məhkəmənin gəldiyi qənaət, iddianın bütövlükdə rədd edilməsindən ibarət olub. Bu halda qətnamənin nəticə hissəsi ümumən “İddia tələbi təmin edilməsin” məzmunda yazıla bilərdi. Məhkəmə nəticə hissəsini təfsilatlı qeyd etmək niyyətində olmuş, lakin texniki səhvə görə ikinci cavabdehi qeyd etməmişdir.

83. Bundan başqa, MPM-in 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

84. Bəhs olunan prosessual səhv ciddi olmamaqla, düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnməmişdir.

85. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tər əfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

86. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tə rəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

88. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar