Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-56/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhəməd oğlunun Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «qeyri-yaşayış sahəsinə hüququn tanınması və təhvil verilməsi, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxsin hüquqlarının pozulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı Məhəməd oğlunun nümayəndəsi və vəkili Vəkil4, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-881/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı Məhəməd oğlu ilə Cavabdeh tərəflər arasında bağlandığını göstərən xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrə əsasən satıcı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə inşa edilən hündür mərtəbəli binalarının 1-ci blok üzrə 527.5 kv.metr, 2-ci blok üzrə 559.0 kv.metr, 3-cü blok üzrə 510.6 kv.metr və 4-cü blok üzrə 527.5 kv.metr qeyri-yaşayış (qarajlar) sahələrini alıcı İddiaçı Məhəməd oğluna təhvil verməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı Məhəməd oğlu 1-ci blok üzrə 527.5 kv. metr qeyri-yaşayış sahəsinə 105500 manat, 2-ci blok üzrə 559.0 kv.metr qeyri-yaşayış sahəsinə 111800 manat, 3-cü blok üzrə 510.6 kv.metr qeyri-yaşayış sahəsinə 102120 manat və 4-cü blok üzrə 527.5 kv.metr qeyri-yaşayış sahəsinə 105500 manat olmaqla, cəmi 424920 manatı Şirkətə ödəməyi öhdəsinə götürmüşdür.
3. xx.xx.2007-ci il tarixli maliyyə arayışlarınının və kassa mədaxil orderlərinin qəbzlərində, İddiaçı Məhəməd oğlunun həmin məbləğləri ödədiyi və Cavabdehnə borcu qalmadığı göstərilir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Məhəməd oğlu Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinə hüququn tanınması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh tərəfindən inşa edilən hündür mərtəbəli binalarda 1-ci blok üzrə 527,5 kv. metr, 2-ci blok üzrə 559,0 kv. metr, 3-cü blok üzrə 510,6 kv. metr və 4-cü blok üzrə 527,5 kv. metr qeyri-yaşayış (qarajlar) sahələrinin boşaldılıb ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahələrinə onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Tələbdə göstərilir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh tərəfindən inşa edilən hündür mərtəbəli binalarının 1-ci blok üzrə 527.5 kv.metr, 2-ci blok üzrə 559.0 kv.metr, 3-cü blok üzrə 510.6 kv.metr və 4-cü blok üzrə 527.5 kv.metr qeyri-yaşayış (qarajlar) sahələrinə xx.xx.2007-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında müqavilələr bağlanmışdır. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh tərəfindən inşa edilən hündür mərtəbəli binalarının 1-ci blok üzrə 527.5 kv. metr qeyri-yaşayış sahəsinə 105500 manat, 2-ci blok üzrə 559.0 kv.metr qeyri-yaşayış sahəsinə111800 manat, 3-cü blok üzrə 510.6 kv.metr qeyri-yaşayış sahəsinə 102120 manat və 4-cü blok üzrə 527.5 kv.metr qeyrivaşayış sahəsinə 105500 manat olmaqla, cəmi 424920 manat xx.xx.2007-ci il tarixli müqavilələr üzrə iddiaçı tərəfindən cavabdeh şirkətə ödənilmişdir. İddiaçıya məxsus qeyriyaşayış sahələrinin təhvil verilməsi üçün cavabdeh şirkətə dəfələrlə müraciət edilmiş, lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə öhdəliyini icra etməkdən yayınmışdır. Cavabdeh öhdəliyini icra etmədiyindən pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-881/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilib tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrə əsasən satıcı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə inşa edilən hündür mərtəbəli binalarının 1-ci blok üzrə 527.5 kv.metr, 2-ci blok üzrə 559.0 kv.metr, 3-cü blok üzrə 510.6 kv.metr və 4-cü blok üzrə 527.5 kv.metr qeyri-yaşayış (qarajlar) sahələrini alıcı İddiaçı Məhəməd oğluna təhvil verməyi öhdəsinə götürmüşdür. Alıcı isə bunun müqabilində 1-ci blok üzrə 527.5 kv. metr qeyri-yaşayış sahəsinə 105500 manat, 2-ci blok üzrə 559.0 kv.metr qeyri-yaşayış sahəsinə 111800 manat, 3-cü blok üzrə 510.6 kv.metr qeyri-yaşayış sahəsinə 102120 manat və 4-cü blok üzrə 527.5 kv.metr qeyri-yaşayış sahəsinə 105500 manat olmaqla cəmi 424920 manat məbləğində pulu Şirkətə ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışlarından və kassa mədaxil qəbzlərindən görünür ki, İddiaçı Məhəməd oğlunun Cavabdehnə borcu qalmamışdır. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən qeyri-yaşayış sahələrinə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair süni maneələr yaradır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilələr üzrə öhdəliklərini tam olaraq, yerinə yetirsə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərir ki, bu məhkəmə prosesi real mülki münasibətlərin pozulması səbəbilə deyil, iddiaçı X3 ilə Cavabdeh arasında ona qarşı yönəldilmiş separat addımın nəticəsi olaraq meydana çıxmışdır. Çox təəssüf ki, məhkəmə həqiqəti araşdırmadan, şübhəli olduğu kənardan açıq-aşkar bəlli olan iddia tələbini təmin etmişdir. Cavabeh Cavabdeh və onun rəhbərliyi çox gözəl bilir ki, vətəndaş İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsi onundur və faktik olaraq mülkiyyətindədir. Bu qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən inşa edilən binanın qeyri-yaşayış sahəsi kimi hələ 2011-ci ildə 1 053 600 manata ona satılmışdır. Elə o dövrdən də onun istifadə və sərəncamındadır. Hal-hazırda da, həmin qeyri-yaşayış sahəsinin sahibi odur. Məsələ ondadır ki, 2013-cü ildə Bakı şəhər prokurorluğunda istintaqı aparılan, ********* saylı cinayəyt işinin istintaqı zamanı Bakı şəhəri, Yasamal rayonu, Yenil Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh tərəfindən inşa edilən yaşayış binasının 4-cü blokunun 1765 kv.m sahəsi olan zirzəmiyə aid, qiyməti 1 053 600 manat dəyərləndirilən qeyri-yaşayış sahəsinə aid sənədlər prokurorluğun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Nail Əliyev tərəfindən götürüldüyündən, bu sahənin özəlləşdirilməsini müvəqqəti olaraq həyata keçirə bilməmişdi. Aparılan istintaqın nəticəsi barəsində isə bu vaxta qədər ona heç bir məlumat verilməmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi bu qeyri-yaşayış sahəsinin mülkiyyətçisi odur və sahə onun tərəfindən idarə olunur. Bütün bunları bildiyi halda Cavabdeh məhkəmə prosesinə gəlib, həqiqəti məhkəməyə çatdırmamış və güya ki, mübahisənin həllində maraqlı olmadığını nümayiş etmişdir. Əslində isə Cavabdeh kimliyi ona məlum olmayan, prosesdə iddiaçı qismində çıxış edən İddiaçı ilə cinayət əlaqəsinə girərək ona məxsus olan obyekti ələ keçirmək niyyəti güdmüşdür. Faktlar isə onunla bağlıdır ki, mülki iş üzrə Cavabdeh prezidenti Ələsgər Ömərovla aralarında bağlanmış 07 aprel 2011-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında Müqaviləyə müvafiq olaraq bu şirkət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidəki tikilməkdə olan binanın qaraj yerinin tikilərək ona təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1765 kv.m olmaqla, müqavilənin qiyməti isə 1 053 600 (bir milyon əlli üç min altı yüz) AZN təşkil edirdi. Müqavilədə nəzərdə tutulan ******* (bir milyon əlli üç min altı yüz) manat ümumi məbləğ tərəfindən müqavilə bağlanan gün tam həcmdə Cavabdehnə ödənilmişdir. Bu barədə ona elə müqavilə bağlanan tarixdə, 07 aprel 2011-ci il tarixli ödənişə dair qəbz verilmişdir. Cavabdeh direktoru kimi X5 tərəfindən imzalanmış həmin qəbzdə təsdiq olunur ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə tikilməkdə olan qaraj yeri sahəsi 1765 kv.m olmaqla dəyəri ******* AZN vətəndaş Maraqlı şəxs tərəfindən tam ödənilmişdir. Müqavilənin 4.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, Cavabdeh şirkət podratçı kimi müqavilədə göstərilən bütün şərtləri icra edib, daxili bəzək-tamamlama cihazlar və qapılar olmaq şərti ilə ona təhvil verməyi öhdəsinə götürür. Göründüyü kimi, tərəflər, iddiaçı və cavabdeh öz nümayəndələrinin şəxsində qanunvericiliyin müvafiq tələblərinə vicdansız yanaşmış, saxta sənədlər tərtib etməklə özgə əmlakını ələ keçirmək məqsədi güdmüşlər və təəssüf ki, məhkəməni aldada bilmişlər. Təəssüf ki, məhkəmə İddiaçı bu vaxta qədər harda olduğunu, nə üçün bu vaxta qədər cavabdehdən öz öhdəliyini yerinə yetirməyi tələb etmədiyini soruşmamışdır. Mübahisə predmetinə yerli baxış keçirərkən mübahisə predmeti olan əmlaka kimin sahiblik etdiyini yerində müəyyənləşdirməmiş, Cavabdeh nümayəndəsini bununla bağlı sorğu-suala tutmamışdır. Müvafiq halda bu hallar mövcuddur. Apellyasiya şikayətinə əlavə etdiyi sənədlər təsdiq edir ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış və sonda səhv nəticəyə gəlmişdir. Təqdim etdiyi sənədlər göstərir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ona məxsusdur. Məhkəmə qətnaməsi ilə ona məxsus olan əmlak üzərində başqasının hüquqlarını tanınmışdır. Belə olan halda məhkəmə qətnaməsi qanuni hesab oluna bilmız və ləğv olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs, nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.
10. Məhkəmə iclasında İddiaçı Məhəməd oğlunun nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsasdır.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Mülki Məcəllənin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşmır və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxsin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından, iddia haqlı sayılmır. 21.Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
22. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia ərizəsinin nəticə hissəsində tələbin bir neçə hissəyə bölünməsi iddiaların yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələblərinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.
23. Belə ki, apellyasiya icraatı zamanı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın 10/4032 saylı, xx.xx.2021-ci il tarixli rəyində qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsi layihə sənədlərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin Cavabdeh ilə İddiaçı və Maraqlı şəxs arasında bağlanmış müqavilələrə dair plan sxem təqdim olunmadığı üçün həmin müqavilələr üzrə ayrılmış sahələrin ölçülərini müəyyən etmək mümkün olmadı. Eyni zamanda Cavabdeh tərəfindən İddiaçı və Maraqlı şəxs Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində satıldığını nəzərə alaraq, həmin qeyri-yaşayış sahələri üst-üstə düşdüyü müəyyən olunur.
24. Məhkəmə tikinti-texniki ekspertizasının 10/4032 saylı, xx.xx.2021-ci il tarixli rəyində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsi layihə sənədlərinə uyğun olması müəyyən olunduğu, lakin Cavabdeh ilə İddiaçı və Maraqlı şəxs arasında bağlanmış müqavilələrə dair plan sxem təqdim olunmadığı üçün həmin müqavilələr üzrə ayrılmış sahələrin ölçülərini müəyyən etmək mümkün olmadığı qeyd olunsa da, ekspert tərəfindən hər bir blok üzrə qeyri-yaşayış sahəsinin faktiki sahələrinin neçə kv.metr olması, eləcə də mübahisəli mərtəbə layihə sənədlərinə uyğun olduğu üçün, həmin layihə sənədlərinə əsasən Mənzil Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan texniki mərtəbə yaxud binada birdən artıq sahəyə xidmət edən avadanlıq(texniki zirzəmi) hesab edilib-edilməməsi müəyyən edilməmişdir. Qeyri-yaşayış sahələrinin faktiki ölçülərinin müəyyən edilməməsi və mübahisəli sahələrin texniki mərtəbə yaxud binada birdən artıq sahəyə xidmət edən avadanlıq(texniki zirzəmi) hesab edilib-edilməməsi müəyyən edilməməsi iş üzrə həqiqətin müəyyən edilməsinə imkan vermədiyindən əlavə məhkəmə tikinti-texniki ekspertiza təyin edilməklə həmin halların müəyyənləşdirilməsi zərurəti yaranmışdır. 25.Bundan başqa, İddiaçı Məhəməd oğlu ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2007-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilələrdəki(dörd müqavilədəki) və həmin tarixli maliyyə arayışlarındakı(dörd maliyyə arayışındakı)imzanın, həmçinin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2011-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilədəki və kassa mədaxil orderinin qəbzindəki imzanın Cavabdeh direktoru olmuş, mərhum X5 tərəfindən icra olunub-olunmaması, qeyd olunan müqavilələrdəki mərhum X5 adından icra olunmuş imzaların eyni şəxs tərəfindən icra olunub-olunmaması, eləcə də qeyd olunan müqavilələrdəki, maliyyə arayışlarındakı və kassa mədaxil orderinin qəbzindəki möhür əksinin Cavabdehnə məxsus möhür olub-olmaması və bütün sənədlərdəki möhür əksilərinin eyni yaxud fərqli möhürlərə aid olub-olmamasının müəyyənləşdirmək üçün məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası keçirilməsi zərurəti yaranmışdır.
26. Bununla əlaqədar, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-304/2022 saylı, 14 mart 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə kompleks məhkəmə-xətşünaslıq, sənədlərin məhkəmə-texniki və əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və sənədlərin məhkəmə-texniki ekspertizasının 5/386 saylı 05 may 2022-ci il tarixli ekspert rəyində qeyd edilir ki, təqdim edilmiş 28 iyun 2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilələrdəki (sahə 510,6 m2, sahə 527,5 m2, sahə 527,5 m2 sahə 559,0 m2), həmin tarixli maliyə arayışlarındakı və 07 aprel 2011-ci il tarixli kassa mədaxil orderindəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdurlar. Həmin möhür əksləri təqdim edilmiş "Yenes” şirkətinə məxsus möhürün eksperimental əks nümunəsi ilə eynilik təşkil edir.
27. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/2030 saylı 03 oktyabr 2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsinin faktiki vəziyyəti, planlı yerləşməsi(quruluşu), ölçüləri və digər texniki parametrləri layihə sənədlərinə uyğun olmaqla, birinci blokun zirzəmisinin sahəsi 527,5 kv.m, ikinci blokun zirzəmisinin sahəsi 620, 2 kv.m, üçüncü blokun zirzəmisinin sahəsi 491,6 kv.m və dördüncü blokun zirzəmisinin 401, 4 kv.m (pilləkən meydançası, pilləkənlər və lift şaxtası nəzərə alınmadan) təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının mübahisəli mərtəbəsi həmin layihə sənədlərinə və İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1-ci əlavəsinə əsasən zirzəmi mərtəbəsi hesab edilir. Həmin zirzəmi mərtəbəsinin daxilində yerləşən pilləkən meydançası, pilləkənlər və lift şaxtası Mənzil Məcələsinin 35.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərin istifadəsində olduğu müəyyən olunur.
28. Məhkəmə-xətşünaslıq ekspertizasının 10/2030 saylı 03 oktyabr 2022-ci il tarixli rəyində isə qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, Maraqlı şəxs və Cavabdeh adından olan 07 aprel 2011-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilədə və həmin müqaviləyə 1 saylı əlavədə "Podratçı" hissəsində "Ömərov Ə-A." yazılarının qarşısındakı imzalar, Maraqlı şəxs adına olan 7 aprel 2011-ci il tarixli kassa mədaxil orderinin qəbzində möhür əksinin sağ tərəfindəki imza - eyni şəxs X5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 4 ədəd İddiaçı Məhəməd oğlu və Cavabdeh adından olan 28 iyun 2007-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilədə "Podratçı" hissəsində “Ömərov Ə.A.” yazılarının qarşısındakı imzalar, həmin tarixli 4 ədəd Maliyyə arayışlarında “Ömərov Ə.A.” yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan 28 iyun 2007-ci il tarixli 4 ədəd kassa mədaxil orderinin qəbzində möhür əksinin üzərindəki imzalar – EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 4 ədəd İddiaçı Məhəməd oğlu və Cavabdeh adından olan 28 iyun 2007-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilədə "Podratçı” hissəsində "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, həmin tarixli 4 ədəd Maliyyə arayışlarında "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan 28 iyun 2007-ci il tarixli 4 ədəd kassa mədaxil orderinin qəbzində möhür əksinin üzərindəki imzalar - X6 tərəfındən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Maraqlı şəxs və Cavabdeh adından olan 07 aprel 2011ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilədə və həmin müqaviləyə 1 saylı əlavədə "Podratçı" hissəsində "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, Maraqlı şəxs adına olan 7 aprel 2011-ci il tarixli kassa mədaxil orderinin qəbzində möhür əksinin sağ tərəfindəki imza İLƏ 4 ədəd İddiaçı Məhəməd oğlu və Cavabdeh adından olan 28 iyun 2007-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında-fərdi müqavilədə "Podratçı" hissəsində "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, həmin tarixli 4 ədəd Maliyyə arayışlarında "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan 28 iyun 2007-ci il tarixli 4 ədəd kassa mədaxil orderinin qəbzində möhür əksinin üzərindəki imzalar – öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspert qarşısında qoyulmuş "İddiaçı Məhəməd oğlu ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2007-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilələrdəki (dörd müqavilədəki) imzalar və həmin tärixli maliyyə arayışlarındakı (dörd maliyyə arayışındakı) imzalar, həmçinin Maraqlı şəxs ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2011-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilədəki və kassa mədaxil orderinin qəbzindəki möhür əksi Cavabdehnə məxsus möhürdürmü, bütün sənədlərdəki möhür əksləri eyni, yaxud fərqli möhürlərə aiddirmi? sual üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 5/386 saylı 05 may 2022-ci il tarixli ekspert rəyi verilmişdir.
29. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.
30. Göründüyü kimi, hazırki iddia üzrə iddiaçı cavabdehi müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə məcbur etmək görüntüsü yaratmağa cəhd etsə də, əslində iş üzrə keçirilmiş ekspertizalarla, o cümlədən məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə təsdiq olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlandığı iddia olunan 4 ədəd müqavilənin, 4 ədəd maliyyə arayışının və 4 ədəd kassa mədaxil orderinin qəbzinin üzrindəki imzalar mərhum X5 tərəfindən deyil, başqa şəxslər tərəfindən icra olunmuşdur. Əksinə qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs ilə Cavabdeh arasında bağlanmış 7 aprel 2011-ci il tarixli müqavilədə və həmin müqaviləyə 1 saylı əlavədə “Podratçı” hissəsində yazılarının qarşısındakı və eyni tarixli kassa mədaxil orderinin qəbzindəki imzanın X5 tərəfindən icra olunduğu öz təsdiqini tapmışdır. Demək ki, iddiaçının təqdim etdiyi 4 ədəd müqavilənin, 4 ədəd maliyyə arayışının və 4 ədəd kassa mədaxil orderinin qəbzinin üzərindəki möhür əksi cavabdeh Şirkətə məxsus olsa da, imzalar həmin vaxt Şirkətin rəhbəri olmuş Ələsgər Ömərova məxsus deyildir. Bu fakt isə açıq-aşkar ona dəlalət edir ki, həmin sənədlər sonradan Ələsgər Ömərovun imzası saxtalaşdırılmaqla tərtib edilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edildiyindən, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
31. Bunlardan başqa, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər(MM.m.452.1, 452.2). Mübahisə predmeti olan qeyri-yaşayış sahəsi fərdi müəyyən əşya kimi qəbul edilsə ona dair həm iddiaçının, həm də qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarsız hesab edilməsi qanuni yanaşma deyildir. Çünki, məhz Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin(əlbətdə ki, iddiaçının təqdim etdiyi müqavilə və digər sənədlər sonradan saxta yolla tərtib edilməmiş olsa) etibarlı olduğunu göstərir. Belə ki, fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş qeyri-yaşayış sahəsi o vaxt verilə bilər ki, həmin qeyriyaşayış sahəsi digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Yəni, tikinti şirkəti yaxud digər şəxs qeyri-yaşayış sahəsini əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni üçüncü şəxslərə vermişdirsə, onda iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsini tələb etmək hüququ yoxdur. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıq-aşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair üçüncü şəxslərlə bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Lakin bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər(MM.m.443,452.2, 448).Lakin hazırki iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə cavabdehə hər hansı bir məbləğdə vəsait ödəməsi də mötəbər sübutlarla təsdiq edilmir, üstəlik qeyri-yaşayış sahəsinin on ildən artıq müddətdə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs sahibliyində və istifadəsində olması da işin mübahisəsiz halıdır. Bu cür vəziyyətdə iddiaçının və cavabdeh Şirkətin səlahiyyətli şəxslərinin sonradan saxta sənədlər tərtib edərək hazırki iddianın irəli sürülməsi isə əlbətdə ki, yolverilməzdir. Çünki, bu hal açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə edib başqalarına zərər vurmaq məqsədi daşımışdır. 32.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
33. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-881/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-881/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Məhəməd oğlu Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinə hüququn tanınması və təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci - 519,65 (100+53,65 + 126 + 100 + 140) manat Cavabdehndən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.