Məhkəmə qərarları › İş №2(001)-1715/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1715/2025

26.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1715/2025 26.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-yə qarşı “su borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-yə qarşı “su borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1484,89 manat məbləğində yığılmış su borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvanda heç vaxt su sayğacı olmamışdır. Hazırda 1563 manat su borcu yığılmışdır. O, etibarnaməsi üzrə nümayəndəsi vasitəsilə cavabdehə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, yığılmış borcun silinməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətini cavablandırmamış və ona xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərərərk, xx.xx.2024-cü il tarixə yaranmış 1563 manat məbləğində borcun ödənilməsini tələb etmişdir. Hesab edir ki, əvvəlki müddət üçün yığılmış borcun ödənilməsini tələb etmək əsassız və qanunsuzdur və borc silinməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Abonent kartından (abonent kodu: **********270) görünür ki, İddiaçı istifadə etdiyi xidmətlərə görə «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-ya 1066,89 manat məbləğində borcu vardır. «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-nın İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan abonentin saldo cədvəlinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış su sayğacındakı (abonent kodu- **********270) istifadə edilmiş su sərfiyyatı 2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində 1262,89 (1308,89 manat - 546,00 manat = 1262,89 manat) manat məbləğində borc müəyyən edilir. Qeyd edilir ki, iş materiallarında abonent kartı cədvəlinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış su sayğacındakı (abonent kodu-**********270) istifadə edilmiş su sərfiyyatına görə yaranmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Eyni Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı, həmçinin tərəflərin məhkəmə iclaslarında verdikləri izahatları ilə və müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə 1484,89 manat məbləğində borc hesablanmış, daha sonra isə iddiaçı tərəfindən borcdan müvafiq ödənilər edilmiş və hazırda borc 1066,89 manat məbləğində müəyyən edilmişdir. İddiaçı borcun əsassız olduğunu qeyd etsə də, məhkəmədə iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmiş və hər hansı bir sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən də görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış su sayğacındakı (abonent kodu-**********270) istifadə edilmiş su sərfiyyatına görə yaranmışdır. Göründüyü kimi, iddiaçının ünvanındakı su sayğacına hesablanmış borc su sərfiyyatına görə olduğundan, yəni əsassız hesablanmadığından, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proseddusl Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-yə qarşı “su borcunun silinməsi” tələbinə tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar