Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1752/2024 14.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kopperativinin cavabdeh İddiaçı qarşı mənzilin ümumi dəyərinin 20%-i məbləğində 29056 manat dəbbə pulunun və mənzildə yaşadığı iki ay müddət üçün 1600 manat kirayə haqqının, ümumilikdə 30656 manat pul vəsaitinin tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin olaraq İddiaçı Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsi əsasında iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh Mənzil Tikinti Kopperativi cavabdeh İddiaçı qarşı mənzilin ümumi dəyərinin 20%-i məbləğində 29056 manat dəbbə pulunun və mənzildə yaşadığı iki ay müddət üçün 1600 manat kirayə haqqının, ümumilikdə 30656 manat pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Mənzil Tikinti Kopperativi cavabdeh İddiaçı qarşı mənzilin ümumi dəyərinin 20%-i məbləğində 29056 manat dəbbə pulunun və mənzildə yaşadığı iki ay müddət üçün 1600 manat kirayə haqqının, ümumilikdə 30656 manat pul vəsaitinin tutulması tələbinə dair e-2(001)-1959/2024 saylı mülki iş İddiaçı Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(001)-1752/2024 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Hazırki məhkəmə iclasında iştirak edən iddiaçı "X2” Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil1 idda tələbinin baxılmamış saxlanılması barədə ərizəsini məhkəməyə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kopperativi cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 182 (yüz səksın iki) manat dövlət rüsumu iddiaçının nümayəndəsi və vəkili X1 qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1752/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1752/2024
14.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver