Məhkəmə qərarları › İş №2(001)-1784/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1784/2024

20.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1784/2024 20.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, təsisçisi olduğu "xxxx" Firması 2015-ci il tarixdən etibarən onun mülkiyyətində olmuşdur. "xxxx" Firmasına məxsus təxminən 4.500.000 manat dəyərində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən "xxxx" Şadlıq Sarayı uzun müddətdir ki, qeyri-yaşayış obyekti kimi tərəfindən istifadə edilir. Həmin qeyri-yaşayış obyekti "xxxx" Firmasının sifarişinə əsasən inşa edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər bu faktı təsdiq edir. Belə ki, atası X1 İsrafil Budaq oğlundan Amil Həşimov və Babək Məhərrəmovun iştirakı ilə 900.000 ABŞ dolları məbləğində pulu aylıq əlavə 3 faiz ödəmək şərti ilə borc götürmüşdür. Lakin həmin məbləğ yalnız atasının şəxsi istifadəsi üçün deyil, həmçinin Amil Həşimov və Babək Məhərrəmova da faiz şəklində verilmişdir. Cavabdeh2 isə yalnız atasını tanıdığı üçün pulu ona verdiyini bildirmişdir. Lakin pulun faizə borc şəklində Amil Həşimov və Babək Məhərrəmova da verildiyini təsdiqləyən səs yazıları da mövcuddur. Həmin səs yazıları iddia ərizəsinə əlavə edilmişdir. Həmin borcun faizdən əlavə əsas borcdan 650.000 ABŞ dolları qaytarılmışdır. Lakin maddi çətinliklərlə üzləşdiyi üçün atası və digərləri yüksək məbləğdə faizi ödəsələr də, 250.000 ABŞ dolları pulun qaytarılması üçün Cavabdeh2 onlara vaxt verməsini xahiş etmişlər. Cavabdeh2 isə bunun müqabilində onun təsisçisi və rəhbəri olduğu "xxxx" Firmasının mülkiyyətindəki 4.500.000 manatlıq "xxxx" Şadlıq Sarayını girov qoymağı tələb etmişdir. X2 bu haqda məlumat verdikdən sonra əmlakın girov qoyulmasına razılaşmışdır. Lakin borclularla Cavabdeh2 arasında yazılı qaydada borc müqaviləsi olmadığı üçün sonuncu əmlakın girov qoyulduğunu təsdiq etmək məqsədi ilə formal şəkildə alqı-satqı müqaviləsi bağlanılmasını tələb etmişdir. Atası və o, borclu olduqları üçün onun irəli sürdüyü təkliflə razılaşmağa məcbur olmuşlar. Həmçinin cavabdeh, onları müqavilənin yalnız formal olaraq bağlandığına, qeyri-yaşayış sahəsinin istifadəsinə maneəçilik törətməyəcəyinə inandırmışdır. Buna görə də, aralarında formal şəkildə "xxxx" Firmasında ona məxsus olan 100% payın Cavabdeh2 satılması barədə Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin hazırda Cavabdeh2 tərəfindən 250.000 ABŞ dolları borcun qarşılığında təxminən 4.500.000 manatlıq şadlıq sarayı qanunsuz olaraq zəbt edilmişdir. Həmin şəxs onu aldadaraq "xxxx" Şadlıq Sarayını mülkiyyətinə keçirmişdir. Şifahi razlaşma zamanı qeyri-yaşayış obyektinin yalnız girov olaraq alındığını, tərəfindən istifadə olunacağına heç bir maneə yaradılmayacağı bildirsə də, cavabdeh onları aldadaraq, alqı-satqı müqaviləsi bağlayaraq, əmlakı mülkiyyətinə keçirtmişdir. Cavabdeh2 hazırda formal olaraq bağlanmış alqı- satqı müqaviləsindən istifadə edərək, əmlaka qanunsuz sahibliyi həyata keçirir. "xxxx" Şadlıq Sarayının girov olaraq verildiyini, alqı-satqı müqaviləsinin formal xarakterli olduğunu, borcunun ödənilmədiyi təqdirdə əmlakı qaytarmayacağını təsdiqləyən səs yazıları mövcuddur. Bu hallar şahidlər X8, X13, X24, X25, X17, X14, X10, X26 tərəfindən də təsdiq oluna bilər. Məhkəmə zamanı qeyd etdiyi şəxslər şahid qismində ifadə verə bilərlər. Qeyd edilən hallar cavabdehlə aralarında “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılmış danışıqlarda da öz əksini tapmış, həmin səs yazıları tərəfindən CD elektron daşıyıcısında iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, "xxxx" Firmasında ona məxsus 100% payın alqısatqısına dair Cavabdeh2 ilə aralarında Bakı şəhəri 32 saylı notariat ofisində bağlanılmış 3M-775 nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" Firması üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı cavabdehdən alınmış borc məbləğindən 650000 ABŞ dolları məbləğində vəsaitinin qaytarıldığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə göstərilən xüsusatları təsdiq etmiş və iddia müddəti tətbiq edilməklə iddia tələbindən imtina edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Bakı şəhəri 32 saylı Notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 32 saylı notariat ofisində 02 sentyabr 2019-cu il tarixdə bağlanmış və 3M-775 saylı reyestrlə təsdiq olunmuş müəssisədəki payın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında müqavilə bağlanmış və "xxxx" Firmasının təsisçisi İddiaçı "xxxx" Firmasının nizamnamə kapitalında ona məxsus olan 100% payı Cavabdeh2 10.00 (on) manata satmışdır. Cavabdeh2 isə həmin qiymətə almışdır. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(072)-381/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər X5 və İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərəin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh2 barəsində yayılmış “dələduzdur...” ifadəsi həqiqətə uyğun olmayan, yalan məlumat hesab edilməsi, cavabdeh İddiaçı mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pulun tutularaq, iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X22 tərəfindən qəbul edilmiş 05 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaşlar X4 və Cavabdeh2 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, X6 təxminən 1998-ci ildən tanıyır, aralarında dostluq münasibətləri olmuşdur. Hümbət müxtəlif biznes sahələrində fəaliyyət göstərir, belə ki, Hümbət xarici dövlətlərdən balıq məhsullarını Azərbaycan Respublikası ərazisinə gətizdirərək satışını təşkil edir. Bundan başqa Hümbətə məxsus “Elmed” klinikası, “Kənan” şadlıq evi, “Əlibaba” restoranı və müxtəlif mağazaları vardır. Hümbətin biznes sahələri geniş olduğundan ona tez-tez vəsait lazım olurdu. Bacardığı köməkliyi Hümbətə edirmiş. Təxminən 2019-cu ilin avqust ayının son günlərində Hümbət ona bildirmişdir ki, xaricdən gətizdirdiyi balıq məhsullarının pulunun ödənilməsi üçün ona təcili olaraq 1.000.000 ABŞ dolları pul lazımdır və ondan xahiş etmişdir ki, həmin məbləğdə pulu ona borca versin. O, Hümbətə bildirmişdir ki, qeyd olunan məbləğdə onun pulu yoxdur. Bundan bir neçə gün sonra Hümbət ona bildirmişdir ki, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən özünə məxsus "xxxx" şadlıq evini satmaq qərarına gəlmişdir. Şadlıq evinin təcili satılması üçün Hümbət 1.620.000 manat pul istəmişdir. O, Hümbətə bildirmişdir ki, qeyd olunan məbləğdə pulu tapa bilsə şadlıq evini ondan satın alar. O, qohumlarından qeyd olunan məbləğdə vəsaiti toplamış və şadlıq evini almaq qərarına gəlmişdir, bu barədə Hümbətə bildirmişdir. Qeyd olunan şadlıq evinə dair mülkiyyət sənədi olmadığından şadlıq evi "xxxx" Firmasının balansında olduğundan şirkəti satın almağa razılaşmışlar. 02 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 onunla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" Firmasını almışdır. Bundan sonra Hümbətlə 1-ci mikrorayonda yerləşən ofisinin qarşısında görüşərək Hümbətlə oğlu Elvinə 950.000 ABŞ dolları (1.620.000 manat) pulu vermişdir. Bununla da "xxxx" Firması və balansında olan "xxxx" şadlıq evi onun mülkiyyətinə keçmişdir. Təxminən 2021-ci ilin noyabr ayında Hümbət bir neçə dəfə onun yanına gələrək, ona bildirmişdir ki, şadlıq evini ona ucuz qiymətə satmış və ondan əlavə 600.000 manat pulun ona verilməsini tələb etmişdir. O, Hümbətə bildirmişdir ki, 2019-cu ildə satdığı qiymətə pulunu verib əmlak almış və əlavə pul vermək fikri yoxdur. Bu ünvanla Hümbət bir neçə dəfə ona hədə qorxu gələrək, ondan şadlıq evini tələb etmişdir. 01 yanvar 2022-ci il tarixdə o, "xxxx" şadlıq evini Şahzadə adlı qadına icarəyə vermişdir. 28 yanvar 2022-ci il tarixdə şadlıq evinin işçisi olan Zaur adlı şəxs ona zəng edərək bildirmişdir ki, Adəm Məmmədov adlı vəkil təxminən 10 nəfər şəxslərlə şadlıq evinə gələrək qanunsuz Şahzadədən açarları alaraq, içəri daxil olmuşlar və bildirmişlər ki, şadlıq evi Hümbətindir, ona görə də işçiləri oradan qovmuşlar. Dərhal o, 34-cü polis bölməsinə zəng vurmuş və olanlar barədə məlumat vermişdir. O, oğlu Anarla şadlıq evinə gəlmiş və içəri daxil olarkən görmüşdür ki, müdir otağında Adəm Məmmədov oturub masa arxasında, yanında isə Bayram, Faiq, Anar, Canpolad və bir neçə nəfər tanımadığı şəxslər vardır. Eyni zamanda o, şadlıq evinə gələrkən polis əməkdaşları da orada olmuşlar. Həmin vaxt Adəm onun qoluna girərək onu binanın arxasına çəkmək istəmiş, lakin oğlu imkan verməmişdir. Həmin vaxt Adam içkili vəziyyətdə ona bildirmişdir ki, əgər o, şadlıq evini Hümbətə təhvil verməsə və ya Hümbətin 600.000 manatını ödəməsə onu rahat yaşamağa imkan verməyəcək və onu təhdid etmişdir. Bundan sonra o, Adəmə demişdir ki, şadlıq evi ona məxsusdur və heç kimə vermək fikri yoxdur. Həmin vaxt bir nəfər tanımadığı şəxs ona bildirmişdir ki, oradan uzaqlaşmasa onu vuracaqlar. Daha sonra polis əməkdaşları tərəfindən yuxarıda göstərilən şəxslər polis şöbəsinə aparılmışlar və orada onun və həmin şəxslərin izahatları alınmışdır. Daha sonra o, görmüşdür ki, bir nəticə yoxdur, ona görə də 30 yanvar 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək olanları bir daha anlatmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixdə şadlıq evinin əməkdaşı Rüfət ona zəng edərək bildirmişdir ki, Adəm yenidən şadlıq evinə gəlib və onu danışığa çağırır, o, isə ehtiyat edərək görüşə getməmişdir. Hal-hazırda şadlıq evini Rüfət adlı şəxsə icarəyə vermişdir. Əlavə olaraq göstərmişdir ki, o, 2018-ci ilin əvvələrində Hümbətə 350.000 ABŞ dolları borca pul vermiş, dostu olduğu üçün aralarında heç bir faiz söhbəti olmamışdır. 2018-ci ilin axırına kimi Hümbət 350.000 ABŞ dollarını tam şəkildə qaytarmış və aralarında heç bir narazılıq olmamışdır. Eyni zamanda bildirmişdir ki, Hümbət Binəqədi polis idarəsinə şikayət edərək göstərmişdir ki, güya ondan 950.000 ABŞ dollarını borc olaraq götürmüş və girov olaraq ona "xxxx" şadlıq evini vermişdir. Lakin Hümbətin dediyi tamamilə yalandır, o, Hümbətdən "xxxx" şadlıq evini satın almışdır. Həmin qərardan görünür ki, izahatı alınmış X10 bildirmişdir ki, Cavabdeh2 1993-cü ildən tanıyır, onunla dostluq münasibətləri olmuşdur. İsrafil fərdi sahibkardı və onunla dost münasibətində olduğu üçün ara bir ondan borca pul götürürmüş. Təxminən 2018-ci ildə dostu Babəkə 350.000 ABŞ dolları pul lazım olmuşdur. Babək həmin pulu İsrafildən istəmişdir. İsrafil isə ona pulu verməmişdir və bildirmişdir ki, o, Babəkə zamin dursa pulu verər. O, da İsrafillə söhbət edərək Babəkə zamin durmuşdur və 350.000 ABŞ dollarını aylıq 3% ödəmək şərti ilə götürmüş və Babəkə vermişdir, Babəkdə hər ay İsrafilin faiz pullarını ödəmişdir, ümumilikdə İsrafilə 190.000 ABŞ dolları faiz ödəmişdir. Daha sonra 2019-cu ilin sentyabr ayında o, İsrafildən aylıq 2.5 faiz olmaqla 400.000 ABŞ dolları götürmüşdür. Sonuncu 400.000 ABŞ dollarını götürməmişdən öncə İsrafilə 150.000 ABŞ dolları borcu qalmışdır. Qeyd olunan məbləğdə pulun aylıq faizlərini ödəmişdir. Sonuncu pulu götürərkən İsrafil ona bildirmişdir ki, girov olaraq əmlak qoymalıdır. O, da özünə məxsus şirkətin balansında olan "xxxx" sarayını İsrafilə girov qoymuş və şirkəti rəsmi alqısatqı müqaviləsi əsasında İsrafilin adına keçirmişdir. Aralarında olan razılaşmaya əsasən o, İsrafilə olan borcunu bağlayıb qurtarandan sonra şadlıq evini özünə qaytaracaqdır. Beləliklə, o, ümumi olaraq İsrafildən 900.000 ABŞ dolları faizlə pul götürmüş və ümumilikdə ona 650.000 ABŞ dolları pul qaytarmışdır. Buna baxmayaraq İsrafil ona məxsus dəyəri 4.500.000 manat olan şadlıq sarayını ələ keçirmiş və hal hazırda qaytarmaq istəmir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalıdakı 100% payın ona satılmasına dair aralarında bağlanmış, 32 saylı notariat ofisindəki Reyestrdə 3M-775 №-də qeydə alınmış 02 sentyabr 2019-cu il tarixli “Müəssisədəki payın alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" Firması üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, guya onun aldığı və qaytara bilmədiyi borc faizlərinin müqabilində "xxxx" Firmasının girov saxlanılması adı altında formal olaraq "xxxx" firmasının nizamnamə kapitalındakı 100% payın ona satılmasına dair notarial təsdiq edilmiş “Müəssisədəki payın alqı-satqı” müqaviləsi bağlanılmışdır. O, iddia tələbini əsassız olduğunu hesab edir. Belə ki, 02 sentyabr 2019-cu il tarixdə Hümbət Səfərovla əvvəlcədən danışıb razılaşdıqları kimi Bakı şəhəri Xətai rayonu, ünvan 3 ünvanda yerləşən "xxxx" firmasını və eyni adlı şadlıq evini 1.620.000 (bir milyon altı yüz iyirmi min) manata almışdır. 02 sentyabr 2019-cu il tarixdə Hümbət Səfərovun oğlu və "xxxx" Firmasının təsisçisi İddiaçı ilə ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payı Bakı şəhəri 32 saylı notariat ofisindəki Reyestrdə 3M-775 №-də qeydə alınmış “Müəssisədəki payın alqı-satqı” müqaviləsi əsasında almışdır. İddiaçının iddia tələbində əsaslandırmağa çalışdığı kimi guya onun aldığı və qaytara bilmədiyi borc faizlərinin müqabilində "xxxx" Firmasının girov saxlanılması adı altında formal olaraq "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payın ona satılmasına dair notarial təsdiq edilmiş “Müəssisədəki payın alqı-satqı” müqaviləsi bağlanılmamışdır. "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payı nəğd ödədiyi 1.620.000 manat pulun müqabilində almışdır. Alqı-satqı müqaviləsini X9 Səfərov imzalasa da, bu işlərlə Hümbət Səfərovun özü şəxsən məşğul olmuşdur. Təxminən 2021-ci ilin oktyabr-noyabr aylarından başlayaraq Hümbət Səfərov ondan tələb etmişdir ki, "xxxx" şadlıq evini ona ucuz qiymətə satdığına görə ona əlavə 600.000 manat pul verməlidir. O, onun tələbini rədd etdikdən sonra Hümbət Səfərovun vəkili Adəm Məmmədov başının dəstəsi ilə "xxxx" şadlıq evinə onun yanına gələrək tələb edibdir ki, ya Hümbət Səfərova 600.000 manat pul verməlidir, ya da ki, şadlıq evinin fəaliyyətindən əldə olunan gəlirin 50%-i onlara çatmalıdır. Bununla bağlı X11, vəkili X12 və qeyriləri tərəfindən hədə-qorxu və zorakılığa məruz qalmağına dair şikayət ərizəsi əsasında Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Teymur Ağamirovun, Xətai rayon prokurorluğunun müstəntiqi Aqil Əşrəfovun icraatında araşdırılmalar aparılmış, toplanılmış materiallar üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2022 və xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilmişdir. Eyni zamanda o, ərizəsində qeyd etmişdir ki, “Müəssisədəki payın alqı-satqı” müqaviləsinin xx.xx.2019-cu il tarixdə bağlandıqdan sonra İddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2024-cü il tarixdə verildiyindən və müqavilənin bağlanılmasından 3 ildən artıq vaxt keçdiyindən hazırkı iddiaya münasibətdə iddia müddəti keçmişdir. Ona görə də, o, hesab edir ki, hazırkı iddia tələbi iddia müddəti keçdiyinə görə rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq, cavabdeh ərizəsində İddiaçı ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payın ona satılmasına dair aralarında bağlanmış, 32 saylı notariat ofisindəki Reyestrdə 3M-775 №-də qeydə alınmış “Müəssisədəki payın alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" Firması üzərində mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia tələbindən imtina edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan internet portaldan çıxarışdan görünür ki, "xxxx" şadlıq sarayı 15 yanvar 2018-ci il tarixdə satışa çıxarılmış və ilkin satış qiyməti kimi 2.500.000 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 15 may 2024-cü il tarixli 02- 70/24 saylı hesabatdan görünür ki, ünvan 4 ünvanında yerləşən 2014.87 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının (Mirana Palace şadlıq sarayı) 15 may 2024-cü il tarixinə bazar dəyəri 4.443.000 manat təşkil edir. İş materiallarında olan 02 sentyabr 2019-cu il tarixli əlyazmadan görünür ki, Cavabdeh2ov Budaq oğlu yazılmış əlyazmada o, 950 ABŞ dollarının verildiyini, əvəzində Mirana firmasını və Şadlıq evini alqı-satqı etdiyini, məbləğ ödəniləndə Firmanın geri qaytarılacağını qeyd etmiş və əlyazmanı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan foto-şəkillərdən görünür ki, həmin foto-şəkillərdə Mirana şadlıq sarayının əvvəlki və mövcud vəziyyəti əks olunmuşdur. İş materiallarında olan flash-kartdan məlum olur ki, həmin flash-kartda olan səs yazılarında cavabdeh tərəf faiz məbləğləri qaytarıldığı təqdirdə sözügedən Restoranın qaytarılacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 hər iki tərəflə münasibətinin yaxşı olduğunu bildirməklə yanaşı, şadlıq sarayında administrator işlədiyini, şadlıq sarayına 2021-ci ilin noyabr ayının 20-dən Cavabdeh2 oğlu Anarın nəzarət etməyə gəldiyini bildirmişdir. Eyni zamanda H.Səfərovun Cavabdeh2 faizə pul aldığını, qarşılığında şadlıq sarayını girov qoyduğunu, H.Səfərovun Cavabdeh2 950.000 ABŞ dolları borc aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 bildirmişdir ki, 2014-cü ildə şadlıq sarayı H.Səfərova satılmışdır, Cavabdeh2 isə bir iki dəfə görmüşdür, sonradan İsrafil ona zəng edərək özünü təqdim etmiş, Hümbətin ona şadlıq sarayını girov qoyduğunu, faiz pul götürdüyünü və ödənişləri gecikdirdiyini bildirmiş, o, isə şadlıq sarayını onun işlətdiyini. Cavabdeh2 bir müddət sonra yenidən onunla əlaqə saxlayaraq, faizlərin şişməsini və şadlıq sarayının ona qalmasını istədiyini bildirmişdir. Eyni zamanda şahid H.Səfərov tərəfindən 650.000 ABŞ dolları ödəniş olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 “Elmed” kilinikasında kassir vəzifəsində işləməklə yanaşı, gündəlik hesabatların onun tərəfindən aparılmasını, ümumi kassanın Ənvər müəllimdə olduğunu bildirmişdir. İsrafil müəllim ondan Ənvər müəllimin iştirakı ilə faiz adı altında pul almış, dəfələrlə İsrafil müəllimə ödənişlər etdiyini, lakin tərəflər arasında payın alqı-satqısından məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 iddiaçının atası Hümbət müəllimin bacısı oğlu olmasını bildirməklə yanaşı, hər ay H.Səfərovun göstərişi ilə kassadan Cavabdeh2 120-130.000 manat pul verdiyini, borcun 900-950.000 ABŞ dolları civarında olduğunu bildirmişdir. Anar Quliyev eyni zamanda restoranın satılmadığını, borc pul əvəzinə verildiyini, borc məbləği ödənildiyi təqdirdə restoranın qaytarılacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 hər iki tərəfi tanıdığını, H.Səfərov biznesmen olduğu üçün hər il İsrafildən faizə pul götürdüyün, sonuncu dəfə pulun qarşılığında girov şadlıq sarayını qoyduğunu bildirmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. İlk növbədə məhkəmə iddianın hüquqi əsasını təşkil edən xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinin etibarlılığı məsələsinə münasibət bildilrməyi zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göründüyü kimi, daşınmaz əmlaka sərəncam (alqı-satqı, icarə, bağışlama, dəyişdirmə, ipoteka, renta və s.) verilməsinə dair müqavilələrin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunmalıdır ki, notarial formaya riayət edilməsi müqavilələrin etibarlılığını təmin edir, tərəflərin onun məzmunu barəsində qarşılıqlı razılaşmalarını aydınlaşdırır, dəqiqləşdirir və müqavilənin bağlanması faktını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı prinsipini müəyyən edən 390.1-ci maddə bəyan edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin. 269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. 269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 307.1. “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.4. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 307.5. Əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89-cu maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki işdə plan sübutlardan və tərəflərin izahatlarından müəyyən olunur ki, İddiaçı "xxxx" Firmasında ona məxsus olan 100% payın Cavabdeh2 satılması barədə Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, 02 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 bağlanmış alqı-satqı müqaviləsinin bağlanması qanuna uyğun həyata keçirilmiş, notarial qaydada bağlanmış alqı-satqı əqdi imzalanan zaman yol verilən qüsurların mövcudluğu, həmçinin həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyən edilməmişdir. Cavabdeh2 təsdiq etmişdir ki, 02 sentyabr 2019-cu il tarixdə Hümbət Səfərovla əvvəlcədən danışıb razılaşdıqları kimi Bakı şəhəri Xətai rayonu, ünvan 3 ünvanda yerləşən "xxxx" firmasını və eyni adlı şadlıq evini 1.620.000 (bir milyon altı yüz iyirmi min) manata almışdır. 02 sentyabr 2019-cu il tarixdə Hümbət Səfərovun oğlu və "xxxx" Firmasının təsisçisi İddiaçı ilə ona məxsus "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% payı Bakı şəhəri 32 saylı notariat ofisindəki Reyestrdə 3M-775 №-də qeydə alınmış “Müəssisədəki payın alqı-satqı” müqaviləsi əsasında almışdır və həmin məbləği İddiaçı ödəmişdir. İddiaçı həmin müqavilənin X2nun Cavabdeh2 900.000 ABŞ dolları məbləğində pulun aylıq əlavə 3 faiz ödəmək şərti ilə götürdüyü borcun təminatı olaraq bağlanmasını, əslində həmin qeyri-yaşayış sahəsinin dəyərinin 4.500.000 manat olduğunu iddia etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda mülki qanunvericiliyin imperativ tələbinə görə borc müqaviləsinin yazılı formada bağlanılması şərti mövcud olduğu halda iddiaçı X2nun Cavabdeh2 900.000 ABŞ dolları məbləğində borcun alınmasını təsdiqləyən borc müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı mülki qanunvericiliyin imperativ tələbinə görə daşınmaz əmlakla bağlı ipoteka müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınması şərti mövcud olduğu halda iddiaçı X2nun Cavabdeh2 900.000 ABŞ dolları məbləğində borcun təminatı olaraq "xxxx" Firmasının mülkiyyətindəki "xxxx" Şadlıq Sarayını ipotekaya qoyulmasını təsdiq edən ipoteka müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı tərəflərin izahatlarından müəyyən edilmişdir ki, "xxxx" Firmasının mülkiyyətindəki "xxxx" Şadlıq Sarayının əldə edilməsi üçün Cavabdeh2 tərəfindən 950.000 ABŞ dolları (1.620.000 manat) İddiaçı verilmişdir. Məhkəmə iclasında İddiaçı həmin məbləğin cavabdehdən alınmasını etiraf etsə də, həmin məbləğin borc olaraq alındığını, aralarında olan razılaşmaya əsasən o, İsrafilə olan borcunu bağlayıb qurtarandan sonra şadlıq evini özünə qaytarılacağını bildirsə də, borc məbləğindən 650000 ABŞ dolların qaytarıldığını bildirmiş, lakin bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məxsus olduğu Firmanın balansında olan qeyri-yaşayış sahəsinin ipoteka təminatı olaraq cavabdehə verilməsi üçün mübahisələndirilən müqavilənin bağlanmasına əsaslansa da, həmin qeyri-yaşayış sahəsinə görə cavabdehdən aldığı məbləğin geri qaytarılmasını sübut edə bilməmişdir. Belə ki, iddiaçı bu dəlili sübut etmək üçün məhkəməyə şahidlər təqdim etsə də, məhkəmə Mülki-Prosessual Məcəllənin 89-cu maddəsinin tələbini nəzərə alaraq, sübut ediləcək halın təsdiqi üçün şahid ifadələrini mötəbər və mümkün sübut qismində qəbul edilməsini yol verilməz hesab etmişdir. İddiaçının qeyri-yaşayış sahəsinin faktiki dəyərinin daha yüksək olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır.» Həmin qərarda məhkəmə vurğulamışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Məhkəmə qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddiaçı iddiasının hüquqi əsası kimi istinad etdiyi hallara dair qanunda nəzərdə tutulmuş sübutları (borc müqaviləsi, ipoteka müqaviləsi) məhkəməyə təqdim etmədiyindən, həmçinin mübahisələndirdiyi əqdin etibarsızlığına əsas ola biləcək halların mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddəti ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsi də qanuni olmaqla yanaşı işin faktiki hallarına uyğundur. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 347.1-ci maddəyə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında mübahisələndirilən müqavilə Bakı şəhəri 32 saylı notariat ofisində 02 sentyabr 2019-cu il tarixdə bağlanmış, iddiaçı həmin müqavilənin etibarsızlığı ilə bağlı iddia ərizəsi ilə məhkəməyə 17 yanvar 2024-cü il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd edilmiş Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Beləliklə, 02 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 bağlanmış alqı-satqı müqaviləsinin bağlanması qanuna uyğun həyata keçirilmiş, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyən edilməmişdir. Digər tərəfdən, iddiaçının iddia etdiyi kimi ipoteka əqdini pərdələmək məqsədi ilə alqı-satqının bağlanması da müəyyən edilməmişdir. Halbuki, bu pərdələnmənin baş verdiyi (müəyyən edildiyi) təqdirdə belə (borc və ipoteka münasibətlərinin müəyyən etdiyi normaların tətbiq edilməsi müstəvisində) əqdin etibarsızlığına əsas olmuş hallar müəyyən edilmir. Belə ki, hər iki tərəfin razılığı ilə bağlanmış əqdlərdə razılıq müəyyən edilirsə, bu əqdə dair müddəalar tətbiq edilməlidir. Bu mənada əqdlərin etibarsızlığına dair qanunla müəyyən edilmiş müddətlər də ötürülmüş və əqdin notariusda imzalanan zaman hüquqlarından xəbərdar olmalı olan iddiaçının mücərrəd və ziddiyətli dəlilləri müddətin ötürülməməsinə də əsas yaratmır. Ona görə iddiaçının iddiası əsassızdır və qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürülməklə verilmişdir. Belə ki, əks edilən dəlillərin etibarsızlığa aid edilməsi şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi və arzuladığı əqdin məzmunu barəsində səhv etdiyini, yəni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi - belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilməsi barədə mülki qanunvericiliyinin dispozitiv şərtlərini ehtiva edir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış hesab edilməsi iddia edilən 02 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilməsi mümkün olduğu halda, iddia məhkəməyə 17 yanvar 2024-cü il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, 02 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 bağlanmış alqısatqı müqaviləsinin bağlanması qanuna uyğun həyata keçirildiyindən, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyən edilmədiyindən, iddiaçı müqavilənin etibarsızlığı tələbi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürdüyündən iddiaçı tərəfindən mübahisələndirilən əqdin etibarsızlığı ilə bağlı iddianın irəli sürülməsi vicdanlılıq prinsipinə zidd hesab edilməklə, iddia tələbi təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar