Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-179/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X7 Hüseynağa qızının sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı "X8" Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakları ilə, İddiaçı "X8" Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı cavabdehin mədən sahəsində və iddiaçının saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X8" Şirkəti Azərbaycan Respublikasındakı filialı Cavabdeh qarşı cavabdehin mədən sahəsində və iddiaçının saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarının həyata keçirməsinə ciddi maneə yaratdığından, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsi məhkəmə iclasında müzakirə olunduğu zaman hər iki tərəf mübahisənin kommersiya xarakterli olmasını nəzərə alaraq məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 bildirdi ki, 1 saylı mədənin 5-ci sahəsində, 1. 396963 4477739; 2. 396972 4477729; 3. 396965 4477723; 4. 396956 ******* koordinatlar daxilində yerləşən tikili qeyri-yaşayış binasıdır. Həmin qeyri-yaşayış binasından kafe-restoran kimi, sahibkarlıq məqsədi ilə istifadə edilir və cavabdehin VÖEN-inin olması bunu təsdiq edir. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə bildirdi ki, artıq uzun müddətdir ki, torpağı oğlu bələdiyyədən almış, onun adına etibarnamə vermişdir. Sonradan həmin torpaqda ikimərtəbəli qeyri-yaşayış obyekti tikmişlər və təyinatını restoran-kafe olmuşdur. Həmin restoranı o həm icarəyə verir, həmçinin də özü sahibkar kimi istifadə edərək gəlir əldə edir. Obyektin texniki şərtində də kafe-restoran olması müəyyən edilir. Obyekti öz adına rəsmiləşdirmək istəyən zaman torpaqların neft hasilatı təyinatlı olması aşkar olunmuşdur. Faktiki olaraq həmin qeyri-yaşayış obyekti onun sahibliyindədir. İşin baxılması üçün kommersiya məhkəməsinə göndərilməsinə etirazı yoxdur. Məhkəmə iddia ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallatına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: AZEMİS elektron portaldan çıxarışdan müəyyən olunur ki, Cavabdeh fərdi sahibkardır və onun çayxanalar tərəfindən xidmətlərin göstərilməsi üzrə VÖEN-i (**********) mövcud olmaqla, hazırda fəaliyyəti müvəqqəti dayandırılmışdır. AZEMİS elektron portaldan çıxarışdan müəyyən olunur ki, "X8" Şirkəti Azərbaycan Respublikasındakı filialı hüquqi şəxs olmaqla vergi ödəyicisi kimi VÖEN-i (**********) mövcud olmaqla, qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli. 10/2441 saylı ekspert rəyindən görünür ki, 1 saylı mədənin 5-ci sahəsində, 1. 396963 4477739; 2. 396972 4477729; 3. 396965 4477723; 4. 396956 ******* koordinatlar daxilində qeyriyaşayış tikilisinin inşa edildiyi müəyyən edilmişdir. Həmçinin ekspert rəyinin tədqiqi hissəsində tikilinin foto şəkilləri göstərilmiş, tikilinin qeyriyaşayış sahəsi olmaqla üzərində “restoran-pub-bilyard” sözləri yazılmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 374 saylı qərarından müəyyən olunur ki, Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudlarında Bakı şəhər sakinləri X5 və X2 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 130 m2 torpaq sahəsi və ondan istifadə hüquqları X1. xx.xx.2017-ci il tarixli, AR-İ № 494202 saylı etibarnamədən müəyyən olunur ki, X4 tərəfindən Cavabdeh əmlakları ilə bağlı sərəncam vermək hüquqlarına dair etibarnamə verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4-cu maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının “... MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ... Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ... Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. ... Məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır”. 28-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Məhkəmənin mövqeyi: Məhkəmə hazırki mülk işin məhkəmə aidiyəti üzrə kommersiya məhkəməsində baxılmasının mümkünlüyü nəticəsinə gəlməmişdən öncə yuxarı instansiya məhkəməsinin aidiyyət məsələsinin müəyyən edilməsi zamanı diqqət yetirilməli məqamlara, yəni mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət üç qiymətləndirici meyarların hər üçünün qarşılıqlı bağlılığını araşdırmağı zəruri bilir. İlk öncə mübahisənin subyektiv tərkibi olaraq iddiaçı hüquqi şəxsdir, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, vergi ödəyicisi kimi aktiv VÖENə malikdir. Həmçinin cavabdeh xx.xx.2011-ci il tarixdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, hazırda fəaliyyəti müvəqqəti dayandırılmışdır. Həmçinin mübahisənin predmeti - iddia ərizəsinin icraata götürülməsi zamanı icraatın mümkünlük mərhələsində şəxsin əmlak, əşya hüququndan qaynaqlanan mübahisəsindən yaranması ilkin görünüş yaratsa da, sonradan cavabdehin sahibkar kimi sökülməsi tələb edilən obyektdə aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olması və bu məqsədlə həmin obyekti icarəyə verməsi müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan hər üç qiymətləndirici meyarın qarşılıqlı bağlı olmasını və mübahisənin də kommersiya məzmunlu olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, mülki işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılıb hüquqi qiymət verilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 44, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "X8" Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı cavabdehin mədən sahəsində və iddiaçının saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-179/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-179/2025
05.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver