Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-181/2025 24.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına məxsus qaz sayğacının qaynatası X3 ölüm haqqında şəhadətnaməsinə əsasən onun adına keçirilməsi və əsassız hesablanmış 899,64 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı onun mülkiyyətindədir və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Təbii qazdan istifadəyə görə tərəfindən ödənişlər vaxtı-vaxtında aparılır. Sözügedən ünvana qaz sayğacı 2022-ci il tarixdə quraşdırılıb. Quraşdırılmış sayğac mərhum qayınatası X1 adınadır. Qayınatası xx.xx.2019-cu il tarixdə vəfat edib. Əvvəlki sayğac da qayınatasının adına olmuş, sonradan 2022-ci il tarixdə quraşdırılmış sayğac da qayınatasının rəhmətə getməsinə baxmayaraq, yənə də onun adında qalmışdır. O, bununla bağlı bir neçə dəf ərazi üzrə qaz idarəsinə şifahi müraciət etsə də, onlar bunun mümkün olmadığını bildirmişdirlər. Bu səbəbdən qaz sayğacı hələ də mərhum qayınatasının adınadır. O, yaşadığı ünvana qaz sayğacına görə 899,64 manat əlavə borc gəldiyini gördükdə bununla bağlı ərazi üzrə qaz idarəsində yaxınlaşmışdır. Onlar ona şifahi olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin X7 Sahəsinin nümayəndələrinin ünvanına məxsus məişət qaz sayğacına onun iştirakı olmadan baxış keçirtdiklərini, qaz sayğacına mdaxilə olunduğu üçün akt tərtib olunduğunu və əlavə borc yazıldığını söyləmişlər. Hətta o, onlardan aktın surətini ona vermələrini söyləsə də verməmişlər. Buna görə də 2024-cü ilin yanvar ayında ona əsassız olaraq 899,64 manat borc yazılmışdır. Bildirir ki, yazılmış borc əsassızdır. Bu hadisədən onun heç bir təqsiri olmadığı halda ona əsassız borc yazılmışdır. Həmçinin, sayğacın plombu həmin vaxt da, hazırda da üzərində olduğundan onun sayğaca müdaxilə etməsi mümkün deyil. Ona görə də dəymiş ziyan məbləğinin ondan tələb edilməsi qanunsuz və əsassızdır. Həmin borcun əsassız olması barədə cavabdehə bildirsə də, hər hansı bir nəticəsi olmamışdır. Bildirir ki, tərəfindən qaz sayğacına hər hansı müdaxilə olmamışdır. Digər tərəfdən, sayğac ünvandan bayırda olduğundan belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması da qeyri-mümkündür. Belə olan halda onun ehtimal olunan müdaxiləyə görə hər-hansı şəkildə məsuliyyət daşıması absurddur. Əgər sayğaca hər-hansı müdaxilə varsa, sayğac ünvandan kənarda, yəni bayırda olduğundan belə müdaxilə kənar şəxslər tərəfindən də oluna bilər. Həmçinin, sayğaca onun iştirakı olmadan baxış keçirilmiş, sonradan ona müdaxilə olunması barədə məlumat verilmişdir. Göründüyü kimi, cavabdeh Nazirlər Kabinetinin qərarlarına, mövcud qanunlara və normativ hüquqi aktlara əsaslanmadan, eyni zamanda mövcud qanunlara heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət edir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 988728 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür. **********00000 nömrəli abonentin saldosunun surətindən görünür ki, X4 qalıq və aktlar üzrə 2023-cü il üçün ümumilikdə 881,28 manat akt borcu təşkil edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanından yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X5 məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş və hesablama mexanizminin üzərində maqnit aşkar olunmuşdur. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli tələblərindən görünür ki, istehlakçı X5 məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 7344 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, sayğacdan kənar istehlak olunmuş təbii qazın hesablanmasına dair akta əsasən dəymiş ziyan hesablanarkən qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi orta günlük iş rejiminə və hesabat gününə vurulmaqla hesablanmışdır. Ekspert qeyd edir ki, Cavabdeh tərəfindən ünvan 1 (abonent kodu: **********00000) ünvanında qaz sərfiyyatına görə tərtib edilmiş akta əsasən qaz sərfiyyatının məbləğinin düzgün hesblanmasının müəyyən edilməsi hazırkı məhkəmə-mühasibat ekspertizanın predmetinə aid deyildir. Beləliklə, iş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən müəyyən edilmiş 899,64 manat məbləğində borc məbləğinin düzgünlüyünə məhkəmə tərəfindən qiymət verilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Osman Mustafayev küçəsində yerləşən 51 saylı evdə quraşdırılmış PQ-3 tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatı 0,8 m³; QSQ-nın (qənaətli su qızdırıcısının) saatlıq qaz sərfiyyatı 2,25 m³; kombi 24 kW-lıq saatlıq qaz sərfiyyatı 2,6 m³ təşkil edir. Göstərilən qaz cihazlarının gündəlik saatlıq istifadə müddətləri barədə məlumatlar təqdim edilməmişdir. Bununla da, göstərilən ünvanda konkret olaraq qaz sərfiyyatının hesablanması mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Məhkəmə trasoloji ekspertizasının rəyi ilə tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədiyindən, həmçinin qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədiyindən iş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən müəyyən edilmiş 899,64 manat borc məbləğinin düzgünlüyü müəyyən edilmədi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının: 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir; 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə iddianın hesablanmış borcun silinməsi hissəsində hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır. Belə ki, göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Həmçinin, **********00000 nömrəli abonentin saldosunun surətindən görünür ki, iddiaçının qalıq və aktlar üzrə 2023-cü il üçün ümumilikdə 881,28 manat akt borcu təşkil edir. Belə olan halda, xx.xx.2023-cü il tarixli ******* saylı akt etibarlı olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) rəhbər tutaraq hesab edir ki, həmin akt əsasında İddiaçı (Abonent kodu: **********00000) hesablanmış 881,28 manat məbləğində borc Cavabdeh tərəfindən silinməli, iddia qalan hissədə rədd edilməlidir. Həmçinin, məhkəmə iddianın qaz sayğacının onun adına keçirilməsi ilə bağlı hissəsində hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı bu tələblə bağlı borc silindikdən sonra Cavabdehnə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış (abonent kodu: **********00000) 881,28 (səkkiz yüz səksən bir manat, iyirmi səkkiz qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 270 (iki yüz yetmiş) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-181/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-181/2025
24.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver