Məhkəmə qərarları › İş №2(001)-1826/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1826/2023

31.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1826/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 14 dekabr tarixli 06 saylı qərarı ilə X9 1.06 hektar torpaq sahəsi verilməsinə dair JN-016A (Kod ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Torpağa mülkiyyət hüququna dair JN-0187 saylı (kod-********) Dövlət aktında göstərilmiş Narınc adının eyni şəxsə yəni X2naməxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 14 dekabr tarixli 06 saylı qərarı ilə babası X9 1.06 hektar torpaq sahəsi ayrılmışdır. Bu barədə babası X9 JN-016A (Kod********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamənin əsasında Torpağa mülkiyyət hüququna dair JN-0187 saylı (kod-********) Dövlət aktı verilmişdir. Babası vəfat edəndən sonra atası X19 babasının qanun üzrə vərəsəsi olmuşdur. Buna dair atası X19 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Atası 24 fevral 2022-ci il tarixdə “Durğunluq ürək çatmamazlığı” xəstəliyindən vəfat etmişdir. Atası vəfat edəndən sonra vərəsəlik işinin açılması üçün Bakı şəhəri 44 saylı Notariat ofisinə müraciət etmişdir. Notariat ofisi bildirmişdir ki, sözügedən torpaq sahəsini mülkiyyətinə keçirtmək üçün miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilməlidir. O, həmin çıxarışı almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi ona imtina bildirişi göndərərək bildirmişdir ki, mərhum X9 və ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu Ərtəpə kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-016A saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməmdə səhv yazılmış ada düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarsəinin səlahiyyəti xaricindədir və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 14 dekabr tarixli 06 saylı qərarı ilə babası X9 1.06 hektar torpaq sahəsi ayrılmasına dair JN- 016A (Kod ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Torpağa mülkiyyət hüququna dair JN-0187 saylı (kod-********) Dövlət aktında nənəsinin adı səhvən Narınc (Narış əsl adı) kimi yazılmışdır. X26 komissiyası ləğv edilmişdir və hüquqi varisi yoxdur. Atasının doğum haqqında şəhadətnaməsində və nənəsi ölüm haqqında şəhadətnaməsində nənəsinin məxsus sənədlərdə nənəsinin adı ‘‘Narış” kimi yazılmışdır, istifadəsində (icarəsində) olan torpaq sahəsi barəsində verilən dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nənəsinin adı səhv olduğundan torpaq sahəsini özəlləşdirə bilmir. Odur ki, “‘Narınc” adının “Narış” adlı şəxslə eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, o, ərizəçinin anasıdır. X2 onun qaynanası olmuşdur. Onun adı “Narış” olmuş, sənədlərdə səhv olaraq Narınc yazılmışdır. Qaynanası 2004-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X24 ifadəsində göstərmişdir ki, o, ərizəçinin xalasıdır. X2 onun bacısının qaynanası olmuşdur. Onun adı “Narış” olmuş, sənədlərdə səhv olaraq Narınc yazılmışdır. Narış xanım 2004-cü ildə vəfat etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: ИЕ - 209576 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 atası X13, anası X6r. ИЕ - 025239 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 atası X13, anası X6r. XVİ-ЖГ 380894 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X19, anası X10r. JN-0187 saylı, 50521018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 14 dekabr tarixli 06 saylı qərarı ilə 1.06 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X9 və ailə üzvü X3 verilmişdir. JN-016A saylı, 50521018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 14 dekabr tarixli 06 saylı qərarı ilə 0.25 hektar torpaq sahəsi X9 və ailə üzvü X3 verilmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004cü il tarixdə vəfat etmiş X8 vərəsəsi oğlu - X15r. Miras əmlak Gədəbəy rayonu, Ərtəpə kəndində olan 0.25 ha torpaq sahəsidir. AZ-İİ 255496 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2022-ci il tarixdə ölmüşdür. AZ-İ 057630 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Bakı şəhəri 44 saylı notariat ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 359 nömrəli məktubdan görünür ki, Ərizəçi müraciətinə əsasən xx.xx.2022-ci ildə ölmüş atası X11 adına Bakı şəhəri, 44 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Məlumat üçün nəzərə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud, bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi, Mülki Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Həmçinin «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat»ın 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adına tərtib edilmiş miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilməlidir. Qeyd olunanlarla bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum -X16 məxsus olan daşınmaz əmlaklar barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsilə notariat ofisinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mərhum X9 və ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Ərtəpə kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-016A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də səhv yazılmış ada düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11,2ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X4 şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi barədə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 1928-ci il təvəllüdlü X1 rayon X29 tərəfindən xx.xx.1981-ci il tarixdə aldığı XV-JQ seriyalı 733810 nömrəli keçmiş SSRİ pasportu ilə xx.xx.1981-ci il tarixdən hal-hazıradək Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirilir ki, Nümayəndə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi X4 nəvəsidir. Belə ki, ərizəçinin atası X11 atası X13, anası isə X6r. Lakin, JN-0187 saylı, 50521018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-016A saylı, 50521018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X7 adı yanlış olaraq “Narınc” kimi göstərilmişdir. Ərizəçi yanlışılığın aradan qaldırılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, yanlışlığın aradan qaldırılması həmin idarənin səlahiyyətləri xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi isə bildirmişdir ki, 1928-ci il təvəllüdlü X1 rayon X29 tərəfindən xx.xx.1981-ci il tarixdə aldığı XV-JQ seriyalı 733810 nömrəli keçmiş SSRİ pasportu ilə xx.xx.1981-ci il tarixdən hal-hazıradək Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Nümayəndə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. Göründüyü kimi, ərizəçinin nənəsinin JN-0187 saylı, 50521018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-016A saylı, 50521018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən adı, iş materiallarında olan uşaqlarının doğum haqqında şəhadətnamələri və özünün ölüm haqqında şəhadətnaməsindəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçi müvafiq dövlət qurumuna sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, JN-0187 saylı, 50521018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-016A saylı, 50521018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin həmin sənədlərdə ailə üzvü kimi göstərilmiş – X5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-0187 saylı, 50521018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-016A saylı, 50521018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin həmin sənədlərdə ailə üzvü kimi göstərilmiş – X5 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar