Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-186/2025 11.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 48 kv.m mənzilinə giriş qapısının üzərində qanunsuz inşa edilmiş pilləkanın cavabdehin hesabına sökülməsi və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 48 kv hissəsi Bakı şəhəri 26 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-212 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 20000 manata satın almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri haqında Çıxarışa əsasasən həmin fərdi yaşayış evinin 4/8 hissəsindən 48 kv metri onun xüsusi mülkiyyətindədir. Qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı Fərdi yaşayış evi iki mərtəbədən ibarətdir, ümumu sahəsi 257.70 kv metrdir və 4 mənzildən ibarətdir. 257.70 kv metr fərdi yaşayş evinin 4 nəfər payçısı vardır. Evin 1-ci mərtəbəsində ona məxsus 48 kv metr mənzil və X3 məxsus mənzil yerləşir. Birinci mərtəbədəki mənzillərə giriş ayrıca həyətdədir və həmin həyətin ikinci mərtəbəyə heç bir aidiyyəti yoxdur. İkinci mərtəbəsində isə Cavabdeh məxsus mənzil və X4 məxsus mənzil yerləşir və həmin mənzillərə giriş ayrıca pilləkənlə təyin edilmişdir. Cavabdeh məxsus 2-ci mərtəbədə yerləşən evin giriş qapısı və pilləkəni başqa yerdə olduğu halda, o, özbaşına və qanunsuz olaraq onun evdə yaşamamağından istifadə edərək, 1-ci mərtəbədə ona məxsus evin giriş qapısının üstündə taxtadan pilləkən tikərək evinə girişini qapatmışdır. Evinə sərbəst girə bilmir və hər-hansı bir əşyanı evinə sala bilmir. Cavabdehin qanunsuz pilləkən tikməsi barədə Binəqədi rayon İcra hakimiyətinə, polis şöbəsinə şikayətlər etsə də, heç bir tədbir görülməmişdir. Ona görə də məhkəməyə müraciət edərək, hesab edir ki, Cavabdeh tərəfindən ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 48 kv metr hissəsinin giriş qapısının üzərində qanunsuz inşa edilmiş pilləkan cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, evi alan zaman mübahisəli pilləkən (nə taxta, nə dəmir) mövcud olmamışdır. Evi alanda giriş-çıxışı ayrı olub. Alğı-satqıdan sonra, evin işığını, qazını qaydasına saldığı ərəfədə xəbər tutub ki, xanım ayağının problemli olmasını əsas gətirməklə pilləkən tikmək istəyib. Özü evin birinci mərtəbəsində, cavabdeh isə ikinci mərtəbəsində yaşayır. Evin içindən ikinci mərtəbəyə pilləkən olub, sonradan bağlanıb. Cavabdehin yaşadığı evə qalxması üçün evin texniki pasportunda göstərilən və hazırda da olan pilləkən var. Lakin cavabdeh o pilləkəndən istifadə etmir. Evin texniki pasportunda da, hazırda mübahisələndirdiyi pilləkən nəzərdə tutulmayıb. Cavabdeh onun razılığı olmadan, düz evinin qabağından pilləkən qaldırıb, nəticədə evinə rahat giriş çıxışa, əşya daşınmasına və s. maneələrin yaranmasına səbəb olub. Ekspert tədqiqatı ilə də, hər şey müəyyən edilib. Bundan başqa məhkəməyə təqdim etdiyi video görüntü də, iddiasını təsdiq edir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi iki mərtəbədən ibarətdir, ümumu sahəsi 257.70 kv metrdir və 4 mənzildən ibarətdir. Fərdi yaşayş evinin 4 nəfər payçısı vardır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 48 kv hissəsinin xx.xx.2022-ci il tarixdə Cavabdeh 20000 manata satın almışdır. Cavabdeh məxsus 2-ci mərtəbədə yerləşən evin giriş qapısı və pilləkəni başqa yerdə olduğu halda, o, özbaşına və qanunsuz olaraq onun evdə yaşamamağından istifadə edərək, 1-ci mərtəbədə ona məxsus evin giriş qapısının üstündə taxtadan pilləkən tikərək evinə girişi qapatmışdır. Hazırda evinə sərbəst girə bilmir və hər-hansı bir əşyanı evinə sala bilmir. Evi alanda qarşısında hər hansı dəmirdən və ya taxtadan pilləkən olmayıb. Yaşadığı evin içərisindən ikinci mərtəbəsinə pilləkən olub. Bu onu göstərir ki, evin içərisindən ikinci mərtəbəyə keçid olubsa, bayırdakı pilləkənə ehtiyac olmayıb. Həmin pilləkan ümumiyyətlə evin lahiyəsində də nəzərdə tutulmayıb. Bugünki gün bütün ailə üzvlərim mənim himayəmdədir. Yaşamalı olduğumuz evə isə zəruri əşyaları qoyulmuş pilləkənə görə keçirmək mümkün olmur. Evi satın alan zaman onun evinin qarşısından ikinci mərtəbəyə qalxan pilləkən olmamışdır. Birinci mərtəbədəki mənzillərə giriş ayrıca həyətdədir və həmin həyətin ikinci mərtəbəyə heç bir aidiyyəti yoxdur. Tədiq olunan görüntüləri evi aldıqdan 1-2 gün sonra çəkmişdir. Evi aldıqdan sonra təxminən 2 il evdə yaşamamış, bu müddət ərzində kommunal müqavilələri öz adına keçirtmişdir. Cavabdeh barəsində əsassız olaraq dəfələrlə polisə şikayət etmişdir. Cavabdeh onun 2 il evdə yaşamadığından istifadə edərək, pilləkəni qoymuşdur.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianın rədd edilməsini xahiş edir. Belə ki, yoldaşı ilə Ayna Sultanovada olan evlərini satıb, bu evi alıblar. Pilləkən əvvəldən orada olub, sonradan onun tərəfindən heçnə tikilməyib. Evin içərisində olan pilləkənı bağlayıb. İçəridəkini, qarşı tərəflər razılaşmaqla, əvəz etmişdir. Onun səhhətinə görə, evinə qalxması üçün təhlükəsiz pilləkən olmalıdır. Dəmir pilləkəndən istifadə edəndə, çox zərər görüb. İddiaçının iddia etdiyi digər pilləkanın onun evinə aidiyyəti yoxdur. Həmin pilləkəni də təmir etmək üçün maddi imkanı yoxdur. İddiaçı iddia edir ki, həyət onun şəxsi istifadəsindədir. Lakin həmin həyət ümumidir. İddiaçı özü də, həmin pilləkəndən istifadə edib.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evini bölərək, bir neçə şəxsə satmışdır. Onlardan biri də hazırda iddiaçıdır. O, idiaçıya evin 48 kv hissəsini 20000 manata satmışdır. İddiaçının mübahisələndirdiyi pilləkən əvvəldən də, mövcud olub. Bununla bağlı fotoşəkilləri məhkəməyə təqdim edirəm Digər tərəfdən pilləkənin mövcudluğu evin lahiyəsində də göstərilib. Sadəcə əvvəl həmin pilləkən dəmirdən idi. Özü yaşlı qadın olduğundan pilləkəni taxta material ilə əvəzləmişdir. Ola bilsin həmin ev satılanda təmirlə əlaqədar dəmir pilləkan sökülmüş olub. Pilləkənin əvvəldən mövcud olmuşdur. Pilləkən ev satılan zaman təmirlə əlaqədar sökülmüşdür, pilləkən hətta evin lahiyə sənədlərində də nəzərdə tutulmuşdur. Pilləkən 1951-ci ildə ev tikilən zaman evin əvvəlki sahibi tərəfindən qoyulmuşdur. İddiaçı həyətdə 1 otaqlı tikili tikmişdir. Bundan başqa iddiaçı onu ölümlə hədələyir. Bununla bağlı 4 dəfə DİN-nin 102 xidmətinə məlumat vermişdir.
7. Cavabdeh iddiaya yazılı etirazında göstərir: Hesab edirəm ki, iddiaçının iddiası əsassızdır, o, təmin edilə bilməz. Beləki, həmin mübahisəli pilləkən artıq 30 ildən artıqdır ki lahiyyəyə uyğun şəkildə istifadə olunur. Mən artıq 30 ildir ki həmin mənzili almışam ,. Bundan əlavə 1980- ci illərin X5 tərəfindən tərtib edilmiş həmin ünvan dair texniki posportdan görünürki, lahiyyədə mübahisəli pilləkən həllə 1980-ci illərdən vardır və istifadə edilir. (Bu barədə texniki posportun surətin təqdim edirəm). Mən bir neçə ilər öncə həmin pilləkəndən dəfələrlə yıxılmışam və yüngül travma almışam. Əraziyə hərdəfə polis əmakdaşları baxış keçirmış və həmin pilləkənin təmir edilməsini tövsiyyə etmişlər. (travma almışam və bu barədə arayış təqdim edirəm.) Bundan əlavə onu qedy edə bilərəm ki , iş üzrə İddiaçı Rəsid oğluna ünvan 1 ünvanın bir hissəsi 21 aprel 2022-ci ildə Bakı şəhəri 26 saylı notariat ofisində Satıcı Cavabdeh tərəfindənə alıcı onun mülkiyyətində olan əmlakın bir hissəsini 48 kv/m –ni alqı satqı müqaviləsinə əsasən həmin müqavilə üzrə İddiaçı Rəsid oğluna 20. 000 manata alqı-satqı müqaviləsi bağlanır və ona satılır. Həmin tarixədək artıq istifadəyə yarasız pilləkən tərəfimdən sökülmüş və taxta pilləkənlə əvəz edilmişdir. Hər hansi konustriksiya dəyisikliyi edilməmişdir. Yararsız pilləkən taxta pilləkənlə əvəz edilmişdir. İddiaçının bu hərəkətləri paylı mülkiyyətin idarə edilməsinə maneçilik yaradır və Dövlət tərəfində qorunan hüquqlarımıza ziddir. Bu səbəbdəndə iddiaçının iddiası rədd edilməsini zəruri hesab edirəm. Onu da qeyd edə bilərəm ki iddiaçı tərəfdən paylı mülkiyyətin idarə olunması tələbləri pozulmaqda davam edir, o özü paylı mülkiyyətin idarə olunması tələblərini pozur Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:
8. Satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 257.7 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus 4/8 hissəsindən 48 kv.m hissəsini alıcıya 20000 manata satmışdır.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 şəxsi tərəfindən verilən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 257.7 kv.m olan fərdi yaşayış evinin 4/8 hissəsindən 48 kv.m hissəsi, xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 10/5221 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı, 257.70 kv.m sahəsi olan fərdi yaşayış evinin lahiyəsində və ya digər texniki sənədlərində (Texniki Pasport sənədində) birinci mərtəbə ilə ikinci mərtəbəni bayırdan birləşdirən pilləkənin nəzərdə tutulmadığı müəyyən edilmişdir. Mübahisəli pilləkən iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin özünə məxsus olan hissəsindən fiziki baxımdan sərbəst istifadəsinə maneə törədib-törətməməsinin müəyyən edilməsi "tikintitexniki obyektlərinin tədqiqi" ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Binəqədi rayonu M. Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş, Texniki pasport sənədində cavabdehin istifadəsində olan tikililərə ümumi istifadədə olan pilləkən meydançasından olduğu müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişə görə tədqiqatının dəyəri 100 manatdır.
11. Rəyin tədiqiqat hissəsində göstərilir: Mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********34-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 4/8 hissədən A tikilisi İ mərtəbədə 2; 4; 11; 12; 13 saylı sahələr və B tikilisi X2, 4/8 hissədən 48 kv.m hissə İddiaçı, 4/8 hissədən qalan hissə Cavabdeh, 4/8 hissədən A tikilisi zirzəmidə y/s 23,3 kv.m və 15,9 kv.m., k/s 11,5 kv.m hissəsi isə X1 mülkiyyətinə verilmişdir. Həmin evə dair tərtib olunmuş texniki pasportun göstəricilərinə əsasən, tədqiq olunan mülk, 1978-ci ildə inşa olunmuş ümumi sahəsi 72.2 kv.m olan bir mərtəbəli <<A>>> və <<B>>> literli fərdi yaşayış evindən, «İ» və «İİ» literli köməkçi tikilidən ibarətdir. Baxış zamanı, iddiaçının istifadəsində olan tikilinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasport sənədində göstərilən <<A>> literli fərdi yaşayış evinin zirzəmi mərtəbəsində yerləşdiyi, həmin tikilinin giriş-çıxış qapısının qarşısında taxta materialdan pilləkən quraşdırıldığı müəyyən edilmişdir. Qərardadın birinci sualında, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı, 257.70 kv.m sahəsi olan fərdi yaşayış bayırdan birləşdirən pilləkən nəzərdə tutulub-tutulmamasının müəyyən edilməsi tələb olunmuşdur. Bununla əlaqədar qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasport sənədində göstərilən «A» literli fərdi yaşayış evi ilə həmin evin faktiki vəziyyəti arasında müqayisəli tədqiqat aparılan zaman, mübahisə predmeti olan pilləkənin Texniki Pasport sənədində olmadığı müəyyən edilmişdir. Qərardadın ikinci sualı ilə əlaqədar qeyd olunur ki, mübahisəli pilləkən iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin özünə məxsus olan hissəsindən fiziki baxımdan sərbəst istifadəsinə maneə törədib-törətməməsinin müəyyən edilməsi "tikintitexniki obyektlərinin tədqiqi" ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. Qərardadın üçüncü sualında, tikilinin texniki sənədlərinə əsasən cavabdehə aid olan fərdi yaşayış evinə başqa girişin nəzərdə tutulubtutulmamasının müəyyən edilməsi tələb olunmuşdur. Bununla əlaqədar qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasport sənədində cavabdehin istifadəsində olan tikililərə giriş ümumi istifadədə olan pilləkən meydançasından olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı, 257.70 kv.m sahəsi olan fərdi yaşayış evinin lahiyəsində və ya digər texniki sənədlərində (Texniki Pasport sənədində) birinci mərtəbə ilə ikinci mərtəbəni bayırdan birləşdirən pilləkənin nəzərdə tutulmadığı müəyyən edilmişdir. Mübahisəli pilləkən iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin özünə məxsus olan hissəsindən fiziki baxımdan sərbəst istifadəsinə maneə törədib-törətməməsinin müəyyən edilməsi "tikinti-texniki obyektlərinin tədqiqi" ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasport sənədində cavabdehin istifadəsində olan tikililərə ümumi istifadədə olan pilləkən meydançasından olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 48 kv hissəsi Bakı şəhəri 26 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-212 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 20000 manata satın alınmışdır.
13. İddiaçı iddia edir ki, həmin evi alan zaman birinci mərtəbəni ikinci mərtəbə ilə bayırdan birləşdirən mübahisəli pilləkən orada olmamış, cavabdeh tərəfindən onun müəyyən müddət həmin evdə yaşamamasından istifadə edilməklə sonradan lazımi icazələr alınmadan tikilmişdir. Hazırda isə pilləkənin mövcudluğu onun birinci mərtəbədə yerləşən evinə sərbəst giriş-çıxışına, əşya daşınmasına maneçilik törədir.
14. Cavabdeh isə pilləkənin ev alınandan bəri mövcud olduğunu, iddiaçıya satılan ərəfədə dəmir konstruksiyanın köhnəlməsi ucbatından tərəfindən yenidən taxta materialdan təmir edildiyini bildirir.
15. Mübahisənin həlli üçün keçirilmiş ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı, 257.70 kv.m sahəsi olan fərdi yaşayış evinin lahiyəsində və ya digər texniki sənədlərində (Texniki Pasport sənədində) birinci mərtəbə ilə ikinci mərtəbəni bayırdan birləşdirən pilləkən nəzərdə tutulmamışdır. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
19. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
21. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
22. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
24. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmənin mövqeyi:
25. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 4/8 hissədən A tikilisi İ mərtəbədə 2; 4; 11; 12; 13 saylı sahələr və B tikilisi X2, 4/8 hissədən 48 kv.m hissə İddiaçı, 4/8 hissədən qalan hissə Cavabdeh, 4/8 hissədən A tikilisi zirzəmidə y/s 23,3 kv.m və 15,9 kv.m., k/s 11,5 kv.m hissəsi isə X1 mülkiyyətinə verilmişdir. Cavabdehin mənzili evin ikinci mərtəbəsində, iddiaçının mənzili isə evin birinci mərtəbəsində yerləşir. Alqı-satqıya qədər hər iki mənzil cavabdehin mülkiyyətində olduğuna görə evin birinci mərtəbəsi ilə ikinci mərtəbəsini içəridən birləşdirən pilləkən olmuş, daha sonra həmin pilləkən ləğv edilmişdir. Cavabdeh bayırdan olan pilləkənin lap əvvəldən mövcud olduğunu, lakin yararsız hala düşdüyündən onun tərəfindən taxta materialla yenidən bərpa edildiyini iddia etsə də, keçirilmiş ekspertiza tədqiqatı ilə əslində mübahisəli (bayırdan olan) pilləkənin həmin evə dair texniki pasport sənədində nəzərdə tutulmadığı müəyyən edilmişdir. Bundan başqa cavabdeh məhkəmə mübahisəsi dövründə həmin pilləkənin lazımi icazələr alınmaqla, tikilməsinə dair məhkəməyə sənəd təqdim etməmişdir. Bundan əlavə məhkəmə iclasında tədqiq edilən videogörüntüdən müşahidə edilmişdir ki, evin alqı-satqısı zamanı nə dəmir, nə taxta materialdan mübahisəli pilləkən mövcud olmuşdur. Yəni, iddiaçının alqı-satqı zamanı razılaşmasına baxmayaraq, sonradan hüquqdan sui istifadə etməsi barədə cavabdehin dəlilləri də tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Eyni zamanda həm texniki pasportdan, həm ekspert rəyindən, həm də tədqiq edilmiş fotoşəkillərdən də müəyyən edilir ki, cavabdehin mülkiyyətində olan mənzilə ümumi istifadədə olan pilləkən meydançasından ayrı giriş nəzərdə tutulmuşdur. Bununla yanaşı məhkəmə o qənaətə gəlir ki, mübahisəli pilləkən iddiaçının mülkiyyətində olan mənzildən istifadəsinə açıqaşkar maneə törədir. Hansı ki, pilləkənin bir hissəsi evin giriş qapısının qarşısını kəsir və mülkiyyətçinin öz əmlakından sərbəst istifadəsinə maneə yaradır.
26. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslıdır və texniki pasportda nəzərdə tutulmayan, lazımi icazələr alınmadan tikilmiş, iddiaçının öz əmlakından sərbəst surətdə istifadəsinə maneə törədən mübahisəli pilləkən cavabdehin hesabına sökülməlidir. Tətbiq edilən prosessual normalar:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
30. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
31. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin birinci mərtəbəsində 48 kv.m sahəsi olan mənzilinin giriş qapısının üzərində tikilmiş pilləkən Cavabdeh hesabına sökülməlidir.
32. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).
34. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində İddiaçı mülkiyyətində olan mənzilin giriş qapısının üzərində tikilmiş pilləkən Cavabdehnən hesabına sökülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev