Məhkəmə qərarları › İş №2(001)-1862/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1862/2021

31.03.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1862/2021 31.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı stansiyanın götürülməsi və zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı stansiyanın götürülməsi və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında quraşdırılmış Cavabdehnə məxsus olan radio baza stansiyasının qoyulmasına səbəb olan faktlar araşdırılmaqla stansiyasının oradan götürülməsi və ona və ailəsinə dəymiş 30.000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Evinin yaxınlığında cavabdehə məxsus olan radio-baza stansiyasının avadanlığı quraşdırılmış, stansiya əlavə elektrik enerji ilə təchiz edilmişdir. Stansiyanın fəaliyyəti həyətyanı torpaq sahəsində əkilmiş ağaclar da daxil olmaqla yaşayışları ücün ciddi təhlükə mənbəyidir. Qurğu quraşdırılarkən ərazidə yaşayan insanların sağlamlıqlarına mənfi təsir göstərən radiotezlik diapozonlu şüaların (sahələrin) faktorları montaj işləri aparılarkən təşkilatın əməkdaşları tərəfindən nəzərə alınmamışdır. Həmin sahə mülkiyyətçisi məlum olmadığından cavabdeh qismində cəlb etmək mümkün olmamışdır. Ərazidən yüksək gərginlikli elektrik xətlərinin keçməsi təhlükənin ağırlığını daha da artırır. Ərazi faktiki olaraq Binəqədi rayon X2 aid sahədə yerləşir. Yüksək təhlükə mənbəyi hesab olunan bu qurğunun birbaşa olaraq yaşayış sahəsinin yaxınlığında quraşdırılmasına əsas olan halların araşdırılaraq, sahibi bəlli olmayan şəxslərlə bağlanmış müqavilənin ləğv edilərək, ona və ailə üzvlərinə dəymiş zərərin müəyyənləşdirilməsi ücün məhkəmə müdaxiləsinə zərurət yaranmşdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, radio baza stansiyası qanuni əsaslarla quraşdırılmışdır, iddiaçının torpaq sahəsində deyildir və qərarın etibarsız hesab edilməsi üçün əsas yoxdur. İlk növbədə cavabdeh şirkət ölkəmizin bütün bölgələrini, o, cümlədən Binəqədi rayonunun ərazisini mobil rabitə xidməti ilə təmin etməyi qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə qeyd edilən ərazidə deyil, başqa ünvanda radio-baza stansiyasının quraşdırılması işi planlaşdırılmış və həmin radio-baza stansiyası lazımi rəsmiləşdirmə işləri aparılmaqla və müvafiq müqavilə bağlanmaq şərti ilə quraşdırılmışdır ki, bu da yeni texnologiyalar əsasında ölkədə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi və inkişaf etdirilməsi, respublikanın bütün ərazisi üzrə fiziki və hüquqi şəxslərin telekommunikasiya xidmətlərinə çıxışının təmin olunmasına və bununla da Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsindən bəhs edən 6-cı bəndindən və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın yerləşdiyi ərazidən asılı olmayaraq, bütün əhalini və təşkilatları birləşdirən yüksəksürətli dayanıqlı, təhlükəsiz genişzolaqlı şəbəkənin qurulması və onun əsasında, kənd yaşayış məntəqələri də daxil olmaqla, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli xidmətlərin göstərilməsi nəzərdə tutan 7.2.1-ci bəndindən irəli gələn vəzifələrin icrasına bilavasitə xidmət edir. Belə ki, müvafiq stansiyanın quraşdırlması üçün o zaman fəaliyyət göstərmiş mülkiyyətçiyə X1 müraciət edilmiş və 2011-0502 saylı birgə fəaliyyət müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət hüqauqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MN 093344 saylı xx xxxx 1997-ci il tarixli Qeydiyyat Vəsiqəsi ilə Bakı şəhəri. Rəsulzadə qəsəbəsi C.Cabbarlı 100 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsində GSM stansiyasını qurulmuşdur. O ki, qaldı iddiaçının iddia etdiyi radio-baza stansiyasının zəhərli olması və s. ilə bağlı iddiasına gəlincə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyeniya və Epidemologiya Mərkəzi tərəfindən verilmiş Cavabdeh MMC-nin Bakı şəhəri ərazisində yerləşən texnoloji göstəriciləri dəyişdirilmiş radio-baza stansiyalarının istismarına verilən Sanitariya-Epidemiologiya Rəyinə əsasən “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları” nın tələblərinə cavab verir. Beləliklə, yuxarıda qeyd edilənlər, o cümlədən mübahisələndirilən torpaq sahəsinin Cavabdeh MMC-nin icarəsinə verilməsi faktının dövlət tərəfindən verilmiş müvafiq sənədlərlə təsdiq edilməsi iddiaçının iddiada bəhs edilən torpaq sahəsi ilə Cavabdeh MMC-nin icarəsində olan torpaq sahəsinin üst-üstə düşməsi ehtimalını aradan qaldırır və iddianın əsassız olduğunu göstərir. Məhkəməyə göndərilmiş mütəxəssis rəyindən də görünür ki, iddia əsassızdır. Hazırda radio-baza stansiyası yerləşən torpaq sahəsinini mülkiyyətçisi vəfat etdiyindən həmin torpaq sahəsi üzərində iddiaçı da daxil olmaqla qohumlar arasında mübahisə var. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: X4 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2011-ci il tarixli birgə fəailiyyət müqaviləsinin surətindən görünür ki, birinci tərəf mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsində sonuncu tərəfindən özünə məxsus radio-baza stansiyasının qurulması, X4 tərəfindən isə bu stansiyanın (21 metrlik qüllənin və 6 kv.mlik (eni 2 metr, uzunluğu 3 metr) avadanlıq konteynerinin qurulması üçün 35 kv.m (eni 5 metr, uzunu 7 metr) torpaq sahəsinin ayrılması, stansiyanın elektrik enerjisi ilə təmin edilməsi və mühafizəsinin təşkil edilməsi sahəsində tərəflərin birgə fəaliyyət göstərmələri və gəlir götürmələri ilə bağlı razılığa gəlmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, 04-21/3-2978 nömrəli sanitariyaepidemioloji rəyin və elektromaqnit şüaların müayinəsi protokolunun surətlərindən görünür ki, ünvan 1 ünvanında quraşdırılmış Cavabdehnə məxsus olan radio baza stansiyasının istismarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları”nın tələblərinə cavab verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli, 04-22/3/947-2021 nömrəli rəydən görünür ki, ünvan 3 ünvanda yerləşən radio-baza stansiyasına baxış keçirilmiş və laborator müayinələr aparılmışdır. Baxış zamanı ötürücü antenaların qeyriyaşayış torpaq sahəsində, xidmət personalı istisna olmaqla digər insanların girişinin məhdudlaşdırıldığı (hasarlanmış) sahədə yerləşməsi aşkar olunmuşdur. Eyni zamanda İddiaçı məxsus mənzildə elektromaqnit sahələrin səviyyələrinin təyini məqsədi ilə ölçmələr aparılmışdır. Aparılmış ölçmələrin nəticələrinə görə 900, 1.800 və 2.100 MHz tezlik diapazonlarında elektromaqnit dalğaların səviyyələri (enerji selinin sıxlığı) 0.00001-0.009 mkW/sm2 arasında olaraq yol verilən hədd (10 mkW/sm2) daxilində olmuşdur. Belə ki, radio baza stansiyasının yerləşdirilməsi və istismarı Səhiyyə Nazirlinin Kollegiyasının xx xxxxxx 2015-ci il 05 saylı qərarı ilə təsdiq edilmiş "Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları"nın tələblərinə cavab verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1098.1-ci və 1098.2-ci maddələrinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X4 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2011-ci il tarixli birgə fəailiyyət müqaviləsinə əsasən cavabdeh ünvan 1 ünvanında radio baza stansiyası yerləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və epidemiologiya Mərkəzi”nin xx xxxxxx 2017-ci il tarixli və xx xxxx 2021-ci il tarixli rəylərinə əsasən mübahisəli ünvanda yerləşdirilmiş radio baza stansiyasının istismarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları”nın tələblərinə cavab verir. Göründüyü kimi, iddiaçı ünvan 1 ünvanında quraşdırılmış cavabdehə məxsus olan radio baza stansiyasının onların yaşayışları ücün ciddi təhlükə mənbəyi olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı cavabdehə məxsus radio baza stansiyasının yerləşdirilməsi və istismarı Azərbaycan Respublikası Səhiyyə Nazirlinin Kollegiyasının xx xxxxxx 2015-ci il 05 saylı qərarı ilə təsdiq edilmiş "Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları"nın tələblərinə cavab verdiyi aşkar olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin “radio baza stansiyasının götürülməsi” barədə hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “30.000 manat mənəvi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələbinin bu hissəsi törəmə tələb olduğundan, bu tələbin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “radio baza stansiyasının götürülməsi” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı stansiyanın götürülməsi və zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar