Məhkəmə qərarları › İş №e-2(006)-3506/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3506/2025

26.09.2025 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3506/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh borc verilmiş puldan geri qaytarılmalı olan 2700 manat pulun, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərə görə 6000 manat, ümumilikdə 8700 manat pulun cavabdehdən tutularaq tam şəkildə iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən ələ keçirilən, iddiaçıya məxsus və içərisində iddiaçıya aid məlumatlar olan 62 GB və 36 GB yaddaş tutumuna malik olan fləşkartların cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təxmini 8 ildir ki, tanıyır. Cavabdehi Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon şöbəsinin sədri X6 Dəmir Yolu İdarəsində işləyən zaman köməkçisi kimi tanımışdır. Həmin vaxt Cavabdeh operator kimi fəaliyyət göstərmiş və Bakı şəhərində özünə məxsus kinofilm studiyası olmuşdur. Cavid Qurbanov "xxxx" servisin, sonra isə Azərbaycan Dəmiryolları QSC-nin rəisi işlədiyi müddətdə Cavabdeh operator kimi fəaliyyət göstərmiş, həmin QSC-nin bütün tədbirlərini Həbib Misirovun təşkilatçılığı ilə videolentə alınmış və fotoçəkilişə alınmışdır. Onların da Qeyrihökumət təşkilatlarından götürülən layihələrin tədbirlərinin videoçəkilişlərini Cavabdeh həvalə etmiş və həmin şəxsin çəkdiyi bütün çəkilişlərin pulunu ödəmişdir. Bu formada onun Cavabdeh ilə əlaqəsi olmuşdur. Cavabdeh ilə arasında əvvəllər heç bir narazılıq olmamış, bu səbəbdən də ona inamı və etibarı yaranımışdır. 2022-ci ilin iyul ayının əvvəllərində Cavabdeh istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil telefonla istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək sabiq sədr X7 Misirova Kəlbəcər rayonu şəhidləri haqqında sənədli film çəkmək barəsində sifariş verdiyini, filmi həmin şəxs çəkəcəyini bildirmişdir. Cavabdeh ona filmin çəkilişi üçün jurnalist və psixoloq xidmətlərini öz üzərinə götürməyi, zəhmət haqqının əvəzini ödəyəcəyini demişdir. Daha sonra isə Cavabdeh ona filmin çəkilişi üçün heç bir pul ayrılmadığını, yaxın günlərdə Həbib Misirov tərəfindən pul ayrılacağını, pul ayrılanadək bəzi işləri görmək istədiyini, yəni dərhal çəkilişlərə başlamaq qərarında olduğunu demişdir. Bu səbəbdən o, Cavabdeh çəkmək istədiyi filmdə iştirak etməyə razılıq vermiş və mövzu Kəlbəcər şəhidlərı haqqında olduğu üçün əvəzsiz-təmannasız olaraq filmdə iştirak edəcəyini, əvəzində hər hansı bir ödəniş istəmədiyini demişdir. Bir neçə gün sonra Cavabdeh yenidən ona zəng edərək filmin çəkilişləri üçün zəruri avadanlıq lazım olduğunu, yəni böyük həcmdə hər iki kameranın hard disk və digər bu kimi cihaz və avadanlıq alacağını, bunun üçün təxminən 2500 manat məbləğində ona pul lazım olduğunu dedi və həmin məbləği ondan istəyərək maksimum 2 ay ərzində pulu geri qaytaracağını dedi. Cavabdeh ona çəkilişlərin ilk öncə Bakı şəhəri və İsmayılı rayonunda yaşayan şəhid ailələrinin yaşadığı ərazidə həyata keçiriləcəyini demişdir. O, Cavabdeh 1000 manat məbləğində pul verməyə razı olmuşdur. Belə ki, 17 iyul 2022-ci il tarixdə, sübh saat 06 radələrində Cavabdeh idarə etdiyi minik avtomobili ilə Kürdəxanı qəsəbəsinə onun yaşadığı ünvana gələrək həmin gün onunla çəkiliş üçün birlikdə İsmayıllı rayonuna gedəcəyini bildirmişdir. O, cavabdehə olarmı qardaşı Səməndər və bacısı Zəminənin də onlarla birlikdə Şamaxı şəhərinə qədər gedəcəyini bildirmişdir. Cavabdeh bacısı və qardaşının onlarla birlikdə getməsinə etiraz etmədiyini bildirdi. O, 1000 manat məbləğində pulu da özü ilə götürüb qardaşı və bacısı ilə birlikdə Xaqaniyə məxsus avtomobilə əyləşmişdir. Elə yaşadıqları qəsəbə ərazisində Cavabdeh ondan təkrar 1000 manat məbləğində pul istəmiş və o da orada avtomobilin içərisində bacısı və qardaşının yanında (onların hər ikisinin şahidliyi ilə) həmin 1000 manat məbləğində pulu Cavabdeh vermişdir. Bundan sonra onlar İsmayıllı rayonuna yola düşmüş, yolüstü qardaş və bacısı avtomobildən Şamaxı rayonunda düşmüşdür. O isə Cavabdeh ilə birlikdə İsmayıllı rayonuna getmiş, (rayona çatarkən ondan xahiş etmişdir ki, əvvəl 10-15-dəqiqəlik ictimai xadim “Əməkdar jurnalist” mərhum İntiqam Mehdizadənin məzarını ayaqüstü ziyarət edib, oğlu Müşfiqə başsağlığı versin. Xaqani xahişini yerə salmadı), az sonra oradan kənarlaşmış və plana uyğun olaraq rayonda məcburi köçkünlərin yaşadığı qəsəbəyə gedərək orada şəhid Həsən Abdullayevin valideynləri ilə çəkiliş etmişlər. Cavabdeh həmin ailəni kamera vasitəsilə çəkilişə almış, bundan sonra onlar çəkiliş bitdikdən sonra geri qayıtmışlar. Burada bir məsələni xüsusi dəqqətə çatdırmaq istəyir ki, Cavabdeh onun özü barəsində etmiş olduğu şikayət əsasında ilkin izahatında göstərir ki, guya mərhum İntiqam Mehdizadə onun dostu imiş, onlar təsadüfi onun yasında orada görüşdükdən sonra söhbət əsnasında ona gələcək sözü gedən çəkliş planları ilə bağlı söhbət açıb və burada bu söhbəti o eşitdikdən sonra çəklişlərdə iştirak etmək istədiyini ondan xahiş etmişdir. Bununla bağlı bildirmək istəyir ki, Cavabdeh demiş olduğu həmin sözlər yalan və uydurma məlumatlardır. Belə ki, həmin yalan məlumatlardan biri həmin günü İsmayıllıda başqa bir şəhidin anım günü imiş və orada da iştirak etmişlər. Bu məlumat da tamamilə yalandır, düzgündürsə həmin şəhidin ad soyadını, kim olduğunu izahatında göstərməli idi. Həmin gün heç bir şəhidin anım günü olmayıbdır. Məqsədləri ancaq onun ərizə və izahatında qeyd etdiyi kimi Xaqani özü ona iyul ayının əvvəllərində dəfələrlə zəng edib xahiş edib ki, tanınmış-hörmətli jurnalist olduğu və üstəlik Kəlbəcərli olduğu üçün Kəlbəcərli şəhid ailələri bir yerli kimi onu da dinləyəcəklər, çəklişlərə problem yaratmayacaqlar. Çünki nə zaman hansı şəhid ailələsində çəkiliş etmişdirsə, çətinliklərlə üzləşmişdir. Belə ki, çox aqresiv olurlar, çəklişə icazə vermirlər, bu üzdən jurnalist və psixoloq xidmətləri göstərin, çəklişləri başlayaq, Həbib Misirov sizin hər iki xidmətinizi mütləq qarşılayacaqdır, deyə israr edirdi. Daha sonra o, bir neçə gün ərzində Cavabdeh ilə birlikdə Bakı şəhərində yaşayan Kəlbəcər rayonu şəhid ailələrində çəkiliş aparmış, bu zaman Cavabdeh sentyabr ayınadək çəkilişləri yekunlaşdırmağını istəyərək həmin aydan sonra vaxtının olmayacağını ona bildirmişdir. Cavabdeh isə ondan aldığı pulun qurtardığını, Həbib Misirovun ona hələ ki, çəkiliş üçün pul ayırmadığını, çəkilişləri davam etdirmək üçün yenidən təxminən 2000-2500 manat pul lazım olduğunu demiş və həmin məbləği ondan istəmişdir. O, Cavabdeh pul vermək istəməsə də, cavabdeh onun telefonunun “Whatsapp” proqramına davamlı olaraq yazaraq, sms-lər ataraq əl çəkməyərək hətta acizanə şəkildə ondan pul istəməyə davam etmiş, o isə cavabdehin ondan əl çəkməyəcəyini düşünürək, (ən əsası isə mövzu şəhidlərlə bağlı olduğu üçün) sonradan Cavabdeh əlində olan 1700 manat məbləğində pul verməyə razılıq vermişdir. Daha sonra Cavabdeh ona növbəti çəkilişlərin Gəncə şəhərində və Gəncə ətrafı rayonlarda yaşayan şəhid ailələrinin yaşadığı ərazilərdə həyata keçiriləcəyini bildirmişdir. Belə ki, 12 avqust 2022-ci il tarixdə, saat 13 radələrində Cavabdeh yenə onun yaşadığı Kürdəxanı qəsəbəsinə gəlmiş və plana uyğun olaraq həmin gün Gəncə şəhərinə getməli idilər. O, yaşadığı mənzildə bacısı Zəminə və qardaşı Səməndərin yanında Cavabdeh 1700 manat məbləğində pul vermişdir. Bununla bağlı Cavabdeh əlyazma formasında ondan pul aldığını iltizam şəkilində qəbz yazıb vermişdir. Xəqani qəbzi imzası ilə təsdiq etmişdir. Xəqani qəbzdə pulu borc şəklində aldığını yazsa da, o, həmin vaxt cavabdehin onu aldadacağını bilmədiyi üçün Xaqaninin pulu ondan hansı şəkildə almasını qəbzdə qeyd etməsinə əhəmiyyət verməmişdir. Həmin gün o, Cavabdeh və onun xalasıqızı ilə birlikdə Gəncə şəhərinə getmişlər. Onlar təxminən 12 şəhid ailəsində çəkiliş etmişlər. Cavabdeh çəkilişləri çəkdikcə həmin videoçəklişləri üzərində götürdüyü ona məxsus noutbukun yaddaşına köçürmüşdür, çünki həm çəklişlərin həcmi çox olmuş, həm də onun gələcəkdə bu barədə kitab yazmaq məqsədi olmuşdur. Cavabdeh ona filmin hazırlanması üçün Həbib Misirovun hələ ki, pul ayırmadığını demişdir. O, sonradan Cavabdeh Tərtər, Bərdə və Yevlax rayonlarında yaşayan şəhid ailələrində çəkiliş apardığını eşitmişdir. Ona məlum olmuşdur ki, Cavabdeh çəkilişləri ondan xəbərsiz edir. Məhz bu məlumatdan sonra noutbukunda “D” diskinə daxil olub baxan zaman Gəncədən çəkilişlərdən geri döndükdən sonra cavabdeh noutbukunu istəyərək həmin çəkilişlərin bir nüsxəsini iş yerində köçürəcəyini bildirmişdir. Bu zaman o, cavabdehlə razılaşmayaraq şəxsi noutbukunu başqasına vermədiyini bildirmişdir. Cavabdeh, bu zaman zaman hard diski onun noutbukuna qoşub köçürülməsini və sabah gəlib götürəcəyini bildirdi. Belə ki, cavabdeh, səhəri gün gələrkən videoçəklişlər çox olduğu üçün başqa hard disk gətirib yenidən getmişdir. Sonradan o bilmişdir ki, Cavabdeh gəlib material köçən digər had diski götürən zaman onun noutbukumun “D” diskində olan bütün videoçəklişlərin hamısını köklü şəkildə silmişdir. Bu zaman Cavabdeh onu aldatdığını başa düşmüşdür. Belə ki, şəhid Şəfiyev Daşqının filmində Cavabdeh onu kadrdan çıxartması bunu bir daha sübuta yetirmişdir. O, bu barədə Cavabdeh soruşduqda cavabdeh yalan olaraq ona Həbib Misirovun həmin kadrı çıxarmağı tələb etdiyini demişdir. Bundan sonra ona verdiyi 2700 manat məbləğində pulunu Cavabdeh geri tələb etmişdir. Cavabdeh hər dəfə ona Həbib Misirovun pul ayırmadığını, pul ayırdıqda pulunu verəcəyini demişdir. Lakin, Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. O, bu məsələyə aydınlıq gətirmək üçün öz istifadəsində olan mobil telefonu ilə Həbib Misirova zəng edərək baş vermiş hadisəni ətraflı şəkildə ona danışaraq Cavabdeh 2700 manat məbləğində pulu aldadıb aldığını və hələ də geri qaytarmadığını demişdir. Bu zaman Həbib Misirov ona Cavabdeh yalan danışdığını, həmin şəxsi 1 ildir ki, görmədiyini və film sifariş etmədiyini bildirmişdir. Bu səbəbdən o, Cavabdeh tərəfindən aldadıldığını dərk etdiyi üçün 13 mart 2023-cü il tarixdə isitifadəsində olan mobil telefonu ilə DİN-in “102” xidmətinə zəng edərək Cavabdeh ona pul borclu olduğunu və həmin pulu geri qaytarmadığını bildirərək onun barəsində şikayət etmişdir. Həmin şikayət xarakterli müraciətindən sonra o, Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü polis bölməsinə gedərək ətraflı şəkildə ərizə yazmışdır. Həmin şikayət xarakterli müraciəti və ərizəsi xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-də “cinayət tərkibli ərizə və məlumatların uçotu” kitabında HK-1/1618 saylı qeydiyyata alınaraq araşdırılma aparılması təhqiqatçı, polis mayoru X5 həvalə olunmuş və həmin ərizə əsasında təhqiqatçı T.Vəliyev tərəfindən araşdırılma aparılmış və toplanmış material xx.xx.2023-cü il tarixdə araşdırılmanın davam etdirilməsi üçün Sabunçu RPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2023cü il tarixdə material üzrə araşdırmanın davam etdirilməsi Sabunçu RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru Elşən Quliyevə həvalə edilmiş və xx.xx.2023-cü il tarixdə onun tərəfindən əsassız olaraq toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə (əməldə cinayət tərkibi olmaması əsası ilə) əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. X4 xx.xx.2023-cü il tarixli həmin qərarın qanunsuzluğundan tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən prokurora şikayət verilmiş və onun həmin şikayəti əsasında müstəntiqin qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar xx.xx.2023-cü il tarixdə Sabunçu rayon prokuroru tərəfindən ləğv edilmişdir. Belə ki, daha sonra müraciəti əsasında toplanmış həmin materialın araşdırılması üçün xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nicat Nayıbova həvalə edilmiş və müstəntiq tərəfindən yenə iş üzrə heç bir əlavə araşdırma aparılmadan xx.xx.2024-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” yeni qərar qəbul edilmiş və tərəfindən müstəntiqin həmin qərarından yenə ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora şikayət verilmiş və Sabunçu rayon prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə müstəntiqin həmin qərarı yenidən ləğv edilmiş və material üzrə araşdırma aparılması yenidən Sabunçu RPİ-nin İŞ-ninbaş müstəntiqi Nicat Nayıbova həvalə edilmiş və xx.xx.2024-cü il tarixdə onun tərəfindən material üzrə yenidən “Cinayət işinin başlanamsının rədd edilməsi haqqında” qərar qəbul edilərək mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Həmin “cinayət işinin rədd edilməsi haqqında” qərar qanunvericiliyin tələbinə uyğun olaraq ona 24 saat ərzində çatdırılmalı olduğu halda, onun həmin qərarla qəbul edildikdən düz 5 aydan artıq vaxt keçdikdən sonra, yəni may ayında tanış olmaq imkanı olmuşdur. Halbuki, o, bu müddət ərzində Sabunçur RPİ-də araşdırma aparıldığını düşünmüşdür. Bu səbəbdən də məhkəməyə mülki qaydada indi müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, məhkəməyə təqdim edilmək üçün iddia ərizəsinə əlavə edilən əlyazma iltizam qəbzindən də göründüyü kimi, Cavabdeh ona vermiş olduğu həmin iltizamda göstərilmişdir ki, “Mən Cavabdeh bu gün xx.xx.2022-ci il tarixdə tanıdığım İddiaçı yaşadıqları mənzildə bacısı Zəminənin və qardaşı Səməndərin iştirakı ilə İİ aya qaytarmaq şərti ilə borc olaraq 1700 (min yeddi yüz) manat pul götürdüm. Qeyidləri özüm yazdım, doğruluğunu imzamla təsdiq edirəm. (imza əlavə edilmişdir)” Göründüyü kimi, Cavabdeh ondan almış olduğu ümumilikdə 2700 manat pulun 1700 manat hissəsi həmin iltizamla təsdiqini tapır. Digər 1000 manat məbləğlə bağlı olaraq bildirmək istəyir ki, onun Sabunçu RPİ-nə etmiş olduğu şikayətlə əlaqədar Cavabdeh izahat verərəkən özü bildirmişdir ki ona 2700 manat məbləğində borcu olub və ödədikdən sonra deməyinə görə ona 700 manat borcu qalmışdır. Maddi vəziyyəti ilə bağlı o, həmin pulu ödəyə bilməmiş və gələcəkdə həmin pulu ödəcəyinə dair söz vermişdir. Lakin, cavabdeh tərəfindən ona heç bir pul qaytarılmamışdır. Beləliklə onun müstəntiqə vermiş olduğu izahatından da ona 2700 manat məbləğində borcu olması faktı öz təsdiqini tapmışdır. Əgər həqiqətən də Cavabdeh mənə olan borcunun hansısa bir qismini ödəmiş olsa idi, o zaman onun şikayəti əsasında material üzrə istər Sabunçu rayon prokurorluğunda, istərsə də Sabunçu RPİ-də araşdırma aparılarkən o həmin sübutları təqdim etməli idi. Lakin, məlum məsələdir ki, Cavabdeh ondan almış olduğu ümumilikdə 2700 manat pulun kiçik bir hissəsini olsa da geri qaytarmamışdır. O, hər dəfə şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqindən cavabdehin istifadəsində olan ***-***-**-** saylı “Whatsapp” nömrəsinə yazaraq ona olan borcunu geri qaytarmağını tələb etsə də, hər dəfə ona bəhanə gətirərək Cavid Qurbanovun rəis qardaşı Şəhriyar Şəmşirlinin qəbulunda olduğu üçün Həbib Misirovdan pul alacağını və həmin pul ilə ona olan borcunu ödəyəcəyini, bu mümkün olmadıqda isə Cavid Qurbanovla şəxsən görüşəcəyini və.s. kimi boş bəhanələr gətirərək vaxtı uzatmağa çalımış, hətta Cavabdeh ona “Whatsapp” mobil tətbiqindən atmış olduğu 0.55 saniyəlik audiosəs yazısında ona bildirmişdir ki, “Cəmilə xanım, bu Daşqının filimini youtubeyə qoymuşam, Daşqının mamasına da demişəm ki, o özü şəhid ailələrindən ibarət qrupa atsın, şəhid anaları hamısı Cavid Qurbanova etiraz edib, tələb etsinlər ki, filimin hazırlanması üçün köməklik etsin. Yəni, ona görə ki, birdənə Daşqının filimini qoymuşam. Bir də Sabunçu polisi mənə zəng vurmuşdur sizə borcumla əlaqəli, narahat olmayın, bu qaydada köməklik olunsun, əlbəttə ki, verəcəm sənin pulunu. Borcluyam, borclu da borclunun sağlığını istəyər. O şəhidlərin pulunu verən kimi verəcəm sənin pulunu, narahat olma.” Həmin saysız səsyazıları ilə də dolayı olsa da Cavabdeh ona borcunun olduğunu etiraf edir. Bu səbəbdən “Whatsapp” səsyazılar 01 ədəd CD disk şəkilində məhkəməyə təqdim edilcəkdir. Qeyd edir ki, xx.xx.2022-ci il tarixdən hal-hazıra kimi cavabdehin ona qarşı etmiş olduğu aldadıcı yalan vədlər və yubatmalar səbəbindən maddi-mənəvi, həm də psixoloji sarsıntılara məruz qalaraq dəfələrlə stasionar və ambulator müalicələr almışdır. Həmin psixoloji sarsıntılarla bağlı o, Naftalan şəhəri “Sehirli Naftalan” müalicə mərkəzi və X8 stasionar müalicə almışdır. Onun müalicə alınmağı ilə bağlı bütün sənədləri bütöv şəkildə iddia ərizəsinə əlavə edəcəkdir. Üstəlik valideynlərm dünyalarını vaxtsız dəyişmiş (anası faciəvi şəkildə vəfat etmiş), kiçik yaşlarından ailənin bütün çətinlikləri tək onun üzərinə düşdüyündən ailə həyatını şüurlu şəkildə İ dərəcəli əlil qardaşlarına həsr etmişdir. Belə ki, qeyd etdiyi kimi iki nəfər İ dərəcəli əlil fəaliyyət qabiliyyətsiz qardaşları məhkəmə qətnaməsi ilə rəsmi qəyyumluğuna verilib, (himayədədirlər). a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirmişdir ki, o, İddiaçı bacısıdır. Cavabdeh bacısına zəng edərək pul lazım olduğunu və həmin məbləği geri qaytaracağını dedi. 15 iyul 2022-ci il tarixdə, sübh saat 06 radələrində o, iddiaçı və qardaşları ilə birlikdə Xaqaniyə məxsus avtomobilə əyləşdilər. Cavabdeh iddiaçıdan 1000 manat məbləğində pulu istədi və bacısı orada avtomobilin içərisində onun və qardaşının yanında həmin 1000 manat məbləğində pulu cabadeh Cavabdeh verdi. Daha sonra yolüstü qardaşı və o avtomobildən Şamaxı rayonunda düşürdülər. Bundan sonra 12 Avqust 2022-ci il tarixdə Cavabdeh yenə onların yaşadığı Kürdəxanı qəsəbəsinə gəldi və iddiaçı yaşadığı mənzildə onun və qardaşları Səməndərin yanında Cavabdeh 1700 manat məbləğində pul verdi. Bununla bağlı Cavabdeh pul aldığını iltizam şəkilində qəbz yazaraq iddiaçıya verdi. Sonuncu məhkəmə iclasında (məhkəmə qətnaməsinin elanı iclası) proses iştirakçıları iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Nayıbov Nicat tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı İddiaçı film çəkilməsi ilə bağlı pul vəsaiti verməsinə dair müraciəti əsasında toplanmış material üzrə hər hansı cinayət tərkibi əlamətlərinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə tanıdığı İddiaçı yaşadıqları mənzildə bacısı Zəminə və qardaşı Səməndərin iştirakı ilə 2 aya qaytarılmaq şərti ilə borc olaraq 1700 manat pul götürdüyünü qeyd etmiş və bu qeydi öz imzası ilə təsdiq etmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübtlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi 3 hissədən – 1) borc müqaviləsi üzrə ödənilməmiş 2700 manat məbləğində borcun tutulması, 2) vurulmuş mənəvi zərərin əvəzi kimi 6000 manat məbləğində pul vəsaitinin tutulması və 3) əşyaların (fləşkartların) cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasından ibarətdir. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə qanunvericiliklə müəyyən edilmiş formada (sadə yazılı) borc müqaviləsi bağlanmış, cavabdehə 2 ay müddətinə qaytarılmaq şərti ilə 1700 manat məbləğində borc verilmişdir. İddiaçı 1700 manat borc məbləğini cavabdehə verməklə şərtlənən öhdəliyini vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) yerinə yetirmiş, lakin cavabdeh tərəfindən borc məbləğinin hissə-hissə qaytarılmasından ibarət öhdəlik vaxtında və lazımı qaydada icra edilməmiş, bununla da cavabdeh tərəfindən öhdəliklərin icrası zamanı vicdanlılığın tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq borc müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehə verilmiş borc məbləğinin ümumilikdə 2700 manat məbləğində olduğunu iddia etsə də, öz tələbinin əsası kimi istinad etdiyi fakt və halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin digər hissəsi – iddiaçıya məxsus əşyaların cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə istinadən qeyd edilməlidir ki, müvafiq hüquq normasının istənilən mübahisəli hüquq münasibətinə tətbiqi üçün 3 şərt eyni anda mövcud olmalıdır -1) mübahisə edilən əşya(lar) iddiaçıya (mübahisə edən tərəfə) məxsus olmalı (onun mülkiyyətində olmalı), 2) həmin əşya qarşı tərəfin (iddia tələbinin yönəldiyi şəxsin) sahibliyinə keçməli və 2) bu sahiblik qanunsuz (qanuna zidd) olmalıdır. Həmçinin, həmin şərtlərin hər biri eyni zamanda mövcud olmalı və şərtlərin vəhdəti təmin edildikdə maddi hüquq normasının tələbləri mübahisəli hüquq münasibətinə tətbiq edilməlidir. Cavabdehə qarşı irəli sürülmüş vindikasiya iddiasının mübahisəyə tətbiqi imkanları ilə bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sübutların hərtərəfli tədqiqi nəticəsində barəsində mübahisə edilən fləşkartların iddiaçıya məxsus olması (mülkiyyətində olması), müvafiq fləşkartların cavabdehin sahibliyinə keçməsi və hazırda bu sahibliyin qanunsuz olması (hər hansı hüquqi və ya müqavilə əsasına söykənməməsi) öz təsdiqini tapmamış, iddiaçı tərəfindən qeyd edilən hallar sübut edilməmişdir. İddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsində məhkəmə qeyd edir ki, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır(“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı). Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin qanuniliyinin yoxlanılması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Digər tərəfdən, iddiaçı cavabdehin qanunsuz hərəkət və (və ya) hərəkətsizliyi nəticəsində özünün keçirdiyi mənəvi sarsıntı və iztirabların nədə ifadə olunmasını, bu kimi sarsıntıların məhz cavabdehin hərəkətləri nəticəsində baş vermiş olmasını, eləcə də keçirilmiş sarsıntılarla cavabdehin hərəkətləri arasında nə kimi səbəbli əlaqənin olmasını sübut edə bilməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, hazırkı iş üzrə iddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarət iddia tələbinin əsasını təşkil edən fakt və halları sübut edə bilməmiş, həmin fakt və halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, işdə mövcud olan sübutları bir-birləri ilə əlaqəli şəkildə qiymətləndirən məhkəmə, mümkün, mötəbər və əsaslı sübutlara müvafiq olaraq verilən hüquqi qiymət əsasında iddianın rədd edilməli olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iş üzrə İddiaçı məcburi köçkün statusuna malikdir. İddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Belə olan halda, iddia tələbinin təmin edilmiş hissəsinə (1700 manat) mütənasib olan 37 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1700 (min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 37 (otuz) yeddi manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar