Məhkəmə qərarları › İş №2(102)-2531/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2531/2025

27.10.2025 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2531/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Rufı̇ q qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Rufı̇ q qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(103)-1877/2025 nömrəli qətnaməsindən İddiaçı Rufı̇ q qızı tərəfindən ver ilmiş kassasiya şikayətinə 27 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş zərərçəkmiş şəxs X2 hüquqi varisidir (bacısıdır). Təqsirləndirilən şəxs X20 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə etdiyi "xxxx" markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektinin əsas hərəkət hissəsi ilə metronun “Koroğlu” stansiyas ı istiqamətinə doğru 80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 119 ünvanında yolu sağdan sola keçən piyada X3 avtomobilin sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, bu xəsarətlər Ruhulla Axundovun ölümünə səbəb olmuşdur. X20 Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əmə lini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı vurulmuş ziyanın tam olaraq təqsirləndirilən şəxslər X20 və X15 tərəfindən ödənilməsi, zərərçəkmiş şəxs "xxxx" MMCyə və "xxxx" MMC-yə və zərərçəkmiş şəxs X7 vurulmuş ziyanın təqsirləndirilən şəxs X15 tərəfindən ödənilməsi nəzərə alınmışdır.

2. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-167369/2024 nömrəli məktubundan və ona əlavə edilmiş kompyuter çıxarışından müəyyən edilmişdir ki, kompyuter uçot bazası məlumatlarına əsasən “X30” markalı, **-OA-*** dövlət qeydiyyat niş anlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən X6 adında qeydiyyatdadır. Həmin nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X11 etibarnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində X20 işlədiyi "xxxx" MMC şirkətinə məxsus olan sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə etdiyi 99-OA942 dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində hərəkətdə olan zaman yolu keçən piyada X3 ehtiyatsızlıqdan idarə etdiy i avtomobil ilə vurub sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş və bu xəsarətlər Ruhulla Axundovun ölümünə səbəb olmuşdur. Hadisə nəticəsində həyatını itirmiş X8 onun doğma qardaşı olmuşdur. Ruhulla onun qardaşı, sirdaşı olmaqla yanaşı həm də ata əvəzi olmuşdur. Ailədə 3 övlad olmuşlar. Ruhulla ortancıl, o isə kiçik övlad olmuşdur. X8 11 oktyabr 1960-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuş, orta təhsilli olmuşdur. Ruhulla subay idi və uşaqları yox idi. Ona görə də, tək yaşayırdı. Hadisədən sonrakı hərəkətlər: X8 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində Bakı şəhəri, Nizami rayonu Heydər Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq həyatını itirməsindən sonra MTE və PA birliyi Publik Hüquq i şəxsi Nizami rayon şöbəsinə aparılmışdır. Ruhulla tək yaşadığı üçün həmin gün hadisə baş verməsindən yaxınlarının xəbəri olmamışdır. Bacısı İddiaçı Ruhulla Axundov ilə telefon əlaqəsi yarada bilmədiyi üçün 07 dekabr 2020-ci il tarixdə DİN -in 102 xidmətinə zəng edib məlumat vermişdir. Daha sonra polis əməkdaşları tərəfindən İddiaçı MTE və PA birliyi Publik Hüquqi şəxsinin Nizami rayon şöbəsinə dəvət olunmuş və orada qardaşı Axundovun ölüxanada olduğunu görmüşdür. 08 dekabr 2020-ci il tarixdə Ruhulla Axundovun meyidi qohumlarına təhvil verilmiş və həmin gün mərhum Xırdalan qəbristanlığında dəfn olunmuşdur. Hadisə nəticəsində hesab edir ki, ona 99000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. Mərhum qardaşı X1 olduğu üçün Bakı şəhəri, Nərimanov rayonu Gənclik metrostansiyası yaxın lığında tək yaşayırdı. Atası, anası, böyük bacısı rəhmətə getdikdən sonra Ruhulla onun bu həyatda tək dayağı və ata əvəzi idi. Onun bu faciəvi şəkildə ölümü ona həyatda ən böyük zərbə oldu. Elə ağır zərbə oldu ki, hadisədən sonra hələ də özünə gələ bilmir. Başa düşür ölüm haqdır və gec-tez hamı əbədiyyətə qovuşacaq. Lakin Ruhullanın faciəvi şəkildə həyatdan köçməsi və ölümündən 4 gün sonra xəbər tutmağı bir bacı kimi ona böyük əzab verir. Ruhullanın bu faciəvi şəkildə ölümündən sonra hələ də, özünə gələ bilmir və bu ölüm ona mənəvi iztirablar verir. Qardaşının bu faciəvi şəkildə ölümü həyatının sonuna qədər onda sağalmayacaq dərin izlər buraxdı. Qardaşının ölüm səbəbi Cavabdeh MMC-nin əməkdaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Əgər Cavabdeh MMC-nin rəhbərliyi sürücü X12 şirkətə məxsus avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməyi həvalə etməsəydi və icazə verməsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Ona görə də, bu ziyan Cavabdeh MMC tərəfindən ödənilməlidir. Bu ziyan nə qədər ödənsə də, qardaşını heç kəs heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsaydı qardaşı Ruhulla hal-hazırda həyatda olardı. Baş vermiş hadisə ilə bağlı X20 Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 15 noyabr 2022-ci il tarixdə ittiham hökmü çıxarılmışdır. Cavabdeh MMC-dən onun xeyrinə 99000 (doxsan doqquz min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquq yardıma görə ödənilmiş 300 (üç yüz) manat, ümumilikdə 99300 (doxsan doqquz min üç yüz) manat pulu n və ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Rauf Əhmədov) xx.xx.2024-cü il tarixli e-2(007)-2582/2024 nömrəli qətnaməsi ilə iddianın rədd olunması, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, İddiaçı mənəvi zərərlə bağlı məhz hazırkı cavabdehə münasibətdə iddia tələbinin də əsaslılığına dair, yəni özünə mənəvi zərər vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir, fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olm asını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş hökmdən isə hazırkı cavabdehin hər hansı təqsiri müəyyən edilmir. Əksinə, işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir və həmin əsaslarla da, məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin olunmamalıdır.

7. Məhkəmə iddia tələbinin “vəkilin göstərdiyi hüquqi yardıma görə 300 manat pulun ödənilməsi” hissəsində münasibətdə qeyd etmişdir ki, mənəvi ziyanla bağlı hissədə iddia tələbi təmin edilməmişdir və ona görə də iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qan unvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə nəticəsində İddiaçı mənəvi zərər vurulmuşdur və həmin zərər tam həcmdə ödənilməlidir. X2 faciəvi şəkildə ölməsinin və hadisədən onun bacısı İddiaçı mənəvi zərər çəkməsinin səbəbi Cavabdeh MMC-in əməkdaşı X9 təqsiridir. Tərəfindən verilmiş vəsatətlər təmin olunaraq birinci instansiya mə hkəməsi tərəfindən verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə şirkətin digər işçiləri X4, X16 və X10 da eyni qaydada **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Deməli şirkətin qeyd olunan işçiləri də Vaqif Ömərov kimi **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobili şirkətin işləri üçün istifadə etmişlər. Lakin, birinci instansiya məhkəməsi həmin işçilərin **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobilə etibarnaməsi olması ilə bağlı sorğunun cavabını qətnaməyə daxil etməmiş, əmək müqaviləsinin olub qüvvədən düşməsi ilə bağlı sorğunun cavabını isə qətnaməyə daxil etsə də, sübutlara düzgün hüquqi qiymət verməyərək həmin sorğunun cavabından iddianın rədd olunması üçün sübut kimi qiymətl əndirmişdir. Belə ki, həmin sorğuların cavabında Cavabdeh MMC ilə X4, X16 və X17 arasında əmək müqavilələrinin olması və qeyd olunan şəxslərin **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobili idarəetmələri üçün etibarnamələrinin olması bir daha sübut edir ki, **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil MMC-nin qanuni təmsilçisi (direktoru) X6 mülkiyyətində olsa da, faktiki olaraq şirkətin işlərində istifadə olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd olunan avtomobilin Kənan Kərimovun mülkiyyətində olduğunu əsas gətirərək Cavabdeh MMC-ni iş üzrə əsl cavabdeh hesab etməmiş və iddia tələbini təmin etməmişdir. Lakin, yuxarıda qeyd olunan faktlar tərəfindən verilmiş iddianın əsaslı olduğunu Cavabdeh MMC-in iş üzrə əsl cavabdeh olduğunu bir daha sübut edir. Şirkət həmin nəqliyyat vasitəsini öz işlərində qanunsuz istifadə etmişdir. Belə ki, həmin nəqliyyat vasitəsinə icarə müqaviləsi bağlamamış və icarə müqaviləsindən yaranmalı olan vergi öhdəliklərindən yayınmış, qanunsuz olaraq direktor öz avtomobilini şirkətin işçilərinə sadə etibarnamə ilə vermişdir. Qarşı tərəf bildirir ki, hadisə iş vaxtında baş verməmişdir. Lakin iddiaçıda olan məlumata əsasən Vaqif Ömərov hadisəni şirkətin mallarını mağazalara çatdırıb geri qayıdarkən törətmişdir. Buradan da belə çıxır ki, Cavabdeh MMC işçini iş vaxtından artıq işə cəlb etmiş və bunu rəsmiləşdirməmişdir. Cavabdeh tərəf isə bu faktı “sürücünün avtomobili əmək funksiyalarını icra edən zaman deyil, şəxsi məqsədləri üçün istifadə edən zaman” anlayışı ilə pərdələmişdir. **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" ma rkalı avtomobilin Cavabdeh MMC-nin qanuni təmsilçisi (direktoru) X6 mülkiyyətində olsa da faktiki olaraq şirkətin işlərində istifadə olunmasını şirkət öz fəaliyyətində rəsmi olaraq göstərməməsi, hadisənin guya “sürücünün avtomobili əmək funksiyalarını icra edən zaman deyil, şəxsi məqsədləri üçün istifadə edən zaman” baş verməsi Cavabdeh MMCnin iş üzrə cavabdeh olmaması qənaətinə gəlinməsi ilə nəticələnə bilməz. Yuxarıda qeyd olunan faktlardan da görünür ki, Cavabdeh MMC iş üzrə əsl cavabdehdir. X20 Cavabdeh MMC-in işləri ilə əlaqədar olaraq idarə etdiyi **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil ilə hadisəni törətmişdir. Odur ki, Cavabdeh MMC işçisinin səhlənkarlığı nəticəsində İddiaçı vurulmuş mənəvi zərərin əvəzini tam şəkildə ödəməlidir və həmin zərərin əvəzinin ödənilm əsi tam həcmdə Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi qətnamədə iddiaçının özünə mənəvi zərər vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilmədiyini, iddiaçının hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, təqdim edilmiş hökmdən isə guya Cavabdeh MMC-nin hər hansı təqsirinin müəyyən edilmədiyini, işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğunu qeyd etmişdir. Məhkəmənin mövqeyindən belə çıxır ki, qardaş ını itirmək bir bacı üçün hər hansı mənəvi əhəmiyyət kəsb etmir və həmin şəxs hər hansı mənəvi əzab, iztirab keçirmir. Bu da məsələyə məntiqli yanaşma deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3- cü abzasında birbaşa göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Beləliklə, qətnamə i ş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələrindən görünür ki, X4, X16 və X17 ilə müvafiq olaraq bağlanmış əmək müqavilələri qüvvədən düşmüş hesab edilmişdir. Digər bir sorğu ilə müəyyən olunmuşdur ki, X4, X19 və X10 da eyni qaydada **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Belə ki, həmin sorğuların cavabında Cavabdeh MMC ilə X4, X16 və X17 arasında əmək müqavilələrinin olması və qeyd olunan şəxslərin **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobili idarə etmələri üçün etibarnamələrinin olması bir daha sübut edir ki, **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil MMC-nin qanuni təmsilçisi (direktoru) X6 mülkiyyətində olsa da faktiki olaraq şirkətin işlərində istifadə olunmuşdur. Məhkəmə iddianın təmin olunması üçün çox əhəmiyyətli olan bu faktı aydınlaşdırmamış və məsələyə səthi yanaşaraq iddia tələbini təmin etməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) xx.xx.2025ci il tarixli 2(103)-1877/2025 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(007)2582/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya məhkəməs i qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər.

13. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab etmişdir ki, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının məhz hazırki cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İnsan həyatının itirilməsi ilə bağlı yaranan mənəvi iztirab və ağrı-acı ölçülməsi mümkün olmayan dərin psixioloji sarsıntılarla müşayiət olunan hal olmaqla bu k imi hallar məhkəmə tərəfindən xüsusi həssaslıqla qiymətləndirilməlidir, lakin belə zərərin hüquqi müstəvidə kompensasiya olunması üçün zərərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsinin mötəbər sübutlarla əsaslandırılması zəruridir. İş materiallarında olan hökmdən isə hazırkı cavabdehin hər hansı təqsiri müəyyən edilmir. İşin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir və həmin əsaslarla da birinci instansiya məhkəməsi iddia tələbini mənəvi zərərlə bağlı hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin “vəkilin göstərdiyi hüquqi yardıma görə 300 manat pulun ödənilməsi” hissəsində münasibətdə qeyd etmişdir ki, mənəvi ziyanla bağlı hissədə iddia tələbi təmin edilmədiyindən iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur.

15. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə edilmiş istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı Rufı̇ q qızı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tə min edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, Cavabdeh MMC ilə şirkətin digər işçiləri X4, X16 və X10 da eyni qaydada **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Deməli, şirkətin qeyd olunan işçiləri də Vaqif Ömərov kimi **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobili şirkətin işləri üçün istifadə etmişlər. Lakin, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi həmin işçilərin **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobilə etibarnaməsi olması ilə bağlı sorğunun cavabını qətnaməyə daxil etməmiş, əmək müqaviləsinin olub qüvvədən düşməsi ilə bağlı sorğunun cavabını isə qətnaməyə daxil etsə də, düzgün əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunan avtomobilin Kənan Kərimovun mülkiyyətində olduğunu əsas gətirərək Cavabdeh MMC-ni iş üzrə əsl cavabdeh hesab etməmiş və iddia tələbini təmin etməmişdir, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyini əsas götürərək apellyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Lakin yuxarıda qeyd olunan faktlardan da görünür ki, Cavabdeh MMC iş üzrə əsl cavabdehdir. X20 Cavabdeh MMC-in işləri ilə əlaqədar olaraq idarə etdiyi **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil ilə hadisəni törətmişdir. Odur ki, Cavabdeh MMC işçisinin səhlənkarlığı nəticəsində İddiaçı vurulmuş mənə vi zərərin əvəzini tam şəkildə ödəməlidir və həmin zərərin əvəzinin ödənilməsi tam həcmdə Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Lakin apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd olunur ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur və borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. 19. **-OA-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobilin şirkətin işləri üçün istifadə edilməsi məhkəmə araşdırması zamanı sübut olunsa da istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi sübutlara qeyriobyektiv hüquqi qiymət verərək iddia tələbini təmin etməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı sürücü X9 izahatı alınaraq hadisə zamanı haraya və nə üçün getdiyi, avtomobildə hansı malların olduğu müəyyən olunmamışdır. Məhkəmələr işin hallarını hərtərəfli və tam araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

25. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə prose s zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmi ş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlar ını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” 28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Həmin qərarın 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir.

30. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

31. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin q arşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlil lərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsi ndə, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hü quqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1877/2025 nömrəli iş üzrə 23 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar