Məhkəmə qərarları › İş №2(103)-5067/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5067/2025

28.10.2025 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5067/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin qanuni təmsilçisi X4, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə) “əmrin ləğv edilməsi və təhsil hüquqlarının bərpa edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(005)- 1534/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçının övladları Zəhra və Rafael İbişovlar cavabdеh məktəbdə hər biri 3 ixtisas üzrə təhsil almışlar. 2023/2024-cü tədris ilində Zəhra İbişova fortepiano ixtisası üzrə 7 illik tam kursu bitirmiş, ödənişli əsaslarla təhsil aldığı violonçel və rəssamlıq ixtisasları üzrə İV sinfə keçirilmişdir. Habelə ötən tədris ilində Rafael İbişov violonçel ixtisası üzrə İİİ sinfi (ödənişsiz), fortepiano və rəssamlıq ixtisasları üzrə isə müvafiq olaraq İİ və İİİ sinifləri (ödənişli əsaslarla) bitirərək növbəti siniflərə keçirilmişdir. Lakin iddiaçının övladları 2024/2025-ci tədris ilinin əvvəlindən mütəmadi olaraq dərslərdə iştirak etmədiklərindən, bununla yanaşı, onların ödənişli təhsil üzrə təhsil haqları da ödənilmədiyindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu il 11 mart tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş "Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Əsasnaməsi”nin 4.10-cu və 4.35-ci bəndlərinə əsasən şagirdlər 31 oktyabr 2024-cü il tarixdə məktəbdən xaric edilmişlər. Hazırda iddiaçı cavabdeh Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynovanın xx.xx.2024-cü il tarixli 75 və 108 nömrəli “Məktəbdən xaric edilməsi haqqında” əmrlərini qanunsuz, əsassız və qərəzli оlaraq qəbul еdilməsi kimi qiymətləndirərək ləğv оlunmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə) əmrin ləğv edilməsi və təhsil hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xx.xx.2024-cü il tarixli 75 və xx.xx.2024-cü il tarixli 108 nömrəli “Məktəbdən xaric edilməsi haqqında” əmrlərinin ləğv edilməsi və övladları xx.xx.2009-cu il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəllüdlü X6 əmrdə göstərilən fənnlər (dərslər və ixsisaslar) üzrə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində təhsil almaq hüquqlarının bərpası, mənəvi zərərin əvəzi kimi 6.000 manat, hüquqi xidmətlərə görə vəkilə ödənilən 1.500 manat və dövlət rüsumu kimi ödənilən 100 manat, ümümilikdə 7.600 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X22 ilə xx.xx.2005-ci il tarixdə nikah münasibətinə daxil olmuşdur. Bu nikahdan xx.xx.2009-cu il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəllüdlü X18 dünyaya gəlmişlər. Hazırda X1 Dəyanət Vəqfi Bakı Türk Liseyində 10-cu sinifdə, X18 isə Bakı şəhəri, N.Nərimanov adına 45 saylı orta məktəbdə, 5-ci sinifdə təhsil alırlar. Onlar hər ikisi əla qiymətlərlə oxuyurlar, nümunəvi şagirddirlər. Övladları əlavə olaraq cavabdeh Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində, qızı müvafiq olaraq violonçel və rəssamlıq ixtisası üzrə, oğlu isə fortepiano, rəssamlıq və violonçel ixtisası üzrə təhsil alırmışlar. Təhsil aldıqları müddətdə intizamlı və dərslərinə çalışqan şagirdlər olmuşlar. Lakin cavabdeh Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynovanın xx.xx.2024-cü il tarixli 75 və 108 nömrəli “Məktəbdən xaric edilməsi haqqında” əmrlərlə təhsil aldıqları məktəbdən xaric edilmişlər. Qeyd edilən əmrlər qanunsuz, qərəzli və həmçinin əsassızdır. Onun həyat yoldaşı tərəfindən müvafiq qurumlara, xüsusən də Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Adil Kərimliyə şikayət edilmişdir. Şikayətin məzmunu isə övladlarının violonçel fənnindən sevdiyi müəllimə Elmira xanımın digər gənc müəllimlə əvəz edilməməsi, violonçel musiqi alətini sevdirən müəllimin dəyişməməsi olmuşdur. Bu şikayətdən sonra direktor valideynlərə qəzəblənmiş, ona təzyiqlər edilmişdir. Bundan sonra direktorun iştirakı ilə direktorun otağında iclas təyin edilmiş, ona şikayəti geri götürməzsə övladlarının təhsildən kənarlaşdırılması barədə əmr veriləcəyi bildirilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli “Məktəbdən xaric edilməsi haqqında” əmrlər verilmişdir. Bu əmrlərin olmasından onun məlumatı sonralar olmuşdur. 75 nömrəli əmrin əsas hissəsində müəllimlərin izahatı, müvafiq şöbə müdirlərinin məlumatları göstərilmişdir. Lakin bu izahatlar və məlumatların nədən ibarət olması barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq ona məlumat verilməmişdir. 108 nömrəli əmrdə övladlarının guya üzrlü səbəb olmadan müntəzəm olaraq dərslərdə iştirak etməməsi və ödənişli təhsil şöbəsinin təhsil haqqının ödənilməməsi göstərilmişdir. Onlar tərəfindən dərslərdən müntəzəm olaraq yayınma halı baş verməmiş, həmçinin təhsil haqlarına dair ödənişlər də həyata keçirilmişdir. Uşaqlar cavabdeh tərəfindən məktəbdən xaric edildikdən sonra psixi sarsıntı keçirmiş, bu onların digər dərslərinə də təsir etmişdir. Həmçinin, onlar bu incəsənət məktəbində müəllimlərə çox öyrəşmişlər, artıq bir neçə ildir ki, bu məktəbdə təhsil alırmışlar. Cavabdehin Əsasnaməsinin 4.10-cu bəndinə əsasən ödənişli təhsil üzrə məktəbə qəbul olan uşaq və yeniyetmələrin valideynləri ilə, gənclərin isə özləri ilə mövcud Əsasnamənin 3.3-cü bəndində ixtisaslar üçün müəyyən olunmuş müddətlər üzrə tam təhsil müddətinə müqavilə bağlanılır. Lakin onunla hər-hansı bir müqavilə bağlanmamışdır. Əsasnamənin 4.35-ci bəndinə əsasən isə, üzrlü səbəb olmadan bir ay ərzində hər-hansı bir fənn üzrə dərslərdə iştirak etməyən şagirdlər direktorun əmri ilə məktəbdən xaric edilə bilər. Göründüyü kimi, normalar dərhal məktəbdən xaric edilməli olduğunu göstərmir, bunun üçün daha yüngül məsuliyyət tədbirləri tətbiq edilməli olduğunu qeyd edir. Cavabdeh Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən iddia ərizəsinə etiraz ərizələri daxil olmuşdur. Cavabdеh tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vеrmiş Hüsеynоva Nuray Əlibaba qızı, ifadəsində göstərmişdir ki, о, iddiaçının övladlarından Rəfaelin fоrtеpianо müəlliməsidir. 2024-cü ildə Rafaеlin validеynin üzünü görməmişdir. О bütün qrupa məlumat vermişdi ki, gəlib tədris ilinin cədvəlini götürsünlər, hamı yaxınlaşıb götürdü bircə iddiaçı Şəlalə xanımdan başqa. İddiaçı bir dəfə gecə vaxtı ona yazdı o da ona cədvəli göndərdi, lakin sonra heç bir xəbər ondan çıxmadı. Bundan sonra uşağı dərslərə gəlmədi. Dəfələrlə xəbərdarlıq etdi, lakin heç bir nəticə olmadı. Bundan sonra iddiaçıya bildirdi ki, direktora məlumat verəcək, o da ona cavab olaraq bildirdi ki, direktorla dil tapa bilmir. Vеrilən suallara əlavə оlaraq şahid bildirmişdir ki, 07 sentyabr 2024-cü il tarixdə cədvəl ilə bağlı hamıya məlumat vermişdi. Sentyabrda uşağı dərsdə görməyib. Valideyni bildirdi ki, uşağı yarışmalara gedir, dərslərə gələ bilmir. Cavabdеh tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vеrmiş Ağayеva Raminə Əhməd qızı ifadəsində göstərmişdir ki, о, xx.xx.2024-cü il tarixdə sözügedən məktəbə direktor müavini vəzifəsinə təyin edilmişdir. Təyin olunan zaman ilk növbədə davamiyyətə nəzarət etmişdir. Nəzarət edən zaman gördü ki, bu uşaqlar dərslərə gəlmirlər. Əlavə olaraq dərslərin pullarını da ödəmirlər. Onlar uşaqların valideynini çağırıb onunla söhbət etmiş, lakin o onlara keçərli bir səbəb bildirməmişdir. Valideynə əmri xx.xx.2024-cü il tarixdə təqdim etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(005)- 1534/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Məhkəmə qеyd etmişdir ki, iddiaçının övladlarının хaric еdilməsinə iki əsasödənişli təhsil şöbəsinin təhsil haqqının ödənilməməsi və dərsə davamiyyətin pоzulması halları əsas kimi göstərilmişdir. İş matеriallarından görünür ki, iddiaçı iki ardıcıl ay, yəni sentyabr-oktyabr ayları ərzində ödənişi təmin etməmiş, ona vaxt verilsə də, ödəniş təmin edilməmiş, nəticədə şagird direktorun əmri ilə məktəbdən xaric edilmişdir. İddiaçı övladlarının хaric еdilməsindən sоnra təhsil haqqını ödəsə də, məhkəmə hеsab etmişdir ki, bu ödəmə övladları barədə vеrilən əmrlərin ləğv еdilməsi üçün hüquqi əsas yaratmır. Bеlə ki, yuхarıda qеyd еdilən bağlanmış hər bir müqavilənin 3.1.3-cü maddəsinə əsasən təhsil haqqı hər ayın 5-dək ödənilməlidir. Məktəbin direktorunun razılığına əsasən bu müddət uzadıla bilər. Müəyyən olunmuş müddətədək ödəniş təmin edilməzsə, şagird direktorun əmri ilə məktəbdən xaric edilə bilər. Bu həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu il 11 mart tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Əsasnaməsi”nin 4.10-cu bəndində əksini tapmışdır. İş matеriallarından daha sоnra görünür ki, iddiaçı mübahisələndirilən əmrlər vеrildikdən sоnra həyata kеçirdiyi ödənişlər həmin əmrlərin ləğvi üçün hüquqi əsas yaratmır. Bеlə ki, müəyyən еdilmişdir ki, sözügеdən əmrlərin vеrilməsi üçün digər mühüm və diqqətəlayiq hallar da оlmuşdur. İddiaçının hər iki övladı violonçel ixtisası üzrə müəllim X20 Qarayev adına Mərkəzi İncəsənət Məktəbində onun sinfində təhsil almış, ötən və bu tədris ilində isə məktəbdə başqa violonçel ixtisası üzrə müəllim olmadığı üçün xx.xx.2024-cü il tarixinə qədər bütün şagirdlər Kamal Paşazadənin sinfində təhsil almış, həmçinin də iddiaçının övladları. Kamal Paşazadənin müddətli əmək müqaviləsinin xx.xx.2024-cü il tarixində müddəti bitdiyi üçün və məktəbdə violonçel ixtisası üzrə başqa müəllim olmadığına görə direktor 19 sentyabr tarixli 14 nömrəli xidməti məruzə ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət edərək məktəbdə ixtisaslı musiqiçi kadrlara tələbat olmasını qeyd etmiş, həmin məruzədə violonçel üzrə müəllim Orxan Cümayev təyin еdilmişdir. Cavabdеh tərəfin izahatlarından həmçinin müəyyən еdilmişdir ki, iddiaçının məktəbin dirеktоrunun qəbulunda оlarkən хahişi ilə övladlarının müəllim E.Kələşovanı ana sevgisi ilə sevdiklərini qeyd edib və əgər o olmazsa, övladları bu sənəti atacaqlarını vurğulamış, direktor da, mərhəmət və uşaqlara olan böyük sevgisinə qarşı dura bilməyib, uşaqların nadir alətlər sırasında olan violonçel alətindən uzaqlaşmamasını nəzərə alaraq elə həmin gün- xx.xx.2024-cü il tarixdə yeni, xüsusi olaraq E.Kələşovanın bu məktəbə violonçel ixtisası üzrə əvəzçi müəllim qismində dəvət olunmasına dair Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Xidməti məruzə ünvanlamış, valideynə isə görüş əsnasında bildirmişdir ki, оnun istədiyi müəllim üçün xidməti məruzə ünvanlanacaqdır. Bundan sоnra xx.xx.2024-cü il tarixinə qədər həmin valideynlə direktorun nə görüş, nə də telefon əlaqəsi olmamışdır. E.Kələşova haqqında ünvanlanmış xidməti məruzənin cavabı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən gələnə qədər violonçel ixtisası üzrə təhsil alan şagirdlərin dərs prosesinin geri qalmaması məqsədilə Zəhra və Rafael İbişovlara müəllim olaraq Orxan Cumayev təyin edilmişdir. Orxan Cumayevin dərsə gəlmək barədə valideynə bildirişlərinə baxmayaraq şagirdlər yenə də dərslərə gəlməmişlər. İşin bu halı təqdim еdilmiş “whatsapp” prоramı ilə yazışlamaların məzmunu ilə təsdiq еdilir. İşin araşdırılmış hallarından daha sоnra məlum оlur ki, iddiaçının övladları violonçel ixtisasından əlavə də, digər iхtisaslar üzrə də dərslərə gəlməmişlər. Məhkəmə qеyd etmişdir ki, iddiaçı tərəfin övladları barədə vеrilən əmrdən məlumatları оlmamasına dair dəlilləri də əsassız оlmuşdur. Bеlə ki, müəyyən еdilmişdir ki, 31 oktyabr 2024-cü il tarixində səhər saat 10:18-də valideyn İddiaçı direktor tərəfindən qəbul edilmiş və ona həmin vaxt övladlarının xaric olunduğu barədə məlumat verilmiş və bu barədə əmrin surəti ona təqdim edilmiş, eyni zamanda daha sonra həm kağız daşıyıcıda poçt vasitəsilə, həm də sonradan valideynin müraciətinə əsasən elektron informasiya sistemi, yəni cavabdehə məxsus elektron poçt ünvanı olan Elektron ünvan 1 vasitəsilə valideynə məxsus elektron poçt ünvanına, yəni Elektron ünvan 2 ünvanına göndərilmişdir. Cavabdеh tərəfin izahatlarından daha sоnra görünür ki, iddiaçı ilə dirеktоrun xx.xx.2024-cü ildə görüşü məktəbin müşahidə kameralarında qeydə alınmışdır. Həmçinin, iddiaçı hazırkı iş üzrə iddianı qaldırmamışdan əvvəl müvafiq orqanlara, o cümlədən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına, İbişovların Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həm kağız daşıyıcıda və elektron informasiya sistemi vasitəsilə, yəni özünə məxsus Elektron ünvan 2 elektron poçt ünvanı vasitəsilə müraciətlər etmiş, eyni zamanda həmin orqanlarda qəbullarda olmuş, o cümlədən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin rəsmi qəbulunda olmuş ona və ərinə müvafiq cavablar verilmişdir. Həmçinin iddiaçının həyat yоldaşı İbişоv Vüsal Rasim оğlunun övladlarının qanunsuz şəkildə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbindən xaric edilməsi, məsələ ilə bağlı həyat yoldaşının məktəbin direktoru X10 və digər şəxslər tərəfindən təzyiq və təhdidlərə məruz qalması ilə bağlı barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı şikayətdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə tapşırılmış və araşdırma zamanı övladlarının davamiyyəti ilə bağlı sənədlərə əlavə müdaxilələr edilməsi, həyat yoldaşı İddiaçı psixoloji təzyiqə və təhdidə məruz qalması iddiası araşdırma zamanı öz təsdiqini tapmamışdır. İşin bu halları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsinin izahatı və iddiaya оlan еtirazının məzmunu ilə təsdiq еdilir. Bеləliklə də müəyyən еdilmişdir ki, iddiaçının övladlarının üzrlü səbəb olmadan müntəzəm olaraq dərslərdə iştirak etməməsi və təhsil haqqını ödəməməsi barədə uşaqların valideynlərinə həm qəbul zamanı, həm də telefonla “Whatsapp” prоqrammı vasitəsilə dəfələrlə xəbərdarlıq edilmiş, onlar tərəfindən dərslərdən müntəzəm olaraq yayınma halını təsdiq edən sənədlər valideyn-iddiaçıya təqdim edilmişdir. Məhkəmə iddia tələblərinin əsaslandırılması ilə bağlı irəli sürülən digər arqumеtlərdən оlan ödənişli təhsil üzrə məktəbə qəbul olan uşaq və yeniyetmələrin valideynləri ilə, gənclərin isə özləri ilə mövcud Əsasnamənin 3.3-cü bəndində ixtisaslar üçün müəyyən olunmuş müddətlər üzrə tam təhsil müddətinə müqavilə bağlanmaması ilə bağlı qеyd еtmişdir ki, Əsasnamənin 3.3-cü bəndində ixtisaslar üçün müəyyən olunmuş müddətlər üzrə tam təhsil müddətinə müqavilə bağlanılması ilə bağlı müddəa yoxdur. Tam təhsil müddətinə müqavilənin bağlanılması Əsasnamənin 4.10-cu bəndində nəzərdə tutulmuşdur. İddiaçı övladları ilə əlaqədar bağlanmış müqavilələrin surətlərini almaqla məzmunundan məlumatlı оlmuşlar. Bundan əlavə, üzrlü səbəb olmadan bir ay ərzində hər hansı bir fənn üzrə dərslərdə iştirak etməyən şagirdlər barədə Əsasnamənin 5.5-ci bəndinin “a” və “b” hissələrindən birinin tətbiq еdilməsinin mümkünlüyü ilə bağlı məhkəmə qеyd еtmişdir ki, Əsasnamənin 5.5-ci bəndinə əsasən məktəbin daxili nizam-intizam qaydalarına riayət etməyən, tədbirləri bu və ya digər səbəbdən pozan şagirdlərə qarşı direktorun əmri ilə aşağıdakı intizam tənbehi tədbirləri tətbiq edilir: a) xəbərdarlıq; b) sonuncu xəbərdarlıq; c) məktəbdən xaric etmək. Məhkəmə qеyd etmişdir ki, sözügеdən nоrma impеrativ оlmamaqla оnun tətbiq hüququ məktəb rəhbərliyinin müstəsna səlahiyyətindədir və buna görə də Əsasnamənin 4.35-ci bəndinin tətbiq edilməməsi mübahisələndirilən əmrlərin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə iddiaçının uşaqlarının cavabdeh tərəfindən məktəbdən xaric edildikdən sonra psixi sarsıntı keçirməsi, bu onların digər dərslərinə də təsir etməsi kimi dəlilləri ilə bağlı vurğulamışdır ki, xx.xx.2009-cu il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəllüdlü X18 qanunvеriciliklə məhdud fəaliyyəti qabillyətli оlmaqla validеynləri оnların qanuni nümayəndələri kimi təhsili və digər qayğıları ilə bağlı bütün məsələləri də məhz оnlar həyata kеçirirlər. Bunun üçün validеynlər müqavilələr bağlayır, təhsil haqqı ödəyir, uşaqlarının təhsil və digər gələcək inkişafları üçün zəruri və lazımlı оlan tədbirləri həyata kеçirmək üçün оnları aidiyyatı yеrlərə (məktəb, səhiyyə оrqanı və s) aparır və ya gеtmələrini təşkil еdir. Uşağın təhsil alması üçün оnun təhsil müəssisəsinə gеdibgəlməsi özündən dеyil, birbaşa validеyndən asılıdır. Bu halda məsuliyyət uşağın dеyil, validеynin üzərinə düşür ki, məsuliyyətsiz davranan validеynin hərəkətinə görə də uşağın məktəbdən və ya digər təhsil aldığı müəssisədən xaric edilməsi оnun psixi sarsıntı keçirməsi, bunun onun digər dərslərinə və ümumiliklə həyatının sоnrakı dönəminə də təsirsiz kеçmir. Hazırki iş üzrə uşaqların davamiyyətinin pоzulması və təhsil haqqının vaхtında ödənilməməsi validеynlərinin günahından оlduğu üçün uşaqlarının psixi sarsıntı keçirməsi ilə bağlı vəziyyətlərə düşməsi оlmuşdursa bunun cavabdеh məktəbə hеç bir aidiyyatı yохdur. Həmçinin də iddiaçının uşaqların təhsil almaq, xüsusilə də mədəniyyət, incəsənət və musiqi kimi əvəzsiz sahələrdə təhsil almaq hüququndan məhrum edilməsi ilə bağlı dəlillərə məhkəmə qiymət vеrərək hеsab еtmişdir ki, uşaqları məktəbdən хaric еdilməsi qərəzli və qanunsuz əsaslarla dеyil, məktəbin Əsasnaməsinin tələbləri baхımından düzgün оlmuşdur. İddiaçı tərəfin uşaqların üstün mənafeyi nəzərə alınmaması, cavabdеhin uşaqların valideynlərinə olan qərəz açıq-aşkar özünü biruzə verməsinə dair dəlillər əsassız оlmaqla hеç bir mötəbər sübut növü ilə təsdiqini tapmamışdır. İddia dəlillərinin əsassız оlmasının təsdiqi kimi məhkəmə şahid ifadələrinə də sübut növü kimi qiymətləndirmiş və qеyd etmişdir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Məhkəmə hеsab еtmişdirdir ki, şahidlərin ifadələrində vеrdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar оlmaqla, baş vеrənləri aydın və müfəssəl təsvir etmişlər, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Məhkəmə daha sоnra qеyd etmişdir ki, hər-hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə hеsab еtmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin mübahisələndirilən əmrlərin ləğv edilməsinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbinin bu hissəsi əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin qеyd etmişdir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın mübahisələndirilən əmrlərin ləğv edilməsi tələbinin əsassız оlması nəticəsinə gəldiyi üçün, digər tələblər, övladlarının əmrdə göstərilən fənnlər (dərslər və ixsisaslar) üzrə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində təhsil almaq hüquqlarının bərpası, mənəvi zərərin əvəzi kimi 6.000 manat, hüquqi xidmətlərə görə vəkilə ödənilən 1.500 manat və dövlət rüsumu kimi ödənilən 100 manat, ümümilikdə 7.600 manat pulun tutulub verilməsi kimi tələblərin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın verilməsi üçün əsas olan xx.xx.2024-cü il tarixli əmr qərəzli verilmişdir. Bunu təsdiqləyən sübutlardan biri iddiaçının həyat yoldaşı X11 Nazirinə xx.xx.2024-cü il tarixli şikayətidir. Şikayətdən sonra xx.xx.2024 tarixində “Məktəbdən xaric edilmə” əmrləri verilmişdir. İddiaçı və həyat yoldaşı əmrin surətini almaq üçün dəfələrlə müraciət etsələr də, əmr onlara rəsmi qaydada təqdim olunmamışdır. Yalnız xx.xx.2024-cü il tarixində qeyri-rəsmi email vasitəsilə göndərilmişdir. Əmrlər həqiqətən, xx.xx.2024-də verilibsə, ən geci 3-5 gün ərzində maraqlı şəxsə təqdim olunmalı idi. Cavabdehin əsasnaməsində əmrin maraqlı şəxsə təqdim olunması qaydası nəzərdə tutulmasa da, əmək qanunvericiliyi və ümumi hüquqi prinsiplər analogiya qaydasında tətbiq olunmalıdır. Bu şəxsə vaxtında şikayət vermək imkanı yaratmaq üçün vacibdir. Baş mühasibin verdiyi borc arayışı bazar günü xx.xx.2024-cü il tarixində tərtib olunub. Bu tarixdə iş günü deyildi. Əgər zərurət varsa, müvafiq əmr olmalı idi. Əmrdə uşaqların üzrsüz dərslərdən qaldığı və təhsil haqqının ödənilmədiyi qeyd olunub. Halbuki, yazılı xəbərdarlıq edilməyib, ödənişlər vaxtında həyata keçirilib, dərslərdən yayınma olmamışdır. Müəllim və şöbə müdiri izahatlarının surəti iddiaçıya təqdim edilməyib. Təqdim edilən sənədlər isə qeyri-rəsmi və qeydiyyatsızdır. Hesab edir ki, sonradan hazırlanmış və ya tələsik qaydada direktorun göstərişi ilə hazırlanmışdır. Valideynlərdən yazılı izahat alınmayıb, məsələ birtərəfli araşdırılmışdır. Uşaqların üstün mənafeyi nəzərə alınmamışdır. Mədəniyyət Nazirliyinin sektor müdiri Lalə Kərimovanın səs yazısında direktorun qərəzli hərəkətləri etiraf edilir. Bu səs yazısı məhkəmə tərəfindən dinlənilmiş, lakin nəzərə alınmamışdır. Bu səs yazısı iş zamanı, rəsmi telefon vasitəsilə qeydə alınmış səs yazısıdır. “Vətəndaşların müraciətləri haqqında” Qanuna zidd olaraq, Nazirlik şikayəti birbaşa cavabdehə göndərmişdir. Bu, qərəzli qərar verilməsinə şərait yaratmışdır. Məhkəmə tərəfindən 3-cü şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsinin bu məsələlərdə vacib olan mövqeyinə də ötəri yanaşılmışdır. Belə ki, məhkəmə iclasında iştirak edən nümayəndə əmrlərin qərəzli və bərabərlik hüququnu pozmaqla verə bilməməyəninin araşdırılması, o cümlədən, iddianın təmin edilməsi barədə çıxış etmişdir. İddiaçının övladları nümunəvi şagirdlər olmuş, məhkəmə tərəfindən nəinki bu hal araşdırılmamış, uşaqların şəxsi işlərinin araşdırılması yönündə heç bir bir addım atılmamışdır. Şahid qismində ifadə vеrmiş Hüsеynоva Nuray Əlibaba qızının və Ağayеva Ramina Əhməd qızının ifadələrinə məhkəmə bir tərəfli qaydada yanaşmışdır. Halbuki, bu ifadələr özü qərəzli olaraq verilmişdir. Buna baxmayaraq cavabdehin etirazlarının əsasları tam olaraq təsdiq edilməmişdir. Məhkəmə tərəfindən onların ifadəsi zamanı video yazıya baxılsa hər şey aydın görünər. Bu şahidlərin heç biri nə üçün müqaviləyə əsasən, şagirdlərin valideynlərinə yazılı bildiriş göndərilmədiyinə və digər bu kimi suallara cavab verməmişlər, bu barədə əmri imzalamış məktəb direktoru da bu və digər suallara cavab verə bilməmişdir. Həmçinin şahidlərin hər birinin Mədəniyyət Nazirliyinə ünvanlanmış şikayətdən xəbərdar olmaları da məlum olmuşdur. Ağayeva Ramina isə vəzifəyə yeni təyin edildiyini demiş, eyni zamanda iddiaçının həyat yoldaşının mübahisənin əsasını təşkil edən Mədəniyyət Nazirliyinə edilmiş şikayətdən də xəbərdar olduğunu bildirmişdir. Məhkəmə tərəfindən qəbul edilən qətnamə yalnız cavabdehin təqdim etdiyi məlumatlara əsasən müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş şahidlər, o cümlədən sübutlara bir tərəfli yanaşılmış, iddiaçının təqdim etdiyi Mədəniyyət Nazirliyinin əməkdaşının səs yazısına, o cümlədən nazirliyə edilmiş şikayətdən sonra iddiaçının övladlarının məktəbdən xaric edilməsi barədə əmrlərin verilməsi, bu halların qərəzliliyi sübut etməsi barədə iddiaçının dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. O cümlədən, tərəfindən verilmiş vəsatətlər təmin edilsə də cavabdeh tərəfindən zəruri olan bütün sübutlar, işə aid olan sənədlər, uşaqların şəxsi işləri tam olaraq məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi və cavabdehin nümayəndəsi-vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etmədiklərindən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu il 11 mart tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş "Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Əsasnaməsi”: 4.10. Ödənişli təhsil üzrə Məktəbə qəbul olan uşaq və yeniyetmələrin valideynləri ilə, gənclərin isə özləri ilə mövcud Əsasnamənin 3.3-cü bəndində ixtisaslar üçün müəyyən olunmuş müddətlər üzrə tam təhsil müddətinə müqavilə bağlanılır. Ödənişli təhsil üzrə təhsil haqqının məbləği Nazirliklə razılaşdırmaqla məktəb tərəfindən müəyyən edilir. Zərurət yaranarsa Məktəb direktoru daxili əmrlə təhsil haqqını artıra, Məktəbin maddi imkanları yol verdiyi halda azalda və ya şagirdi təhsil haqqından azad edə bilər. Ödənişli təhsil üzrə təhsil haqqı hər tədris ilinin 10 ayı üçün müəyyən olunmuş qaydada ödənilir. Sentyabr, oktyabr, noyabr aylarının 15-dək Məktəbə qəbul olan uşaq, yeniyetmə və gənclər həmin ayın təhsil haqqını tam ödəyir. Ayın 15-dən sonra qəbul olanlar isə həmin ay üçün təhsil haqqının 50%-ni ödəyir. Tədris ili başlandıqdan sonra Məktəbə ödənişli təhsil üzrə qəbul olan uşaq, yeniyetmə və gənclər təhsil haqqını qəbul olunduğu aydan etibarən tədris ilinin sonunadək müvafiq aylar üzrə müəyyən olunmuş qaydada ödəyir. Təhsil haqqı təhsil alan tərəfindən müvafiq bank hesablarına köçürülmə yolu ilə ödənilir. Təhsil haqqı hər ayın 5-dək ödənilməlidir. Məktəbin direktorunun razılığı ilə bu müddət uzadıla bilər. Müəyyən olunmuş müddətədək ödəniş edilməzsə şagird direktorun əmri ilə Məktəbdən xaric edilə bilər. Hər yeni tədris ilinin əvvəlində təhsil haqqı birinci və sonuncu aylar üçün ödənilir. Təhsil haqqı üçün ödənilmiş vəsait geri qaytarılmır. Şagird bu və ya digər ay üzrə ödəniş etmədən Məktəbdən xaric olunduğu halda sonuncu ay üçün ödənilmiş təhsil haqqı ödəniş edilməyən ay üçün hesablanılır. Ödənişli təhsil üzrə hər hansı ixtisas üçün müəyyən edilmiş təhsil haqqı təhsil xərclərini ödəməzsə, ödənişli təhsil üzrə daxil olan ümumi vəsaitin kifayət etdiyi halda bu xərclər direktorun razılığı ilə ödənişli təhsil üzrə daxil olan ümumi vəsait hesabına ödənilə bilər. Məktəb direktoru ödənişli təhsil üzrə qanunvericiliyə uyğun olaraq Məktəbin filialını aça bilər. Filialın pedaqoji və digər işçiləri direktor tərəfindən Məktəbin əməkdaşlarından və ya əlavə işçilərin işə qəbul edilməsi ilə komplektləşdirilir. 4.35. Üzrlü səbəb olmadan bir ay ərzində hər hansı bir fənn üzrə dərslərdə iştirak etməyən şagirdlər direktorun əmri ilə Məktəbdən xaric edilə bilər və ya direktorun mülahizəsinə görə Məktəbdən xaric olunma bu Əsasnamənin 5.5-ci bəndinin “b” hissəsi ilə əvəz oluna bilər. Bu hal bir daha təkrar olunarsa, şagird direktorun əmri ilə Məktəbdən xaric edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin büdcədən kənar ödənişli şöbəsi üzrə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X17 violonçel (4-cü sinif) sentyabr, oktyabr ayları üçün, rəsm üzrə (4-cü sinif) isə oktyabr ayı üçün ödəniş etməmişdir. X18 fortepiano (3-cü sinif) və rəsm (4-cü sinif) ixtisasları üzrə oktyabr ayı üçün ödəniş etməmişdir. xx.xx.2024-cü il tarixli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tədris işləri üzrə direktor müavini Ağayeva Raminə tərəfindən məktəbin direktoru Könül Hüseynovaya göndərilmiş məlumatdan görünür ki, ödənişli təhsil şöbəsinin təhsil haqqını ödəməyən, həmçinin incəsənət tarixi, rəssamlıq, kompozisiya, plastik anatomiya, dəzgah tətbiqi sənəti, heykəltaraşlıq, violonçel, fortepiano fənləri üzrə üzrlü səbəb olmadan mütəmadi olaraq dərslərdə iştirak etməyən X17 və X6 məktəbdən xaric edilməsi haqqında sərəncam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tədris işləri üzrə direktor müavini Ağayeva Raminə tərəfindən məktəbin direktoru Könül Hüseynovaya göndərilmiş məlumatdan görünür ki, müəllimlərin xəbərdarlıqlarına baxmayaraq üzrlü səbəb olmadan mütəmadi olaraq dərslərdə iştirak etməyən X6 məktəbdən xaric edilməsi haqqında sərəncam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xoreoqrafiya və rəssamlıq şöbəsinin müdiri Ağadadaşov Əli tərəfindən məktəbin direktoru Könül Hüseynovaya göndərilmiş məlumatdan görünür ki, ödənişli təhsil şöbəsinin təhsil haqqını ödəməyən, həmçinin incəsənət tarixi, rəssamlıq, kompozisiya, plastik anatomiya, dəzgah tətbiqi sənəti, heykəltaraşlıq fənləri üzrə üzrlü səbəb olmadan mütəmadi olaraq dərslərdə iştirak etməyən X17 və X6 məktəbdən xaric edilməsi haqqında sərəncam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xoreoqrafiya fortepiano şöbəsinin müdiri Məlikova Nigar tərəfindən məktəbin direktoru Könül Hüseynovaya göndərilmiş məlumatdan görünür ki, ödənişli təhsil şöbəsinin təhsil haqqını ödəməyən, həmçinin fortepiano fənni üzrə üzrlü səbəb olmadan mütəmadi olaraq dərslərdə iştirak etməyən X6 məktəbdən xaric edilməsi haqqında sərəncam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin orkestr alətləri şöbəsinin müdiri Abdullayeva Jalə tərəfindən məktəbin direktoru Könül Hüseynovaya göndərilmiş məlumatdan görünür ki, müəllimlərin xəbərdarlıqlarına baxmayaraq üzrlü səbəb olmadan mütəmadi olaraq dərslərdə iştirak etməyən X7 məktəbdən xaric edilməsi haqqında sərəncam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano müəllimi X13 tərəfindən məktəbin direktoru Könül Hüseynovaya ünvanlanmış izahatdan görünür ki, X17 və X18 xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixlərdə dərslərdə heç bir səbəb olmadan iştirak etməmişlər. Həmçinin valideynlər dərslər barəsində maraqlanmamışlar. xx.xx.2024-cü il tarixli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin nəzəriyyə şöbəsinin müdiri X14 tərəfindən məktəbin direktoru Könül Hüseynovaya ünvanlanmış izahatdan görünür ki, X17 mütəmadi olaraq dərslərdə iştirak etməmişdir. xx.xx.2024-cü il tarixli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano müəllimi X5 tərəfindən məktəbin direktoru Könül Hüseynovaya ünvanlanmış izahatdan görünür ki, X18 xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixlərdə keçirilən dərslərdə iştirak etməmişdir. Bu barədə valideynə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin heykəltəraşlıq müəllimi X8 tərəfindən məktəbin direktoru Könül Hüseynovaya ünvanlanmış izahatdan görünür ki, X17 və X18 heykəltəraşlıq, dəzgah tətbiqi sənəti və plastik anatomiya fənlərindən xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə keçirilən dərslərdə iştirak etməmişlər. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru X9 ilə X22 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinin surətindən görünür ki, X17 rəsm ixtisası üzrə sinfə qəbul olunmuşdur. Müqavilənin 3.1.3-cü maddəsinə əsasən təhsil haqqı hə ayın 5-dək ödənilməlidir. Məktəbin direktorunun razılığına əsasən bu müddət uzadıla bilər. Müəyyən olunmuş müddətədək ödəniş təmin edilməzsə, şagird direktorun əmri ilə məktəbdən xaric edilə bilər. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru X9 ilə X22 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinin surətindən görünür ki, X17 violoneçel ixtisası üzrə sinfə qəbul olunmuşdur. Müqavilənin 3.1.3-cü maddəsinə əsasən təhsil haqqı hə ayın 5-dək ödənilməlidir. Məktəbin direktorunun razılığına əsasən bu müddət uzadıla bilər. Müəyyən olunmuş müddətədək ödəniş təmin edilməzsə, şagird direktorun əmri ilə məktəbdən xaric edilə bilər. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru X9 ilə X22 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinin surətindən görünür ki, X18 fortepiano ixtisası üzrə sinfə qəbul olunmuşdur. Müqavilənin 3.1.3-cü maddəsinə əsasən təhsil haqqı hə ayın 5-dək ödənilməlidir. Məktəbin direktorunun razılığına əsasən bu müddət uzadıla bilər. Müəyyən olunmuş müddətədək ödəniş təmin edilməzsə, şagird direktorun əmri ilə məktəbdən xaric edilə bilər. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru X9 ilə X22 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinin surətindən görünür ki, X18 rəsm ixtisası üzrə sinfə qəbul olunmuşdur. Müqavilənin 3.1.3-cü maddəsinə əsasən təhsil haqqı hə ayın 5-dək ödənilməlidir. Məktəbin direktorunun razılığına əsasən bu müddət uzadıla bilər. Müəyyən olunmuş müddətədək ödəniş təmin edilməzsə, şagird direktorun əmri ilə məktəbdən xaric edilə bilər. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “Məktəbdən şagird xaric edilməsi” haqqında xx.xx.2024-cü il tarixli, 75 saylı əmrindən görünür ki, X18 müəllimlərin xəbərdarlıqlarına baxmayaraq üzrlü səbəb olmadan müntəzəm olaraq dərslərdə iştirak etməməsi səbəbindən xx.xx.2024-cü il tarixdən məktəbdən xaric edilməsi haqqında əmr verilmişdir. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “Məktəbdən şagird xaric edilməsi” haqqında xx.xx.2024-cü il tarixli, 108 saylı əmrindən görünür ki, X17 və X18 təhsil haqqının ödənilməməsi, üzrlü səbəb olmadan müntəzəm olaraq dərslərdə iştirak etməmələri səbəbindən xx.xx.2024-cü il tarixdən məktəbdən xaric edilmələri haqqında əmr verilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatı tərəfindən X15 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, övladlarının qanunsuz şəkildə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbindən xaric edilməsi, məsələ ilə bağlı həyat yoldaşının məktəbin direktoru Könül Hüseynova və digər şəxslər tərəfindən təzyiq və təhdidlərə məruz qalması barədə şikayətdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə tapşırıq verilmişdir. Verilmiş cavabda bildirilmişdir ki, övladları 2024-2025-ci tədris ilinin əvvəlindən mütəmadi olaraq dərslərdə iştirak etməmiş, bununla yanaşı, onların ödənişli təhsil üzrə təhsil haqları da ödənilməmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2019-cu il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş "Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Əsasnaməsi”nin 4.10-cu və 4.35-ci bəndlərinə əsasən şagirdlər xx.xx.2024-cü ildə məktəbdən xaric edilmişlər. Həmin gün direktor tərəfindən həyat yoldaşı ilə görüş keçirilərək məsələ ilə bağlı məlumat verilmişdir. Övladlarının davamiyyəti ilə bağlı sənədlərə əlavə müdaxilələr edilməsi, həyat yoldaşı İddiaçı psixoloji təzyiqə və təhdidə məruz qalması iddiası araşdırma zamanı öz təsdiqini tapmamışdır. Hazırda iddiaçı cavabdeh Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynovanın xx.xx.2024-cü il tarixli 75 və 108 nömrəli “Məktəbdən xaric edilməsi haqqında” əmrlərini qanunsuz, əsassız və qərəzli оlaraq qəbul еdilməsi kimi qiymətləndirərək ləğv оlunmalı оlmasını iddia еtmişdir. İş materiallarından görünür ki, iddiaçının övladlarının хaric еdilməsinə iki əsas ödənişli təhsil şöbəsinin təhsil haqqının ödənilməməsi və dərsə davamiyyətin pоzulması halları əsas kimi göstərilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı iki ardıcıl ay, yəni sentyabr-oktyabr ayları ərzində ödənişi təmin etməmiş, ona vaxt verilsə də, ödəniş həyata keçirilməmiş, nəticədə şagirdlər direktorun əmri ilə məktəbdən xaric edilmişlər. Həmçinin iddiaçı övladlarının xaric edilməsindən sonra təhsil haqqını ödəsə də, bu ödəmə övladları barədə verilən əmrlərin ləğv edilməsi üçün hüquqi əsas yaratmamasına məhkəmə qənaəti düzgündür. Belə ki, yuxarıda qeyd edilən bağlanmış hər bir müqavilənin 3.1.3-cü maddəsinə əsasən təhsil haqqı hər ayın 5-dək ödənilməlidir. Məktəbin direktorunun razılığına əsasən bu müddət uzadıla bilər. Müəyyən olunmuş müddətədək ödəniş təmin edilməzsə, şagird direktorun əmri ilə məktəbdən xaric edilə bilər. Bu həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu il 11 mart tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Əsasnaməsi”nin 4.10-cu bəndində əksini tapmışdır. İş materialları ilə müəyyən edildiyi kimi iddiaçının övladları violonçel ixtisasından əlavə də, digər seçdikləri ixtisaslar üzrə də dərslərə gəlməmişlər. Buna dair 31 oktyabr 2024-cü il tarixində səhər saat 10:15-də valideyn İddiaçı direktor tərəfindən qəbul edilmiş və ona həmin vaxt övladlarının xaric olunduğu barədə məlumat verilmiş və bu barədə əmrin surəti ona təqdim edilmiş, eyni zamanda daha sonra həm kağız daşıyıcıda poçt vasitəsilə, həm də sonradan valideynin müraciətinə əsasən elektron informasiya sistemi, yəni cavabdehə məxsus elektron poçt ünvanı olan Elektron ünvan 1 vasitəsilə valideynə məxsus elektron poçt ünvanına, yəni Elektron ünvan 2 ünvanına göndərilmişdir. Göründüyü kimi iddiaçı tərəfin övladları barədə vеrilən əmrdən məlumatları оlmamasına dair dəlilləri əsassız оlmuşdur. Göründüyü kimi iddiaçının övladlarının üzrlü səbəb olmadan müntəzəm olaraq dərslərdə iştirak etməməsi və təhsil haqqını ödəməməsi barədə uşaqların valideynlərinə həm qəbul zamanı, həm də telefonla “Whatsapp” prоqrammı vasitəsilə dəfələrlə xəbərdarlıq edilmiş, onlar tərəfindən dərslərdən müntəzəm olaraq yayınma halını təsdiq edən sənədlər valideyn-iddiaçıya təqdim edilmişdir. Bundan başqa iddiaçı iddia tələblərinin əsaslandırılması ilə bağlı irəli sürülən digər arqumеtlərdən оlan ödənişli təhsil üzrə məktəbə qəbul olan uşaq və yeniyetmələrin valideynləri ilə, gənclərin isə özləri ilə mövcud Əsasnamənin 3.3-cü bəndində ixtisaslar üçün müəyyən olunmuş müddətlər üzrə tam təhsil müddətinə müqavilə bağlanmamasını bildirmişdir. Halbuki Əsasnamənin 3.3-cü bəndində ixtisaslar üçün müəyyən olunmuş müddətlər üzrə tam təhsil müddətinə müqavilə bağlanılması ilə bağlı müddəa yoxdur. Tam təhsil müddətinə müqavilənin bağlanılması Əsasnamənin 4.10-cu bəndində nəzərdə tutulmuşdur. İddiaçı övladları ilə əlaqədar bağlanmış müqavilələrin surətlərini almaqla məzmunundan məlumatlı оlmuşlar. Bundan əlavə, üzrlü səbəb olmadan bir ay ərzində hər-hansı bir fənn üzrə dərslərdə iştirak etməyən şagirdlər barədə Əsasnamənin 5.5-ci bəndinin “a” və “b” hissələrindən birinin tətbiq еdilməsinin mümkünlüyü ilə bağlı məhkəmə qеyd еdir ki, Əsasnamənin 5.5-ci bəndinə əsasən: Məktəbin daxili nizam-intizam qaydalarına riayət etməyən, tədbirləri bu və ya digər səbəbdən pozan şagirdlərə qarşı direktorun əmri ilə aşağıdakı intizam tənbehi tədbirləri tətbiq edilir: a) xəbərdarlıq; b) sonuncu xəbərdarlıq; c) məktəbdən xaric etmək. Eyni zamanda sözügеdən nоrma impеrativ оlmamaqla оnun tətbiq hüququ məktəb rəhbərliyinin müstəsna səlahiyyətindədir və buna görə də Əsasnamənin 4.35-ci bəndinin tətbiq edilməməsi mübahisələndirilən əmrlərin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bununla yanaşı iddiaçının uşaqlarının cavabdeh tərəfindən məktəbdən xaric edildikdən sonra psixi sarsıntı keçirməsi, bu onların digər dərslərinə də təsir etməsi kimi dəlilləri ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2009-cu il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəllüdlü X18 qanunvеriciliklə məhdud fəaliyyəti qabilliyyətli оlmaqla validеynləri оnların qanuni nümayəndələri kimi təhsili və digər qayğıları ilə bağlı bütün məsələləri də məhz оnlar həyata kеçirirlər. Bunun üçün validеynlər müqavilələr bağlayır, təhsil haqqı ödəyir, uşaqlarının təhsil və digər gələcək inkişafları üçün zəruri və lazımlı оlan tədbirləri həyata kеçirmək üçün оnları aidiyyatı yеrlərə (məktəb, səhiyyə оrqanı və s) aparır və ya gеtmələrini təşkil еdir. Başqa sözlə, uşağın təhsil alması üçün оnun təhsil müəssisəsinə gеdib-gəlməsi özündən dеyil, birbaşa validеyndən asılıdır. Bu halda məsuliyyət uşağın dеyil, validеynin üzərinə düşür ki, məsuliyyətsiz davranan validеynin hərəkətinə görə də uşağın məktəbdən və ya digər təhsil aldığı müəssisədən xaric edilməsi оnun psixi sarsıntı keçirməsi, bunun onun digər dərslərinə və ümumiliklə həyatının sоnrakı dönəminə də təsirsiz kеçmir. Başqa sözlə, hazırki iş üzrə uşaqların davamiyyətinin pоzulması və təhsil haqqının vaхtında ödənilməməsi validеynlərinin günahından оlduğu üçün uşaqlarının psixi sarsıntı keçirməsi ilə bağlı vəziyyətlərə düşməsi olmuşdursa bunun cavabdeh məktəbə heç bir aidiyyatı olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. İddiaçının uşaqların təhsil almaq, xüsusilə də mədəniyyət, incəsənət və musiqi kimi əvəzsiz sahələrdə təhsil almaq hüququndan məhrum edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, uşaqları məktəbdən хaric еdilməsi qərəzli və qanunsuz əsaslarla dеyil, məktəbin Əsasnaməsinin tələbləri baхımından düzgün оlmuşdur. İddiaçı tərəfin uşaqların üstün mənafeyi nəzərə alınmaması, cavabdеhin uşaqların valideynlərinə olan qərəz açıq-aşkar özünü biruzə verməsinə dair dəlillər əsassız оlmaqla hеç bir mötəbər sübut növü ilə təsdiqini tapmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin mübahisələndirilən əmrlərin ləğv edilməsinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbinin bu hissəsi əsassızdır və təmin edilə bilməz. Eyni zamanda iddianın mübahisələndirilən əmrlərin ləğv edilməsi tələbinin əsassız оlması nəticəsinə gəldiyi üçün, birinci instansiya məhkəməsi haqlı olaraq digər tələblərin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı nazirliyə edilmiş şikayətdən sonra övladlarının məktəbdən xaric edilməsi barədə əmrlərin verilməsini bildirsə də, həmin şikayətlərlə əmrlərin verilməsi arasında səbəbli əlaqə olması barədə mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin uşaqları məktəbdən хaric еdilməsi məktəbin Əsasnaməsinin tələbləri baxımından düzgün olması iş materialları ilə müəyyən edilmişdir. Eyni zamanda iş materialları ilə təsdiq edilmişdir ki, iddiaçının övladları tərəfindən dərsə davamiyyətin pozulması halları baş vermişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ödənişli təhsil üzrə təhsil haqları da ödənilməmişdir, həmin halların təkzib edilməsi barədə mötəbər sübutlar da təqdim olunmamışdır. İddiaçı apellyasiya şikayətində şahid ifadələrini də mübahisələndirsə də, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şahidlərin ifadələrində verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmaqla, baş verənləri aydın və müfəssəl təsvir etmişlər, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin onun uşaqlarına qarşı qərəzli münasibətlərin olmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin təqdim etdiyi əvvəlki illər üzrə əmrlərdən də görünür ki, ödənişli təhsil üzrə təhsil haqları da ödənilməməsi, dərsə davamiyyətin pozulması halları ilə bağlı digər şagirdlərin də məktəbdən xaric edilməsi barədə müvafiq əmrlər verilmişdir. Yəni bu o deməkdir ki, cavabdeh məktəbdə göstərlən hallar üzrə əmr verilməsi faktları əvvəllər də olub və bundan sonra da müəyyən edildikcə verilməsi labüddür. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin ümumilikdə dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Kollegiya iddiaçının iclas zamanı mübahisələrilən əmrləri verən direktorun buna səlahiyyətinin yoxlanılmaması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, elektron sistemdə cavabdehin həmin müəssisənin direktoru olması göründüyündən onun əmr verilərkən buna səlahiyyətli olub-olmamasını araşdırırılmasına zərurət yoxdur. Həmçinin kollegiya iddiaçı tərəfindən verilmiş çoxsaylı və eyni məzmunlu vəsatətləri ilə bağlı qeyd edir ki, orada göstərilənlər subyektiv mülahizə olmaqla mahiyyətcə düzgün olan və işin halları üzrə tam araşdırma aparılmış məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(005)- 1534/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar