Məhkəmə qərarları › İş №2(001)-1870/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1870/2022

14.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1870/2022 14.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri 14 fevral 2022-ci il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əməkdaşları tərəfindən 102356 nömrəli abonentin balansına səhvən yüklənmiş su sərfiyyatının silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 149.2, 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı hazırki ərizədə cavabdeh tərəfindən səhvən 810 kub-metr su sərfiyyatının hesablanmasını göstərsə də, bunu təsdiq edən hər hansı sübut ərizəyə əlavə etməmişdir. MPM-in 150.1 və 150.1.3-cü maddəsinə əsasən, ərizəyə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1 və 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim ərizəni geri qaytarır. Hazırki ərizə iddiaçının adından X1 tərəfindən imzalansa da, S.Ə.Nəsirovun iddia ərizəsini imzalamaq səlahiyyətlərini müəyyən edən hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Həmçinin, ərizəyə bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri də əlavə edilməmişdir ki, bu da MPM-in 150.1.5-ci maddəsinin tələblərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı (MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar