Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1877/2023 04.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının arxiv arayışının mərhum anası X3 aid olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının arxiv arayışının mərhum anası X3 aid olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, İİ qrup əlil olan, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi atası X15, anası X4r. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Ərizəçidur. X1 Xəzər rayonu Zirə bağlar sahəsində 243 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 393e nömrəli bağı vardır. Xəzər rayonu Zirə Bağlar sahəsində yerləşən 393e bağ sahəsi uzun müddətdir ki, ərizəçinin və ailə üzvlərinin istifadəsindədir. Həmin bağ sahəsi barəsində X5 Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi Bağ İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 23 nömrəli order verilmişdir. Həmin order Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il 195 nömrəli qərarına əsasən anasına bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır. Lakin arxiv arayışında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1463 saylı sərəncamından çıxarışda anasının adı səhvən “Rəhan” kimi yazılmışdır. Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1ci bəndinə əsasən vətədaşlaın qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin həyətyanı sahələrinin fərdi kollektiv və koorperativ bağların dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqları əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Ərizəçi DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə şifahi şəkildə müraciət edərək istifadəsində olan Xəzər rayonu Zirə bağlar sahəsində 243 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 393e nömrəli bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını istəmiş, DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi həmin tarixdə də ona şifahi cavab verərək Bakı şəhər İcra Hakimiyyətinin Başçısının aparatının arxiv arayışında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1463 saylı sərəncamından çıxarışda bağ-tikinti Kooperativlərinin tərkibində olan siyahısında anasının adı Reyhan kimi deyil, Rəhan kimi göstərilməsini bildirmişdir. Ərizəçi 27 saylı notariat ofisində vərəsəlik işi açdırmış və həmin bağ üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyətinin Başçısının aparatının arxiv arayışında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994cü il tarixli 1463 saylı sərəncamında çıxarışda Bağ-Tikinti Kooperativlərinin tərkibində olan siyahısında anasının adı Rəhan kimi göstərildiyindən ərizəçi sahibliyində, istifadəsində olan Xəzər rayonu Zirə bağlar sahəsində 243 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 393e nömrəli bağ sahəsinin üzərində vərəsəlik qaydasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirə bilmir. Ərizəçinin anası Bakı şəhəri İcra Hakimiyyətinin arxiv sənədləri ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə qarşı İnzibati Məhkəmədə iddia qaldırmış, lakin həmin işə İnzibati Məhkəmədə deyil, sənədin eyni şəxsə məxsus olma tələbinə dair rayon məhkəməsində iddia qaldırması ərizəçiyə tövsiyyə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə anası X2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı arxiv sənədlərdə adının dəyişdirilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi siyahıdan çıxarışda göstərilmiş X7 adına verilmiş Bakı şəhər İcra Hakimiyyətinin başçısı aparatının arxiv arayışının mərhum ərizəçinin anası X3 aid olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. AZE seriyalı 02425632 saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 xx.xx.1932-ci ildə Ermənistanın Quqark rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi Bağ İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 23 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Zirə bağlar sahəsində 243 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 393e nömrəli bağ Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 1463 №-li sərəncamına əsasən X5 verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli İ-74-112 arxiv arayışının surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1463 №-li sərəncamından çıxarışa əsasən bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 6\333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il 195 №-li qətnaməsinə əsasən X8 Zirə BTK № 243 bağ 393e ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli 3-52/2- 1578/2023 arxiv arayışından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1463 №-li sərəncamından çıxarışa əsasən bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 6\333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il 195 №-li qətnaməsinə əsasən X8 Zirə BTK № 243 bağ 393e ayrılmışdır. Bakı şəhər 27 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 708 saylı məktubunun surətindən müəyyən olunur ki, X1 xx.xx.2022-ci ildə vəfat etməsi ilə əlaqədar olaraq vərəsə Ərizəçi ərizəsinə əsasən açılan vərəsəlik işi ilə bağlı Bakı şəhəri Xəzər rayonu Zirə bağlar sahəsində 243 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi ilan 393e nömrəli bağa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün reyestrdən çıxarışın verilməsi DƏDRX Bakı şəhər Ərazi İdarəsindən xahiş olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli 3-52/2-i- 74/2-112/2-t/1/2023 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1463 saylı sərəncamında düzəliş edilməsinə dair müraciətinə təqdim edilən sənədlərin arxiv məlumatları əsasında tərtib edildiyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-9236/2022 saylı qərardadından müəyyən olunur ki, iddiaçı X2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı arxiv sənədlərində adının dəyişdirilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 286768 saylı xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.2022-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 986 nömrəsi ilə ölüm akt qeydi tərtib edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi Bağ İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 22 nömrəli orderin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 1463 saylı qərarına əsasən Zirə bağlar sahəsində 243 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 393ə nömrəli bağ X9 verilmişdir. Məhkəmə iclasında şahid X16 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır, atası X15, anası X4r. Anası və atası vəfat etmişlər. Anası Reyhan xanımın adına olan evi kiçik qardaşına vermişlər. Eyni zamanda anasının adına Zirədə 12 sot bağ sahəsi olmuş, bağın alınması və sənədləşməsində o da, iştirak etmişdir. Bildiyinə görə anasının adında hərf səhvi olduğundan sənədləşmədə problem yaranmışdır. Torpaq sahəsi hal-hazırda boşdur, hasara alınmamış və üzərində heç bir tikinti işi aparılmamışdır. Torpaq sahəsi təqribən 1992-1993-cü illərdə alınmışdır. Həmin torpaq sahəsinə qonşu olan bağ sahəsi onun qardaşı X6 adınadır. Onun da torpaq sahəsi boşdur və tikinti işləri aparılmamışdır. O, anasına məxsus torpaq sahəsindən qardaşının xeyrinə imtina etmişdir. Məhkəmə iclasında şahid X17 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşı, atası X15, anası X4r. Anası və atası vəfat etmişlər. O, anasının adına Zirədə bağ sahəsi olmasını bilir, lakin həmin torpaq sahəsini görməmişdir. Onlar Ermənistandan qaçqın olaraq gəlmişlər. 10 övladı olan anasına qəhrəman ana kimi torpaq sahəsinin ayrılmasını bilir. Torpağın sənədləşməsi ilə Etibar məşğul olmuşdur. Sənədlərdə anasının adında hərf səhvi olduğundan sənədləşmədə problem yaranmışdır. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşı, atası X15, anası X4r. Anası və atası vəfat etmişlər. Anasının adına Zirədə torpaq sahəsi vardır. Torpaq sahəsinə qardaşı Etibar nəzarət edir. Həmin torpaq sahəsində tikinti işləri aparılmamış, torpaq sahəsinə qonşu olan digər torpaq sahəsi qardaşı Mövsümün adınadır. Ermənistandan gəldikləri dövrdə 10 övladı olan anasına qəhrəman ana olduğundan torpaq sahəsi ayrılmışdır. Bağın sənədlərində anasının adında səhv olması ona məlumdur. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşı, atası X15, anası X4r. Anası və atası vəfat etmişlər. Anasının adına Zirədə 12 sot torpaq sahəsi olmuşdur. Torpaq sahəsi hal-hazırda boşdur və üzərində heç bir tikinti işi aparılmamışdır. Torpaq sahəsinin qonşuluğunda onun da 12 sot torpaq sahəsi vardır. Çernobıl əlili olduğundan həmin torpaq sahəsi ona ayrılmışdır. Anasına isə qəhrəman ana olduğundan torpaq sahəsi ayrılmışdır. Öz adına olan torpaq sahəsini hələ özəlləşdirməmişdir. Bağın sənədləşdirilməsi zamanı sənədlərdə anasının adında hərf səhvi olmasını bilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında qeyd olunmuşdur ki, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Həmin Qərardan daha sonra müəyyən olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1463 №-li sərəncamından çıxarışda Ərizəçi mərhum anasının adı X11 əvəzinə X14 yazılmış, ərizəçi həmin sənəddəki səhvin başqa qaydada düzəldilməsinə nail ola bilmədiyindən dövlət tərəfindən qorunmasına təminat verilən vərəsəlik hüququndan istifadə edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2022-ci il tarixli İ-74-112 saylı arxiv arayışının ərizəçinin anası olan X3 aid olması araşdırma zamanı öz təsdiqini tapdığından, ərizəçi həmin sənəddə yol verilmiş səhvin başqa qaydada düzəldə, həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi siyahıdan çıxarışda göstərilmiş X7 adına verilən Bakı şəhər İcra Hakimiyyətinin başçısı aparatının arxiv arayışının ərizəçinin mərhum anası X3 aid olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının aparatının xx.xx.2022-ci il tarixli İ-74-112 saylı arxiv arayışının, Ərizəçi anası mərhum, X3 aid olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1877/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1877/2023
04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver