Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1898/2021 03.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İlk iddia ərizəsi üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh MMC-yə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddiası; qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı dəymiş maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11.05.2019-cu il tarixdə "xxxx” MMC-yə işə qəbul olunmuş, 05.05.2020-ci il tarixdə heç bir səbəb göstərilmədən əmək müqaviləsinə xitam verilmiş, işdən azad olunarkən son haqq-hesabı ödənilməməmişdir, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı dəymiş maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 11 may 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmışdır, iddiaçı işlədiyi müddətdə şirkətə məxsus olan ona verilmiş 2019 Samsung Galaxy A 10 markalı mobil telefonu itirməklə MMC-yə ziyan vurmuşdur, mobil telefon iddiaçıya təhvil verilərkən 16.10.2019-cu il tarixdə akt tərtib edilmiş, aktda göstərilmişdir ki, təhvil aldığı avadanlıq tamamilə istifadəsiz hala düşərsə və ya itirilərsə istifadəçi şirkətə 300 manat kompensasiya ödəmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəməyə bildirmişdir ki, tərəflər arasında barışıq sazişi bağlanmış və barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini, işin ictraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı barışıq sazişi bağladıqlarını təsdiq edərək, işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflər arasında bağlanmış 03 iyun 2021-cu il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalı və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə müvafiq olaraq, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladığına və həmin saziş məhkəmə tərəfindən təsdiq edildiyinə görə, mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia ərizəsi üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası; qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı dəymiş maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış və məhkəməyə təqdim edilmiş barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - İlk iddia ərizəsi üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh MMC-yə qarşı iddia ərizəsindən imtina edir; - Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı dəymiş maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsindən imtina edir; - İlk iddia ərizəsi üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı olan iddia tələbindən imtinanın müqabilində Cavabdeh MMC-dən son haqq hesab üçün yaranmış qalıq borc 500 (beş yüz) manat alır; - İlk iddia ərizəsi üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh MMC-dən 500 (beş yüz) manatı məhkəmə iclasında qəbul edir; - İlk iddia ərizəsi üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh MMC-dən 500 (beş yüz) manat alması barədə qəbz yazır və həmin qəbzi Cavabdeh MMC-nin nümayəndəsinə təqdim edir; - Barışıq sazişi imzalandıqdan sonra “Tərəflər” bir-birinə qarşı heç bir iddia tələbləri irəli sürməyəcəklər; - Bu saziş bağlandığı andan qüvvəyə minir; İlk iddia ərizəsi üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh MMC-yə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddiası; qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı dəymiş maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işin icraatina xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1898/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1898/2021
03.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver