Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1036/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə) mülki iş üzrə QƏRARİ (Açar sözlər: “ödənilməmiş əmək haqqının, son haqq-hesabın, əmək haqqının gecikdirilməsinə görə faizin və məcburi sosial sığorta haqqının ödənilməsi ”; Mülki mübahisənin kateqoriyası: Əmək münasibətlərindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə) qarşı “ödənilməmiş əmək haqqının, son haqq-hesabın, əmək haqqının gecikdirilməsinə görə faizin və məcburi sosial sığorta haqqının ödənilməsi barədə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il # ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri Cavabdeh (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış ## ##### 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri Cavabdeh başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, kontrakt bağlanarkən işçiyə 1 ay sınaq müddəti müəyyən olunmuş və müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən, işçiyə hər ay 600 manat məbləğində məvacib ödənilməsi, 4.14-cü bəndinə əsasən, əmək məzuniyyətinin müddəti 21 təqvim günü olması müəyyən edilmişdir
2. Bakı şəhəri Cavabdeh Başçısının ## ##### 2019-cu il tarixli ** nömrəli əmrinə əsasən, iddiaçı İddiaçı (bundan sonra mətndə-iddiaçı) ## ##### 2019-cu il tarixindən 1 (bir) il müddətinə rayon Icra Hakimiyyəti başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə təyin edilmişdir.
3. Bakı şəhəri Cavabdeh Başçısının ## #### 2019-cu il tarixli ** nömrəli əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən (öz arzusu ilə) 2019-cu il ## #### tarixindən xitam verilmişdir.
4. Bakı şəhəri cavabdeh Cavabdeh (işəgötürən) ilə iddiaçı (işçi) arasında bağlanmış ## ### 2020-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı Bakı şəhəri Cavabdeh başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, kontrakt bağlanarkən işçiyə 1 ay sınaq müddəti müəyyən olunmuş və müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən, işçiyə hər ay 900 manat məbləğində məvacib ödənilməsi, 4.14-cü bəndinə əsasən, əmək məzuniyyətinin müddəti 21 təqvim günü olması müəyyən edilmişdir.
5. Bakı şəhəri Cavabdeh Başçısının ## ### 2020-ci il tarixli ** nömrəli əmrinə əsasən, iddiaçı ## ### 2020-ci il tarixindən 1 (bir) il müddətinə rayon Icra Hakimiyyəti başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə təyin edilmişdir.
6. Bakı şəhəri Cavabdeh Başçısının ## ### 2021-ci il tarixli ** nömrəli əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2021-ci il ## ### tarixindən xitam verilmişdir. Əsas kimi əmək müqaviləsinin 2.1-ci bəndi (müqavilənin 12 ay müddətinə bağlanması) göstərilmişdir.
7. Bakı şəhəri cavabdeh Cavabdeh (işəgötürən) ilə iddiaçı (işçi) arasında bağlanmış ## #### 2021-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı Bakı şəhəri Cavabdeh başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, kontrakt bağlanarkən işçiyə 1 ay sınaq müddəti müəyyən olunmuş və müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən, işçiyə hər ay 900 manat məbləğində məvacib ödənilməsi, 4.14-cü bəndinə əsasən, əmək məzuniyyətinin müddətinin 21 təqvim günü olması müəyyən edilmişdir.
8. Bakı şəhəri Cavabdeh Başçısının ## #### 2021-ci il tarixli ** nömrəli əmrinə əsasən, iddiaçı ## #### 2021-ci il tarixindən 1 (bir) il müddətinə rayon Icra Hakimiyyəti başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə təyin edilmişdir.
9. Bakı şəhəri cavabdeh Cavabdeh (işəgötürən) ilə iddiaçı (işçi) arasında bağlanmış ## ### 2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında müqaviləyə əsasən, əmək müqaviləsinin 4.2-ci bəndinə əsasən, işçiyə hər ay 1440 manat məbləğində dövlət məvacibi ödənilir. Hər iki tərəfin razılığı ilə edilmiş dəyişiklik Azərbaycan Respublikasının Əmək Məcəlləsinə olaraq qüvvəyə minir və ##.##.2021-ci il tarixdə bağlanan *** nömrəli əmək müqaviləsinin ayrılmaz tərkib hissəsidir.
10. Bakı şəhəri cavabdeh Cavabdeh (işəgötürən) ilə iddiaçı (işçi) arasında bağlanmış ## #### 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı Bakı şəhəri Cavabdeh başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, kontrakt bağlanarkən işçiyə 1 ay sınaq müddəti müəyyən olunmuş və müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən, işçiyə hər ay 1440 manat məbləğində məvacib ödənilməsi, 4.14-cü bəndinə əsasən, əmək məzuniyyətinin müddətinin 21 təqvim günü olması müəyyən edilmişdir.
11. Bakı şəhəri Cavabdeh Başçısının ## #### 2023-cü il tarixli ** nömrəli əmrinə əsasən, iddiaçı ## #### 2023-cü il tarixindən 1 (bir) il müddətinə rayon Icra Hakimiyyəti başçısı aparatına ştatdankənar hüquqşünas vəzifəsinə təyin edilmişdir
12. Bakı şəhəri Cavabdeh Başçısının ## #### 2024-cü il tarixli ** nömrəli əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2024-cü ilin ## #### tarixindən xitam verilmişdir. Əsas kimi əmək müqaviləsinin 2.1-ci bəndi (müqavilənin 12 ay müddətinə bağlanması) göstərilmişdir.
13. ##.##.2024-cü il tarixli Əmək və məşğulluq alt sistemindən-ƏMAS-dan çıxarışa əsasən, 2022-ci ilin yanvar-dekabr ayları üçün hesablanmış 3696,89 manat sosial sığorta haqqından cavabdeh Cavabdeh tərəfindən 2552,56 manat ödənilmiş, 2023-cü ilin yanvar-may ayları üçün hesablanmış 1783,77 manat sosial sığorta haqqından 1783,35 manat ödənilmişdir.
14. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2019-##.##.2024-cü illər üzrə iddiaçıya məxsus bank hesabından çıxarışa əsasən cavabdeh Cavabdeh tərəfindən ##.##.2020-ci il tarində 1010,94 manat, ##.##.2020-ci il, ##.##.2020-ci il, ##.##.2020-ci il, ##.##.2020-ci il, ##.##.2020-ci il, ##.##.2020-ci il, ##.##.2021-ci il, ##.##.2021-ci il, ##.##.2021-ci il tarixlərində 742,50 manat, ##.##.2021-ci il tarixdə 845,48 manat, ##.##.2025-ci il tarixdə 255,71 manat, ##.##.2021-ci il tarixdə 724,50 manat, ##.##.2021-ci il tarixdə 714,50 manat, 25.08.2021ci il, ##.##.2021-ci il, ##.##.2021-ci il, ##.##.2021-ci il, ##.##.2021-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il tarixlərində 742,50 manat, 03.06.2022ci il, ##.##.2022-ci il tarixlərdə 1159,20 manat, ##.##.2022-ci il tarixdə 891,56 manat, ##.##.2022ci il tarixdə 1149,20 manat, ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il tarixlərdə 1159,20 manat, ##.##.2023-cü il tarixdə 1106,94 manat əmək haqqı ödənilmişdir.
15. ##.##.2024-cü il tarixli iddiaçı tərəfindən cavabdeh Cavabdeh ünvanlan pretenziya məktubuna əsasən, cavabdeh Cavabdeh 2023-cü ilin iyun, ayından ##.##.2024-cü il tarixədək işlədiyi müddətə iddiaçıya hesablanmış ödənilməmiş qalan 17.280 manat əmək haqqını, son haqq-hesab olaraq ona ödənilməli olan 4000 manatı və həmin məbləğləri vaxtında ödəmədiyi üçün əmək qanunvericiliyinə əsasən 462 gün gecikdirildiyi səbəbindən gündəlik bir faiz hesablanmaqla 86.048 manat ödəncin də ona ödənilməsini və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci üzrə 1444,63, 2023-cü il üzrə 2536,65 manat, 2024-cü il üzrə 1800 manat ümumilikdə 5781,28 manat məcburi sosial sığorta haqqının Dövlət Sosial Müdafiə Fonduna ödənilməsini təklif edilmiş, Pretenziyaya alındığı gündən üç gün sonra münasibət bildirilməsi xahiş olunmuş, əgər qeyd edilən müddətdə müraciətə cavab verilməzsə və ya imtina edərlərsə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. Bakı ** saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, MŞB/**/****-***** nömrəli “Ilkin mediasiya sessiyasında (IMS) iştirak edilməməsi barədə” arayışına əsasən, cavabdeh Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
17. Iddiaçı cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə) "ödənilməmiş əmək haqqının, hesablanmış ödənclərin və məcburi sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edib iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh Cavabdeh 2023cü ilin iyun ayından ##.##.2024-cü il tarixədək işlədiyi müddətə ona hesablanmış ödənilməmiş qalan 17.424 (on yeddi min dörd yüz iyirmi dörd) manat əmək haqqının, son haqq-hesab olaraq ona ödənilməli olan 4000 (dörd min) manatın və həmin məbləğləri vaxtında ödəmədiyi üçün əmək qanunvericiliyinə əsasən 560 (beş yüz altmış) gün gecikdirildiyi səbəbindən gündəlik bir faiz hesablanmaqla 97.574,40 (doxsan yeddi min beş yüz yetmiş dörd manat qırx qəpik) manat ödəncin ümumilikdə 118.998.40 (bir yüz on səkkiz min doqquz yüz doxsan səkkiz manat qırx qəpik) manat məbləğin, 60 (altmış) manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödədiyi haqqın ona ödənilməsi; cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci üzrə 1444,63 (bir min dörd yüz qırx dörd manat altmış üç qəpik), 2023-cü il üzrə 2520,42 (iki min beş yüz iyirmi manat qırx iki qəpik) manat, 2024-cü il üzrə 1800 (bir min səkkiz yüz) maııal ümumilikdə 5765,05 manat məcburi sosial sığorta haqqının cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
18. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh Cavabdeh arasında ##.##.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh başçısının aparatına “ştatdankənar” hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış müqavilə bir il müddətinə müddətli əmək müqaviləsi olaraq imzalansa da hər il bir il müddətinə uzadılmaqla əmək münasibətləri ##.##.2024-cü il tarixədək davam etmişdir. Işlədiyi dövr ərzində nümunəvi işçi olmuş, əmək funksiyalarının icrası zamanı hər hansı pozuntulara yol verməmiş, müəssisədaxili intizam qaydalarına ciddi riayət etmiş, barəsində hər hansı intizam tənbehi tədbiri tətbiq olunmamışdır. Cavabdeh Cavabdeh işlədiyi dövrdə tapşırılmış vəzifələri vaxtında və peşəkarcasına yerinə yetirmişdir. Aralarında bağlanmış əmək müqaviləsinin müddəti ##.##.2024-cü il tarixdə başa çatdıqdan sonra müqavilənin müddəti uzadılmamışdır. Bildirib ki, aralarında olan müqaviləyə əsasən onun rəsmi əmək haqqı 1440 manat təşkil edirdi. cavabdeh Cavabdeh əmək münasibətlərinin ilk illərində ona əmək haqqını vaxtında və lazımi qaydada ödəyirdi. 2023-cü ilin iyun, ayından ##.##.2024-cü il tarixədək işlədiyi müddətə cavabdeh Cavabdeh tərəfindən ona ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Bunu isə onunla əsaslandırmışdır ki, maliyyə vəziyyəti ilə əlaqədar müəyyən çətinliklər vardır və gecikdirilmiş hər ayın əmək haqqı, digər ödənişlər və gecikdirməyə görə kompensasiya şəklində ödəniləcək faiz şəklində ödənclər cəm şəkildə ödəniləcəkdir, işimizə davam edək. Cavabdeh Cavabdeh ilə aralarında olan əmək münasibətləri artıq uzun müddətdir davam etdiyindən və əvvəllər cavabdeh Cavabdeh əmək haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etdiyini nəzərə alaraq, həmin vədə inanaraq, əmək fəaliyyətini davam etdirmişdir. Lakin cavabdeh Cavabdeh ona verdiyi öz vədini yerinə yetirməmiş və gözlədiyim vaxtda almalı olduğu əmək haqqı və digər ödənişlər, habelə əmək haqqının gecikdirilməsinə görə faiz şəklində ödənclər cavabdeh tərəfindən ödənilməmişdir. Hesab edib ki, işçi hüquqlarım etibarından sui-istifadə edilərək işəgötürən tərəfindən kobud şəkildə pozulmuşdur. Əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam verilsə də, bu günkü günə kimi onunla son haqqhesab da aparılmamışdır. Əmək haqqı və digər ödənişlərin, habelə əmək haqqının ödənilməmiş ayları üzrə əlavə faiz şəklində ödənclərin veriləcəyini nəzərə alaraq, öz şəxsi həyatı ilə bağlı əvvəlcədən planlaşdırdığı bir sıra məsələləri təxirə salmalı olmuş, maddi baxımdan çətinliklərlə üzləşməyə başlamışdır. Cavabdeh Cavabdeh tərəfindən əmək haqqı, əlavə faiz şəklində ödənclər və digər ödənişlər ödənilməməkdə davam edir. Bundan başqa işəgötürən tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqqı 2022-ci il üzrə 3696,89 manat hesablandığı halda 2552,26 manat ödəniş edilmiş, 2023-cü il üzrə 4303 manat ödənilməli olduğu halda 1783,35 manat ödəniş edilmiş, 2024-cü il üzrə 1800 manat ödənilməli olduğu halda heç bir ödəniş edilməmişdir. ## ######## 2024-cü il tarixdə cavabdehə pretenziya məktubu ilə müraciət edərək 2023-cü ilin iyun, ayından ##.##.2024-cü il tarixədək işlədiyi müddətə mənə hesablanmış ödənilməmiş qalan 17280 manat əmək haqqını, son haqq-hesab olaraq ona ödənilməli olan 4000 manatı və həmin məbləğləri vaxtında ödəmədiyi üçün əmək qanunvericiliyinə əsasən 462 gün gecikdirildiyi səbəbindən gündəlik bir faiz hesablanmaqla 86.048,40 manat ödəncin də ona ödənilməsini və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci üzrə 1444,63, 2023-cü il üzrə 2536,65 manat, 2024-cü il üzrə 1800 manat ümumilikdə 5781,28 manat məcburi sosial sığorta haqqının Dövlət Sosial Müdafiə Fonduna ödənilməsini təklif etmişdir. Tərəfindən ünvanlanmış müraciətinə hər-hansı bir cavab verilməmiş və cavabdeh Cavabdeh ödənilməsini tələb etdiyi məbləğlər ona ödənilməmişdir. Cavabdeh Cavabdeh ilə aralarında olan əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu üçün ##.##.2024cü il tarixdə mübahisənin mediasiya qaydasında həll edilməsi üçün cavabdeh Cavabdeh mediasiyanın tətbiqi barədə təklif göndərdi. Cavabdeh Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi və aralarında barışıq əldə olunması mümkün olmadı. Bununla bağlı ##.##.2024-cü il tarixli, № MŞB/**/****-***** nömrəli mediasiya arayışı məhkəməyə təqdim olunur.
19. Iddiaçı tələbinə dəqiqləşdirmə ərizəsi verərək, cavabdeh Cavabdeh 2023-cü ilin iyun ayından ##.##.2024-cü il tarixədək işlədiyi müddətə ona hesablanmış ödənilməmiş qalan 13.910,40 (on üç min doqquz yüz on manat qırx qəpik) manat əmək haqqının, 2023-cü ilin may ayında az ödənilmiş 52,26 manat əmək haqqının, məzuniyyət haqqı olaraq ona ödənilməli olan 3767,84 (üç min yeddi yüz altmış yeddi manat səksən dörd qəpik) manatın və həmin məbləğləri vaxtında ödəmədiyi üçün əmək qanunvericiliyinə əsasən gecikdirildiyi səbəbindən gündəlik bir faiz hesablanmaqla 71.450 (yetmiş bir min dörd yüz əlli) manat ödəncin və 60 (altmış) manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödədiyi haqqın, ümumilikdə 89.239,94 (səksən doqquz min iki yüz otuz doqquz manat doxsan dörd manat) manat məbləğin ona ödənilməsi; cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci üzrə 1444,63 (bir min dörd yüz qırx dörd manat altmış üç qəpik), 2023-cü il üzrə 2520,42 (iki min beş yüz iyirmi manat qırx iki qəpik) manat, 2024-cü il üzrə 1800 (bir min səkkiz yüz) maııal ümumilikdə 5765,05 manat məcburi sosial sığorta haqqının cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
20. Iddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, 2023 cü ilin və 2024-cü ilin iyun ayınadək əmək haqqı ödənilməyib. Ekspertiza nəticəsində məlum oldu ki, may ayında da 52,26 manat az ödəniş edilib. Ekspertlər dekabr ayınadək hesablayıblar. Hesab edir ki, ## ### 2025-ci il tarixədək hesablanmalı idi. Buna görə hazırda maddi çəkinlik çəkir, ödənişlərini edə bilmir.
21. Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh məhkəmənin sorğusuna *-**/*- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli məktubla cavab ünvanlayaraq, hesablama cədvəlini məhkəməyə təqdim etmişdir. Həmin məktuba əlavə edilmiş hesablama cədvəlinə əsasən iddiaçıya 2019-cu ilin aprel-may aylarında vergilər tutulduqdan sonra ümumilikdə 1415,15 manat, 2020-ci ilin iyun-dekabr aylarında vergilər tutulduqdan sonra ümumilikdə 6637,50 manat, 2021-ci ilin yanvar-dekabr aylarında vergilər tutulduqdan sonra ümumilikdə 10367,93 manat, 2022-ci ilin yanvar-dekabr aylarında vergilər tutulduqdan sonra ümumilikdə 14787,54 manat, 2023-cü ilin yanvar-may aylarında vergilər tutulduqdan sonra ümumilikdə 7135,08 manat əmək haqqı ödənilmişdir. 2023-cü ilin iyun ayından dekabr ayınadək isə əmək haqqı ödənilməmişdir. 2024-cü ilin ərzində əmək haqqının ödənilib-ödənilməməsi barədə məlumat qeyd olunmamışdır. Həmin cədvələ əsasən işögötürən tərəfindən sonuncu dəfə əmək haqqı ödənişi 2023-cü ilin may ayı üzrə edilmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin *-****/*- */****/**** saylı, ## ##### 2025-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspert qarşısında qoyulmuş suallar üzrə aşağıdakılar müəyyən edilmişdir: 1-ci sual üzrə: Hazırkı tədqiqatla ekspertiza təyini haqqında qərarda ekspert qarısında qoyulan birinci suala cavab olaraq bildirilmişdir ki, iddiaçının Cavabdeh hüquqşünas vəzifəsində çalışdığı ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək işlədiyi müddətdə ona ödənilməli olan əmək haqqı məbləği iş materiallarında olan əmək haqqı hesabından çıxarış məlumatlarına əsasən (c.i.v 18-22) ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək ödənilməmişdir. Bildirilib ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçıya ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək ümumilikdə 13.910,40 manat məbləğində əmək haqqı ödənilməli idi. 2 və 3-cü suallar üzrə: Ekspertiza təyini haqqında qərarda ekspert qarısında qoyulan ikinci və üçüncü suala cavab olaraq bildirilir ki, iş materiallarında işçinin məzuniyyət, ezamiyyət əmrləri, ##.##.2019-##.##.2024-cü illər üzrə istifadə olunmamış məzuniyyət günləri, tabel cədvəlləri, məzuniyyətin hesablanma qaydası və s. öz əksini tapmadığından iddiaçıya ödənilməmiş məzuniyyət haqqının hesablanması və son haqq-hesabın müəyyən edilməsi mümkün olmadı. 4-cü sual üzrə: Ekspert qarşısında qoyulmuş dördüncü suala cavab olaraq bildirilir ki, hazırki tədqiqatla cavabdeh Cavabdehn tərəfindən iddiaçıya əmək haqqı ödənişinin gecikdirilməsi ilə bağlı ümumilikdə ##.##.2024-cü il tarixə (4-cü sualda soruşulan tarixə) 50.309,28 manat (gecikdirilmiş hər gün üçün əmək haqqının 1%-i məbləğində hesablanmaqla) məbləğində pul vəsaiti ödənilməlidir.
23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli (hakim A.R.Sultanova- Məmmədova) qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh son haqq-hesab olaraq 16.577,7 (on altı min beş yüz yetmiş yeddi manat yetmiş qəpik) manat pul və əmək haqqının verilməsinin gecikdirildiyi hər günə görə 1 % hesablanmaqla 71.440,76 (yetmiş bir min dörd yüz qırx manat yetmiş altı qəpik) manat ödənc, ümumilikdə 88.018,46 (səksən səkkiz min on səkkiz manat qırx altı qəpik) manat məbəğində pulun tutularaq iddiaçıya ödənilməsi, 2022-2024-cü illər üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5765,05 (beş min yeddi yüz altmış beş manat beş qəpik) manat məbləğində məcburi sosial sığorta haqqının cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi, ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
24. Məhkəmə iddianın ödənilməmiş əmək haqqının ödənilməsi hissəsinə münasibətdə hesab edib ki, iddia həmin hissədə əsaslıdır. Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi *-**/*-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli məktuba əlavə edilmiş hesablama cədvəlinə əsasən iddiaçıya 2019-cu ilin aprel-may aylarında vergilər tutulduqdan sonra ümumilikdə 1415,15 manat, 2020-ci ilin iyun-dekabr aylarında vergilər tutulduqdan sonra ümumilikdə 6637,50 manat, 2021-ci ilin yanvar-dekabr aylarında vergilər tutulduqdan sonra ümumilikdə 10367,93 manat, 2022-ci ilin yanvardekabr aylarında vergilər tutulduqdan sonra ümumilikdə 14787,54 manat, 2023-cü ilin yanvar-may aylarında vergilər tutulduqdan sonra ümumilikdə 7135,08 manat əmək haqqı ödənilmişdir. 2023-cü ilin iyun ayından dekabr ayınadək isə əmək haqqı ödənilməmişdir. 2024-cü ilin ərzində əmək haqqının ödənilib-ödənilməməsi barədə məlumat qeyd olunmamışdır. Həmin cədvələ əsasən işögötürən tərəfindən sonuncu dəfə əmək haqqı ödənişi 2023-cü ilin may ayı üzrə edilməsi müəyyən olunmuşdur.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin *-****/*- */****/**** saylı, ## ##### 2025-ci il tarixli ekspert rəyinə əsasən iddiaçının cavabdeh Cavabdeh hüquqşünas vəzifəsində çalışdığı ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək işlədiyi müddətdə ona ödənilməli olan əmək haqqı məbləği iş materiallarında olan əmək haqqı hesabından çıxarış məlumatlarına əsasən (c.i.v 18-22) ##.##.2023-cü il tarixdən ##.##.2024cü il tarixədək ödənilməmişdir. Bildirilib ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçıya ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək ümumilikdə 13.910,40 manat məbləğində əmək haqqı ödənilməli idi.
26. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, 2023-cü ilin may ayında iddiaçıya 52,26 manat az əmək haqqı ödənilmişdir. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2019- ##.##.2024-cü illər üzrə iddiaçıya məxsus bank hesabından çıxarışda əsasən cavabdeh Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə əvvəlki iki ayın əmək haqqı olan 1159,20 manat deyil, 1106,94 manat əmək haqqı ödənilmişdir. (1159,20 – 1106,94 = 52,26 manat). Beləliklə məhkəmə müəyyən etmişdir ki, iddiaçıya ödənilməmiş əmək haqqının məbləği 13.910,40 manat + 52,26 manat = 13.962,66 manat olmuşdur. Iddiaçı həmin məbləğin ona ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
27. Iddia tələbinin ödənilməmiş məzuniyyət haqqının ödənilməsi hissəsində məhkəmə iddianı qismən əsaslı hesab etmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının orta aylıq əmək haqqı 2020-2021-ci illər üzrə 732,88 manat, 2021- 2022-ci illər üzrə 759,89 manat, 2022-2023-cü illər üzrə 1131,70 manat, 20232024-cü illər üzrə 1159,20 manat edir. Əmək müqaviləsinə əsasən işçinin illik məzuniyyət hüququ 21 gün təşkil edir. Beləliklə, 732,88: 30,40 x 21 gün = 507,60 manat, 759,89 : 30,40 x 21 gün = 524,92 manat, 1131,70 : 30,40 x 21 gün = 781,76 manat, 1159,20 : 30,40 x 21 gün = 800,76 manatdır. Məhkəmə qeyd edir edib ki, iddiaçıya işlədiyi dövrlər üçün ödənilməmiş məzuniyyət haqqı 507,60 + 524,92 + 781,76 + 800,76 = 2615,04 manat təşkil edir.
28. Göründüyü kimi iddiaçıya ödənilməmiş əmək haqqının məbləği 13.962,66 manat, məzuniyyət haqqı isə 2615,04 manat olmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, son haqq-hesab olaraq ümumilikdə 16.577,7 (on altı min beş yüz yetmiş yeddi manat yetmiş qəpik) manat pul cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
29. Iddia tələbinin əmək haqqının gecikdirildiyi hər günə görə 1 % ödəncin ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə qismən əsaslıdır.
30. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3- **-**/*-*/****/**** saylı, ## ##### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, hazırkı tədqiqatla cavabdeh Cavabdehn tərəfindən iddiaçı İddiaçı əmək haqqı ödənişinin gecikdirilməsi ilə bağlı ümumilikdə ##.##.2024-cü il tarixə (4-cü sualda soruşulan tarixə) 50.309,28 manat (gecikdirilmiş hər gün üçün əmək haqqının 1%-i məbləğində hesablanmaqla) məbləğində pul vəsaiti ödənilməlidir. Hər gecikdirilən günə üçün düşən faiz məbləği 11,59 % təşkil edir. Göründüyü kimi eskpert rəyində ##.##.2024-cü il tarixə qədər olan gecikdirilmiş günlər üçün əmək haqqı məbləği hesablanmışdır. Məhkəmə hesab edir ki, həmin tarixdən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə daxil olduğu, yəni ##.##.2025-ci il tarixədək olan müddətlərdə gecikdirilmiş əmək haqqı da hesablanmalıdır. ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan günlərin sayı 152 gündür. Belə olan halda 2023-cü ilin ayı üçün gecikdirilmiş günləri sayı 682 gün, iyul ayı üçün 651 gün, avqust ayı üçün 620 gün, sentyabr ayı üçün 590 gün, oktyabr ayı üçün 559 gün, noyabr ayı üçün 529 gün, dekabr ayı üçün 498 gün, 2024-cü ilin yanvar ayı üçün 467 gün, fevral ayı üçün 438 gün, mart ayı üçün 407 gün, aprel ayı üçün 377 gün, may ayı üçün 346 gün edir. Beləliklə, iddiaçı İddiaçı əmək haqqı ödənişinin gecikdirilməsi ilə bağlı ümumilikdə ##.##.2025-ci il tarixə 71,440,76 manat (gecikdirilmiş hər gün üçün əmək haqqının 1%-i məbləğində hesablanmaqla) məbləğində pul vəsaiti ödənilməlidir.
31. Məhkəmə iddianı məcburi sosial sığorta haqqının ödənilməsi hissəsində də əsaslı hesab etmişdir. Belə ki, ##.##.2024-cü il tarixli Əmək və məşğulluq alt sistemindən-ƏMAS çıxarışdan görünür ki, 2022-ci ilin yanvar-dekabr ayları üçün hesablanmış 3696,89 manat sosial sığorta haqqından Cavabdeh tərəfindən 2552,56 manat ödənilmiş, 2023-cü ilin yanvarmay ayları üçün hesablanmış 1783,77 manat sosial sığorta haqqından 1783,35 manat ödənilmişdir. Göründüyü kimi, 2022-ci il üzrə ödənilməli olan 1444,63 manat sosial sığorta haqqı, 2023-cü il üzrə ödənilməli olan məbləğ 2520,42 manat, 2024-cü il üçün ödənilməli olan 360 x 5 ay (yanvar-may) = 1800 manat, ümumilikdə 5765,05 manat sosial sığorta haqqı işəgötürən tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2022- 2024-cü illər üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5765,05 (beş min yeddi yüz altmış beş manat beş qəpik) manat məbləğində məcburi sosial sığorta haqqı cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənilməlidir.
32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73(1), 110(1), 111(1), 113(1), 113(3), 114(2), 139(1), 140(1), 140(2), 140(3), 140(4), 143(1), 143(2), 156(1), 172(1), 172(2), 172(3), 172(4), 172(5), 178(1) maddəsinə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2, 14.3, 14.3.1, 14.3.2-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.17-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
34. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etdi.
35. Həmçinin qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlərhakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımov) iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsslandırmışdır ki, tərəflərin arasında əmək münasibəti olub. ##.##.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı cavabdeh təşkilatda ştatdankənar hüquqşünas vəzifəsində işləyib, ##.##.2019-cu il tarixdə əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilib. Daha sonra tərəflərin arasında bir neçə dəfə bağlanmış müddətli əmək müqaviləsinə əsasən, iddiaçı eyni vəzifədə işləyib, sonuncu dəfə ##.##.2024-cü il tarixdə əmək müqaviləsinə onun müddətinin bitməsinə görə xitam verilib.
38. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə görə, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Lakin 16.577,7 manat son haqq-hesab sonuncu iş günü iddiaçıya ödənilməyib. Bu məbləğin 13.962,66 manatı ödənilməli əmək haqqı, 2.615,04 manatı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzidir. Işin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb.
39. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Cavabdeh əmək haqqının verilməsini gecikdirib və gecikmənin onun təqsiri üzündən baş vermədiyini təsdiq edən sübut təqdim etməyib. Gecikməyə görə verilməli olan odəncin məbləği 71.440,76 manat təşkil edir. Işin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb.
40. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “j” bəndinə görə, işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Lakin cavabdeh iddiaçıya münasibətdə 2022-2024-cü illərdə məcburi dövlət sosial sığorta üzrə 5.765,05 manat sığorta haqqını DSMF-na ödəməyib. Işin bu hal birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb.
41. Əmək haqqının ödənildiyini təsdiq etmək üçün apellyasiya icraatı zamanı cavabdehin məhkəməyə təqdim etdiyi “əmək haqqı və digər ödənişlər barədə” cədvələ və ona əlavə edilmiş ödəniş qəbzlərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin sənədlər əmək haqqının ödənildiyini təsdiq edən sübut sayılmır. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü maddəsindən görünür ki, dövlət orqanı öz işçisinə əmək haqqını nağdsız qaydada verməlidir, lakin “əmək haqqı” kimi qeyd edilən həmin pul vəsaiti iddiaçıya nağd qaydada verilib. Nağd qaydada verilən pul vəsaitinin dövlət orqanına aid maliyyə vasaiti olduğunu təsdiq edən subut (bank hesabından çıxarış və s.) məhkəməyə təqdim edilməyib. Pul vəsaitini işçiyə əmək haqqı kimi verdiyini iddia edən dövlət orqanı pulun dövlət orqanına aid maliyyə vəsaiti olduğunu təsdiq edən sübut təqdim etməlidir. Üçüncü şəxs DSMF-nin nümayəndəsinin də izahatından görünür ki, həmin ödənişlər barədə DSMF-da məlumat yoxdur. Bunun təsdiqi üçün DSMF sığortaolunanın (iddiaçının) hesabından çıxarışı məhkəməyə təqdim edib. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində “əmək haqqı” anlayışı müəyyən edilərkən istifadə olunan “işəgötürən tərəfindən pul formasında ödənilən” ifadəsi öz mənasına görə həmin pulun işəgötürənə məxsus olmasını ehtiva edir.
42. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinə, 83-cü maddəsinin 4-cü hissəsinə, 154-cü maddəsinin 1-ci hissəsinə, 172-ci maddəsinin 5-ci hissəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
44. Cavabdeh Cavabdeh (vəkil-Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin məzmunundan da göründüyü kimi, ilk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Lakin iddiaçının əmək haqqının gecikdirilməsi və ya verilməməsi Cavabdeh təqsiri üzündən baş verməmişdir. Bu hal isə məhkəmə tərəfindən araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025- ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iş üzrə cavabdeh Cavabdeh verdiyi kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Əmək Məcəlləsi(hüquq münasibəti yarandığı vaxt qüvvədə olmuş redaksiyada):
47. Maddə113.
3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. Iş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.
48. Maddə 139.
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.
49. Maddə 154.
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
50. Maddə 140.
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir.
51. Maddə 143.
1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70ci maddəsinin “a” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
2. Işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilir.
52. Maddə 156.
1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.
53. Maddə 172.
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.
3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
4. Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.KMQ9 Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
54. Maddə 178.
1. Işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu:
55. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu:
56. Maddə 1.0.17 . 1.0.17. sosial sığorta ehtiyatı – sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir.
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu:
57. Maddə 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
67. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
68. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
72. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının əmək haqqının gecikdirilməsi və ya verilməməsinin Cavabdeh təqsiri üzündən baş vermədiyi, bu halın isə məhkəmə tərəfindən araşdırılmadığı və düzgün hüquqi qiymət verilmədiyi barədə dəlili ilə razılaşmır.Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh əmək haqqının verilməsini gecikdirib və gecikmənin onun təqsiri üzündən baş vermədiyini təsdiq edən sübut təqdim etməyib.
74. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
75. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apelyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
76. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən məsələyə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yoxlanılan hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
77. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
78. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.