Məhkəmə qərarları › İş №2(3-6)-1962/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1962/2026

18.05.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1962/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X1 və X3 ibarət tərkibdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi (dəqiqləşdirmədən sonra) ilə müraciət edərək Cavabdeh İstehsalat Birliyi ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi il bağlı 14-2-2/3-1K,- ****/**** saylı, ## ####### 2025-ci il tarixli əmrin ləğv edilməsini, onun əvvəl işlədiyi Cavabdeh İstehsalat Birliyi Bakı X2 Departamenin ərizə və şikayətlərin qəbulu və araşdırılması şöbəsininin rəisinin müavini vəzifəsinə, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı zaman həmin vəzifə mövcud olmadıqda isə ona uyğun vəzifəyə, məcburi iş buraxdığı dövrdə ona ödənilməli olan əmək haqqının, ona ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-ni və ona yaşatdıqları mənəvi iztrablara görə 30.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh İstehsalat Birliyinin verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh Cavabdeh İB-nin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə.., dövlət rüsumu ödənilir (108.1-108.1.9). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Hazırda qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və 8.1.3-cü maddələrinə görə iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, iddia ərizələrinin verilməsi üçün 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi qədər dövlət rüsumu ödənilməlidir. Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Baxılan işdəki iddia ərizəsindən (dəqiqləşdirmədən sonra) görünür ki, iddiaçı cavabdehə qarşı əmrin ləğv edilməsi, onun əvvəl işlədiyi Cavabdeh İstehsalat Birliyi Bakı X2 Departamenin ərizə və şikayətlərin qəbulu və araşdırılması şöbəsininin rəisinin müavini vəzifəsinə, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı zaman həmin vəzifə mövcud olmadıqda isə ona uyğun vəzifəyə, məcburi iş buraxdığı dövrdə ona ödənilməli olan əmək haqqının, ona ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-nin və ona yaşatdıqları mənəvi iztrablara görə 30.000 manat məbləğində pulun ödənilməsi barədə tələblər irəli sürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun « Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında » ## ###### 2025-ci il tarixli ** nömrəli Qərarının 9.3.4-cü bəndində qeyd edilmişdir ki, mənəvi təzminat tələbləri şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən yaranan törəmə tələblər olduğundan, bu tələblər birlikdə qaldırıldıqda qiymətləndirilməyən iddialar üzrə nəzərdə tutulmuş dövlət rüsumundan az olmamaq şərti ilə, qiymətləndirilən iddia üzrə nəzərdə tutulmuş həddə dövlət rüsumu ödənilir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə görə hazırki iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləği 180 (bir yüz səksən) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-ci maddəsinə müvafiq olaraq cavabdeh Cavabdeh İB apellyasiya şikayəti üzrə iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş (180 manat) məbləğin yarısı qədər ödəməli olduğu halda, cəmi 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından bu hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən cavabdeh Cavabdeh İB-nin verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 361, 363, 364 və 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar