Məhkəmə qərarları › İş №2(1-8)-1476/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1476/2026

28.07.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2(1-8)-1476/2026 28.07.2026 ALI MӘHKӘMӘ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməmiş əmək haqqının, istifadə olunmamış məzuniyyət haqqının və son haqq-hesabın ödənilməsi) Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki kollegiyası, hakimlәr Abbasov Aqil Әzizağa oğlu (mәruzәçi), Nurmәmmәdov Әhmәd Gülәhmәd oğlu vә Hәsәnov Rәşad Mәhәmmәd oğlundan ibarәt tәrkibdә, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ödәnilmәmiş әmәk haqqının, istifadә olunmamış mәzuniyyәt haqqının vә son haqq-hesabın ödәnilmәsi” tәlәbinә dair mülki iş üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәtnamәsindәn İddiaçı kassasiya şikayәtinә ## #### 2026-cı il tarixdә yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrarı qәbul etdi. İşin halları

1. Cavabdeh MMC ilә İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli әmәk müqavilәsinә әsasәn, İddiaçı Cavabdeh MMC-yә sürücü vәzifәsinә işә qәbul edilmişdir. Әmәk haqqı 400 manat mәblәğindә müәyyәn olunmuşdur.

2. Әmәk müqavilәsinә xitam verilmәsi barәdә ##.##.2025-ci il tarixli, **/** saylı әmrә әsasәn, Cavabdeh MMC bölmәsindә “Sürücü 132” vәzifәsindә işlәyәn İddiaçı Ziyafәt oğlu ilә bağlanmış *******000500 nömrәli әmәk müqavilәsinә Әmәk Mәcәllәsinin 68-ci maddәsinin 2ci bәndinә әsasәn (tәrәflәrdәn birinin tәşәbbüsü ilә) xitam verilmişdir. İşçinin ##.##.2022-ci il tarixindәn ##.##.2025-cil tarixinә qәdәr istifadә edilmәmiş 62 mәzuniyyәt gününün son haqqhesabının qanunvericliyә uyğun şәkildә hesablanıb ödәnilmәsi Maliyyә şöbәsinә/departamentinә hәvalә edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı (bundan sonra hәmçinin “iddiaçı” vә ya “işçi”) iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, ## ###### 2022-ci ildәn ## ###### 2025-ci ilә qәdәr müddәt üçün ödәnilmәmiş әmәk haqqının, hәmin müddәt üçün istifadә olunmamış mәzuniyyәt pulunun, son haqq hesabın, 50 manat mediasiya xәrcinin, 500 manat vәkilә ödәnilәn mәblәğin cavabdeh Cavabdeh (bundan sonra hәmçinin “cavabdeh” vә ya “işәgötürәn”xxxx“MMC”) tutularaq ona ödәnilmәsi barәdә qәtnamә qәbul edilmәsini vә onun adına olan maaş kartından qanunsuz olaraq pul çıxartdıqları üçün MMC-nin vәzifәli şәxsi barәsindә xüsusi qәrardad qәbul edilmәklә materialların ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora göndәrilmәsini mәhkәmәdәn xahiş etmişdir.

4. İddia tәlәbi onunla әsaslandırılmışdır ki, iddiaçı ## ###### 2022-ci ildәn Cavabdeh MMC-dә (VÖEN ***********) sürücü işlәmişdir. İşә qәbul olunan gün iddiaçı ilә әmәk müqavilәsi bağlanılmış, lakin әmәk müqavilәsinin surәti iddiaçıya verilmәmişdir. Buna görә dә iddiaçı әmәk müqavilәsinin rәsmilәşdirilmәsini bilmәmişdir. Hәmçinin, müdiriyyәt tәrәfindәn iddiaçının adına maaş kartı açıldığı bildirilmiş, lakin maaş kartı da iddiaçıya verilmәmişdir. İşlәdiyi müddәt әrzindә bir dәfә dә olsun iddiaçıya әmәk haqqı ödәnilmәmişdir. Razılaşmışlar ki, iddiaçı bir neçә illik әmәk haqqını birdәn alsın, çünki iddiaçı özünә bir ev almaq istәmişdir. O, ## ###### 2025-ci ildә iddiaçı öz xahişi ilә işdәn çıxmışdır. İşdәn çıxdıqdan sonra işlәdiyi müddәt üçün әmәk haqqının, istifadә olunmamış mәzuniyyәt pulunun vә son haqq-hesabının ödәnilmәsini tәlәb etsә dә, iddiaçıya bildirmişlәr ki, ona heç nә verilmәyәcәk, hara istәyirsә şikayәt elәsin, lazımı yerlәrdә tanışları var. Bundan sonra iddiaçı adına olan maaş kartı vasitәsi ilә kәnar şәxslәr tәrәfindәn pulların çıxarılmasını öyrәnmişdir. Hәmçinin, onları tәyin olunan günlәrdәn, saatdan çox işlәtmәlәrinә baxmayaraq, hәmin saatlara görә әlavә әmәk haqqının hesablanmadığını öyrәnmişdir. Bu isә tamamilә qanunsuzdur. Bundan sonra iddiaçı tәrәfindәn cavabdehә mediasiya tәklifi göndәrilmişdir. Lakin hәmin tәklifә cavab verilmәmişdir. Әmәk müqavilәsinin verilmәmәsi, iş günlәrindәn, iş saatlarından artıq işlәdilmәyi, iddiaçının adına olan kart vasitәsi ilә pulların çıxarılmasında cinayәtin әlamәtlәri mövcuddur. Bütün bunlar vergi vә digәr dövlәt ödәnişlәrindәn yayınmaq üçün hәyata keçirilib.

5. Cavabdehin nümayәndәsi iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia әrizәsi tamamilә әsassızdır, tәmin edilә bilmәz. Belә ki, iddiaçı ##.##.2022-ci il tarixdә MMCdә sürücü vәzifәsindә işә qәbul edilmişdir. Onunla hәmin tarixdә qüvvәdә olan Әmәk Mәcәllәsinin tәlәblәrinә uyğun olaraq әmәk müqavilәsi elektron qaydada bağlanmış, müqavilә qanunvericiliyә uyğun şәkildә qeydiyyata alınmışdır. İşçi әmәk müqavilәsinin bağlanmasından dәrhal sonra işә qәbul olunmuş vә ona maaş kartı tәqdim edilmişdir. Kart vasitәsilә iddiaçının әmәk haqqı mütәmadi şәkildә ödәnilmişdir. İddiaçı ilә “guya ev alması üçün bir neçә illik әmәk haqqını birdәn alaraq özünә ev alması”na dair hәr hansı bir razılıq olmamışdır. Bu uydurma fikir iddianın әsassız olduğuna bir daha dәlalәt edir. İddiaçının “işlәdiyim müddәt әrzindә bir dәfә dә olsun mәnә әmәk haqqı ödәnilmәmişdir” iddiası reallığı әks etdirmir. MMC tәrәfindәn işçinin әmәk haqqı rәsmi bank köçürmәlәri vasitәsilә ödәnilmişdir. Әmәk haqqı ödәnişlәrini tәsdiq edәn bank çıxarışları, mühasibatlıq sәnәdlәri mövcuddur vә mәhkәmәyә tәqdim edilәcәkdir. İddiaçının әmәk haqqının ödәnilmәsinә dair yalnız bank çıxarışları vә mühasibat sәnәdlәri deyil, hәmçinin, onunla eyni vaxtda çalışan iş yoldaşları da şahidlik edә bilәr. Hәmçinin, işçinin adına açılmış maaş kartına yalnız әmәk haqqı vә müvafiq ödәnişlәr köçürülmüş, heç bir halda MMC tәrәfindәn hәmin kartdan pul çıxarılmasına dair әmәliyyat aparılmamışdır. Bundan әlavә, hәr hansı işçinin üç ilә yaxın müddәt әrzindә әmәk haqqı almadan işlәmәsi ağlabatan deyil. İddiaçının dediyi kimi, ona bu müddәt әrzindә heç bir ödәniş edilmәmiş olsaydı, o, heç bir halda әmәk münasibәtlәrini davam etdirmәzdi. Bu faktın özü belә iddianın әsassız olduğunu göstәrir. İddiaçı öz әrizәsi ilә işdәn çıxmaq barәdә müraciәt etmiş, işçinin tәşәbbüsü ilә ## ###### 2025-ci il tarixdә әmәk müqavilәsinә xitam verilmişdir. İşdәn azad olunduğu tarixdә iddiaçı ilә tam olaraq son haqq hesab aparılmış vә digәr öhdәliklәr tam şәkildә ödәnilmişdir. Hәmçinin, iddiaçı adına açılmış maaş kartından qanunsuz olaraq pul çıxartdıqları üçün MMC-nin vәzifәli şәxsi barәsindә xüsusi qәrardad qәbul edilmәklә materialların ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora göndәrilmәsini xahiş etmişdir. Qeyd edilmәlidir ki, MMC-nin әmәlindә hәr hansı cinayәt әlamәtlәri yoxdur. Belә ki, sürücü müәssisәnin rәsmi işçisi olmuş, qanunvericiliyin tәlәbinә әsasәn әmәk müqavilәsi bağlanmış, adına maaş kartı açılmış vә işlәdiyi günlәrә müvafiq olaraq әmәk haqqı köçürülmüşdür. Bunlar göstәrir ki, MMC-dә hәr hansı qanunsuz әmәl olmamışdır. MMC-nin ilkin Mediasiya Sessiyasında iştirak etmәmәsinә gәldikdә, MMC-yә bildiriş ##.##.2025-ci il tarixdә çatdırılmışdır. Arayışda da qeyd olunduğu kimi bildirişin göndәrilmә tarixi ##.##.2025ci ildir. Sessiyanin keçirilmә vaxtı ##.##.2025-ci ildir. “Mediasiya haqqında” Qanunda da qeyd edildiyi kimi, bildiriş tәrәflәrә azı 5 gün әvvәl tәqdim edilmәlidir. Eyni zamanda mobil telefon nömrәlәrinә sessiyanın vaxtı vә yeri barәdә heç bir “xxxx” bildirişi göndәrilmәmişdir. Bu sәbәbdәn MMC-nin nümayәndәsi mediasiya sessiyasında üzrlü sәbәbdәn iştirak edә bilmәmişdir.

6. Birinci instansiya mәhkәmәsindә cavabdehin nümayәndәsinin yazılı vәsatәti әsasında şahid qismindә dindirilmiş X2 bildirmişdir ki, iddiaçı ilә bir yerdә işlәmişdir. Onlar birlikdә X1 әmәk haqqına dair bank kartının götürülmәsi üçün etibarnamә vermişlәr vә X1 etibarnamә әsasında onların bank kartını götürmüşdür. Etibarnamәnin verilmәsinә sәbәb o olmuşdur ki, bankın terminalı şәhәrdә çox yerdә yoxdur vә buna görә dә onlar bir şәxsә etibarnamә vermişlәr ki, hәmin şәxs kartı gedib götürsün. Әmәk haqqlarını vaxtı-vaxtında almışlar.

7. Birinci instansiya mәhkәmәsindә cavabdehin nümayәndәsinin yazılı vәsatәti әsasında şahid qismindә dindirilmiş X3 bildirmişdir ki, iddiaçı ilә bir yerdә işlәmişdir. Onlara әmәk haqqı vaxtı-vaxtında ödәnilmişdir.

8. Birinci instansiya mәhkәmәsinin qәrardadı ilә iddiaçıya mәxsus әmәk haqqı kartına vәsait daxil olması barәdә mәlumatların vә kartda olan vәsaitlәrin kim tәrәfindәn mәxaric olunmasını müәyyәn etmәk mәqsәdilә videogörüntülәrin mәhkәmәyә tәqdim edilmәsi “xxxx” ASC-yә hәvalә edilmişdir.

9. “xxxx” ASC-nin sorğuya cavab mәktubunda qeyd olunmuşdur ki, iddiaçıya mәxsus әmәk haqqı kartı ##.##.2024-cü il tarixindә MMC-nin müvәkkil edilmiş şәxsi X1 tәrәfindәn “xxxx” ASC-non “Neftçilәr” filialından tәhvil verilmişdir.

10. “xxxx” ASC hәmçinin nağdlaşma zamanı qeydә alınan foto vә görüntünü tәqdim etmişdir.

11. Kart hesabından çıxarışa әsasәn İddiaçı hesabına ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il tarixlәrdә 300 manat, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixlәrdә 400 manat, ##.##.2024-cü il tarixdә 350 manat, ##.##.2024-cü il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixlәrdә 500 manat, ##.##.2025-ci il tarixdә 480 manat, ##.##.2025-ci il tarixdә 450 manat mәblәğindә әmәk haqqı köçürülmüşdür.

12. Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin 2(001)-6658/2025 nömrәli, ## ###### 2026-cı il tarixli qәtnamәsilә iddia tәlәbi rәdd edilmişdir. (hakim Rəşad Qoşqarlı)

13. Birinci instansiya mәhkәmәsi göstәrmişdir ki, prosessual qanunvericilik hәr bir tәrәfin üzәrinә öz tәlәblәrinin әsası kimi istinad etdiyi halları sübut etmәk vәzifәsi qoyur. Eyni zamanda hәmin sübutlar hәqiqәti әks etdirmәli vә tәkzibolunmaz şәkildә iddia edәn şәxsin dәlillәrini tәsdiq etmәlidir

14. Bu baxımdan, birinci instansiya mәhkәmәsinin mövqeyi belә olmuşdur ki, iddiaçı cavabdehdәn ödәnilmәmiş әmәk haqqını, istifadә edilmәmiş mәzuniyyәtә görә pulun, son haqqı-hesabın tutularaq ödәnilmәsini tәlәb etsә dә, öz hüquqi mövqeyini sübut edә bilmәmiş, bununla bağlı hәr hansı mötәbәr sübutlar mәhkәmәyә tәqdim edilmәmişdir. Belә ki, mәhkәmә tәrәfindәn әldә edilmiş hesabdan çıxarış mәlumatlarından da göründüyü kimi, cavabdeh tәrәfindәn iddiaçının hesabına vaxtı-vaxtında әmәk haqları köçürülmüşdür.

15. Birinci instansiya mәhkәmәsi iddianın vәkil xәrcinin ödәnilmәsi hissәsinә münasibәtdә qeyd etmişdir ki, iddiaçı tәrәfindәn vәkilә ödәnilmiş xidmәt haqqı barәdә (qәbz) heç bir sübut iş materiallarına әlavә olunmamış vә mәhkәmәdә tәqdim edilmәmişdir.

16. Hәmçinin, birinci instansiya mәhkәmәsi iddiaçının xüsusi qәrardad çıxarılması barәdә vәsatәti üzrә göstәrmişdir ki, araşdırma zamanı tәrәflәrin hәrәkәtlәrindә (hәrәkәtsizliyindә) cinayәt әlamәtlәrin mövcud olması müәyyәn olunmamışdır. Belә ki, iddiaçı ona mәxsus bank kartından әmәk haqqının cavabdehin mәsul şәxsi tәrәfindәn qanunsuz olaraq mәxaric edildiyini qeyd etsә dә, aparılmış araşdırma zamanı, hәmçinin, şahidlәrin ifadәllәrindәn dә müәyyәn olunur ki, iddiaçı vә cavabdehin digәr әmәkdaşları hәmin şәxsә onlara mәxsus bank kartının tәhvil alınması barәdә etibar edilmiş, yәni o, mәsul şәxs olmuşdur. Bu sәbәbdәn hәmin vәsatәt tәmin edilә bilmәz.

17. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni Әmәk Mәcәllәsinin 2, 102, 165, 178 (1), Mülki Prosessual Mәcәllәnin 265.4-cü maddәlәrinә vә Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin “Azәrbaycan Respublikası Konstitusiyasının 125-ci maddәsinin VII hissәsinin Azәrbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şәrh edilmәsinә dair” ## #### 2019-cu il tarixli qәrarına istinadla әsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayәti verәrәk, qәtnamәnin lәğv, iddia tәlәbinin tәmin edilmәsini xahiş etmişdir.

19. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, bu günә kimi iddiaçıya işlәdiyi dövrlәr üçün әmәk haqqı, istifadә edilmәmiş günlәrә görә mәzuniyyәt pulu vә son haq hesab verilmәmәsinә baxmayaraq, mәhkәmә tәrәfindәn bu hala qiymәt verilmәmişdir. Mәhkәmә faktlara deyil, cavabdehin fikirlәrinә istinad etmiş vә sonda tәrәflәr arasındakı münasibәtlәrә uyğun olmayan bir qәtnamә qәbul etmişdir. Çox tәәssüf ki, mәhkәmә iddiaçı tәrәfindәn mәhkәmәyә istinad etdiyi halları sübut edә bilәcәk hәr hansı bir sәnәdin tәqdim edilmәmәsinә baxmayaraq, bu hala düzgün qiymәt vermәmişdir.

20. Cavabdeh Cavabdeh MMC apellyasiya şikayәtinә qarşı etiraz verәrәk, etirazını birinci instansiya mәhkәmәsindә verdiklәri etirazın mәzmununa uyğun әsaslandırmışdır.

21. Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәtnamәsi ilә apellyasiya şikayәti tәmin edilmәmiş, Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin 2(001)-6658/2025 nömrәli, ## ###### 2026-cı il tarixli qәtnаmәsi dәyişdirilmәdәn saxlanılmışdır. (hakimlәr Rəşid Səmədov (sədrlik edən və məruzəçi), Xumar Mәrdanova vә Vahid Sadıqov)

22. Apellyasiya instansiyası mәhkәmәsi qeyd etmişdir ki, iddiaçının üç ilә yaxın müddәt әrzindә әmәk haqqı almadan işlәmәsi ağlabatan deyil. İddiaçının dediyi kimi, ona bu müddәt әrzindә heç bir ödәniş edilmәmiş olsaydı, o, heç bir halda әmәk münasibәtlәrini davam etdirmәzdi.

23. Apellyasiya instansiyası mәhkәmәsi diqqәtә çatdırmışdır ki, qanunvericiliyә әsasәn işin faktiki hallarını obyektiv surәtdә aşkara çıxarmağa imkan verәn sübutlar tәqdim olunması iddiaçının birbaşa vәzifәsidir. Hәr bir dәlilin söykәndiyi sübutun mötәbәrliyi şübhә yaratmamalıdır. Bu halda isә işin obyektiv hәlli üçün yalnız mötәbәr sübutlardan istifadә oluna bilәr. Sübutlar sübut edilәn fakta birmәnalı bağlı olmalı, yәni hәmin faktın varlığı barәdә güvәnli nәticә çıxarmağa әsas vermәlidir. Sübuta yetirilmәyәn tәlәb isә әsaslı hesab edilә bilmәz. Sübut edilmәli hallar dedikdә hәmin hallara mübahisәli hüquq münasibәtinin mövcudluğu ilә әlaqәdar olan faktlar vә cavabdeh tәrәfindәn iddiaçının hüququnun pozulmasını vә mübahisәlәndirilmәsini tәsdiqlәyәn faktlar başa düşülür.

24. Lakin iddiaçı ona işlәdiyi dövrlәr üçün әmәk haqqı, istifadә edilmәmiş günlәrә görә mәzuniyyәt pulu vә son haq-hesab verilmәmәsi barәdә öz hüquqi mövqeyini sübut edә bilmәmiş, bununla bağlı hәr hansı mötәbәr sübutlar mәhkәmәyә tәqdim edilmәmişdir. Әksinә, işә birinci instansiya mәhkәmәsindә baxılması zamanı “xxxx” ASC-dәn alınmış kart hesabından çıxarışdan görünür ki, iddiaçının cavabdeh müәssisәdә işlәdiyi dövr әrzindә ona vaxtlı-vaxtında әmәk haqqı ödәnilmişdir. Buna görә iddiaçının apellyasiya şikayәtindә qeyd etdiyi dәlillәr әsassızdır.

25. Apellyasiya instansiyası mәhkәmәsi iddiaçının vәkil xәrcinin ödәnilmәsi vә xüsusi qәrardad çıxarılması barәdә tәlәbinin tәmin edilmәmәsi barәdә birinci instansiya mәhkәmәsinin mövqeyi ilә razılaşıraraq göstәrmişdir ki, cavabdehin vәzifәli şәxslәrinin hәrәkәtlәrindә (hәrәkәtsizliyindә) cinayәt әlamәtlәrin mövcud olması iş materialları ilә müәyyәn olunmamışdır

26. Apellyasiya instansiyası mәhkәmәsi gәldiyi nәticәni Әmәk Mәcәllәsinin 2, 102, 165, 178-ci, Mülki Prosessual Mәcәllәnin 14.2 vә 77.1-ci maddәlәrinә istinadla әsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (vәkil Vәkil) kassasiya şikayәti verәrәk, qәtnamәnin lәğv edilmәsini, iş üzrә yeni qәrar qәbul edilәrәk, iddianın tәmin edilmәsini xahiş etmişdir.

28. Kassasiya şikayәti iddia әrizәsinin vә apellyasiya şikayәtinin dәlillәrinә uyğun olaraq әsaslandırılmış vә әlavә olaraq qeyd edilmişdir ki, iddiaçı әmәk haqlarının hesabda toplanmasını özü xahiş etmişdir. Belә ki, o, 3 illik әmәk haqqına ev almağı planlayırdı. Vә hәmin mәblәğә qeydiyyatda olduğu Salyan şәhәrindәn ev almaq mümkündür. Odur ki, cavabdehin etirazları әsassızdır. Mәhkәmәlәr isә maaş kartının iddiaçının adına olmasına baxmayaraq, hәmin kartdakı mәblәğin kim tәrәfindәn çıxarılmasını araşdırmamışlar. Ona görә dә qәbul edilәn qәtnamәlәr әsassızdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayәtinә qarşı etiraz tәqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddә 102. İşәgötürәn, faktiki olaraq hәr bir işçinin iş vaxtının vә iş vaxtından artıq işlәnmiş saatlarının dәqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması vә qaydası işәgötürәn tәrәfindәn müәyyәn edilir. Maddә 165. İşçilәrә iş vaxtından artıq vaxt әrzindә görülәn işin hәr saatı üçün әmәk haqqı әmәyin vaxtamuzd ödәnilmә sistemindә saatlıq tarif (vәzifә) maaşının ikiqat mәblәğindәn aşağı olmamaqla, әmәyin işәmuzd ödәnilmә sistemindә işәmuzd әmәk haqqı tam ödәnilmәklә müvafiq dәrәcәli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vәzifә) maaşından aşağı olmamaqla әlavә haqq mәblәğindә ödәnilir. Әmәk müqavilәsindә, kollektiv müqavilәdә iş vaxtından artıq vaxt әrzindә görülәn işә görә işçilәrә daha yüksәk mәblәğdә әlavә haqqın ödәnilmәsi nәzәrdә tutula bilәr. İş vaxtından artıq işlәrin әlavә istirahәt günü ilә әvәz edilmәsinә yol verilmir. Maddә 172(1) (münasibәtlәrin yarandığı zaman qüvvәdә olan). Aylıq әmәk haqqı işçilәrә, bir qayda olaraq, iki hissәyә bölünәrәk (avans olaraq vә qalan hissәsi mәblәğindә) on altı gündәn çox olmayan vaxt fasilәsi ilә ayda iki dәfә verilmәlidir. Әmәk haqqı illik dövr üçün hesablanan işçilәrә isә ayda bir dәfәdәn az olmayan müddәtdә verilmәlidir. Maddә 172(4). İşçi işdәn çıxarkәn ona düşәn bütün ödәnclәr tam mәblәğdә işdәn çıxdığı gün verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddә 14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir. Maddә 77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir. Maddә 407.2. Kassasiya şikayәtindә işin hallarının sübut olunmamasına, mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmamasına vә yaxud qәtnamә vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmamasına istinad etmәyә yol verilmir. Maddә 416.1. Kassasiya instansiyası mәhkәmәsi işә şikayәt hәddindә baxır vә kassasiya şikayәtindә irәli sürülmüş dәlillәr üzrә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. Maddә 416.2. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn bu Mәcәllәnin 418.4-cü maddәsindә nәzәrdә tutulmuş prosessual hüquq pozuntusu hesab edilәn hallara yol verilmәsi şikayәtin hәdlәrindәn vә dәlillәrindәn asılı olmayaraq yoxlanılmalıdır. Maddә 417.1.1. Kassasiya mәhkәmәsi işә baxarkәn apellyasiya instansiyası mәhkәmәsinin qәtnamә vә ya qәrardadını dәyişiklik edilmәdәn, şikayәti tәmin etmәdәn saxlaya bilәr. Maddә 417.1.2. Kassasiya mәhkәmәsi işә baxarkәn apellyasiya instansiyası mәhkәmәsinin qәtnamә vә ya qәrardadına dәyişiklik edә bilәr. Maddә 417.1.3. Kassasiya mәhkәmәsi işә baxarkәn apellyasiya instansiyası mәhkәmәsinin qәtnamә vә ya qәrardadını qismәn lәğv edә vә ya tamamilәxxxxqismәn lәğv edib işi yenidәn baxılmaq üçün apellyasiya instansiyası mәhkәmәsinә göndәrә bilәr. Maddә 417.1.4. Kassasiya mәhkәmәsi işә baxarkәn apellyasiya instansiyası mәhkәmәsinin qәtnamә vә ya qәrardadını tamamilәxxxxqismәn lәğv edib apellyasiya instansiyası mәhkәmәsindә müәyyәn edilmiş hallar vә sübutlar әsasında yeni qәrar qәbul edә bilәr. Maddә 418.1. Maddi vә prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq olunmaması, o cümlәdәn maddi vә prosessual hüququn tәtbiqi üzrә mәhkәmә tәcrübәsinin vahidliyinin pozulması apellyasiya instansiyası mәhkәmәsinin qәtnamә vә qәrardadının lәğv edilmәsi üçün әsasdır. Maddә 418.3. Prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq olunmaması qәtnamәnin yaxud qәrardadın lәğv edilmәsi üçün o vaxt әsas ola bilәr ki, bu pozuntu düzgün qәtnamә qәbul edilmәmәsi ilә nәticәlәnsin vә ya nәticәlәnә bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası mәhkәmәsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq olunub-olunmamasını yoxlamaq zәrurәtindәn irәli gәlәrәk, iş materiallarında olan, aşağı instansiya mәhkәmәlәri tәrәfindәn qәbul edilәrәk işә әlavә olunmuş, araşdırılmış vә (vә ya) müәyyәn edilmiş sübutlara vә hüquqi faktlara istinad edilmәsi kassasiya instansiyası mәhkәmәsinin faktiki halları araşdırması kimi qiymәtlәndirilmәmәlidir.

31. Kassasiya şikayәtindә iddiaçı qәtnamәnin tam lәğvini xahiş etmişdir. Bu sәbәbdәn mәhkәmә kollegiyası qәtnamәni tam yoxlayır.

32. Mәhkәmә kollegiyası hüququn inkişafının vә ya mәhkәmә tәcrübәsinin vahidliyinin tәmin edilmәsi üçün әhәmiyyәtli hesab etmәdiyindәn hazırki şikayәtә yazılı icraat qaydasında baxılmasını qәrara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. İddia tәlәbi ödәnilmәmiş әmәk haqqının cavabdehdәn tutulması barәdәdir. İddiaçı tәlәbinin әsası kimi әmәk haqqı kartında olan vәsaitin kәnar şәxslәr tәrәfindәn çıxarılmasına istinad etmişdir.

34. İddianı rәdd edәn mәhkәmәlәr iddiaçının tәlәbinin әsası kimi istinad etdiyi halları sübut edә bilmәmәsi, әksinә, mәhkәmә tәrәfindәn әldә edilmiş hesabdan çıxarış mәlumatlarına әsasәn cavabdeh tәrәfindәn iddiaçının hesabına vaxtı-vaxtında әmәk haqlarının köçürülmәsi әsası ilә iddianı tәmin etmәmişlәr.

35. Mәhkәmә kollegiyası apellyasiya mәhkәmәsinin gәldiyi nәticәni әsaslı hesab etmir.

36. Әvvәla, iddia tәlәbindәn görünür ki, iddiaçı әmәk haqqının onun әmәk haqqı kartına köçürülmәmәsini deyil, hәmin kartdan pulların kәnar şәxslәr – MMC-nin vәzifәli şәxslәri tәrәfindәn çıxarılmasını bildirmişdir. Buna görә dә mәhkәmәlәrin, o cümlәdәn apellyasiya instansiyası mәhkәmәsinin iddiaçının irәli sürdüyü faktiki әsaslardan deyil, başqa әsaslardan çıxış edәrәk, mübahisәsiz hal üzrә gәldiyi nәticә qanuni sayıla bilmәz.

37. Belә ki, iddiaçı әmәk haqqının hesabına köçürülmәsini bildirmәyib, üstәlik, cavabdeh dә etirazında iddiaçıya vaxtlı-vaxtında әmәk haqqı ödәnilmәsini göstәrib.

38. Mübahisәli hal iddiaçının әmәk haqqı kartına köçürülәn pulların kәnar şәxslәr, iddiaçının demәsinә görә isә MMC-nin vәzifәli şәxslәri tәrәfindәn çıxarılmasıdır.

39. Bundan әlavә, işdәn görünür ki, iddiaçının bu dәlili üzrә birinci instansiya mәhkәmәsi ## ###### 2025-ci il tarixli qәrardadla iddiaçıya mәxsus әmәk haqqı kartına vәsait daxil olması barәdә mәlumatların vә kartda olan vәsaitlәrin kim tәrәfindәn mәxaric olunmasını müәyyәn etmәk mәqsәdilә videogörüntülәrin mәhkәmәyә tәqdim edilmәsini “xxxx” ASC-yә hәvalә etmişdir. (iş v.84)

40. “xxxx” ASC ##.##.2024-cü il tarixdәn ##.##.2025-ci il tarixә kimi әmәk haqqı kart hesabından çıxarışı, nağdlaşdırma zamanı qeydә alınan foto vә videogörüntünü mәhkәmәyә tәqim etmişdir. (iş v. 94-99)

41. Әmәk haqqı kartından nağdlaşdırma zamanı qeydә alınan foto vә videogörüntü mәhkәmәyә tәqim edilsә dә, hәmin foto vә videogörüntünün mәhkәmә iclasında tәdqiq edilmәsi işdәn görünmür. Mәhkәmә iclas protokoluna әsasәn, qeyd edilәn mәlumatların alınmasından sonra baş tutan mәhkәmә iclasında (iş v.100-101) “xxxx” ASC-dәn daxil olmuş sәnәdlәr elan edilsә dә, tәqdim olunmuş foto şәkillәrә vә videogörüntüyә baxış keçirilmәmişdir.

42. Göründüyü kimi, işin yeganә mübahisәli halı әmәk haqqı kartından pulun kim tәrәfindәn çıxarılması olsa da, bu xüsusat üzrә tәqdim edilәn sübut üzrә hәr hansı araşdırma aparılmamışdır. Baxmayaraq ki, banka müvafiq sorğu da mәhz hәmin xüsusata aydınlıq gәtirilmәk üçün verilmişdi.

43. Buna görә dә iddiaçının öz tәlәbinin әsası kimi istinad etdiyi halları sübut edә bilmәmәsinә dair gәlinәn nәticә prosessual qanunvericiliyin tәlәbi baxımından әsassızdır.

44. Halbuki iddiaçının bildirdiyi halların tәsdiq vә tәkzib edilmәsi tәqdim edilәn foto vә videogörüntülәr vasitәsilә müәyyәn edilә, bunun da nәticәsi olaraq subyektiv baxımdan iddiaya kimin cavab vermәsi sualına da cavab verilmәklә iddianın qanuni hәlli tapıla bilәrdi.

45. Nәzәrә alınmalıdır ki, mәhkәmә mübahisәsi üzrә tәrәflәrin tәqdim etdiklәri sәnәdlәrin sübut kimi qiymәtlәndirilmәsi formal xarakter daşımamalı, Mülki Prosessual Mәcәllәnin 76, 77, 88 vә 89-cu maddәlәrindә öz әksini tapan sübutların qiymәtlәndirilmәsi baxımından tam, düzgün vә hәrtәrәfli araşdırılmalıdır.

46. Mülki prosessual qanunvericiliyin tәlәbinә görә, mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur. Mәhkәmәnin qәtnamәsi qanuni vә әsaslı olmalıdır. Mәhkәmә öz qәtnamәsini yalnız mәhkәmә iclasında tәdqiq olunmuş sübutlarla әsaslandırır (MPM, 88, 217.1, 217.4-cü maddәlәr).

47. Mülki Prosessual Mәcәllәnin 218.1-ci maddәsinә görә qәtnamә çıxarıldıqda hakim sübutları qiymәtlәndirir, iş üçün әhәmiyyәtli olan nә kimi halların müәyyәn edildiyini, nә kimi halların müәyyәn edilmәdiyini, tәrәflәrin hansı hüquqi münasibәtdә olmalarını, hәmin iş üzrә hansı qanunun tәtbiq edilmәli olduğunu vә iddianın tәmin olunub-olunmadığını müәyyәn edir. Mülki Prosessual Mәcәllәnin 220.4-cü maddәsinә görә isә qәtnamәnin әsaslandırıcı hissәsindә işin mәhkәmә tәrәfindәn müәyyәn edilәn halları, işin halları barәdә mәhkәmәnin әsaslandırıldığı sübutlar ... göstәrilmәlidir.

48. Qeyd olunmalıdır ki, sübutların düzgün qiymәtlәndirilmәsi qanuni vә әsaslı qәtnamә çıxarılması baxımından mühüm әhәmiyyәt daşıyır. Belә ki, mәhkәmә qәrarının әsaslı olması üçün o, mәhkәmә iclasında mülki prosessual qanunvericiliyin prinsiplәrinә vә qaydalarına uyğun şәkildә hәrtәrәfli vә tam araşdırılmış, iş üçün önәmli olan hallara әsaslanmalıdır. Bu sәbәbdәn mәhkәmә qәrarlarında sübutların qiymәtlәndirilmәsinin nәticәlәri әtraflı vә aydın şәkildә öz әksini tapmalı, sübutların qәbul edilmәsinin vә ya rәdd olunmasının, hәr hansı sübuta münasibәtdә digәr sübuta üstünlük verilmәsinin sәbәblәri vә әsasları göstәrilmәli, yәni gәlinәn nәticә vә qәnaәt kifayәt qәdәr әsaslandırılmalıdır.

49. Sübutların qiymәtlәndirilmәsi ilә bağlı bu mövqe Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun bir çox qәrarlarında da әks edilib. (Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevin şikayəti üzrə 2020-ci il ## #### tarixli”, “S.Eyvazovun şikayəti üzrə” ## #### 2022-ci il tarixli Qərarları)

50. Apellyasiya instansiyası mәhkәmәsi dә iddiaçının dәlilәrinә vә tәqdim edilmiş sübutlara qiymәt vermәmәklә, eyni sәhvi tәkrarlamışdır. Halbuki qeyd edilәn sübutların araşdırılıb, onlara qiymәt verilmәsi yuxarıda qeyd edildiyi kimi iddianın obyektiv vә qanuni hәlli baxımından mühüm әhәmiyyәt kәsb etmişdir.

51. Mülki Prosessual Mәcәllәsinin 392.1.5-ci maddәsi tәlәb edir ki, apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsindә mәhkәmәnin nәticәyә gәlmәsi barәdә motivlәr vә mәhkәmәnin rәhbәr tutduğu qanunlar göstәrilmәlidir.

52. İddiaçının apellyasiya şikayәtinin bütün dәlillәrini yoxlayıb qiymәt vermәk işә mahiyyәti üzrә baxan mәhkәmә kimi apellyasiya mәhkәmәsinin vәzifәsidir. Eyni hüquqi mövqe Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin bir çox qәrarlarında da öz әksini tapıb. (Mәs., “G.Hәsәn-zadәnin şikayәti üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının # ##### 2014-cü il tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

53. İşin hallarına işdәki sübutlarla, elәcә dә onlara prosessual qanunvericiliyin tәlәbinә qiymәt verilmәdәn aydınlıq gәtirilmәdiyi üçün mәhkәmә kollegiyası apellyasiya instansiyası mәhkәmәsinin gәldiyi nәticәnin әsaslılığına qiymәt verә bilmir.

54. Mülki Prosessual Mәcәllәnin 217.1-ci maddәsinә görә mәhkәmәnin qәtnamәsi qanuni vә әsaslı olmalıdır.

55. Qanunvericiliyin qәtnamәnin әsaslandırılmalı olması barәdә tәlәbinin mәqsәdlәrindәn biri dә odur ki, mübahisә tәrәfi mübahisәnin hәlli ilә bağlı mәhkәmәnin gәldiyi nәticәnin nә dәrәcә düzgün olmasını özü üçün müәyyәn edib, sonrakı hәrәkәtlәrini proqnozlaşdıra bilsin. Әks halda, mübahisә tәrәfindә mәhkәmә qәrarına yaranan şübhәlәr әdalәt mühakimәsinә inamı azaldır, yersiz vә әlavә mәhkәmә çәkişmәlәrinә yol açır. Mәhkәmә aktlarının әsaslandırılmış olması iş üzrә tәrәflәrdә qәbul edilmiş qәrarın qanuni vә әdalәtli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdә mәhkәmә hakimiyyәtinә olan etimadın möhkәmlәnmәsinә xidmәt edir. Hәm dә mәhkәmә aktı elә şәkildә tәrtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya mәhkәmәsi ifadә olunmuş qәnaәtin әsaslı olub-olmadığını, habelә maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilibedilmәdiyini müәyyәnlәşdirә bilsin.

56. Belәlilklә, mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, kassasiya şikayәti qismәn tәmin edilmәli, apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsi lәğv edilmәli, yeni apellyasiya baxışına qaytarılmalı, işә yenidәn baxan mәhkәmә hazırki qәrarı әks mövqe nümayiş etdirmәk üçün formal әsas kimi qәbul etmәyәrәk, qәtnamәnin lәğv olunma әsası kimi yuxarıda şәrh edilәn pozuntuları aradan qaldırmalı, işin tam, hәrtәrәfli vә obyektiv hәlli baxımından bütün zәruri prosessual hәrәkәtlәri etmәli, işin müәyyәn edilmiş hallarına vә tәrәflәrin hüquq münasibәtinә uyğun gәlәn maddi hüquq normalarını düzgün tәtbiq etmәklә qanuni vә әsaslı qәrar qәbul etmәlidir.

57. Yuxarıda göstәrilәnlәri vә MPM-in 416, 417, 418 vә 419-cu maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayәti qismәn tәmin edilsin. Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәtnamәsi lәğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qәrar qәbul edildiyi andan qüvvәyә minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar