Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-190/2021 08.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Socarın X5 Cavabdeh qarşı Socarın X5 istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də kəmərdən 20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Binəqədi rayonu 1-ci mədən korpus 238 ev 3 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X6 İdarəsi Cavabdeh qarşı Socarın X5 istismarında olan Binəqədi-Bakı Dş- 200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də kəmərdən 20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Binəqədi rayonu 1-ci mədən korpus 238 ev 3 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Socarın X5 nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Socarın X5 istismarında olan Binəqədi-Bakı DŞ 200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də kəmərdən 20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən korpus 238 ev 3 ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti aparılması faktı aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mehafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına təhdid yarada bilər. Ona görə də Socarın X5 istismarında olan Binəqədi-Bakı DŞ 200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də kəmərdən 20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən korpus 238 ev 3 ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək cavabdehin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X8 X3 Bölümünün əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Qaradağ İstehsalat Bölümünün istismarında olan Binəqədi- Bakı DŞ 200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də kəmərdən 20 metr aralı məsafədə Binəqədi rayonu 7-ci mkr X.Dairəvi küçəsi yataqxana ev 4A mənzil 203 ünvanında qeydiyyatda olan Cavabdeh məxsus Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən korpus 238 ev 3 ünvanında yerləşən həyətyanı sahədə çardaq tikintisi işlərinin aparılması aşkarlanmış və tikinti işlərinin dayandırılması barədə yazılı xəbərdarlıq olunmasına baxmayaraq sonuncu tikinti işlərini davam etdirilmişdir. X5 xəbərdarlığından müəyyən olunur ki, Cavabdeh X5 istismarında olan Binəqədi- Bakı DŞ 200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də kəmərdə 20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən korpus 238 ev 3 ünvanında tikinti işlərinin aparılmasının dayandırılması barədə xəbərdarlıq edilmiş, Cavabdeh xəbərdarlığı imzalamaqla tanış olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2422 saylı rəyindən müəyyən olunur ki, baxış zamanı təqdim edilmiş Socarın X5 istismarında olan Binəqədi-Bakı Dş 200 mm-lik magistral neft kəmərindən 8 metr aralıda hasar tikintisi, 10 metr aralıda fərdi yaşayış evi və 22,5 metr aralıda həmin yaşayış evinə bitişik olan, 2,2x4,3 metr ölçüdə metal konstruksiyadan yığılmış, üzəri taxta konstruksiyalarla yığılaraq dəmir təbəqə vurulmuş çardaq tikintisi həmin neft kəmərinin mühafizə zanasında yerləşir, iş materiallarında sözügedən çardaq tikintisinə dair hər hansı icazə (razılaşdırma) sənədi olmadığından və təqdim olunmadığından həmin tikinti işlərinin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.3.-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Həmin Qaydaların 6.4.-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Həmin Qaydaların 6.7.-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh Socarın X5 istismarında olan Binəqədi-Bakı DŞ 200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də kəmərdən 20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən korpus 238 ev 3 ünvanında qanunsuz tikili inşa etməklə X6 İdarəsinə məxsus neft kəmərinin mühafizə zonasına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin Socarın X5 istismarında olan Binəqədi-Bakı DŞ 200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də kəmərdən 20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən korpus 238 ev 3 ünvanında qanunsuz tikili inşa etməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır və ona görə də tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Socarın X5 istismarında olan Binəqədi-Bakı DŞ 200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də kəmərdən 20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən korpus 238 ev 3 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili Cavabdeh hesabına sökülərək Cavabdeh oğlu ərazidən çıxarılsın. Cavabdeh dövlət rüsumuna görə 10 manat Socarın X5 xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-190/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-190/2021
08.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver