Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1907/2021 02.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayonu, Novxanı bağları 1, ev 380/A ünvanında yerləşən bağına 810,73 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Onunla cavabdeh arasında sudan istifadə və çirkab suların axıdılması barədə heç bir müqavilə bağlanmamış və mövcud deyildir. Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən ona məxsus olan ünvan 1 ünvanında yerləşən bağına əsassız olaraq 810,73 manat məbləğində cərimə hesablamışdır. Abşeron rayon Sukanal İdarəsinin rəhbərliyinə və məsul işçilərinə dəfələrlə anlatmağa çalışmışdır ki, onun bağında 2 su quyusu vardır və bu da onun bağında olan su ehtiyacını ödəməyə kifayət edir. Onun tələbi ilə bağı tərəfə gələn köhnə bir su boruu tapıb üzərinə 18015939 №-li sayğac quraşdırmışlar. Bir ay keçdikdən sonra təşkilatın işçiləri öz sayğaclarına inanmayıb, sayğacdan çıxan su borusunu kəsib, ağzına tıxac vurmuşlar. Bütün bünlara baxmayaraq ona yazılan cərimənin miqdarı çoxalırdı. Hər dəfə cavabdeh təşkilatı işçilərinə bildirmişdir ki, o həmin sudan istifadə etmir. Sayğaca baxış keçirilən zaman sayğacın plombunun üstündə olması, sərfiyyatın olmamasını öz inventar aktlarında qeyd etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, o çəkilən sudan istifadə etmir. Təşkilatın işçilərinə demişdir ki, inanmırlarsa sayğac qoya bilərlər. Sayğac qoyduqdan sonra ona 600 manat cərimə yazmışlar. İddianı müdafiə edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağ sahəsindən su istifadə edilməsi ilə bağlı abonent müqaviləsi bağlanmış və iddiaçının bağ sahəsində su sayğacına **********000 abonent kodu verilmişdir. İddiaçıya Cavabdeh ASC-tərəfindən 2016-cı il üçün 718.68 manat cərimə məbləği, 2017-ci il üçün 92.05 manat sərfiyyata görə məbləğ hesablamışlar. Həmin məbləğlərin cərimə kimi yazılması onunla təsdiq olunur ki, sayğac qoşulduğu vaxtdan onun vasitəsilə su sərfiyyatı aparılmamış və hal-hazırda da sayğacın göstəriciləri sıfırdır. Yəni iddiaçı həqiqətən bağ sahəsində olan su quyularından istifadə edərək ehtiyacını ödəmiş və o, sayğacdan hər hansı sərfiyyat aparmamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh ASC tərəfindən verilən abonent kodu **********000 olan sayğacın abonent kartından görünür ki, istehlakçı ilə Cavabdeh ASC arasında müqavilə xx.xx.2014-cü il tarixində imzalansa da, həmin ünvanan sayğac xx.xx.2018-ci il tarixində quraşdırılmışdır. Abonent kartında istehlakçıya sudan istifadəyə görə isə 2016-cı il tarixində 718,68 2017-ci ildə isə 92,05 manat borc hesablanmışdır. 2018-2019-cu illər ərzində isə istehlakçıya sudan istifadəyə görə borc məbləği və dəbbə pulu hesablanmamış, 2020-ci il üzrə isə 810,73 manat borc məbləği hesablanmışdır. Məhkəmə o qənaətə gəlir ki, abonent kartına əsasən sayğac 2018-ci il tarixində quraşdırılmışdırsa, istehlakçıya hansı əsasla, mənbəyi göstərilmədən 2016 və 2017-cı il tarixində ümumilikdə 810,73 manat borc hesablanması qanunsuz və əsassızdır. Odur ki, işin faktiki hallarına əsasən iddiaçının tələbi əsaslı hesab edilməlidir. Beləliklə məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilə Sudan istifadə Qaydalarının 1.6-cı bəndinə əsasən STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Həmin qaydaların 6.1-ci STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Antiinhisar və X1 Dövlət Agentliyi (bundan sonra – AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDAnın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır Həmin qaydaların 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin qaydaların 7.14-cü bəndinə əsasən Bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir. Həmin qaydaların 8.1.8-ci bəndinə əsasən istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarətdir ki, cavabdeh iddiaçıya hansı əsasla borc hesablanmasını sübut etməlidir. Cavabdeh tərəfindən tərtib edilmiş Abonent kartından müəyyən edilir ki, hesablanmış borc məbləği cərimələrdən ibarətdir. Lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, eyni zamanda ona ünvanlanan sorğuya cavab verməmişdir. Qanunsuz qoşulmanın mövcudluğu və cərimənin hesablanması müvafiq aktlarla təsdiq olunmalıdır. Lakin cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Halbuki hazırki mübahisədə tələb olunan borcun əsaslılığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçı təqdim etdiyi sübutlar əsasında hesablanmış məbləğin sudan istifadəyə görə sərfiyyatla bağlı olmadığı və ümumiyyətlə sayğac vasitəsilə sudan istifadə edilmədiyi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən 810,73 manat məbləğində cərimə borcu abonent kodu **********000 olan hesabdan silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən 810,73 manat məbləğində cərimə borcu abonent kodu **********000 olan hesabdan silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1907/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1907/2021
02.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver