Məhkəmə qərarları › İş №2(001)-192/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-192/2025

12.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-192/2025 12.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona yazılan 197 manat pulun ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 57, mənzil 18 ünvanında olan mənzilini avsuqt ayında satmışdır. xx.xx.2024-cü ildə Asan kommunal Dəmiryol Vağzalında olan "xxxx" əməkdaşına yaxınlaşmışdır. Borc barəsində məlumat almış, ona borcun olmaması deyilmişdir. Təmizlik kağızı istəmiş, imtina edilmişdir. xx.xx.2024-cü il tarixdə onun mənzilini alan adam su sayğacını adına keçirmək üçün Asan kommunala yaxınlaşmışdır. Bildirmişdilər ki, 197 manat borcu var. "xxxx" Baş İdarəsinə ərizə ilə müraciət etmiş, ona cavab yazmışlar ki, bu borc, yəni 197 manat ödənilməlidir. İndiyə qədər bu borc barəsində ona bildiriş gəlməmiş və onun borcu yoxdur. İndiyə qədər bildirşdə 197 manat barəsində məlumat yazılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Bildirdi ki, həmin mənzildə məcburi köçkünlər yaşamış və dövlət tərəfindən onların kommunal xidmətləri özlərinə ödənilmişdir. Lakin həmin şəxslər istifadə etdiyi xidmətlərə görə ödənişlər etməmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: **********180 nömrəli abonent kodu olan abonent kartından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 57 ünvanında yerləşən 18 saylı mənzilə xx.xx.2024cü il tarixə 197 manat borc hesablanmışdır. xx.xx.2024-cü il tarixli hesab fakturanın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 57 ünvanında yerləşən 18 saylı mənzilə dövriyyə əvvəlinə qalıq borc 197 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan abonentin saldo cədvəlinə əsasən, “Abonent haqqında məlumat”dan göründüyü kimi 2007-ci il tarixdən 01 avqust 2023-cü il tarixədək olan dövr ərzində İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə quraşdırılmış su sayğacı (abonent kodu-**********180) üzrə istifadə edilmiş su təchizatı 197 manat qalıq borc məbləği abonentin saldo cədvəli məlumatlarınds öz əksini tapır. Qeyd edilir ki, iş materiallarında abonentin saldo cədvəlindəki məlumatlara əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə olan borcu 197 manat məbləğində müəyyən olunur. Həmin borc 2007-ci il tarixdən 01 avqust 2023-cü il tarixinədək olan dövr ərzində İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evin (abonent koud-**********180) su sərfiyyatına görə yaranmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Eyni Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə araşdırması zamanı, həmçinin tərəflərin məhkəmə iclaslarında verdikləri izahatları ilə və müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilə 2007-ci il tarixdən 01 avqust 2023-cü il tarixinədək olan dövr ərzində 197 manat məbləğində borc hesablanmışdır. Müəyyən olunur ki, həmin mənzildə məcburi köçkünlər yaşamış və dövlət tərəfindən onların kommunal xidmətləri özlərinə ödənilmiş, onlarda istifadə etdiyi xidmətlərə görə ödənişlər etməmişlər. Belə olan halda da, həmin mənzilə istifadə olunmuş xidmətlərə görə borc hesablanmışdır. Bununla da, sözüqedən mənzilə cavabdeh tərəfindən yazılmış borc əsaslıdır. İddiaçı isə həmin borcu həmin mənzildə yaşamış və xidmətlərdən istifadə etmiş şəxslərdən tələb edə bilər. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh həmin tələbə cavab verməli olan şəxs deyil. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proseddusl Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar