Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1929/2021 15.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X16 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilmiş hesab olunması və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilmiş hesab olunması və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 5 nömrəli evin 16 nömrəli mənzilin cavabdehlər tərəfindən boşaldılmasına, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinə, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 5 nömrəli evin 16 nömrəli mənzilin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan X3 istifadə hüquqlarının itirilmiş hesab olunmasına, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(011)-138/2018 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, cavabdeh X4 05 sentyabr 2014-cü il tarixli RBYF-5279 saylı Baş kredit müqaviləsi üzrə 123.500 manat əsas, 63.746 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 4.442,57 manat və 2.500 manat dəbbə borcu olmaqla, cəmi 194.188,57 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi, 05 sentyabr 2014cü il tarixli RBYF-5279 saylı Baş kredit müqaviləsi üzrə tələb cavabdeh X5 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində 1260V ünvanında yerləşən 0,12 ha toqpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 358,4 kv.m ibarət 2 mərtəbəli 6 otaqlı bağ evinə yönəldilməsi və ilkin satış qiyməti 250.000 manat olmaqla açıq hərracda satılması, həmin bağ evinə tutma yönəldikdən və o 1 ay satıldıqdan sonra boşaldılması, cavabdeh X4 30 oktyabr 2015-ci il tarixli RBYF-5528 RES saylı Baş kredit müqaviləsi üzrə 85.604,71 manat əsas, 181.161,97 manat faiz, 2.000 manat dəbbə, bildirişlərin qeydə alınması üçün 210 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 106.006,68 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi, 30 oktyabr 2015-ci il tarixli RBYF-5528_RES saylı Baş kredit müqaviləsi üzrə tələb ipoteka müqavilələri ilə yüklü edilmiş X9 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 9, mənzil 137-yə, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 25, mənzil 32-yə, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsi, ev 20, mənzil 26-ya, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 5, mənzil 16-ya, X7 məxsus Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ev 5, mənzil 21-22-yə, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 10, mənzil 11-ə yönəldilməsi, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 9, mənzil 137-nin ilkin satış qiymətinin 61.000 manat, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 25, mənzil 32-nin ilkin satış qiymətinin 59.000 manat, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsi, ev 20, mənzil 26-nın ilkin satış qiymətinin 65.000 manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 5, mənzil 16-nm ilkin satış qiyməti 87.000 manat, X12ma məxsus Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ev 5, mənzil 21-22-nin ilkin satış qiymətinin 105.000 manat, X9 məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 10, mənzil 11-in ilkin satış qiymətinin 59.000 manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahələrinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra boşaldılması, ipoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına cavabdeh X6 İddiaçı ASCyə olan borcunun ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin hərracın nəticələri haqqında 27 sentyabr 2019-cu il tarixli Y-234/1 saylı Protokoluna əsasən ilkin hərrac qiyməti 87.000 manat olan ipoteka predmeti Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 5 nömrəli evin 16 nömrəli mənzili 55.462 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 27 sentyabr 2019cu il tarixli müqaviləyə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 5, mənzil 16 İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə, keçirilmiş hərracın yekunlarına dair protokola məhəl qoymayaraq cavabdehlər fərdi yaşayış evini boşaltmaqdan imtina edir. Bu da İddiaçı ASC-nin öz qanuni mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir. “Elektron Notariat” X1 03 dekabr 2020-ci il tarixli Çıxarışa əsasən X10, Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzildə qeydiyyatdadırlar. X15 o oğlu yetkinlik yaşma çatmadığı üçün tərəfindən cavabdehlər siyahısına salınmamışdır. İddia ərizəsinə əlavə edilmiş qanuni sənədlərdən göründüyü kimi İddiaçı ASC yuxarıda göstərilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin qanuni mülkiyyətçisidir, lakin cavabdehlərin qanunsuz hərəkətlərinə görə İddiaçı ASC mülkiyyət hüququnun bütün elementlərinə sahib olmadığından faktiki mülkiyyət hüququnu həyata keçirə bilmir. Halhazırda cavabdehlərin İddiaçı ASC-nin mülkiyyətində olan mənzildə məskunlaşaraq, iddiaçının qanuni tələblərinə məhəl qoymaması və mənzili tərk etməmələrindən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə ehtiyac duyulur. Belə ki, cavabdehlərin qanunsuz əməlləri, qanuni mülkiyyətçi "Rabitəbank” ASC-nin mülkiyyət hüququnu tam realizə etməyə imkan vermir, habelə əmlak üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Eyni zamanda gələcəkdə əmlakın qanuni mülkiyyətçisi kimi, onun hüquqi müqəddəratını müəyyən etmək, əmlakın özgəninkiləşdirilməsində yarana biləcək problemlərin və risklərin qarşısını almaq üçün cavabdehərin yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxarılmağa ehtiyac vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(011)-138/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh X4 30 oktyabr 2015-ci il tarixli RBYF-5528 RES saylı Baş kredit müqaviləsi üzrə 85.601,71 manat əsas, 18.161,97 manat faiz borcu, 2.000 manat dəbbə, bildirişlərin qeyd alınması üçün ödənilmiş 210 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 106.000,68 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın 30 oktyabr 2015-ci il tarixli RBYF-5528 RES saylı Baş kredit müqaviləsi üzrə tələb ipoteka müqavilələri ilə yüklü edilmiş digər evlərlə yanaşı Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 5 saylı evin 16 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 87.000 manat olmaqla açıq hərracda satılması, həmin yaşayış sahəsinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdeh X6 İddiaçı ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. “Əmlak İxstisaslaşdırılmış Hərrac Mərkəzi”nin 27 snetyabr 2019-cu il tarixli hərracın nəticələri haqqında Y-234/1 nömrəli protokolunun və 27 sentyabr 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətlərindən görünür ki, Xətai rayon icra şöbəsinin 01 iyun 2018-ci il tarixli, 2(011)-138/2018 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 5 saylı evin 16 saylı mənzili 55.462 manata İddiaçı ASC-yə satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 5, mənzil 16 xüsusi mülkiyyət hüququ üzrə 28 yanvar 2020-ci il tarixdə İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. “Elektron notariat” X1 çıxarışdan görünür ki, 09 iyul 2016-cı il təvəllüdlü X10, xx xxxxxxx 1992-ci il təvəlüdlü Cavabdeh1 və xx xxxx 1993-cü il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 5, mənzil 16-da qeydiyyatdadırlar. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(009)-566/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X8 və X11 cavabdeh "xxxx" MMCyə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Mir Cəlal küçəsi 5 saylı evin 16 nömrəli mənzili barəsində keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, hərrac nəticəsində cavabdeh tərəfindən verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2(102)-1477/2021 saylı qərarından görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(009)-566/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5220/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X11 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı X6 adından kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı X6 adından verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Daha sonra qeyd olunan qərardaddan kassasiya şikayəti verilsə də, şikayət təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5220/2020 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 13 yanvar 2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Beləliklə, məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Cavabdeh1 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 5 saylı evin 16 saylı mənzili Bakı şəhəri Xətai rayon icra şöbəsinin 01 iyun 2018-ci il tarixli, 2(011)- 138/2018 saylı icra vərəqəsinə əsasən açıq hərracda satılmış və hazırda qeyd olunan mənzilin mülkiyyətçisi İddiaçı ASC-dir. Lakin buna baxmayaraq, həmin ev cavabdehlər tərəfindən boşaldılmamışdır. Məhkəmənin gəldiyi qənaətə görə, cavabdehlərin iddiaçının mülkiyyətində olan evə istifadə hüquqlarının olması və orada yaşaması, sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 – 09 iyul 2016-cı il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 5 saylı evin 16 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməli, həmin mənzil cavabdehlər tərəfindən boşaldılmaqla iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 – 09 iyul 2016cı il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 5 saylı evin 16 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməli, həmin mənzil cavabdehlər tərəfindən boşaldılmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, qət e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 – 09 iyul 2016-cı il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 5 saylı evin 16 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin, həmin mənzil cavabdehlər tərəfindən boşaldılmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1929/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1929/2021
15.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver