Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3166/2025 21.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi və cavabdehə məxsus əşyaların evdən çıxarılması» tələbi barədə iddiasına dair mülki işə işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı Cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsində yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və onlara məxsus əşyaların çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı qarşı Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə, 4Ə- 71 reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, evin əvvəlki vəziyyətinə qaytarılması, Gəncə şəhəri, Zərrabi küçəsi, 3-cü döngədə yerləşən 5 nömrəli mənzilə dair cavabdeh İddiaçı adına verilmiş çıxarışın ləğvi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-2205/2025 nömrəli qərardadına əsasən Cavabdeh İddiaçı qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı və Cavabdeh Gəncə Şəhər Məhkəməsinin icraatında olan sözügedən mülki işlərin bir icraata birləşdirilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi və cavabdehə məxsus əşyaların evdən çıxarılması» tələbinə dair hazırki mülki işin Gəncə Şəhər Məhkəməsinin icraatında olan Cavabdeh İddiaçı qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair 2(125)-2205/2025 nömrəli mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmələri məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-ci maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 43.1 və 43.2-ci maddəsinə görə isə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi və cavabdehə məxsus əşyaların evdən çıxarılması» tələbinə dair hazırki mülki iş Gəncə Şəhər Məhkəməsinin icraatında olan Cavabdeh İddiaçı qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair 2(125)-2205/2025 nömrəli mülki işlə birlikdə bir icraatda baxılması üçün həmin mülki işə birləşdirilsin və həmin mülki işə 2(125)-2205/2025 statik nömrəsi təyin edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3166/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3166/2025
21.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver