Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5661/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5661/2024 (Açar sözlər: mənzilə istifadə hüququna xitam, ədalətli kompensasiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Ağazadə-X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən mülkiyyət hüququna, sahiblik və istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması, mənzildən çıxarılma və yeni mənzilin verilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-298/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə 04 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən mülkiyyət hüququna, sahiblik və istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması, mənzildən çıxarılma və yeni mənzilin verilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin üzərində mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən sahiblik və istifadə hüququna xitam verilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaqla həmin mənzilin tam boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 34 kvadrat metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi və yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 350 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin üzərində mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaqla həmin mənzilin tam boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişmələrində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 34 kv.m olan 1 ədəd 1 otaqlı yeni təmirli mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi və cavabdehlərin ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarıldığı gündən yeni mənzil ilə təmin edildiyi günədək İddiaçı MMC tərəfindən cavabdehlərə aylıq cəmi 350 manat kirayə haqqına görə kompensasiya ilə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdə vermiş olduğu iddia tələbinə dəqiqləşdirmənin son abzasında ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzildən ifadəsinin ünvan 1 ünvanında yerləşən mənzildən ifadəsi ilə əvəz edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər, İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin, Azerbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpasa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerinde müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi ve sakinlərin köçürülməsi "xxxx" MMC-nə həvalə edilmişdir.Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməli əlaqədar həmin sakinlərin istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi fərdi yaşayış evlərindən 200-ə yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 12 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 28.30 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlərlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Binanın tikilməsi barəsində Bakı şəhəri İcra Hakimiyyətinin 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamının 1.1.-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlarla vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəflərindən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri e-2(004)-298/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 13.1, 13.3, 29.4, 43.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 180.1, 180.2, 180.4, 560.1, 560.2, 560.3.5.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 28.1, 28.4-cü maddəsinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2, 17-ci maddələri, Mülki Prosessual Məcəllənin 13.7, 14.2, 76, 77.1, 119, 217.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2022-ci il tarixli sərəncamda qeyd edilir ki, müvafiq ərazidə daşınmaz əmlak mülkiyyətçilərinin və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri mülki münasibətlərə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilsin. Halbuki İddiaçı MMC nəinki onun razılığı alınmamış, bu günədək onun mənzilinə qanunsuz müdaxilələr etməklə mülkiyyət hüququmu kobud şəkildə pozmağa davam etməkdədir. Bildirmək istəyir ki, iş üzrə təyin edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilən rəyə əsasən mənzilin faktiki sahəsi 41.95 kv metr təşkil edir. Buna baxmayaraq, iddiaçı onun mənzilinin faktiki sahəsindən də az bir sahəyə malik olan mənzil təklif etmiş, məhkəmə isə bu iddianı əsassız şəkildə təmin etmişdir. Göründüyü kimi məhkəmə iş üzrə təyin edilən ekspertiza rəyinə heç bir əhəmiyyət verməmiş, obyektiv və hərtərəfli araşdırma həyata keçirməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzi tərəfindən müəyyən edilən faktiki olaraq 41.95 kv m olması nəzərə alınmamış, beləliklə, iddiaçının maraqlarını güdən qərar qəbul edilmiş, qeyd olunan iddia tələbinə əsaslı şəkildə etiraz etmələrinə baxmayaraq, məhkəmə tərəfindən “işin məhkəmədə baxılmasının prosessual müddətinin bitməsi” əsas gətirilərək təcili şəkildə yekunlaşdırılacağı qeyd edilərək iş üzrə sübutlara hərtərəfli qiymət verilmədən hüquqi əsassız qətnamə qəbul edilmiş, nəinki mənzilin faktiki sahəsindən 20% daha artıq mənzil, hətta daha az sahəli mənzilin verilməsinə dair iddia tələbi təmin edilmişdir. Qeyd etmək istəyir ki, iddiaçı digər vətəndaşlara nəinki 20% artıq mənzil təklif edir, hətta bəzi vətəndaşlara 20%-dən daha artıq mənzil təklif etməkdədir. Onun isə yaşlı anası ilə tək yaşamalarından istifadə edərək, israrla haqqı olan mənzili və ya onun ədalətli dəyərini verməməkdə israr edir, üstəlik, mənzilin faktiki sahəsindən daha az mənzil təklif edir. Onun hal-hazırda yaşadığı və qeydiyyatda olduğu həyət evidir, mənzilinin həyətyanı sahəsi də mövcuddur və ona iddiaçı tərəfindən təklif edilən 34 kv metr sahəyə malik olan mənzilin ümumi tikinti altı sahə ilə nəzərə alınıb-alınmaması, ümumiyyətlə, qəti şəkildə aydın olmamışdır. Yəni onun, ümumiyyətlə, yeni mənzilə köçürüləcəyi də sual altındadır. İddiaçı tərəfindən guya onların köçürülməsi nəzərdə tutan mənzillə bağlı heç bir təsdiqedici sənəd, şəkil digər buklet təqdim edilmədən, mənzilin vəziyyəti, parametrləri, otağın və köməkçi sahələrin quruluşu barədə, eləcə də mənzilin məhz hansı binada (müvafiq oxlarla göstərilməklə) yerləşməsinə dair heç bir sübut təqdim edilmədən məhkəmə sadəcə iddiaçının sözlərinə əsaslanmaqla tamamilə qanunsuz qətnamə çıxarmışdır. Kirayə haqqının müəyyən edilməsi ilə bağlı məsələyə gəldikdə isə, İddiaçı MMC-nin hakim Toğrul Axundovun icraatında olan işlə bağlı hazırki mülki işlə əlaqəli əlavə etdiyi qərardadla müəyyən edilmişdir ki, yeni çox mərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən digər cavabdehlərə hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Görünən odur ki, "xxxx" MMC vətəndaşlara təqdim edilməsi nəzərdə tutulan mənzillərin sahəsini “öz istəyinə uyğun” müəyyən etdiyi kimi, kirayə haqlarında da “eyni yanaşma”nı tətbiq edərək “öz istəklərinə” uyğun olaraq müəyyən etmişdir.
9. Qətnamədən həmçinin Cavabdeh2 apellyasiya şikayəti onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2022-ci il tarixli sərəncamda qeyd edilir ki, müvafiq ərazidə daşınmaz əmlak mülkiyyətçilərinin və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri mülki münasibətlərə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilsin. Halbuki İddiaçı MMC nəinki onun, heç mülkiyyətçi olan qızının razılığını almaq niyyətində olmamış, bu günədək onun mənzildən maneəsiz istifadə hüququnu kobud şəkildə pozmağa davam etməkdədir. Məlumdur ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Göründüyü kimi, iddiaçı yeganə yaşayış yeri olan və mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə etmək, orada yaşamaq hüququndan məhrum etmək niyyətiylə məhkəməyə müraciət etmiş, məhkəmə isə heç bir hüquqi əsas olmadan bu iddianı qeyri-qanuni şəkildə təmin etmişdir. Hörmətli məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, bu mənzil onun yeganə yaşayış yeridir, onun bu yaşında köçə biləcəyi, yaşaya biləcəyi, istifadə edə biləcəyi başqa bir yaşayış yeri yoxdur. Üstəlik iddiaçı heç bir razılıq əldə etməməsinə baxmayaraq ona fizioliji təsirlər göstərmiş, onu istədiyi kimi mənzildən çıxaracağını qeyd etmişdir. Məhkəmə prosesindən əvvəl də iddiaçı qeyd etmişdir ki, könüllü olaraq mənzildən çıxıb onların ədalətsiz təklifləri ilə razılaşmasa, onun mənzildə yaşamaq və ondan istifadə etmək hüuququnu hər cür məhdudlaşdıracaqlar və məhkəmə də bu məhdudlaşdırmanı onlar “istəyən” formada təmin edəcəkdir. Görünən odur ki, elə iddiaçının proqnozlaşdırdığı kimi qərar qəbul edilmiş, nə qanunun tələbləri, nə də iddiaçının bu tələbə dair hüququnun olmaması araşdırılmamışdır. Onun hal-hazırda yaşadığı və qeydiyyatda olduğu həyət evidir, mənzilinin həyətyanı sahəsi də mövcuddur və ona iddiaçı tərəfindən təklif edilən 34 kv metr sahəyə malik olan mənzilin ümumi tikinti altı sahə ilə nəzərə alınıb-alınmaması, ümumiyyətlə, qəti şəkildə aydın olmamışdır. Yəni onun, ümumiyyətlə, yeni mənzilə köçürüləcəyi də sual altındadır. İddiaçı tərəfindən guya onların köçürülməsi nəzərdə tutan mənzillə bağlı heç bir təsdiqedici sənəd, şəkil digər buklet təqdim edilmədən, mənzilin vəziyyəti, parametrləri, otağın və köməkçi sahələrin quruluşu barədə, eləcə də mənzilin məhz hansı binada (müvafiq oxlarla göstərilməklə) yerləşməsinə dair heç bir sübut təqdim edilmədən məhkəmə sadəcə iddiaçının sözlərinə əsaslanmaqla tamamilə qanunsuz qətnamə çıxarmışdır. Həmçinin iddiaçının təklif etdiyi cəmi 34 kv metrlik mənzilin tikintialtı sahə ilə birgə, yoxsa tikintialtı sahə daxil olmadan hesablanması da aydın olmadığı halda məhkəmə üçün bu heç bir sual doğurmamış, heç bir əhəmiyyət kəsb etməmiş, ümumiyyətlə, tələbin əsassız olması və buna hüququ olmaması nəzərə alınmamışdır. Qətnamədə qeyd edilən “Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzildən sahiblik və istifadə hüquqlarına xitam verilməsi” ilə bağlı hissədə də məhkəmə yalnış nəticəyə gəlmişdir. Belə ki, burada da qızı – Cavabdeh1 mülkiyyət hüququnun mövcudluğu nəzərə alınmamış, müstəsna hüquq kimi mülkiyyətçiyə məxsus olan “istifadə hüquqlarına xitam verilməsi” tələbi əsassız şəkildə iddiaçının maraqlarına uyğun olaraq təmin edilmiş, hansı əsaslarla təmin edilməsinə dair məhkəmə hər hansı səbəb göstərməmişdir. Belə ki, bu tələblə çıxış etmək hüququ yalnız mülkiyyətçiyə məxsusdur. İddiaçı isə mübahisələndirilən mənzildə qeydiyyatda olan onun istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürmək hüququna malik deyildir, buna görə də onun iddiası bütünlüklə əsassızdır. Yuxarıda sadalananlardan bu nəticəyə gəlmək olar ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, e-2(004)-298/2024 saylı qərarı tam qanunsuzdur və ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
d) Proses iştirakçılarının izahatı
12. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 özünün və digər cavabdehin apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Ağazadə- X7 özünün və digər cavabdehin apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 özünün və digər cavabdehin apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya baxışında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
16. Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;
17. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
18. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
19. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
21. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
22. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
24. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur;
25. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir;
26. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;
27. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
28. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.
29. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
30. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.
31. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
32. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir.
33. Maddə 4.2 və 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. 37. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apelyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Hazırki iş üzrə hər iki cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən və iddianın rədd edilməsi xahiş edildiyindən apellyasiya baxışının predmetini qətnamənin qanuniliyinin və əsaslılığının bütövlükdə araşdırılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.
43. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün işin mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
44. Belə ki, işin müəyyən olunmuş hallarına görə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1031/d nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********38 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-7623 nömrəli razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnsitutunun xx.xx.2022-ci il tarixli rəyi nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq, Bakı şəhəri Yasamal rayonu İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmış, sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəçiləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər.
45. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
46. Kollegiya hesab edir ki, mübahisə mülkiyyət hüququ ilə bağlı olduğundan, habelə mülkiyyət hüququnun pozulması (mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə) mübahisənin əsas dəlilini təşkil etdiyindən mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı Avropa İnsan Hüquqları Konvensiyasının (AHİK) 1 saylı Protokolunun 1-ci maddəsinin hazırkı işə tətbiq edilib-edilməməsi məsələsi müəyyən edilməlidir.
47. AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
48. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş).
49. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.
50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X5rşı» işdə göstərmişdir ki, mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi, adətən, mülkiyyət hüququna qeyri mütənasib müdaxilə təşkil edir və belə müdaxiləyə 1 saylı protokolun 1-ci maddəsi ilə haqq qazandırmaq olmaz.
51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir.
52. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür.
53. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb»
54. Kollegiya hesab edir ki, iddiaçı tərəfin Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsaslanmaqla Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazinin ümumi görüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində yerləşən mənzillərdən cavabdehlərin çıxarılması və həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli binalarda yaşayış və ya qeyri-yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək aylıq kirayə haqqının verilməsi tələblərinin təmin olunması mülkiyyət hüququ əsasında cavabdehlərə məxsus olan yaşayış sahəsinə dair əmlaka mülkiyyət hüquqlarının pozulması, bu hüquqa müdaxilə və həmin hüququn “şərti və qeyri-sabit” xarakter almasına səbəb ola bilər.
55. Bu mənada kollegiya prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdırmağı zəruri hesab edir: mülkiyyət hüququna müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yaxud həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
56. Kollegiya xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb-yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).
57. Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş).
58. Kollegiya hesab edir ki, Cavabdeh1 məxsus əmlakın sökülərək onun yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmiş, əmlakın sökülməsi qanunsuz olmuşdur. Çünki Mülki Məcəllənin 203.3-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Məcəllənin 203.5-ci maddəsinə görə isə, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.
59. Hazırki işin müəyyən olunan hallarına görə, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seriyalı 028633 nömrəli xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsindən müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən 16 kv.m sahəsi olan 1 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçirilmişdir və bu barədə 926 nömrəli reyestr kitabında 138999 səhifədə 30/3996 nömrəsi ilə qeydə alınmışdır. Həmin əmlakın yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamı ilə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmiş, bundan sonra MMC, cavabdehin razılığı olmadan evi sökmüş və onun yerləşdiyi ərazidə çoxmənzilli yaşayış binası inşa etmişdir. Halbuki sözügedən sərəncamda həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti nəzərdə tutulmuş və yalnız bu cür razılıq tərəflərin də mənafelərinə uyğun olaraq əldə edildiyi halda söküntünün qanuni olması öz təsbitini tapmışdır.
60. Hazırda iddiaçı tərəfindən cavabdehlərin istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən yaşayış evinin əvəzinə onun yerində tikiləcək çoxmərtəbəli yaşayış binasından 34 kv.metr ümumi sahəsi olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. Lakin işin hallarına görə məhz qeyd edilən ölçülü mənzilin verilməsi cavabdehlərin mənafeləri baxımından ədalətli olmamalqla bərabər cavabdehlərin pozulan mülkiyyət hüquqlarına münasibətdə adekvat kompensasiyanı nəzərdə tutmur.
61. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5367 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən mülkiyyət hüququna, sahiblik və istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması, mənzildən çıxarılma və yeni mənzilin verilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli 3-16-16/2-10/9845 saylı ekspert rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tanxli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla hesablandıqda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 27.4 kv.metr və ümumi tikintialtı sahəsi (divar altı və arakəsmələr daxil olmaqla) 41.95 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur.
62. Göründüyü kimi adı çəkilən sərəncamın icrası ilə bağlı fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməli əlaqədar həmin sakinlərin istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin verilməsi nəzərdə tutulsa da, hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə məxsus fərdi yaşayış evinin ümumi sahəsindən nəinki 20% artıq, hətta real ölçüdən daha az ölçüdə mənzil təklif edilmiş, məhkəmə proseslərinin gedişatında bundan daha əlverişli mənzilin verilməsi ilə bağlı hər hansı təşəbbüs göstərilməmişdir.
63. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki məhkəmə tərkibinin icraatında olmuş və eyni iddiaçı ("xxxx" MMC) tərəfindən verilən oxşar iddia tələbi üzrə 2(103)-5429/2024 saylı iş üzrə də iddiaçı yenə hazırki işdə olduğu kimi Yasamal rayonu ərazisində yerləşən eyni ərazi üzrə mənzilin sökülməsi müqabilində cavabdehlərə ilkin olaraq 34 kv.m ölçüdə mənzil və 450 manat kirayə haqqı məbləği təklif etsə də, sonradan apellyasiya baxışında həmin təklifi 45.8 kv.metr ölçülü mənzil və aylıq 550 manat miqdarına artırmağa razı olmuş, üstəlik həmin iş üzrə cavabdehlərə məxsus olan və sökülməsi nəzərdə tutulan evin ölçüsü ümumi tikinti altı sahə 38.8 kv.metr və faktiki sahəsi isə 28.0 kv.metr (daxili arakəsmələr və xarici divarlar nəzərə alınmadan), yəni hazırki iş üzrə cavabdehə məxsus olan evin ölçüsündən (41.95 kv.m) daha az olmuşdur. Bu halda iddiaçının məhz hazırki iş üzrə cavabdehlərə etdiyi təklif nəinki onların adekvat ehtiyaclarından, həmçinin anoloji durumda olan və daha az ölçüdə evə sahib olan şəxslərə edilən təklifdən belə daha əlverişsiz hesab olunur.
64. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehlərin mülkiyyət hüququna edilən müdaxilə onların maraqlarını əhəmiyyətli dərəcədə pozmaqla istər milli, istərsə də beynəlxalq qanunvericilikdə nəzərdə tutulan ədalətli tarazlıq prinsipinin pozulması ilə nəticələnmişdir.
65. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.
66. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur.
67. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
68. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir.
69. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur.
70. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
71. Oxşar mövqe X10 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
72. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçı tələbinin əsasında duran halların hazırkı iş üçün yeganə həll yolu olmasını sübut edə bilmədiyindən və tələbin əsasını təşkil edən hallar qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun gəlmədiyindən cavabdehlər tərəfindən verilən apellyasiya şikayətləri təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
74. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
75. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
76. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
77. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
78. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalı, İddiaçı MMC-dən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun məbləği alınaraq Cavabdeh2, 50 (əlli) manat məbləğində dövlət rüsumunun məbləği isə digər Cavabdeh1 ödənilməlidir.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-298/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. İddiaçı MMC-dən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun məbləği alınaraq Cavabdeh2, 50 (əlli) manat məbləğində dövlət rüsumunun məbləği isə digər Cavabdeh1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev