Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1135/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun məhdudlaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X4 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5661/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixl i, 265 saylı Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpasa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin üzərində mülkiyyət hüq uquna xitam verilməsi, Cavabdeh2 həmin mənzildən sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin ünvanında yerləşən mənzildən çıxarılmaqla həmin mənzilin tam boşaldılması və sökülməsi, MMC tərəfindən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 34 kvadrat metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi və yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 350 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin üzərində mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh2 müb ahisəli mənzildən sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 mübahisə predmeti olan mənzildən çıxarılmaqla onun tam boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, F.İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişmələrində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 34 kv.m. olan 1 ədəd 1 otaqlı yeni təmirli mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi və cavabdehlərin ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarıldığı gündən yeni mənzil ilə təmin edildiyi günədək İddiaçı MMC tərəfindən cavabdehlərə aylıq cəmi 350 manat kirayə haqqına görə kompensasiya ilə təmin edilməsi barədə qətnamə çıxar ılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2 dekabr 2022-ci il tarixli, 265 saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin Azerbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpasa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerinde müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi ve sakinlərin köçürülməsi İddiaçı MMC-nə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməli əlaqədar həmin sakinlərin istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi fərdi yaşayış evləri ndən 200-ə yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 2 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 28.30 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməs i və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlərlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Binanın tikilməsi barəsində Bakı şəhəri İcra Hakimiyyətinin 2 dekabr 2022-ci il tarixli, 265 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təm in edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlarla vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəflərindən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9845 saylı ekspert rəyi ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla hesablandıqda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 27.4 kv.metr və ümumi tikinti altı sahəsi (divar altı və arakəsmələr daxil olmaqla) 41.95 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur.
6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 27 mart 2024-cü il tarixli mütəxəssis rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev 12 ünvanda yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evi (mənzil) texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan tikinti norma və qaydalarının və seysmik normaların tələblərinə cavab vermədiyi, yaşayış evinin (mənzil) texniki cəhətdən yolveri lməz vəziyyətdə (yükdaşıma qabiliyyətinin azalması) olduğunu, sonradan yaşayış evinin bir hissəsinin (qonşu sahələrin) sökülməsi nəticəsində evin konstruksiyasının tamlığının pozulmasını və ərazidə hal-hazırda söküntü və tikinti-quraşdırma işlərinin aparıldığını nəzərə alsaq yaşayış evinin istismarı təhlükəli olduğu müəyyən edilmişdir. 7. "xxxx" MMC-nin 27 mart 2024-cü il tarixli, 02-07/24 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev 12 ünvanda yerləşən mənzilin ümumi dəyəri 27 mart 2024-cü il tarixinə 44.000 manat təşkil edir. Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev 12 ünvanda yerləşən mənzilin kənarında iddiaçı tərəfindən söküntü işlərinin aparılması əmlakın dəyər inə mənfi və ya müsbət olmaqla heç bir təsir göstərməmişdir. Ümumilikdə söküntü işlərinin aparılması nəticəsində əmlakın dəyərinə təsir edəcək, dəyəri müəyyənləşdirəcək metodologiya və ya standartlar mövcud deyildir. 8. "xxxx" MMC-nin 02-101 saylı, 28 mart 2024-cü il tarixli qiymətləndirmə barədə hesabatdan görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev 12 ünvanında yerləşən ümumi sahəsi 27.4 kv.m təşkil edən 1 yaşayış otağından ibarət mənzilin orta aylıq kirayə haqqının dəyəri 350 manat təşkil edir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-298/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim G. Babazadə) iddia təmin edilərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin üzərində mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxarılmaqla, həmin mənzil tam boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 34 kv.m. olan 1 ədəd 1 otaqlı yeni, təmirli mənzil Cavabdeh1 təhvil verilməsi, cavabdehlərin mənzildən çıxarıldığı gündən, yeni təmirli mənzil təhvil verilənədək İddiaçı MMC tərəfindən cavabdehlərə hər ay cəmi 350 (üç yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacidir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evlərini boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC-də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan əlavə, məhkəmə tərəfindən də mübahisənin məhkəmədənkənar həlli üçün tərəflərə şərait yaradılmış, məhkəmə baxış iclası bu məqsədlə təxirə salınmış, tərəflərin barışması üçün tədbirlər görülmüş, lakin cavabdeh tərəf ümumiyyətlə hal-hazırki vəziyyətdə fərdi yaşayış evlərini tərk etmək istəmədiklərini, eləcə də kirayədə yaşamaq istəmədiklərini bildirmişlər.
11. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən MMC tərəfindən cavabdeh tərəfin mülkiyyət, istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzil verilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehlərə aylıq kirayə haqqını verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respubl ikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Bakı şəhərinin abadlaşdırılmasına və gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.
13. Məhkəmə, qanunvericiliyə əsasən, istismarı bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsinin yerli icra hakimiyyəti tərəfindən həyata k eçirilməli olduğunu nəzərə alaraq, mübahisəli mənzilin yerləşdiyi ərazinin Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı MMC-yə verildiyini bildirmişdir. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən, bu işlərin yerinə yetirilməsini İddiaçı MMC öz üzərinə götürdüyü üçün, iddia tələbi əsaslı sayılır. Həmçinin, tələbin irəli sürülməsi zamanı cavabdehlərin bütün hüquqları qorunduğu üçün, iddia tələbi təmin olunmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 13.1, 13.3, 29.4, 43.2-ci, Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 18, 180.1, 180.2, 180.4, 152.1, 152.6, 560.1, 560.2, 560.3.5.1-ci, Mənzil Məcəlləsinin 28.1, 28.4-cü, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum unun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X6 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndinə, “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64, 65-ci bəndlərinə, Avropa Məhkəməsinin “L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı” xx.xx.2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlan ılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 4.1, 4.2, 13.7-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2022-ci il tarixli sərəncamda qeyd edilir ki, müvafiq ərazidə daşınmaz əmlak mülkiyyətçilərinin və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri mülki münasibətlərə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsa sında istifadəsinə verilsin. Halbuki İddiaçı MMC nəinki onun razılığı alınmamış, bu günədək onun mənzilinə qanunsuz müdaxilələr etməklə mülkiyyət hüququmu kobud şəkildə pozmağa davam etməkdədir. Bildirmək istəyir ki, iş üzrə təyin edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilən rəyə əsasən mənzilin faktiki sahəsi 41.95 kv metr təşkil edir. Buna baxmayaraq, iddiaçı onun mənzilinin faktiki sahəsindən də az bir sahəyə malik olan mənzil təklif etmiş, məhkəmə isə bu iddianı əsassız şəkildə təmin etmişdir. Göründüyü kimi məhkəmə iş üzrə təyin edilən ekspertiza rəyinə heç bir əhəmiyyət verməmiş, obyektiv və hərtərəfli araşdırma həyata keçirməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzi tərəfindən müəyyən edilən faktiki olaraq 41.95 kv m olması nəzərə alınmamış, beləliklə, iddiaçının maraqlarını güdən qərar qəbul edilmiş, qeyd olunan iddia tələbinə əsaslı şəkildə etiraz etmələrinə baxmayaraq, məhkəmə tərəfindən “işin məhkəmədə baxılmasının prosessual müddətinin bitməsi” əsas gətirilərək təcili şəkildə yekunlaşdırılacağı qeyd edilərək iş üzrə sübutlara hərtərəfli qiymət verilmədən hüquqi əsassız qətnamə qəbul edilmiş, nəinki mənzilin faktiki sahəsindən 20% daha artıq mənzil, hətta daha az sahəli mənzilin verilməsinə dair iddia tələbi təmin edilmişdir. Qeyd etmək istəyir ki, iddiaçı digər vətəndaşlara nəinki 20% artıq mənzil təklif edir, hətta bəzi vətəndaşlara 20%-dən daha artıq mənzil təklif etməkdədir. Onun isə yaşlı anası ilə tək yaşamalarından istifadə edərək, israrla haqqı olan mənzili və ya onun ədalətli d əyərini verməməkdə israr edir, üstəlik, mənzilin faktiki sahəsindən daha az mənzil təklif edir. Onun hal-hazırda yaşadığı və qeydiyyatda olduğu həyət evidir, mənzilinin həyətyanı sahəsi də mövcuddur və ona iddiaçı tərəfindən təklif edilən 34 kv metr sahəyə malik olan mənzilin ümumi tikinti altı sahə ilə nəzərə alınıb-alınmaması, ümumiyyətlə, qəti şəkildə aydın olmamışdır. Yəni onun, ümumiyyətlə, yeni mənzilə köçürüləcəyi də sual altındadır. İddiaçı tərəfindən guya onların köçürülməsi nəzərdə tutan mənzillə bağlı heç bir təsdiqedici sənəd, şəkil digər buklet təqdim edilmədən, mənzilin vəziyyəti, parametrləri, otağın və köməkçi sahələrin quruluşu barədə, eləcə də mənzilin məhz hansı binada (müvafiq oxlarla göstərilməklə) yerləşməsinə dair heç bir sübut təqdim edilmədən məhkəmə sadəcə iddia çının sözlərinə əsaslanmaqla tamamilə qanunsuz qətnamə çıxarmışdır. Kirayə haqqının müəyyən edilməsi ilə bağlı məsələyə gəldikdə isə, İddiaçı MMC-nin hakim Toğrul Axundovun icraatında olan işlə bağlı hazırki mülki işlə əlaqəli əlavə etdiyi qərardadla müəyyən edilmişdir ki, yeni çox mərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən digər cavabdehlərə hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Görünən odur ki, İddiaçı MMC vətəndaşlara təqdim edilməsi nəzərdə tutulan mənzillərin sahəsini “öz istəyinə uyğun” müəyyən etdiyi kimi, kirayə haqlarında da “eyni yanaşma”nı tətbiq edərək “öz istəklərinə” uyğun olaraq müəyyən etmişdir.
17. Cavabdeh2 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi ba rədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2022-ci il tarixli sərəncamda qeyd edilir ki, müvafiq ərazidə daşınmaz əmlak mülkiyyətçilərinin və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri mülki münasibətlərə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilsin. Halbuki İddiaçı MMC nəinki onun, heç mülkiyyətçi olan qızının razılığını almaq niyyətində olmamış, bu günədək onun mənzildən maneəsiz istifadə hüququnu kobud şəkildə pozmağa davam etməkdədir. Məlumdur ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin döv lət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Göründüyü kimi, iddiaçı yeganə yaşayış yeri olan və mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə etmək, orada yaşamaq hüququndan məhrum etmək niyyətiylə məhkəməyə müraciət etmiş, məhkəmə isə heç bir hüquqi əsas olmadan bu iddianı qeyri-qanuni şəkildə təmin etmişdir. Hörmətli məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, bu mənzil onun yeganə yaşayış yeridir, onun bu yaşında köçə biləcəyi, yaşaya biləcəyi, istifadə edə biləcəyi başqa bir yaşayış yeri yoxdur. Üstəlik iddiaçı heç bir razılıq əldə etməməsinə baxmayaraq ona fizioloji təsirlər göstərmiş, onu istədiyi kimi mənzildən çıxaracağını qeyd etmişdir. Məhkəmə prosesindən əvvəl də iddiaçı qeyd etmişdir ki, könüllü olaraq mənzildən çıxıb onların ədalətsiz təklifləri ilə razılaşmasa, onun mənzildə yaşamaq və ondan istifadə etmək hüuququnu hər cür məhdudlaşdıracaqlar və məhkəmə də bu məhdudlaşdırmanı onlar “istəyən” formada təmin edəcəkdir. Görünən odur ki, elə iddiaçının proqnozlaşdırdığı kimi qərar qəbul edilmiş, nə qanunun tələbləri, nə də iddiaçının bu tələbə dair hüququnun olmaması araşdırılmamışdır. Onun hal-hazırda yaşadığı və qeydiyyatda olduğu həyət evidir, mənzilinin həyətyanı sahəsi də mövcuddur və ona iddiaçı tərəfindən təklif edilən 34 kv metr sahəyə malik olan mənzilin ümumi tikinti altı sahə ilə nəzərə alınıb-alınmaması, ümumiyyətlə, qəti şəkildə aydın olmamışdır. Yəni onun, ümumiyyətlə, yeni mənzilə köçürüləcəyi də sual altındadır. İddiaçı tərəfindən guya onların köçürülməsi nəzərdə tutan mənzillə bağlı heç bir təsdiqedici sənəd, şəkil d igər buklet təqdim edilmədən, mənzilin vəziyyəti, parametrləri, otağın və köməkçi sahələrin quruluşu barədə, eləcə də mənzilin məhz hansı binada (müvafiq oxlarla göstərilməklə) yerləşməsinə dair heç bir sübut təqdim edilmədən məhkəmə sadəcə iddiaçının sözlərinə əsaslanmaqla tamamilə qanunsuz qətnamə çıxarmışdır. Həmçinin iddiaçının təklif etdiyi cəmi 34 kv metrlik mənzilin tikintialtı sahə ilə birgə, yoxsa tikintialtı sahə daxil olmadan hesablanması da aydın olmadığı halda məhkəmə üçün bu heç bir sual doğurmamış, heç bir əhəmiyyət kəsb etməmiş, ümumiyyətlə, tələbin əsassız olması və buna hüququ olmaması nəzərə alınmamışdır. Qətnamədə qeyd edilən “Cavabdeh2 ünvan 5 ünvanında yerləşən mənzildən sahiblik və istifadə hüquqlarına xitam verilməsi” ilə bağlı hissədə də məhkəmə yalnış nəticəyə g əlmişdir. Belə ki, burada da qızı - Cavabdeh1 mülkiyyət hüququnun mövcudluğu nəzərə alınmamış, müstəsna hüquq kimi mülkiyyətçiyə məxsus olan “istifadə hüquqlarına xitam verilməsi” tələbi əsassız şəkildə iddiaçının maraqlarına uyğun olaraq təmin edilmiş, hansı əsaslarla təmin edilməsinə dair məhkəmə hər hansı səbəb göstərməmişdir. Belə ki, bu tələblə çıxış etmək hüququ yalnız mülkiyyətçiyə məxsusdur. İddiaçı isə mübahisələndirilən mənzildə qeydiyyatda olan onun istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürmək hüququna malik deyildir, buna görə də onun iddiası bütünlüklə əsassızdır. Yuxarıda sadalananlardan bu nəticəyə gəlmək olar ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(004)-298/2024 saylı qərarı tam qanunsuzdur və ləğv edilməlidir.
19. Bakı Apell yasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər F.Babayev – sədrlik edən və məruzəçi, C.Musayeva və F.Abdıyev) 2(103)-5661/2024 saylı, 4 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-298/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarına görə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1031/d nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********38 nömrəli, A zərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-7623 nömrəli razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnsitutunun xx.xx.2022-ci il tarixli rəyi nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq, Bakı şəhəri Yasamal rayonu İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi həmin ərazidə qeydə a lınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmış, sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli aba d yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəçiləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər.
21. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göst ərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
22. Kollegiya hesab edir ki, mübahisə mülkiyyət hüququ ilə bağlı olduğundan, habelə mülkiyyət hüququnun pozulması (mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə) mübahisənin əsas dəlilini təşkil etdiyində n mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı Avropa İnsan Hüquqları Konvensiyasının (AHİK) 1 saylı Protokolunun 1-ci maddəsinin hazırkı işə tətbiq edilib-edilməməsi məsələsi müəyyən edilməlidir.
23. AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
24. Mahiyyət etibaril ə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və b aşqaları Birləşmiş Krallğa qarşı iş).
25. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X5rşı» işdə göstərmişdir ki, mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi, adətən, mülkiyyət hüququna qeyri mütənasib müdaxilə təşkil edir və belə müdaxiləyə 1 saylı protokolun 1-ci maddəsi ilə haqq qazandırmaq olmaz.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir.
28. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür.
29. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağ ıdakı mühüm prinsipini ifadə etmişdir - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb»
30. Kollegiya hesab etmişdir ki, iddiaçı tərəfin Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsaslanmaqla Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazinin ümumi görüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşay ış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində yerləşən mənzillərdən cavabdehlərin çıxarılması və həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli binalarda yaşayış və ya qeyri-yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək aylıq kirayə haqqının verilməsi tələblərinin təmin olunması mülkiyyət hüququ əsasında cavabdehlərə məxsus olan yaşayış sahəsinə dair əmlaka mülkiyyət hüquqlarının pozulması, bu hüquqa müdaxilə və həmin hüququn “şərti və qeyri-sabit” xarakter almasına səbəb ola bilər.
31. Bu mənada kollegiya prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdırmağı zəruri hesab etmişdir: mülkiyyət hüququna müd axilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yaxud həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
32. Kollegiya xatırlatmışdır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb-yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).
33. Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) ol malıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş).
34. Kollegiya hesab etmişdir ki, Cavabdeh1 məxsus əmlakın sökülərək onun yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmiş, əmlakın sökülməsi qanunsuz olmuşdur. Çünki Mülki Məcəllənin 203.3-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Məcəllənin 203.5-ci maddəsinə görə isə, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.
35. Hazırkı işin müəyyən olunan hallarına görə, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seriyalı 028633 nömrəli xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsindən müəyyən edilir ki, ünvan 6 ünvanında yerləşən 16 kv.m sahəsi olan 1 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçirilmişdir və bu barədə 926 nömrəli reyestr kitabında 138999 səhifə də 30/3996 nömrəsi ilə qeydə alınmışdır. Həmin əmlakın yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamı ilə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmiş, bundan sonra MMC, cavabdehin razılığı olmadan evi sökmüş və onun yerləşdiyi ərazidə çoxmənzilli yaşayış binası inşa etmişdir. Halbuki sözügedən sərəncamda həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti nəzərdə tutulmuş və yalnız bu cür razılıq tərəflərin də mənafelərinə uyğun olaraq əldə edildiyi halda söküntünün qanuni olması öz təsbitini tapmışdır.
36. Hazırda iddiaçı tərəfindən cavabdehlərin istifad əsində olmuş ünvan 1 ünvanında yerləşən yaşayış evinin əvəzinə onun yerində tikiləcək çoxmərtəbəli yaşayış binasından 34 kv.metr ümumi sahəsi olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. Lakin işin hallarına görə məhz qeyd edilən ölçülü mənzilin verilməsi cavabdehlərin mənafeləri baxımından ədalətli olmamalqla bərabər cavabdehlərin pozulan mülkiyyət hüquqlarına münasibətdə adekvat kompensasiyanı nəzərdə tutmur.
37. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5367 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən mülkiyyət hüququna, sahiblik və istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması, mənzildən çıxarılma və yeni mənzilin verilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə tikinti-texniki və m əhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli 3-16-16/2-10/9845 saylı ekspert rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tanxli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla hesablandıqda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 27.4 kv.metr və ümumi tikintialtı sahəsi (divar altı və arakəsmələr daxil olmaqla) 41.95 kv.m. təşkil etdiyi müəyyən olunm uşdur.
38. Göründüyü kimi adı çəkilən sərəncamın icrası ilə bağlı fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməli əlaqədar həmin sakinlərin istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin verilməsi nəzərdə tutulsa da, hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə məxsus fərdi yaşayış evinin ümumi sahəsindən nəinki 20% artıq, hətta real ölçüdən daha az ölçüdə mənzil təklif edilmiş, məhkəmə proseslərinin gedişatında bundan daha əlverişli mənzilin verilməsi ilə bağlı hər hansı təşəbbüs göstərilməmişdir.
39. Kollegiya onu da qeyd etmişdir ki, hazırkı məhkəmə tərkibinin icraatında olmuş və eyni iddiaçı ("xxxx" MMC) tərəfindən verilən oxşar iddia tələbi üzrə 2(103)-5429/2 024 saylı iş üzrə də iddiaçı yenə hazırki işdə olduğu kimi Yasamal rayonu ərazisində yerləşən eyni ərazi üzrə mənzilin sökülməsi müqabilində cavabdehlərə ilkin olaraq 34 kv.m ölçüdə mənzil və 450 manat kirayə haqqı məbləği təklif etsə də, sonradan apellyasiya baxışında həmin təklifi 45.8 kv.metr ölçülü mənzil və aylıq 550 manat miqdarına artırmağa razı olmuş, üstəlik həmin iş üzrə cavabdehlərə məxsus olan və sökülməsi nəzərdə tutulan evin ölçüsü ümumi tikinti altı sahə 38.8 kv.metr və faktiki sahəsi isə 28.0 kv.metr (daxili arakəsmələr və xarici divarlar nəzərə alınmadan), yəni hazırki iş üzrə cavabdehə məxsus olan evin ölçüsündən (41.95 kv.m) daha az olmuşdur. Bu halda iddiaçının məhz hazırki iş üzrə cavabdehlərə etdiyi təklif nəinki onların adekvat ehtiyaclarından, həmçinin anoloji durum da olan və daha az ölçüdə evə sahib olan şəxslərə edilən təklifdən belə daha əlverişsiz hesab olunur.
40. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehlərin mülkiyyət hüququna edilən müdaxilə onların maraqlarını əhəmiyyətli dərəcədə pozmaqla istər milli, istərsə də beynəlxalq qanunvericilikdə nəzərdə tutulan ədalətli tarazlıq prinsipinin pozulması ilə nəticələnmişdir.
41. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə möv cud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.
42. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur.
43. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
44. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla h əyata keçirməyə borclu olduqları, 152.6- cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir.
45. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur.
46. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunveric iliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
47. Oxşar mövqe X9 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
48. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddi açı tələbinin əsasında duran halların hazırkı iş üçün yeganə həll yolu olmasını sübut edə bilmədiyindən və tələbin əsasını təşkil edən hallar qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun gəlmədiyindən cavabdehlər tərəfindən verilən apellyasiya şikayətləri təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir.
49. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı olmuş Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsinə, 13-cü maddəsinin 1-ci hissəsinə, 43 və 29-cu maddəsinin 4-cü hissəsinə, Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 152.1, 152.6, 157.8, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 3.1, 28.1, 28.3, 28.4-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2.1-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 384.0.2, 385.1.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, sərəncamın icrası ilə bağlı fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməli əlaqədar həmin sakinlərin mülkiyyətlərində olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin verilməsi nəzərdə tutulsa da, hazırki iş üzrə iddiaçı tərəfi ndən cavabdehə məxsus fərdi yaşayış evinin ümumi sahəsindən nəinki 20% artıq, hətta real ölçüdən daha az ölçüdə mənzil təklif edilmiş, məhkəmə proseslərinin gedişatında bundan daha əlverişli mənzilin verilməsi ilə bağlı hər hansı təşəbbüs göstərilməmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM-028633 nömrəli, xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsindən müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən 16 kv.m. sahəsi olan 1 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçirilmişdir. İddiaçı tərəfindən cavabdehə ona məxsus mənzilin ümumi sahəsindən daha artıq və təmirli mənzil təklif edilmiş və birinci instansiya məhkəməsi də bu iddia tələbini əsasl ı olaraq təmin etmişdir. İddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onların mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onların mülkiyyətinə verir. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. İddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan ə mlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz.
52. Kassator həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Lakin həmin kompensasiya da onun məhrum olduğu (məhdudlaşdırıldığı) hüququna mütənasib olmalıdır. Başqa sözlə, kompensasiya təklif olunarkən mülkiyyətçinin mülkiyyətində və istifadəsində olan sahələrin ölçüləri, yararlıq və təmir vəziyyəti, sahələrin təyinatı və digər bu kimi hallar nəzərə alınmalı, təklif konkret olmalı (nəticə etibarı ilə mülkiyyətçi verilmiş kompensasiyaya uyğun əldə edəcəyi barədə tam məlumatlı olmalı), gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır.
53. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətinə əlavə göndərərək qeyd etmişdir ki, Ədliyyə Nazirliyinin təqdim etdiyi ekspert rəyində mənzil fərdi yaşayış evi kimi qeyd edilsə də, çıxarış üzrə Cavabdeh1 məxsus olmuş mülkiyyətin növü mənzildir. Həmçinin, həmin yaşayış evində yaşayan digər sakinlərin mənzilləri ilə bağlı müqavilələr bağlanmış və həmin müqavilələr ərizəyə əlavə edilmişdir. Vəkil həmçin in qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi verilən kompensasiyanın ədalətsizliyi barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı tərəfindən verilmiş kompensasiya sırf istifadəyə yararlı sahəyə münasibətdə verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. Cavabdeh etiraz ərizəsi göndərərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəfindən ona məxsus fərdi yaşayış evinin ümumi sahəsindən nəinki 20% artıq, hətta real ölçüdən daha az ölçüdə mənzil təklif edilmişdir. İddiaçı MMC tərəfindən təklif olunan 34 kv.m sahəli mənzil və 450 manat kirayə haqqının yetersizdir və apellyasiya mərhələsində təklif artırılmış, lakin onun yaşadığı evin ölçüsünün daha kiçik olmuşdu r. Cavabdeh, iddiaçının təklifinin ədalətsiz olduğunu, öz hüquqlarını pozduğunu və hüquqi mülkiyyətinə qarşı qərəzli mövqe nümayiş etdirdiyini qeyd etmişdir. İddiaçı tərəfindən heç bir təsdiqedici sənəd təqdim edilməyib və təklif olunan əmlakın hansı binada yerləşdiyi, təhvil veriləcəyi barədə heç bir konkret məlumat verilməyib. Bu, cavabdehə görə, iddiaçının həqiqətən mənzil təqdim etmək niyyətində olmadığını göstərir. O, həmçinin, iddiaçının öz evini qanunsuz şəkildə qəzalı vəziyyətə saldığını və bunu təsdiq edən sənədlərin olduğunu bildirir. Cavabdeh, iddiaçının əslində onların hüquqlarını pozaraq, onları evsiz qoyduğunu, bu təklifin isə onun fundamental insan hüquqlarını inkar edən və ədalətsiz bir yanaşma olduğunu iddia edir. O, öz hüquqlarını qanun çərçivəsində müdafiə etdiyini, laki n qarşı tərəfin bu müdafiəni kobud şəkildə pozduğunu və məhkəmə prosesinin düzgün qiymətləndirilmədiyini bildirir. Cavabdeh, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini və iddiaçının təklifinin rədd edilməsini tələb edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
55. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
56. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
57. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
58. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
59. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
60. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlük əsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.
61. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
62. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar q əbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.
63. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərra ca çıxarılacaq qiyməti müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Məhkəmə tərkibi qeyd edir ki, mülkiyyət hüququna müdaxilə qanunda nəzərdə tutulmuş hallarda, qanuni məqsədlərlə və z əruri (mütənasib) olduqda edilə bilər. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı tələblərinin təmin olunması üçün bu əsaslarının mövcudluğunu sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməsi cavabdehin Azərbaycan Respublikasının Konstitusiyası və “İnsan Hüquqularının və X6 Haqqında” Avropa Konvensiyası ilə müdafiəsinə təminat verilən mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olacaqdır.
73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kass asiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
74. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qət namənin ləğv edilməsi üçün əsas təşkil etmir.
76. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5661/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.