Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1930/2021 22.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və başqalarına qarşı Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 1\2 saylı evin 24 saylı mənzilinin boşaldılmaqla ona təhvil verilməsinə, cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı ASC cavabdehlər Cavabdeh3 və başqalarına qarşı Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 1\2 saylı evin 24 saylı mənzilinin boşaldılmaqla ona təhvil verilməsinə, mənzilə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(017)-753\2019 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Rabitəbak ASC-nin cavabdehlər Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 qarşı mənzilin boşaldılmasına və sair tələbinə dair iddia ərizəsi təmin edilərək Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 1\2 saylı evin 24 saylı mənzilinin, Ağcabədi şəhəri Üz.Hacıbəyov pr. 0,00308 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 26,2 m2 olan yaşayış sahəsinin, Ağcabədi şəhəri M.Ə.Rəsulzadə küçəsi 0,00243 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 24,3 m2 olan qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq, bütün əşyaları həmin evdən çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 1\2 saylı evin 24 saylı mənzilinə, Ağcabədi şəhəri Üz.Hacıbəyov pr. 0,00308 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 26,2 m2 olan yaşayış sahəsinə, Ağcabədi şəhəri M.Ə.Rəsulzadə küçəsi 0,00243 ha torpaq sahəsinə və onun üzərində yerləşən sahəsi 24,3 m2 olan qeyri-yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(017)-753\2019 saylı qətnaməsi əsasında verilən icra sənədi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 1\2 saylı evin 24 saylı mənzili şifarişçi Ağcabədi rayon İcra və probasiya şöbəsi ipoteka saxlayan İddiaçı ASC-nin mülkiyyətinə verməyi, ipoteka saxlayan isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsindən və əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı cavabdehlərdən Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 qarşı hazırkı iddia ərizəsində qeyd etdiyi tələblərlə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmiş, iddiaçının tələbləri təmin edilməklə qanuni qüvvəsini alan məhkəmə aktı icraya yönəldilmişdir. İddia ərizəsindən daha sonra müəyyən olunur ki, iddiaçı cavabdehlərin Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 1\2 saylı evin 24 saylı mənzilində yaşadıqlarını, bu mənzildə qeydiyyatda olduqlarını, cavabdehlərin qeydiyyatda olduqları ünvandan qeydiyyatdan çıxarılmalarını, bu mənzilin boşaldılaraq ona təhvil verilməsini bildirsə də, iddia ərizəsinin nəticə hissəsində cavabdehlərin Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsi 247 saylı evin 68 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda iddiaçıya qanuni qüvvəsini alan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(017)-753\2019 saylı qətnaməsinin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi üçün Ağcabədi Rayon Məhkəməsinə və Ağcabədi rayon İcra və probasiya şöbəsinə müraciət etmək, mülkiyyətində olan mənzilə istifadə hüququ olmayan şəxslərin mənzildən qeydiyyatdan çıxarılmaları üçün müvafiq inzibati orqana, mənzilinə istifadə hüququ olan şəxslərə qarşı isə müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 153.2, 153.2.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və başqalarına qarşı Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 1\2 saylı evin 24 saylı mənzilinin boşaldılmaqla ona təhvil verilməsinə, mənzilə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi qəbul edilməsindən imtina edilsin. Qərardadan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1930/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1930/2021
22.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver