Məhkəmə qərarları › İş №2(001)-1931/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1931/2024

24.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1931/2024 24.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İHakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Anadolu küçəsi, 43 saylı evdə yaşayan əri X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul dilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X2 14 yanvar 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uzun müddətdir ki, yataq xəstəsidir, əmək qabiliyyətsizdir. Öz hərəkətlərini idarə edə bilmir, hərəkətlərinə rəhbərlik edə, idarə edə bilmir, başqa şəxsin köməyinə ehtiyaclıdır. Birinci dərəcəli əlildir. Fiziki cəhətdən özünü idarə edə bilmir. Uzun müddətdir ki, müstəqil hərəkət edə bilmir. Diaqnozu: spastik tetraplegiyadır. Tetraplegiya - əzələ gücü 0 bal, beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktıdır. Ona görə də həyat yoldaşının fəaliyyət qabiliyyəti olmayan elan edilməsi üçün zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdiyini bildirdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, onun X2 ilə rəsmi nikahı yoxdur. Lakin, onların faktiki nikahlarından Orxan və Ruslan adında 2 uşaqları var. Maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, aşağıda sadalanan qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Ailə münasibətlərinə daxil olan şəxslərin ər-arvad statusu nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır, nikahın pozulduğu gün başa çatır (Azərbaycan Respublikasının Ailə Məcəlləsi 2.3, 9.4 və 23.1-ci maddələr). Həmçinin, Ailə Məcəlləsinin 1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış şəxslər ər-arvad hesab edilmirlər. Göründüyü kimi, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət edərkən, özünü X1 arvadı kimi qeyd etmişdir. Məhkəmə iclasında isə müəyyən edildi ki, onların arasında rəsmi nikah bağlanmamışdır. Belə olan halda da, onlar ər-arvad hesab edilmirlər və yaxın qohum statusuna malik deyillər. Halbuki, hazırki ərizəni yalnız yaxın qohumlar, müvafiq icra hakimiyyəti orqanı və psixiatriya (psixonevroloji) müəssisəsi verə bilərlər. Sadalanan xüsusatlardan aydın olur ki, hazırki ərizə yaxın qohum tərəfindən verilmədiyindən, başqa sözlə səlahiyyətsiz şəxs tərəfindən verildiyindən ərizəyə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırki ərizə baxılmamış saxlanıldığından ərizənin məhkəməyə verilməsi üçün xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da ərizəçinin özünə qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ərizəçi izah edilsin ki, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə həmin şəxsin yaxın qohumları (valideynləri, uşaqları, qardaş-bacıları), müvafiq icra hakimiyyəti orqanı və psixiatriya (psixonevroloji) müəssisəsi müraciət edə bilər. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar