Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1968/2022 18.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, ərizəçi və maraqlı şəxs heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Lakin 18.05.2022-ci il tarixdə ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmağı xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən ərizə ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bununla da, məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ərizənin qaytarılması barədə ərizə verildiyindən mövcud ərizə ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı” tələbinə dair ərizəsi ərizəçiyə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 4E. AZ 1116 №2(001)-1968/2022 19 may 2022-ci il Ərizəçi: Ərizəçi Ünvan: Bakı şəhəri, Biləcəri qəsəbəsi, məhəllə 5057, ev 2, mənzil 58 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1968/2022 saylı, 18 may 2022-ci il tarixli qərardadının surəti Azərbaycan Respublikası MPM-nin 266.1-ci maddəsinin tələbinə əsasən məlumat üçün göndərilir. Qoşma: Qərardadın surəti - 01(bir) vərəqədə Hakim Günel Abbasova İş № 2(001)-1968/2022 MƏHKƏMƏ HAZİRLİQ İCLASİNİN PROTOKOLU Bakı şəhər Binəqədi Rayon Məhkəməsi Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında məhkəmənin açıq hazırlıq iclasında baxılır. Məhkəmə iclası saat 11:50-də başladı. Sədrlik edən Azərbaycan Respublikasının MPM-nin 178-ci maddəsinə əsasən məhkəmə iclasını açır. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı” tələbinə dair ərizəsinə baxıldığını bildirir. Sədrlik edən Azərbaycan Respublikasının MPM-nin 179-cu maddəsinə əsasən, məhkəmə prosesinə iştirakçıların gəlib-gəlməməsini yoxlayır, məruzə etmək üçün sözü iclas katibinə verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, ərizəçi lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, ərizəçi 18.05.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Sədrlik edən iş materiallarını tədqiq edir. Sədrlik edən iş materiallarını tədqiq edir. Sədrlik edən yerində müşavirə edərək ərizənin geri qaytarılmasına dair qərardadı elan edir. Məhkəmə iclası saat 10:55-də bağlı elan edilir. Məhkəmə iclas protokolu 18 may 2022-ci il tarixdə tərtib edilmişdir. Sədrlik edən: Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №2(001)-1968/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1968/2022
18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver