Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1971/2020 11.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı 438,77 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı 438,77 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, qaz sərfiyyatına görə yüklədiyi smart kartdan əlavə olaraq pul çıxıldığı üçün Cavabdeh İB-ə müraciət etmiş, xx.xx.2019-cu il tarixdə Bakı X1 xx.xx.2015-ci il tarixdə quraşdırılmış İron G-4 markalı qaz sayğacına əvvəllər natamam ödənişlə bağlı 2012-ci ildə yaranmış 1465,80 manat borc tətbiq edilməsi, borc üzrə hissə-hissə tutmalar aparıldığından xx.xx.2019-cu il tarixinə 532,37 manat borcunun qalması bildirilmişdir. xx.xx.2015-ci il tarixdə onun yaşadığı ünvanda qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunaraq smart itron tipli G-4 markalı sayğac quraşdırılmış və sayğac quraşdırılarkən onun qaz sərfiyyatı ilə bağlı heç bir borcu olmamışdır. O, ödənişləri sərfiyata uyğun aparmış və borcunun yaranması mümkün deyildir. 2012ci ildən bu günə kimi borcun olması barədə ona heç vaxt xəbərdarlıq edilməmişdir. Bundan başqa cavabdeh 2009-cu ilədək yaranmış borcu da silməmişdir. Ona görə də cavabdehin ondan tələb etdiyi 438,77 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının yaşadığı Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 150 saylı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı üzrə istehlakçı tərəfindən 2010-cu ilin iyun ayından 2012-ci ilin iyul ayınadək olan dövrdə hər ay təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak olunan aylıq qazın dəyəri tam ödənilmədiyindən 2012-ci ilin avqust ayının 1-nə olan borc ümumilikdə 1465,80 manat təşkil etmişdir. 2012-ci ilin avqust ayında həmin borc Gasrep proqramına keçirilmiş, abonentin təbii qazdan istifadə məqsədilə sayğac kartına yüklədiyi pul vəsaitindən müəyyən məbləğdə borca görə tutulmalar aparılmışdır. Aparılmış tutulmalar üzrə 2020ci ilin avqust ayınadək ümumilikdə 1026,90 manat pul vəsaitinin yaranmış borca görə ödənilməsi təmin edilmişdir. Hal-hazırda abonent tərəfindən yuxarıda qeyd olunan dövrlərdə istehlak edilmiş təbii qaza görə ümumi qalıq borc 438,77 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” xx xxxxxx 2019-cu il tarixli 207 saylı Fərmanının 1-ci bəndinə əsasən istehlak edilmiş təbii qaza görə əhalinin x xxxxxxx 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə yaranmış 327 milyon manat məbləğində borclarının silinməsi qərara alınmışdır. Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Abonent İddiaçı yaşadığı ünvanda istehlak olunmuş təbii qaza görə yaranmış borc xx.xx.2009-cu il tarixdən sonrakı dövrü əhatə etdiyindən əsaslıdır və həmin 438,77 manat borc iddiaçı tərəfindən Cavabdeh İB-yə ödənilməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2012-ci il tarixli 153780 saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsində qaz sayğacı yenisi ilə əvəz edilmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir və abonentə təhvil verilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, qaz sərfiyyatına görə əvvəlki illər ərzində natamam ödəniş etdiyinə görə İddiaçı hesabında yaranmış 1465,80 manat borc onun yüklədiyi məbləğdən hissə-hissə tutulmaq şərtilə smart payment kartına yönəldilmiş, xx.xx.2019-cu il tarixinə abonentin hesabında 532,37 manat borcu qalmışdır. Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı cari borcu 509,87 manat təşkil edir. Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı cari borcu 505,37 manat təşkil edir. Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı cari borcu 487,37 manat təşkil edir. Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı cari borcu 438,87 manat təşkil edir. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 150 saylı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı üzrə istehlakçı tərəfindən 2010-cu ilin iyun ayından 2012-ci ilin iyul ayınadək olan dövrdə hər ay təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak olunan aylıq qazın dəyəri tam ödənilmədiyindən 2012-ci ilin avqust ayının 1-nə olan borc ümumilikdə 1465,80 manat təşkil etmişdir. 2012-ci ilin avqust ayında həmin borc Gasrep proqramına keçirilmiş, abonentin təbii qazdan istifadə məqsədilə sayğac kartına yüklədiyi pul vəsaitindən müəyyən məbləğdə borca görə tutulmalar aparılmışdır. Aparılmış tutulmalar üzrə 2020-ci ilin avqust ayınadək ümumilikdə 1026,90 manat pul vəsaitinin yaranmış borca görə ödənilməsi təmin edilmişdir. Hal-hazırda abonent tərəfindən yuxarıda qeyd olunan dövrlərdə istehlak edilmiş təbii qaza görə ümumi qalıq borc 438,77 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının 2010-cu ilin iyun ayından 2012-ci ilin iyul ayınadək istifadə etdiyi qaz sərfiyyatına görə yaranan 1465,80 manat borcunu ona qarşı heç bir tələb irəli sürmədən, iddia tələbi ilə məhkəməyə müraciət etmədən, iddiaçının razılığını almadan sonuncunun təbii qazdan istifadə məqsədilə sayğac kartına yüklədiyi pul vəsaitindən tutmağa başlamış, hal-hazırda qalıq borc məbləği 438,77 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Azərbaycan Respublikası MM-nin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; Həmin Məcəllənin 552.1.-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1.-cü maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.2.-ci maddəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, 2010cu ilin iyun ayından yaranan qaz sərfiyyatına görə vaxtaşırı ödənişlərlə bağlı cavabdehin iddiaçıdan 438,77 manat tələbi üzrə hüququna müddətin keçməsinə görə xitam verildiyindən,müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ olduğundan iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 438,77 manat borc silinsin. Cavabdehndən dövlət rüsumuna görə 10 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1971/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1971/2020
11.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver