Məhkəmə qərarları › İş №2(001)-1999/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1999/2023

12.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1999/2023 12.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X2rşı xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilməsnə və 1555 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X2rşı xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilməsnə və 1555 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ilə cavabdeh Azəriqaz İB arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında qaz sayğacı quraşdırılmışdır. Bir müddət bundan əvvəl əraziyə xidmət göstərən Azəriqaz İB-nin əməkdaşları tərəfindən qeyd olunan evdə quraşdırılmış sayğaca baxış keçirilmiş və guya müəyyən edilmişdir ki, mənzilə quraşdırılmış mövcud sayğac işlədicilərin saatlıq qaz sərfinə uyğun deyil və sayğacda dəyişiklik edilmişdir. Nəticədə cavabdeh təşkilat tərəfindən 12960 m3 itirilmiş qaz hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən hesablanmış borc tamamilə əsassızdır. Mövcud sayğac məhz cavabdeh təşkilat tərəfindən qoyulmuşdur. Sonradan mənzildə iddiaçı tərəfindən əlavə heç bir qaz cihazı quraşdırılmamışdır. Belə olduğu təqdirdə hətta sayğac uyğun olmasa belə buna görə məsuliyyəti istehlakçı deyil, Azəriqaz İB daşımalıdır. Laboratoriya yoxlamasının nəticəsi kimi qeyd olunmuşdur ki, guya qaz sayğacına kənar müdaxilə olunmuş və bunun nəticəsində əlavə qaz istifadə olunmuşdur. Cavabdeh təşkilat tərəfindən bu günədək sayğacın sərfiyyata uyğun olmaması barədə iddiaçıya heç bir bildiriş göndərilməmişdir. Bu günədək qazın pulu iddiaçı tərəfindən kart vasitəsi ilə ödənilmişdir. Karta yüklənən vəsaitə uyğun olaraq qaz sərf olunur və hesabdakı məbləğ bitdikdə qazın verilməsi də dərhal dayanır. Cavabdeh təşkilatın qeyd etdiyi kimi əlavə qaz sərfiyyatının baş verməsi mümkün deyildir. Cavabdeh tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli tələbnamə və xx.xx.2022-ci il tarixli ******* №-li akt barədə istehlakçıya heç bir yazılı məlumat verilməmiş eyni zamanda istehlakçının imzası alınmamış, əgər imtina olmuşsa imtina aktı tərtib olunmamışdır. Qaz cihazlarına heç bir baxış keçirilməmiş, qaz cihazları barədə məlumatlar qeyri-dəqiq və yetərsiz olmaqla cavabdehin nümayəndələrinin qeyri-peşəkarlığı, məsuliyyətsizliyi, səhlənkarlığı və qərəzli olmalarını göstərir. Cavabdeh AKX-05135xx/xx-2023 №-li müqavilənin 2.1.2; 2.1.4; 2.1.8; 2.1.10 bəndlərini eləcə də qazdan istifadə qaydalarının tələblərini pozmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt qeyri-dəqiq, qərəzli və əsassızdır. Belə ki, aktın tərtib edildiyi yer və abonentin ünvanı dəqiq göstərilməmişdir. Aktda sayğacın göstəriciləri eləcə də qaz işlədici avadanlıqlar və onların parametrləri haqqında heç bir məlumat yoxdur. Abonentin iştirakı və imzası olmadan akt tərtib edilmişdir. Bu səbəblərə görə xx.xx.2022-ci il tarixli ******* №-li akt qanuna uyğun olmamaqla heç bir hüquqi əsası yoxdur, ona görə həmin akt ləğv edilməlidir. Aktın qəbul olunmasıda heç bir normativ hüquqi sənədə uyğunluğu göstərilməmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə smart karta 500 manat ödənilmiş, lakin bir müddət sonra qaz sərtiyyatı dayandırıldığından həmin məbləğ istifadə olunmamış, daha sonra isə qaz sayğacı cavabdeh tərəfindən dəyişdirilmiş və həmin məbləğ yeni karta köçürülməmişdir. Ona görə də, Azəriqaz İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı ilə bağlı xx.xx.2022-ci il tarixli ******* №-li aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 1555 manat borcun silinməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının mənzilinə noyabr ayından qaz verilmədiyindən iki azyaşlı uşaq ilə hamilə qadın mənzildən köçürülmüşdür. Sayğac küçədə və bir çox hərəkət olan yerdə yerləşir. 2003-cü ildə mənzilə mexaniki qaz sayğacı, 2006-cı ildən smart tipli sayğac quraşdırılıb. Mənzildə 2012-ci ildən hər il 7000-8000 m3 qaz sərfiyyatı olmuşdur. 2022-ci ildə guya sayğaca müdaxilə olunmuş, sayğac Alarm-1 siqnalı verdiyi bildirilmişdir. 2019-cu ilin birinci ayı 186 manat, 2-ci ayı 210 manat, 3-cü ayı 219 manat, 4-cü ayı 149 manat, 5-ci ayı 45 manat və 8, 9,11, 12-ci aylarda ödənişlər edilmişdir. Əgər sayğaca müdaxilə edilmişdirsə bu ödənişlər necə ödənilmişdir. İddiaçı hər il 1000 mant qaz sərfiyyatına görə ödəyir. Qazın sərfiyytında heç bir azalma olmamışdır. Ola bilər ki, ailəsi ilə nə vaxtsa istirahətə getdiyində qazın sərfiyyatında bir miqdar azalma olsun, amma, bu sayğaca müdaxilə edildiyini demək üçün əsas deyildir. İmpuls ötürən simlə müdxilə edilməsi tərəfindən mümkün deyil, Azəriqazın öz işçiləri də müdaxilə edə bilməz. Tərtib olunan aktda imza yoxdur, imtina aktı yoxdur, aktda ünvan səhv qeyd olunub. Avqust ayının 31 yas mərasimində olarkən ona qaz borcunun olduğu bildirilmişdir. O, 2000 manat ödəniş etmişdir ki, lazımlı əşyaları alsın, 500 manat isə smart karta ödəniş edilmiş, bundan sonra qaz bağlanaraq sayğac dəyişdirilmişdir. Sayğac dəyişdikdən sonra kart da dəyişmiş və ödənilmiş 500 manat istifadə olunmadan silinmişdir. Yanvar ayında departamentdən xahiş etmişdir ki, heç olmasa isidicilərin xarab olmaması üçün qazdan istifadə etsin. Ona 100 manat ödəniş etdiyi halda 50 manatın qaz üçün, 50 manatın əvvəlki borc üçün silinəcəyi bildirilmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X6 nümayəndəsi R.A.Abbasov tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərisinə qarşı etirazdan müəyyən olunur ki, iddiaçının istifadəsində olan qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən dəyişdirilərkən sayğaca müdaxilə faktı aşkar edilmiş və sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuş və aşkar olunan nöqsanlar iddiaçının diqqətinə çatdırımışdır. Dövlət yoxlamasının rəyinə əsasən sayğacın Lcd ekranının, əsas çap vərəqinin və elementinin 2010-cu ilə məxsus Lcd ekranı, əsas çap vərəqi və elementi ilə əvəz olunduğu aşkar edilmişdir. Bunun nəticəsində birlik tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün dəymiş ziyanın hesablanmasına dair tələbnamə tərtib edilərək 1555,20 manat (12960 m3x 0,12 manat) dəymiş ziyan hesablanmışdır. İstehlakçı 2022-ci ilin avqust ayında 500 manat ödəniş etmiş, 500 manat tam həcmdə istehlakçının kart hesabına keçirilmiş, həmin məbləğdən borca görə hər hansı bir tutma aparılmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh X7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh X6 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh X6 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. X8 Birliyi ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli № AKX- 05135xx/xx-2023 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair müqavilənin surətindən müəyyən olur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. X6 əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı istifadəsində olan 1705AZ**********96 zavod nömrəli sayğaca baxış zamanı sayğacın menyularının tam qarışdığı aşkar edilmişdir. X6 əməkdaşları tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* №-li aktın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında sayğaca ümumi baxış keçirilmiş və Lcd ekranı əsas çap vərəqi və elementi ilə əvəz olunduğu aşkar edilmişdir. X1 yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK 29/1710-02572-1 saylı aktdan müəyyən olunur ki, 1705AZ**********96 zavod nömrəli sayğaca ümumi baxış keçirilmiş, məlum olmuşdur ki, sayğacın Lcd ekranı, əsas çap vərəqi və elementi 2010-cu ilə məxsus Lcd ekranı, əsas çap vərəqi və element ilə dəyişdirilmiş, impuls ötürən lentin simləri zədələnmiş, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda xx.xx.2019-cu il tarixdə Alarm-1 rejimi aşkar olunmuş, sayğacın istismara yararasız olması müəyyən olunmuşdur. X6 əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710-02572-1 №-li aktına əsasən G-6 markalı 1705AZ**********96 №-li sayğacın impls ötürən lentinin simləri zədəlidir, Alarm-1 rejimi aşkar olunmuş, xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texiki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz ediməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 12960 m3 müəyyən edilmişdir. Azəriqaz İB tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, aktlar üzrə İddiaçı borcu 1555,20 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən, onun barəsində xx.xx.2022-ci il tarixli ******* tarixli akt tərtib edərək həmin akta əsasən fiziki şəxs olan istehlakçıya qaz sərfiyyatına görə 1555,20 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçı barədə xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib etməklə həmin akta əsasən istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1555,20 manat ziyan hesablamışdır. Ona görə də məhkəmə istehlakçının iddia ərizəsini əsaslı hesab edib təmin edir. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X6 xx.xx.2022-ci il tarixli ******* №-li aktı etibarsız hesab edilsin. X6 İddiaçı maddi ziyana görə tələb etdiyi 1555 manat silinsin. X3 dövlət rüsumuna görə 35,55 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar