Məhkəmə qərarları › İş №2(001)-200/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-200/2023

05.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-200/2023 05.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Biləcəri Bələdiyyəsi və X4 cəlb edilməklə) qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Biləcəri Bələdiyyəsi və X4 cəlb edilməklə) qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 261 saylı xx.xx.2005-ci il tarixli Biləcəri Bələdiyyə sənədinə əsasən ona məxsus 600 kv.m torpaq sahəsini qanunsuz zəbt etmiş Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikintinin dayandırılması, cavabdehin hesabına sökülməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri, Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 795 saylı qərarına əsasən Bakı şəhəri sakini X3 adına Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün cizgi əsasında ayrılmış 600.0 kv.m torpaq sahəsinin notarial qaydada qarşılıqlı razılaşma yolu ilə X3 adından Bakı şəhəri, Naxçıvanski küçəsi 1/53 ünvanda yaşayan İddiaçı adına sənədləşməsi məqsədi ilə Biləcəri bələdiyyə üzvlərinin ümumi yığıncağının 09 saylı xx.xx.2005-ci il tarixli protokoluna əsasən Biləcəri bələdiyyəsi Bakı şəhəri Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 795 saylı qərarına əsasən Bakı şəhəri sakini X3 adına Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün cizgi əsasında ayrılmış 600.0 kv.m torpaq sahəsinin notarial qaydada qarşılıqlı razılaşma yolu ilə X3 adından Bakı şəhəri, Naxçıvanski küçəsi 1/53 ünvanda yaşayan İddiaçı adına sənədləşdirilmişdir. Onun adına ayrılmış Bakı Şəhər, Binəqədi rayon Biləcəri Bələdiyyəsi ərazisində olan 600 kv.m torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Daşınmaz əmlak üzərində onun mülkiyyət hüququ Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 261 №-li Qərarı ilə öz əksini tapır. Binəqədi Rayon Biləcəri Bələdiyyəsi verilmiş torpaq sahəsinin planı və ölçüsüdə həmin torpağın kordinatlarını özündə dəqiq əks etdirir. Həmçinin həmin torpaq sahəsinin ona məxsus olmasına dair 18 iyun 2021 ci il tarixli Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin arayışı və 15 fevral 2021-ci il tarixli Dövlət Arxivinin Bakı filialının arayışı da vardır, həmin topraq sahəsinə həmişə gedib baxıb gəlmişdir. Bir gün ona məxsus torpaqda Cavabdeh adlı şəxsin tikinti apardığını görmüş yaxınlaşıb kim olduqlarını soruşmuş və hansı ixtiyarla ona məxsus torpaqda tikinti aparılmasını bildirmişdir. Cavabdeh bildirmişdir ki, bu ona məxsus torpaq sahəsidir. O, isə bildirmişdir ki, bura ona məxsus deyil. 2005-ci ilin fevral ayından torpaq sahəsi onun istifadəsindədir. Tikintinin dayandırlmasını və torpağından çıxarılmasını bildirmişdir. O isə onuna sözlərinə baxmayaraq tikintini hazırda davam etdirir. Cavabdehə onun tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin bütün bunlara baxmayaraq cavabdeh öz qanunsuz hərəkətlərinə son qoymamış nəticədə onun torpaq sahəsini özbaşına olaraq zəbt etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirdi ki, mübahisəli torpaq sahəsini o, Binəqədi bələdiyyəsindən almışdır və onun iddiaçının torpaq sahəsinə hər hansı aidiyyəti yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Biləcəri Bələdiyyəsi və X1 nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli A-515 №-li Arayışın surətindən görünür ki, Biləcəri Bələdiyyəsinin hüdudları daxilində bələdiyyənin xx.xx.2005-ci il tarixli 261 saylı qərarına əsasən 600 kv.metr torpaq sahəsi onun adına sənədləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 15 fevral 2021-ci il tarixli BA-00463-2021 saylı məktubdan görünür ki, İddiaçı barəsində Binəqədi rayon Biləcəri Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli 261 saylı qərarı və ona əlavə edilmiş cizgi sənədi Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin məktuba əlavə edilmiş Bakı şəhər Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 261 №-li qərarının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 795 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə Bakı şəhər sakini X3 adına Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün cizgi əsasında ayrılmış 600 kv.metr torpaq sahəsi notarial qaydada qarşılıqlı razılaşma yolu ilə X3 adından ünvan 1 ünvanda yaşayan İddiaçı adına sənədləşdirilmişdir. Bakı şəhəri Binəqədi rayon X1 11 noyabr 2005-ci il tarixli 1781 №-li qərardan görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 200 m2 torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu X1 23 avqust 2022-ci il tarixli məktubundan görünür ki, X1 vətəndaş Cavabdeh adına rəsmiləşdirilmiş 1781 saylı 11 noyabr 2005-ci il tarixli sərəncamla ayrılmış 200 m2 torpaq sahəsi X1 arxivində qorunur.Lakin torpaq sahəsini koordinatları olmadığından torpaq sahəsinin coğrafi yerləşmə hüdudlarını müəyyən etmək mümkün hesab edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsi şərti olaraq hasarın çölündən göstərildiyi və sahə digər şəxs tərəfindən hasara alındığı üçün tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Qeyd olunan “1477o” bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. Şərti göstərilən bağ sahəsinin ərazisinin bağların bölgüsünə dair sxematik xəritədə qazanxana qurğusu kimi qeyd olunduğu aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli 10/8525 №-li ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Torpaq sahəsi şərti olaraq hasarın çölündən göstərdiyi və sahə digər şəxs tərəfindən hasara alındığı üçün tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Qeyd olunan “1477o” bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. Şərti göstərilən bağ sahəsinin ərazisinin bağların bölgüsünə dair sxematik xəritədə qazanxana qurğusu kimi qeyd olunduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Eyni Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı, Bakı şəhər Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 261 №-li qərarı ilə ona ayrılmış 600 m2 torpaq sahəsinin 200 m2 Cavabdeh tərəfindən zəbt olunaraq orada özbaşına tikinti inşa edildiyini bildirsə də, həmin hallara dair dair hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, habelə Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin tədqiqatına görə çəkdiyi 50 (əlli) manat iddiaçıdan alınaraq həmin orqanın müvafiq hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar