Məhkəmə qərarları › İş №2(001)-202/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-202/2022

10.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-202/2022 10.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi qardaşı 08.06.1965-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi qardaşı 08.06.1965-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, qardaşı 08.06.1965-ci il təvəllüdlü X7 1-ci Vətən müharibəsi dövründə aldığı kontuziya nəticəsində kəllə beyin travması almışdır. Bunun nəticəsində psixiki qüsurları yaranmışdır. Hazırda şizofreniya paranoidal formada F20 psixiki xəstəliyi ilə 10 saylı şəhər poliklinikasının ruhi-əsəb kabinetində qeydiyyatdadır. X3 2012-ci ildən müddətsiz İ qrup ümumi səbəbdən əlilliyi tanınmışdır. 2012-ci ildən bu günə qədər qardaşı bir dəfə də olsun yaşadığı mənzili tərk etməmiş, son 10 ildə şəhərdə və ölkədə baş verən dəyişikliklərdən məlumatsızdır. Özünə lazım olan ərzaq, siqaret və sair gündəlik tələbat malları ilə özünü təmin edə bilmir, küçəyə çıxmağa qorxur, təşviş keçirir. Qardaşı ilə eyni evdə yaşadığından xəstələndikdən sonra qardaşı tamamilə onun himayəsindədir. Qardaşı xəstəliyi ilə bağlı heç vaxt ailə qurmamışdır. Onun bütün sənədləşmə işlərini qardaşı olaraq o, görür. Lakin qardaşı hazırkı vəziyyətinə görə ona etibarnamə verə bilmir. Bundan başqa yaşadıqları evin sənədləşmə işlərində də qardaşının yazılı razılığı tələb olunur. Ona görə də 08.06.1965-ci il təvəllüdlü qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş 22.08.1965-ci il tarixli İV- JQ 283183 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 08.06.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası X1r. Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş 23.10.1970-ci il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası X1r. 19.09.2012-ci il tarixli 059774 saylı vəsiqənin surətindən müəyyən olunur ki, X5 İİ qrup ümumi xəstəlikdən əlillik, 28.12.2012-ci il tarixdə İ qrup əlillik təyin edilmişdir. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 10 saylı şəhər poliklinikasının 221 saylı 19.04.2021ci il tarixli ambulator kartadan çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 8 mkr, İ.Dadaşov küçəsi 91 saylı evin 98 saylı mənzilində qeydiyyatda olan 08.06.1965-ci il təvəllüdlü X7 2004-cü ildən ruhi-əsəb kabinetində qeydiyyatdadır. Dz Şizofreniya paranoid forma F20.0. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi şəxsinin 28.12.2021-ci il tarixli 3110 saylı rəyindən müəyyən olunur ki, 08.06.1965-ci il təvəllüdlü X4 şizofreniya paranoid forma, emosional-iradi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, X7 məhkəmə iclasında iştirak etmək iqtidarında deyil, X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, 08.06.1965-ci il təvəllüdlü X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını tam dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı araşdırma zamanı təsdiq olunduğundan ərizə təmin edilərək 08.06.1965-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 08.06.1965-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar