Məhkəmə qərarları › İş №2(001)-204/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-204/2021

05.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-204/2021 05.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 51 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 51 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı (Cavabdeh3 etibarnamə əsasında) ilə Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 31.01.2018-ci il tarixli alğı-satqı müqaviləsinin və AN-İ seriyalı ******* nömrəli 31.01.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə onların əsasında Cavabdeh2 adına AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06.02.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın, o cümlədən, Cavabdeh2 ilə Cavabdeh1 arasında həmin torpaq sahəsinin alğı-satqısına dair 09.02.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli müqavilənin etibarsız hesab edilməklə, onun əsasında Cavabdeh1 adına AR ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03.05.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1153 saylı və 1153a saylı bağ sahələri sonuncunun məlumatı olmadan, Cavabdeh3 tərəfindən iddiaçının adından saxta etibarnamə hazırlanaraq həmin etibarnamə əsasında mübahisə predmeti olan torpaq sahələri onunla əlbir olan Cavabdeh2 satılmış, daha sonra Cavabdeh2 həmin torpaq sahələrini bir çıxarışda birləşdirərək onları digər Cavabdeh1 satmışdır. Yuxarıda qeyd etdikləri dolayısı ilə iddiaçının kürəkəni olan Cavabdeh3 qeyriləri ilə əlbir olaraq iddiaçınını aldatması AR Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi X9 tərəfindən aparılan cinayət işi üzrə istintaq materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh3 tərəfindən İddiaçı adından saxta etibarnamə hazırlanaraq həmin etibarnamə əsasında mübahisə predmeti olan torpaq sahələri onunla əlbir olan Cavabdeh2 satılmış, daha sonra Cavabdeh2 həmin torpaq sahələrini bir çıxarışda birləşdirərək onları digər Cavabdeh1 satmışdır. Bakı Hərbi Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 1-1(093)-53/2020 saylı hökmü ilə Cavabdeh3 və Cavabdeh7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, barələrində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi, həmin müqavilələr iddiaçının iradə ifadəsi olmadan bağlanmışdır. Ona görə də iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, Cavabdeh1 vicdanlı əldə edəndir və hüquqları qorunmalıdır. Belə ki, reyestrdə Cavabdeh2 adına mübahisəli bağ sahəsinə dair qeyd aparılmışdır. Cavabdeh2 adına olan qeyd formal olaraq bağlanmış, əslində uydura olan alğı-satqı müqavilələrinə əsaslanır. Cavabdeh1 bağ üzərində mülkiyyət hüququ 09 fevral 2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrinə etimad edən şəxs reyestrdəki qeydin doğru olmadığını bilməməli və ya bilməli də olmamalıdır. Ona görə ki, cavabdeh E. Kazımov bağ sahəsinin iddiaçıya məxsus olduğunu, saxta yolla Cavabdeh2 adına keçirildiyini və s. barədə məlumatlı olmayıb. Bağ sahəsini əldə edərkən Cavabdeh1 bu halları araşdırmaq kimi bir öhdəliyi də olmamışdır və ola da bilməzdi. Göründüyü kimi, Cavabdeh1 vicdanlı əldə edən kimi hüquqları qorunmalıdır. İddiaçının “Cavabdeh1 bağ sahəsini alğı-satqı niyyəti ilə deyil, girov məqsədilə öz adına sənədləşdirdiyi”nə dair dəlili də tamamilə yersizdir. İddiaçının bu dəlili hansı məqsədlə irəli sürdüyü aydındır: Cavabdeh1 vicdanlı əldə edən statusunu aradan qaldırmağa nail olmağa çalışır. İddiaçı, açıq şəkildə qeyd etməmiş olsa belə, demək istədiyi budur: Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 09 fevral 2018-ci il tarixli alğı-satqı müqaviləsi başqa əqdi (konkret halda, ipoteka müqaviləsini) pərdələmək məqsədilə bağlanıb, yəni yalan əqddir. Buna görə də, əhəmiyyətsizdir. Bu dəlil ona görə əsassızdır ki, bu əqd tərəflərin həqiqi iradəsini əks etdirir və hüquqi nəticə doğurmaq üçün bağlanır. İddiaçıya görə, Cavabdeh1 və Cavabdeh2 arasında həqiqətdə, ipoteka müqaviləsi bağlanıb. Başqa sözlə, yalan müqavilənin hər iki tərəfi, onun yalan olması barədə həmfikir olmalıdırlar. Əks halda, yalan müqavilədən söhbət gedə bilməz. İş materiallarında Cavabdeh1 bu yöndə iradəsinin olmasını təsdiqləyən heç bir sübut yoxdur. Cinayət işinin istintaqı zamanı, o cümlədən məhkəmədə verdiyi izahatlarda cavabdeh E. Kazımov bağ sahəsini aldığını bildirib. Heç bir borcdan və onun təminatı kimi ipotekadan söhbət belə gedə bilməz. Diqqət edilsin ki, Cavabdeh1, ümumiyyətlə, iddiaçının kürəkəni Cavabdeh3, Cavabdeh7 tanımamışdır. Əgər həqiqətən də, alğı-satqı müqaviləsi deyil, girov bağlanmışdısa, onda Cavabdeh1 gərək Cavabdeh3la görüşərdi, borcun miqdarını, faiz şərtlərini razılaşdırardı və daha sonra, yalan əqd bağlayardılar. Bu şəxslər bir-birini ümumiyyətlə tanımamışlar, heç görüşməmişlər də. İddiaçı, Cavabdeh3 və Cavabdeh7 barəsində aparılan cinayət işi üzrə 12 dekabr 2019-cu il tarixli sübutların qiymətləndirilməsi və cinayət əməllərinin tövsif edilməsi haqqında Qərara istinad edərək bildirir ki, güya alğı-satqı deyil, ipoteka müqaviləsi bağlanıb. Məsələ ondadır ki, əvvəla, həmin qərarda birbaşa olaraq bu barədə hər hansı fikrə yer verilməyib, verilə də bilməzdi. Əksinə, sözügedən qərarın 13 və 14-cü bəndləri fərqli mövqeni ifadə edir. Belə ki, Qərarın 13-cü bəndində qeyd edilir: Cavabdeh3 və Cavabdeh7 cinayətkar qəsdləri Cavabdeh1 deyil, İddiaçı əmlakının ələ keçirilməsinə yönəlib və əmlak Cavabdeh2 adına sənədləşdirildiyi andan həmin şəxslərin əməlləri başa çatmış hesab edilib. Qərarın 14-cü bəndinə müvafiq olaraq Cavabdeh1 zərərçəkmiş şəxs qismində qalmasına əsas olmadığı üçün onun zərərçəkmiş şəxs qismində iştirakına xitam verilib. Bu hissədə qərar onunla əsaslandırılıb ki, Cavabdeh1 mübahisəli torpaq sahəsinə dair əmlak hüququ əldə edib, yəni torpaq Cavabdeh1 xüsusi mülkiyyətindədir. İkincisi, fərz edək ki, həmin qərarda belə bir qiymətləndirmə var. Bu halda, nəzərə alınmalıdır ki, adından göründüyü kimi, bu, qiymətləndirmə qərarıdır və müstəntiqin şəxsi mülahizəsini əks etdirir. Yəni mülki işə baxan məhkəmə üçün heç bir əhəmiyyəti yoxdur. Üçüncüsü, məhkəmə, hazırki iş üzrə icraatı dayandırdı, məqsəd məhkəmə hökmü ilə hər hansı halın ortaya çıxması halında, preyudisiallığı təmin etmək idi. Hökm, iş materiallarına əlavə olunub. Hökmdə bu barədə heç bir göstəriş öz əksini tapmayıb. Dördüncüsü, Cavabdeh1 həmin cinayət işində şahid kimi çıxış etmişdir. İddiaçının məntiqindən çıxış etsək, Cavabdeh1 cinayət işi üzrə zərər çəkmiş olaraq qalması lazım olardı. Ona görə ki, yalan əqd, heç bir hüquqi nəticəyə səbəb olmur Deməli, yenə iddiaçının məntiqindən çıxış etsək, Cavabdeh1 bağ sahəsi üzərində mülkiyyət hüququ yaranmayıb. Əgər Cavabdeh1 100.000 ABŞ dolları verməsinə baxmayaraq, bağ üzərində mülkiyyət hüququ yaranmayıbsa, onda sual olunur: Cavabdeh3 və Cavabdeh7 iddiaçının, yoxsa Cavabdeh1 əmlakını (pulunu) talamış olurlar? Ancaq istintaq və məhkəmə iddiaçını zərəçəkmiş kimi qəbul edib. Cavabdeh3 və Cavabdeh7 da, iddiaçının əmlakını taladıqlarına görə məhkum ediliblər. İddiaçı, mülki və cinayət isi üzrə davranışlarında ziddiyyət vardır. İddiaçı, bu işdə müqavilələrin etibarsızlığını tələb edir. Ancaq necə olursa, cinayət işində iddiaçının özünün ABŞ-dan göndərdiyi ərizəsi var. Ərizədə qeyd edilir ki, iddiaçının Bilgəh qəsəbəsində yerləşən torpaq satılması ilə əlaqədar olaraq kürəkəni Cavabdeh3 qarşı heç bir iddiası yoxdur. Maraqlıdır ki, iddiaçı, onun torpağını saxta yolla ələ keçirmiş Cavabdeh3 qarşı tələbi yoxdur, ancaq vicdanlı əldə edən Cavabdeh1 qarşı tələbi var. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, o, kənar şəxsdən 200000 manata mübahisə predmeti olan torpaq sahəsini almış, bank vasitəsilə ödənişi edib notarial qaydada çıxarış almışdır. 7-8 ay Prokurorluqda iş getmiş, onun əməlində cinayət xarakterli heç bir əməl olmadığından işə xitam verilmişdir. İddiaçının kürəkəni dələduzluq edib. Əgər onun pulunu qaytarsalar o, torpağı geri qaytarar. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 51 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasına gəlməyən Bakı şəhəri 14 saylı Notariat Kontorunun nümayəndəsi isə məhkəməyə göndərdiyi ərizəsində məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Buna görə də, məhkəmə işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və nəzərə almışdır ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək, öz işinə qanunla müəyyən edilmiş müddətdə baxılması hüququna malikdirlər. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halına görə, Cavabdeh3 və Cavabdeh7 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etdiklərinə, habelə hüquq verən qanunsuz hazırlanmış saxta rəsmi sənədlərdən bilə-bilə istifadə etdiklərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 1-1(093)-53/2020 saylı hökmü əsasında barələrində 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, o cümlədən tətbiq olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq, tətbiq olunaraq, barələrində 1 il sınaq müddəti müəyyən edilmişdir. Bakı Hərbi Məhkəməsinin surəti iş materiallarına əlavə olunmuş həmin hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 Cavabdeh7 ilə qanunsuz hazırlanmış saxta rəsmi sənədlərdən bilə-bilə istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə İddiaçı razılığı və məlumatı olmadan onun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 və 1153a saylı bağ sahələrində yerləşən torpaq sahələrini notarial qaydada formal olaraq alğı-satqı edərək tanışı Cavabdeh2 xüsusi mülkiyyətinə keçirməklə ələ keçirib, sonradan torpaq sahələrini Cavabdeh2 adından notarial qaydada Cavabdeh1 sataraq İddiaçı külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bakı Hərbi Məhkəməsinin 03 fevral 2021-ci il tarixli məktubu ilə yuxarıda istinad olunan hökmün 20 oktyabr 2020-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə görə isə, iddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Beləliklə, qanuni qüvvədə olan hökmlə müəyyən olunan hallara əsasən, Cavabdeh3 Cavabdeh7 ilə qanunsuz hazırlanmış saxta rəsmi sənədlərdən bilə-bilə istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə İddiaçı razılığı və məlumatı olmadan onun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 və 1153a saylı bağ sahələrində yerləşən torpaq sahələrini notarial qaydada formal olaraq alğı-satqı edərək tanışı Cavabdeh2 xüsusi mülkiyyətinə keçirməklə ələ keçirib, sonradan torpaq sahələrini Cavabdeh2 adından notarial qaydada Cavabdeh1 sataraq İddiaçı külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Göründüyü kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun mübahisələndirilən əqdlərə (saxta etibarnamə əsasında Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış 31 yanvar 2018-ci il tarixli AN-İ ******* və ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqavilələrinə) dair iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Məhkəmə hesab edir ki, Cavabdeh3 adına tərtib edilmiş etibarnamə saxta olduğundan heç bir hüquqi nəticə doğura bilməzdi və bu mənada həmin saxta etibarnamənin əhəmiyyətsizliyi onun əsasında Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış 31 yanvar 2018-ci il tarixli AN-İ ******* və ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqavilələrinin etibarsızlığını da ehtiva edir; həmin müqavilələrin etibarsızlığı isə onların əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin əsassız olduğu mənasına gəlməklə həmin müqavilələrin əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməli olduğunu ifadə edir. Məhkəmənin qənaəti həmçinin ondan ibarətdir ki, sözügedən həmin müqavilələrin etibarlılığı və onların əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin əsassız çıxması onların əsasında bağlanmış sonrakı əqdin və həmin əqdin əsasında verilmiş hüquq müəyyənedici sənədin (çıxarışların) etibarsızlığını da ehtiva edir. Bu mənada, iddia Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 09.02.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində də əsaslıdır. Məhkəmə bu qənaətə gələrkən cavabdehin Cavabdeh1 nümayəndəsinin “təmsil etdiyi şəxsin vicdanlı əldə edən olması səbəbindən hüquqlarının qorunmalı olması” ilə bağlı arqumentlərinin də əsaslı olmadığını nəzərə alır. Belə ki, iddiaya etirazın həmin dəlillərinin mənasına görə, reyestrdə Cavabdeh2 adına mübahisəli bağ sahəsinə dair qeyd aparılmış, Cavabdeh1 isə məhz həmin qeydə güvənərək onunla bağ sahəsinin alğı-satqı barədə razılığa gələrək notariat qaydada müqavilə bağlamışdır. Bununla belə, Bakı Hərbi Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmün məzmunundan və hazırkı mülki işin materiallarından Cavabdeh2 yuxarıda qeyd edilən proseslərin passiv və formal iştirakçısı olduğu, onunla digər Cavabdeh1 arasında mübahisəli bağ evinin alğı-satqısı ilə bağlı hər hansı danışığın, görüş və müzakirənin, o cümlədən razılaşmanın olmadığı (başqa sözlə, onlar arasında müqavilənin məzmununun və şərtlərinin müəyyənləşdirilməsi üzrə heç bir əlaqə olmadığı), bütün bu hərəkətlərin qabaqcadan əlbir olan bir qrup kimi Cavabdeh3 və Cavabdeh7 tərəfindən planlaşdırılaraq icra edildiyi müəyyən edilmişdir ki, bütün bu proseslərin Cavabdeh1 şübhə və diqqətini çəkməməsi ağlabatan mühakimə əsasında inandırıcı deyildir. Əksinə Bakı Hərbi Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Cavabdeh7 qeyd edilən torpaq sahəsinin tez müddətdə satılmasını təmin etmək üçün alıcıya sərfəli şərtlə, yəni torpaq sahəsinin real dəyərindən aşağı 200000 manat pula alqısatqısını həyata keçirib, sonradan bir müddət digər şəxsə satılmaması şərtilə alıcının xüsusi mülkiyyətinə keçirmə yolu ilə 3 ay müddətinə girov qoyulması, torpaq sahəsinin satın alan şəxsin özünə xeyir kimi alqı-satqıdan sonra torpağa ödədiyi pulun məbləğindən dərhal 8 faiz həcmində pul götürməsi, növbəti 3 ayda isə hər ay olmaqla Cavabdeh3 torpağın alqı-satqı yolu ilə girov qoyulduğu şəxsə ödədiyi pulun məbləğinin 5 faizi həcmində pul ödəməsi, 3 aydan sonra isə Cavabdeh3 torpağa ödənilmiş pulu tam şəkildə qaytarıb torpağı geri alması, ala bilmədikdə isə torpağın alıcıda qalması və sonuncunun istədiyi vaxt torpağı sata bilməsi ilə bağlı Cavabdeh3la razılığa gəldiyi, həmin şərtlərlə müştəri tapmaq üçün ümumi tanışları olan X2 müraciət etdikləri, Pərviz Süleymanovun da dostu X5 zəng edərək Cavabdeh7 ona bildirdiyi şərtləri izah edib torpaq sahəsinin alqısatqı yolu ilə girov qoyulmaq istənilməsi barədə məlumat verib, ondan həmin şərtlərlə torpaq sahəsini satın almaq istəyən şəxs axtarmasını, tapdığı təqdirdə torpağı alacaq şəxslə şərtlərə uyğun olaraq satıcının ona ödəyəcəyi 2 ayın faiz gəlirini özlərinin götürməsi barədə əvvəllcədən şərtləşməsini bildirdiyi, sonradan isə torpaq sahəsinin yerini Cavabdeh7 iştirakı ilə ona göstərdiyi, Nihad Abdullayevin də dostu X4 zəng edərək Pərviz Süleymanovun ona izah etdiyi şəkildə torpaq sahəsinin satışı barədə məlumat verdiyi, Seymur Quliyevin də 09 fevral 2018-ci il tarixdə Nihad Abdullayevin göstərdiyi torpaq sahəsinin ərazisi ilə yerində baxıb tanış olduqdan sonra onu 200000 manata satın almağa razılaşdığı, lakin sonradan Nihad Abdullayevə zəng edərək özünün notariat ofisinə gələ bilməyəcəyini, onun yerinə qaynatası Cavabdeh1 onunla əlaqə saxlayıb notariat ofisinə gələrək torpaq sahəsini satın alacağını bildirdiyi, həmin tarixdə saat 14-15 radələrində Cavabdeh1, Pərviz Süleymanovin və Nihad Abdullayevin Bakı şəhəri, 51 saylı notariat ofisinin qarşısına gəldikləri, eyni vaxtda tanışı X11 birlikdə Cavabdeh7 və sonuncu tərəfindən çağırılan Cavabdeh2 və Məhəmməd Seyidovun da həmin yerə gəldikləri, həmin vaxt Cavabdeh1 torpaq sahəsini 100000 ABŞ dolları pula satın alacağını dediyi, Nihad Abdullayevin ona etiraz edərək Seymur Quliyevə zəng etdiyi, Seymur Quliyevin isə hazırda Cavabdeh1 100000 ABŞ dolları pulunun olduğunu, 5-6 günə isə qalan 30000 manat pulu da ödəyəcəyini bildirdiyi, onun vədindən sonra 51 saylı notariat ofisində Cavabdeh1la Cavabdeh2 arasında torpaq sahəsinin 200000 manat pula alqı-satqısının rəsmiləşdirildiyi və faktiki olaraq İddiaçı məxsus torpaq sahəsinin özünün məlumatı və razılığı olmadan Cavabdeh1 xüsusi mülkiyyətinə keçirildiyi, 51 saylı notariat ofisində və “xxxx” ASC-nin 7 saylı şöbəsində alqı-satqı rəsmiləşdirildikdən sonra Cavabdeh1 həmin alqı-satqı ilə bağlı verdiyi 100000 ABŞ dolları puldan dövlət rüsumu, vergi və bank xərcləri ödənildikdən sonra Cavabdeh2 tərəfindən Cavabdeh7 təqdim edildiyi və Cavabdeh7 torpaq sahəsinin satışından əldə olunan puldan Cavabdeh3la aralarında olan razılaşmaya görə onun borcu hesabına 20000 ABŞ dolları məbləğində pulu Məhəmməd Seyidova, 5000 ABŞ dolları məbləğində pulu Pərviz Süleymanova verdiyi, 60000 ABŞ dolları məbləğində pulu özünə götürdüyü, qalan pulu isə alqı-satqı şərtlərinə görə alıcıya söz verilmiş faizlərin verilməsi, eləcə də Cavabdeh3 torpağın satışına görə 200000 manat puldan əksik qalan 30000 manat pulun alınıb verilməsi məsələsinin həll edilməsi üçün Pərviz Süleymanova verdiyi müəyyən edilmişdir. Həmin hökmün aid olduğu cinayət işi izahatı alınmış Cavabdeh1 özü də, torpaq sahəsini almaq üçün özü ilə birlikdə 170000 manat ekvivalentində olan 100000 ABŞ dolları pul apardığını göstərmişdir. Bununla belə məhkəmə, etibarsız hesab edilən əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görmür. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. İndiki halda isə, Cavabdeh2 istinad edilən alğı-satqı müqavilələrinin formal iştirakçısı olduğu, başqa sözlə, həmin əmlakları formal olaraq alarkən pul ödəmədiyi və yenə formal satarkən notariusun depozit hesabına mədaxil edilən pulu alaraq özündə saxlamadığı (varlanmadığı), alğı-satqı müqavilələri ilə bağlı bütün hərəkətlərin qabaqcadan əlbir olan bir qrup kimi Cavabdeh3 və Cavabdeh7 tərəfindən planlaşdırılaraq icra edilmiş olduğu müəyyənləşdirilmişdir. Bütün bunlar isə alğı-satqı müqavilələrinin etibarsızlığının hüquqi nəticələrinin müəyyən edilməsini hazırkı mübahisənin məqsədləri baxımından mümkünsüz edir. Bu mənada məhkəmə hesab edir ki, Bakı Hərbi Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 1-1(093)- 53/2021 saylı hökmü və hazırkı qətnamə ilə müəyyən edilmiş halları əsas götürərək mübahisəli əmlaklara görə ödədiyi pulun qaytarılmasına dair ümumi qaydada tələb irəli sürmək hüququna sahib olduğu Cavabdeh1 izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı (Cavabdeh3 etibarnamə əsasında) ilə Cavabdeh2 arasında bağlanmış 31 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli və 31 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqavilələri etibarsız hesab edilməklə, həmin müqavilələr əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış ləğv edilsin. Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1153 saylı bağ sahəsinin alğı-satqısına dair bağlanmış 09 fevral 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli müqavilə etibarsız hesab edilməklə, həmin müqavilənin əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03 may 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar